Bakixanovun



Yüklə 279.25 Kb.
PDF просмотр
səhifə1/15
tarix26.07.2017
ölçüsü279.25 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   15

 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI   
U
MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU 
 
 
 
 
MÖHSÜN NAĞISOYLU 
 
 
 
 
ABBASQULU  
AĞA 
BAKIXANOVUN 
“RİYAZÜL-QÜDS” 
ƏSƏRİ 
 
 
“Elm və təhsil” 
Bakı -2014 

 


 
 
 
 
 
 
 
 
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli 
adına Əlyazmalar İnstitutu elmi şurasının 22 yanvar 2014-cü il 
tarixli 1 №-li iclasının qərarı ilə nəşr olunur. 
 
 
Redaktorlar:                                       Nəsib GÖYÜŞOV 
                                                     filologiya üzrə elmlər doktoru 
 
 
         Raqub KƏRİMOV 
filologiya üzrə fəlsəfə doktoru  
 
 
Möhsün Nağısoylu. A.Bakıxanovun “Riyazül-qüds” əsəri. 
Bakı: “Elm və təhsil”, 2014, 174 səh. 
 
 
Təkmilləşdirilmiş, əlavələr edilmiş ikinci nəşr. 
 
 
 
Kitab görkəmli maarifçi şair və yazıçı Abbasqulu ağa 
Bakıxanovun “Riyazül-qüds” əsərinə həsr olunmuş ilk müstəqil 
elmi araşdırmadır. Monoqrafiyada “Riyazül-qüds” klassik-
sərbəst tərcümə nümunəsi kimi araşdırılır, əsərin dil-üslub və 
bədii xüsusiyyətləri tədqiq olunur. 
 
 


 
 
 
 
 
 
 
Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin 
keçirilməsi haqqında 
 
Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı 
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ictimai fikrin, 
elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş 
Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin 
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 
 
1.
  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, 
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə 
almaqla, Abbasqulu Ağa Bakıxanovun 220 illik 
yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb 
həyata keçirsin. 
 
2.
  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
 
 
 İlham Əliyev, 
 Azərbaycan Respublikasının Prezidenti 
 


 
 Bakı şəhəri, 12 fevral 2014-cü il. 
 
 
 
 
KİTABIN İÇİNDƏKİLƏR 
 
ÖN SÖZ..........................................................................3 
I FƏSİL. «RİYAZUL-QÜDS» KLASSİK MƏQTƏL 
NÜMUNƏSİ KİMİ.................................................................8 
1.1.Kərbəla vaqiəsi və bu mövzuda yazılan əsərlər........8 
1.2. «Riyazül-qüds» haqqındakı məlumatlara baxış.......15 
1.3. «Riyazül-qüds»ün əlyazması haqqında...................21 
1.4. «Riyazül-qüds»ün yazılma səbəbi və qaynaqları.....31 
1.5. «Riyazül-qüds»ün mövzusu və məzmunu, quruluşu 
və janrı.....................................................................................40 
II FƏSİL. «CƏLAÜL-ÜYUN» və «RİYAZUL-QÜDS»:  
MƏTNLƏRİN MÜQAYİSƏLİ TƏHLİLİ............................48 
2.1. Məhəmməd Bağır Məclisi və onun «Cəlaül-üyun» 
əsəri haqqında................................................................48 
2.2. «Riyazül-qüds»: tərcümə, yoxsa orijinal əsər? 
Məsələyə A.Bakıxanovun münasibəti...........................52 
2.3. «Cəlaül-üyun» və «Riyazül-qüds»: oxşar 
cəhətlər. «Riyazül-qüds»ün tərcümə xüusiyyətləri.........65 
2.4. «Cəlaül-üyun» və «Riyazül-qüds»: fərqli cəhətlər...94 
III FƏSİL. «RİYAZUL-QÜDS»ÜN  DİL-ÜSLUB VƏ 
BƏDİİ XÜSUSİYYƏTLƏRİ................................................101 
Birinci bölmə. 
«Riyazül-qüds» və «Hədiqətüs-süəda»: 
səsləşmə məqamları...............................................................101 
İkinci bölmə. 
«Riyazül-qüds»ün dil-üslub və bədii 
sənətkarlıq xüsusiyyətləri..................................................... 125 
NƏTİCƏ......................................................................155 
ƏDƏBİYYAT.............................................................158 


 
Xülasə (rus dilində)......................................................165 
Xülasə (ingilis dilində).................................................167 
Əlavələr........................................................................168 
 
 
ÖN SÖZ 
 
 
Hər hansı bir söz sənətkarının  həyat və yaradıcılığı, 
dünyagörüşü haqqında tam və dolğun, düzgün və dəqiq nəticələr 
əldə etmək, qəti fikir söyləmək üçün onun qələmindən çıxan 
bütün əsərlər hərtərəfli şəkildə öyrənilməli, geniş təhlil 
süzgəcindən keçirilməlidir. Bu məsələdə həmin şair və yazıçının 
yaşadığı zaman və məkanın bütün incəlikləri, tələb və istəkləri 
göz önünə alınmalı, ən başlıcası isə obyektivlik, qərəzsizlik əsas 
götürülməlidir. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatşü-
naslığında bu məsələdə son illərədək həm açıq-aşkar bir boşluq 
özünü göstərmiş, həm də dövrün məlum qadağa və əngəlləri 
üzündən müəyyən dərəcədə birtərəfliyə, qərəzçiliyə yol 
verilmişdir. Belə ki, ayrı-ayrı klassik şair və yazıçıların bəzi 
əsərləri, xüsusilə də dini mövzuda qələmə aldıqları kitabları 
dövrün ideoloji baxışları üzündən diqqətdən kənarda qalmış, 
daha doğrusu, nə araşdırılmış, nə də nəşr edilmişdir. Dahi söz 
ustadı Məhəmməd Füzulinin qüdrətli qələmindən çıxmış 
«Hədiqətüs-süəda» («Xoşbəxtlər bağı») əsərinin taleyi buna 
nümunə ola bilər. Məlum olduğu kimi, bu böyük söz 
sənətkarının sözügedən əsəri Azərbaycanda yalnız ölkəmiz 
müstəqillik qazanandan sonra, yəni 1993-cü ildə ilk dəfə tam 
şəkildə nəşr edilmiş (29), son illərdə isə 
haqqında
 iki 
monoqrafıya (47;  54) yazılmışdır. XIX əsrin görkəmli 
 
Azərbaycan maarifçi yazıçısı, şairi və alimi, ensiklopedik zəka 
sahibi Abbasqulu ağa Bakıxanovun «Riyazül-qüds» («Cənnət 
bağları») əsərinə də indiyədək bu mövqedən yanaşılmış və o 
məhz sırf dini məzmun daşıdığına görə lazımı səviyyədə 


 
araşdırılmamışdır və hələ də nəşrini gözləməkdədir. 
«Riyazül-qüds» A.Bakıxanovun ana dilində qələmə aldığı 
ilk irihəcmli bədii əsərlərindən biridir. Əsasən, nəsrlə qələmə 
alınan əsərdə ərəb, fars və türk dillərində yazılmış nəzm 
parçaları da verilmişdir ki, onların da çoxu A.Bakıxanovun 
öz qələminin məhsulu, ilk qələm təcrübələridir. «Riyazül-
qüds» ilk növbədə yüksək bədii-sənətkarlıq xüsusiyyətləri ilə 
seçilən bir əsər təsirini bağışlayır ki, bunu da şərtləndirən 
başlıca və əsas amillərdən biri onun nəsr hissəsinin klassik 
ənənəyə uyğun olaraq, qafiyəli nəsrlə - səclə qələmə 
alınmasıdır. Qafiyəli nəsrin müxtəlif növlərinə dərindən bələd 
olan A.Bakıxanov bu sahədə yüksək sənətkarlıq nümayiş 
etdirmişdir. Azərbaycan ədəbiyyatşünaslığında isə klassik 
bədii
 
nəsrin poetik imkanları, bədii keyfiyyətləri, onun əsas 
səciyyəvi xüsusiyyətləri, o sıradan səclə bağlı sənətkarlıq 
məsələləri, onun incəlikləri nisbətən az öyrənilmişdir. Məhz 
bunu nəzərə alaraq, biz «Riyazül-qüds» haqqındakı bu ilk 
kitabda həmin məsələlərin işıqlandırılmasına xüsusi diqqət 
yetirməyi məqsədəuyğun saydıq. 
«Riyazül-qüds» Yaxın və Orta Şərq xalqları ədəbiyyatında 
geniş yayılmış Kərbəla vaqiəsi mövzusunda qələmə alınmışdır. 
Məlum olduğu kimi, imam Hüseynin (ə.) Kərbəlada şəhid 
olmasına həsr olunan əsərlər müsəlman Şərqində bir ümumi ad 
altında - «məqtəl» kimi tanınır və «Riyazül-qüds» də XIX əsr 
Azərbaycan ədəbiyyatında yaranan ən uğurlu məqtəl 
kitablarından biri hesab edilə bilər. Azərbaycan ədəbiyya-
şünaslığında isə şəhidlik mövzusunda qələmə alınmış 
əsərlərin ayrıca tədqiqinə yalnız son dövrlərdə başla-
nılmışdır. Bunu nəzərə alaraq, monoqrafiyada bu sahədə 
mövcud olan boşluğu müəyyən dərəcədə doldurmağa da cəhd 
göstərilmişdir. 
«Riyazül-qüds»ün mövcud olan yeganə əlyazmasında 
A.Bakıxanovun özünün açıq-aşkar şəkildə bu əsərini tərcümə 
adlandırmasına baxmayaraq, indiyədək bu mühüm və 


 
əhəmiyyətli fakta ya əhəmiyyət verilməmiş, ya da onun üstündən 
nədənsə yan keçilmişdir. Kitabda ilk dəfə olaraq bu məsələyə də 
aydınlıq gətirilir: «Riyazül-qüds»lə onun farsca orijinalı olan 
Məclisinin «Cəlaül-üyun» («Gözlərin parlaqlığı») əsərlərinin 
mətnləri müqayisəli şəkildə araşdırılır və A.Bakıxanovun bu 
əsərinin klassik tərcümə nümunəsi olması tutarlı dəlillərlə 

 
elmi şəkildə əsaslandırılır. 
«Riyazül-qüds» haqqında Azərbaycan ədəbiyyatşünaslığın-
da indiyədək verilən qısa məlumatlarda əsərdə bir sıra 
kitabların,  xüsusilə də 
Məclisinin adı çəkilən əsərinin və 
Məhəmməd Füzulinin «Hədiqətüs-süəda»sının təsiri olması 
xüsusi olaraq vurğulanır, ayrıca qeyd olunur. Bununla belə, bu 
təsirin konkret şəkildə mahiyyəti və xüsusiyyəti, təfərrüatları və 
incəlikləri, eləcə də 
onun
 nə səviyyədə, hansı dərəcədə 
olması, hansı səciyyə daşıması və s. kimi məsələlər indiyədək 
öyrənilməmiş, ayrıca olaraq işıqlandırılmamışdır. Kitabda bu 
məsələ də xüsusi olaraq araşdırılır və sözügedən əsərlər 
arasındakı səsləşmə məqamları, oxşar cəhətlər müəyyən edilir. 
Nəhayət, kitabın ayrıca bir bölməsində «Riyazül-qüds»ün 
dil-üslub və 
bədii
 xüsusiyyətləri yığcam şəkildə araşdırılır. 
A.Bakıxanovun həyatı və «Riyazül-qüds» istisna olmaqla
bədii yaradıcılığı mövcud ədəbiyyatda indiyədək kifayət qədər 
araşdırıldığı
 üçün (12, 102-136; 37; 64; 76, 3-8; 77) biz 
tədqiqatımızda
 bu məsələlər üzərində, ümumiyyətlə, dayan-
mağı  məqəsədəuyğun  saymadıq. 
Təkcə onu qeyd edək ki, son 
dövrdə işıq üzü görən “Azərbaycan ədəbiyyatı tarixi” kitabının 
dördüncü cildində verilmiş “Abbasqulu ağa Bakıxanov” oçerkində 
müəllifin həyatı və dünyagörüşü daha obyektiv şəkildə işıqlandırılmış 
və ədibin bütün yaradıcılığı boyu islamla, Şərq dini-fəlsəfi fikri və 
ədəbiyyatı ilə bağlı məsələlərə xüsusi diqqət yetirməsi 
vurğulanmışdır (12, 108-109). 
 
 
 


 
 
 
 
 
 
I FƏSİL 
«RİYAZÜL-QÜDS» KLASSİK MƏQTƏL 
NÜMUNƏSİ KİMİ 
 
 
1.1.
 Kərbəla vaqiəsi və bu mövzuda yazılan əsərlər 
 
Abbasqulu ağa Bakıxanovun «Riyazül-qüds» əsəri 
müsəlman Şərqində daha çox Kərbəla vaqiəsi adı ilə tanınan 
tarixi bir qanlı hadisəyə, görünməmiş faciəyə həsr olunmuşdur. 
İlk öncə həmin hadisəyə və bu mövzuda yazılan məşhur 
əsərlərə qısa bir nəzər salmağı məqsədəuyğun sayırıq. 
Sonuncu peyğəmbər həzrət Məhəmməd (s.) hicri tarixi ilə 
9-cu (miladi 632-ci) ildə dünyasını dəyişdikdən dərhal sonra o 
həzrətin yaratdığı, özülünü qoyduğu müsəlman icmasında, 
xilafətdə müəyyən  narazılıqlar və ziddiyyətlər ortaya çıxdı, bu 
da ilk növbədə xəlifəliyə seçim məsələsində açıq-aşkar və 
qabarıq şəkildə özünü göstərməyə başladı. Xilafətin 
yaranması və güclənməsində müəyyən xidmətləri olan bir 
sıra nüfuzlu din xadimləri və adi müsəlmanlar hesab 
edirdilər ki, həzrət Məhəmmədin (s.) əmisi oğlu, Əhli-beyt 
üzvü olan imam Əli (ə.) peyğəmbərin canişini olaraq xilafət 
kürsüsündə oturmağa daha layiqdir. Bununla belə, həmin 
vəzifəyə peyğəmbərin qayınatası, Rəşidiyyə xəlifələrindən 
birincisi - Əbu Bəkr bin Abdullah (ə.) layiq görüldü. 13/634-cü 
ildə Əbu Bəkrin (ə.) vəfatından sonra isə onun tövsiyəsi ilə 
Ömər bin Xəttab (ə.) xəlifə təyin olundu və on il xəlifəlik 
etdikdən sonra 24/644-cü ildə öldürüldü. Onun yerinə Bəni 
Ümeyyə qəbiləsindən olan Osman bin Əffan (ə.) xəlifə seçildi. 


 
Bu hadisə ərəb qəbilələri arasında indiyədək  mövcud olan, lakin 
açıq və qabarıq şəkildə özünü büruzə verməyən ziddiyyətləri 
daha da kəskinləşdirdi və nəticədə üçüncü xəlifə Osman bin 
Əffan (ə.) 35/656-cı ildə qətlə yetirildi. Bu hadisə müsəlman 
icması arasındakı çəkişmə 
və ixtilafları, ikitirəliyi
 daha da 
dərinləşdirdi

Həmin il,  yəni 35/656-cı ildə Əli bin Əbu Talib (ə.) 
dördüncü xəlifə seçildi. Suriya vəlisi Müaviyə bin Əbu Süfyan öz 
qayınatası Osmanın qətlində imam Əlinin (ə.) əli olduğunu iddia 
edərək onu xəlifə kimi tanımadı. İmam Əli (ə.) Müaviyəni 
özünə tabe etdirmək üçün böyük bir qoşunla Suriyaya doğru 
hərəkət etdi. 37/657-ci ildə imam Əlinin (ə.) qoşunu ilə Müaviyə 
tərəfdarları arasında məşhur Siffin döyüşü baş verdi. 100 gün 
davam edən bu döyüşdə Müaviyə tərəfdarları məğlub 
olacaqlarını görüb hiyləyə əl atdılar: nizələrinin uclarına 
Qur'an ayələrini taxaraq döyüşü dayandırmağa və barışıq 
qazanmağa nail oldular. 
Siffin döyüşü 
zamanı
 imam Əlinin (ə.) barışıq üçün öz 
razılığını bildirməsi onun tərəfdarları olan bəzi adamlar arasında 
narazılığa gətirib çıxardı. Sonralar «xaricilər» adlanan bir dəstə 
sözügedən hadisəyə görə xəlifənin qoşununu tərk etdi və 
nəticədə imam Əlinin (ə.) öz tərəfdarları arasında ikitirəlik 
yarandı. Bu hadisənin bilavasitə nəticəsi olaraq 40/661-ci ildə 
imam Əli (ə.) «xaricilər»dən birinin əli ilə qətlə yetirildi. İmam 
Əlinin (ə.) şəhadətindən sonra onun böyük oğlu imam Həsən (ə.) 
bir müddət İraqda vali oldu, lakin çox keçmədi ki, vəzifəsindən 
kənarlaşdırıldı və 49/669-cu ildə Mədinədə zəhərləndirilərək 
öldürüldü. 
İmam Əlinin (ə.) vəfatından sonra hakimiyyəti ələ 
keçirən Müaviyə bin Əbu Süfyanın (40/661-60/680) xəlifəliyi 
dövründə müsəlman icması arasındakı bir qədər əvvəl də 
mövcud olan çəkişmə və ixtilaflar daha da güclənməyə, 
dərinləşməyə başladı. Müaviyənin hələ sağlığında öz yerinə 
oğlu Yezidi vəliəhd təyin etməsi isə müsəlmanların böyük bir 

10 
 
hissəsinin açıq-aşkar hiddət və qəzəbinə, güclü narazılığına 
səbəb oldu. Müaviyə 60/680-ci ildə vəfat etdikdən sonra oğlu 
Yezid xəlifə kürsüsünü tutdu. İmam Əlinin (ə.) kiçik oğlu imam 
Hüseyn (ə.) isə onun xəlifəliyini qəbul etmədi. Bu xəbəri 
eşidən Kufə şəhərinin əhalisinin çoxu imam Hüseynə (ə.) 
məktub yazaraq bildirdi ki, onlar Yezidi deyil, imamı xəlifə kimi 
tanıyırlar. İmam Hüseyn (ə.) bu məsələyə tam aydınlıq 
gətirmək, onu dəqiqliklə öyrənmək məqsədilə əmisi oğlu 
Muslim bin Əqili Kufəyə göndərdi. Bu işdən xəbər tutan 
Yezid Bəsrə valisi Übeydullah bin Ziyadı Kufəyə vali təyin etdi 
və ona yerli camaatı öz tərəfinə çəkmək əmrini verdi. İbn Ziyad 
Kufə camaatını ələ almağa nail oldu və Muslim bin Əqili 
60/680-ci ildə qətlə yetirtdi. 
Bu hadisə baş verən zaman imam Hüseyn (ə.) kiçik 
dəstəsi ilə Kufəyə doğru hərəkətdə idi. Bu zaman o, Kufə 
yolunda ikən Muslim bin Əqilin şəhid olması xəbərini eşitdi. 
İmama (ə.) Kufəyə getməmək təklif olunsa da, o, qərarından 
dönmədi və 72 (bəzi qaynaqlarda 73) nəfərlik ən yaxın 
adamlarından ibarət olan kiçik bir dəstə ilə Kufəyə doğru 
hərəkətini 
davam
 etdirdi. Bu xəbəri eşidən Kufə valisi İbn 
Ziyad imamın (ə.) kiçik dəstəsinin qarşısını almaq üçün Ömər 
bin Sə'din başçılığı ilə 4000 nəfərlik bir qoşun yola saldı. Ömər 
bin Sə'd Kufə yaxınlığındakı Kərbəla düzündə imam Hüseynlə 
(ə.) görüşdü və ona İbn Ziyadı vali kimi tanımasını təklif etdi. 
İmam Hüseyn (ə.) onun bu təklifıni qəbul etməyərək Şama və 
ya Məkkəyə getmək qərarında olduğunu bildirdi. Ömər bin 
Sə'd bu xəbəri İbn Ziyada çatdırdı və ondan imam Hüseynin 
(ə.) qətlə yetirilməsi əmrini aldı. 
Beləliklə, hicri tarixi ilə 61-ci ilin məhərrəm ayının 10-da 
(miladi tarixi ilə 680-ci ilin sentyabr ayının 10-da) imam Hüseyn 
(ə.) və silahdaşları Kərbəla düzündə şəhid oldular. Peyğəmbərin 
(s.) nəvəsinin (ə.) və yaxın silahdaşlarının qeyri-bərabər döyüşdə 
amansızcasına qətlə yetirilməsi ilə yadda qalan bu hadisə 
islam tarixinə «Kərbəla vaqiəsi», «Kərbəla faciəsi» və ya 

11 
 
«Kərbəla müsibəti» kimi düşdü və böyük əks-səda doğurdu. 
İslam aləmində görünməmiş bir müsibət, qanlı faciə kimi 
dəyərləndirilən Kərbəla vaqiəsi Yaxın və Orta Şərq xalqları 
ədəbiyyatında 
yeni bir ağrılı və
 qəmli, dərdli-kədərli mövzunun 
yaranmasına gətirib çıxardı və çox keçmədi ki, ərəb, fars və türk 
dillərində Kərbəla vaqiəsinə həsr olunmuş bir sıra əsərlər ortaya 
çıxdı.  
Həm nəzmlə, həm də nəsrlə yazılan, bəzən isə nəsrlə 
nəzmin növbələşməsi şəklində qələmə alınan bu cür əsərlər, 
əsasən, «Məqtəl» və ya «Məqtəli-Hüseyn» adı ilə tanınır. 
Məsələn, dahi Azərbaycan şairi Məhəmməd Füzuli 
«Hədiqətüs-süəda» əsərinin dibaçəsində kitabını «məqtəli-
türki» adlandırır (29, 25).  
«Məqtəl» ərəb mənşəli sözdür: «qətl» sözü ilə 
eyniköklüdür və lüğəvi mənasına görə «qətl yeri» deməkdir. 
Ədəbiyyatşünaslıqda isə «məqtəl» termin səciyyəsi daşıyır və 
islamın ən böyük şəhidləri, xüsusilə də imam Hüseyn (ə.) 
haqqında yazılan əsərlər anlamında işlənir. Yeri gəlmişkən qeyd 
edək ki, Azərbaycan ədəbiyyatşünaslığında yalnız son zamanlar 
az-çox işlənməyə başlayan «məqtəl» termini bəzən yanlış olaraq  
janr növü kimi təqdim edilir (bax: 13; 47, 22-28). Məsələnin 
mahiyyətinə vardıqda isə açıq-aşkar şəkildə aydın olur ki, 
«məqtəl» sözü bir termin olaraq janr yox, mövzu, məzmun 
anlamını daşıyır, çünki bütün məqtəl kitabları, əsasən, Kərbəla 
faciəsi mövzusundadır, janr baxımdan isə onlar fərqlənirlər. 
Məsələn, Füzulinin «Hədiqətüs-süəda»sı ilə Qumrinin «Kənzül-
məsaib» kitabı məqtəl nümunəsi olsalar da, janr baxımından 
fərqlənirlər: birincisi povest və ya roman janrına aid edilir (bax: 54, 
65-67), digəri isə müxtəlif janrlarda yazılmış lirik şeirlərdən 
ibarətdir (bax: 36, II, 311-326). 
Məqtəl kitabları, bir qayda olaraq, təhkiyə üslubunda 
yazılır və epik səciyyə daşıyır. Belə əsərlərdə qəhrəmanın 
həyatının başlıca 
dönəmləri
 təsvir olunmaqla yanaşı, əsas 
hadisənin - faciənin tarixi kökləri və onun başlıca ideya-fəlsəfı 

12 
 
və ictimai-siyasi mahiyyəti də açıqlanır. 
Məqtəl yazmaq ənənəsinin kökləri ərəb ədəbiyyatına gedib 
çıxır. İlk məqtəl kitablarından birini həzrət Əlinin (ə.) 
silahdaşlarından olmuş Əşbə bin Nəbatə hicri tarixi ilə birinci 
(miladi yeddinci) yüzillikdə hazırlamışdır (103, 1263). Əbu 
Mixnəf Lut bin Yəhyanın (öl. 157/774) yazdığı «Kitabi-
məqtəlül-Hüseyn» əsəri də ilk məqtəl kitabı nümunələrindən 
sayılır. Bir neçə fərqli əlyazma variantı olan bu əsərin əsl 
orijinal nüsxəsi əldə yoxdur (93, XXIII). Tanınmış ərəb şairi, 
əhli-beyt aşiqi Debel Xüzai (148/765-246/860) də Kərbəla 
vaqiəsinə çoxlu şeir həsr etmişdir (106). 
Qeyd edək ki, A.Bakıxanov «Riyazül-qüds»dəki bir 
epizodda Debel Xüzaidən bəhs etməklə yanaşı, bir neçə yerdə 
onun şeirlərindən nümunələr də vermişdir (14
F
*
F
, 3b, 30a, 68a). 
M.Füzuli də «Hədiqətüs-süəda» əsərində bu şairin bir beytini 
vermişdir (29,308).  
Əbülfərəc İsfahaninin (284/897-356/967) «Məqatilüt-
talibin» və Əbu İshaq İsfərainin (öl. 418/1027) «Nurül-əyn fi 
məşhədül-Hüseyn» əsərləri də ərəb dilində yazılmış ən qədim 
məqtəl kitablarından sayılır (94, XXIV). Ərəb dilində yazılmış 
ən məşhur məqtəl kitablarından biri Hilləli  Seyyid 
Rəziyəddinin (589/1193-644/1266) qələmindən çıxmışdır. 
 
«Məsrəi-Tavusi» adlanan bu əsəri Füzuli də «Hədiqətüs-
süəda»nın müqəddiməsində mötəbər bir qaynaq kimi qeyd edir 
(29,26). «Ləhuf» adı ilə tanınan bu kitab bir neçə dəfə nəşr 
olunmuşdur (28, 607). 
Fars dilində yazılan ən geniş yayılmış məqtəl kitabı 
isə Herat vaizi Hüseyn Vaiz Kaşifinin (öl. 910/1504-05) 
«Rövzətüş-şühəda» əsəridir. Füzuli «Hədiqətüs-süəda» əsərini 
Kaşifinin bu məşhur kitabından sərbəst - yaradıcı şəkildə 
tərcümə yolu ilə qələmə almışdır (bax: 47;  54). 902/1502-ci 
                                                           
*
 «Riyazül-qüds»dən verilən bütün nümunələr bu mənbədən götürülmüşdür.
 
Bundan sonra yalnız nümunə verilən vərəq göstəriləcək.
 

13 
 
ildə tamamlanmış «Rövzətüş-şühəda» yarandığı dövrdən 
başlayaraq görünməmiş 
sürətlə
 və geniş şəkildə yayılaraq 
təkcə XVI yüzillikdə iki dəfə osmanlıcaya (Gəlibolulu 
Caminin «Səadətnamə» tərcüməsi və Aşiq ibn Nəttainin 
«Rövzətüş-şühəda» tərcüməsi) və 945/1539-cu ildə 
Azərbaycan türkcəsinə (Məhəmməd Hüseyn bin Katib 
Nişatinin «Şühədanamə» tərcüməsi - bax: 56) tərcümə edilir. 
Maraqlıdır ki, «Rövzətüş-şühəda» yazılandan sonra kitabın 
adında olan «rövzə» sözü (lüğəvi mənası «bağça» deməkdir) fars 
dilində «yas», «matəm», «təziyə saxlamaq» mənalarıda 
işlənməyə başlanır və bu dildə «rövzəxan» (mərsiyə 
oxuyan) sözü də ortaya çıxır. Onu da qeyd edək ki, 
«Rövzətüş-şühəda»nı Hüseyn Nidai Yəzdi Nişapuri 
928/1521-22-ci ildə nəzmə çəkərək əsərini «Seyfün-
nübüvvə» («Peyğəmbərlik qılıncı») adlandırmışdır. Bu əsər 
«Məşhədüş-şühəda» adı ilə də tanınır (88,1, 625-626). 
Kərbəla faciəsi mövzusunda fars dilində çoxlu 
mərsiyə, növhə və sinəzənlər də yazılmışdır. Bu qəbildən 
olan ən məşhur əsər Möhtəşəm Kaşaninin (öl.996/1587) 
«Dəvazdəh bənd» («On iki bənd») adı ilə tanınan 
mərsiyələridir. 
Fars dilində yazılan məşhur məqtəl kitablarından biri 
də Məhəmməd Bağır Məclisinin «Cəlaül-üyun» əsəridir ki, 
aşağıda onun haqqında daha geniş məlumat verəcəyik. 
Kərbəla vaqiəsi mövzusunda türkcə yazılan ən qədim 
kitab isə Kastamonulu Şazinin 763/1361-ci ildə qələmə aldığı 
«Dastani-məqtəli-Hüseyn» məsnəvisi sayılır (80, XXVII). 
Qeyd edək ki, orta yüzilliklərdə, xüsusilə də XV-XVI 
əsrlərdə bu mövzuda türkcə yazılan əsərlərin çoxu Osmanlı 
müəlliflərinin qələmindən çıxmışdır. Görkəmli türk 
tədqiqatçısı, tanınmış füzulişünas alim Əbdülqadir Qaraxan 
Kərbəla vaqiəsi mövzusunda türk dilində qələmə alınan 
əsərlərə ayrıca bir tədqiqat həsr edərək onları geniş şəkildə 
araşdırmışdır (95). Füzulinin «Hədiqətüs-süəda» əsərinin 

14 
 
tənqidi mətnini hazırlamış türk alimi d-r Şəyma Güngör də 
türkcə yazılmış məqtəllər haqqında qısa məlumat vermişdir 
  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə