Bakixanovun



Yüklə 279.25 Kb.
PDF просмотр
səhifə5/15
tarix26.07.2017
ölçüsü279.25 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   15
qeyd etmişlər. Bundan əlavə orta əsr təzkirəçiləri - 
ədəbiyyatşünasları da bəzi əsərləri, məsələn, Füzulinin 
«Hədiqətüs-süəda» əsərini tərcümə adlardırmışlar (bax: 94, 
XLIV). Onların yazdıqlarına göz yummaq nə dərəcədə 
düzgün sayıla bilər. Fikrimizcə, bu və bu kimi məsələlərdə 
tarixilik prinsipi gözlənilməli, yəni konkret dövr və şəraitlə bağlı 
səciyyəvi məsələlər mütləq şəkildə nəzərə alınmalıdır. Başqa 
sözlə desək, hər hansı bir əsərin janrının müəyyən edilməsində 
və ya onun orijinal əsərmi, yoxsa tərcümə sayılması məsələsində 
həmin dövrə məxsus səciyyəvi cəhətlərə üstünlük verilməlidir. 
Düzdür, «Riyazül-qüds»ə (eləcə də «Hədiqətüs-süəda»ya) 
çağdaş roman janrının tələbləri baxımından yanaşdıqda onun bu 
janra aid edilməsi məsələsi bir qədər mübahisəli görünə bilər. 
Ancaq tarixi şəraiti nəzərə aldıqda hər iki əsəri öz dövrünün 
roman janrının nümunəsi saymaq mümkündür. 

47 
 
Bu məsələ ilə bağlı «Riyazül-qüds» üçün səciyyəvi olan 
daha bir cəhəti də qeyd etmək lazımdır. Müasir dövrdə roman 
janrı, əsasən, nəsrlə yazılır. Bununla belə, nəzmlə yazılan 
romanlar da məlumdur: məsələn, ayrı-ayrı tədqiqatçılar 
Nizaminin «Xosrov və Şirin» məsnəvisini mənzum roman 
adlarıdırırlar (bax: 65,107). A.Bakıxanov isə «Riyazül-qüds»ü 
dahi sələfi Füzulinin «Hədiqətüs-süəda»sı kimi həm nəsrlə, həm 
də nəzmlə qələmə almışdır, yəni təhkiyə yolu ilə təsvir etdiyi 
hadisələri lirik şeir parçaları ilə daha da emosional və təsirli 
etmişdir. Bunu nəzərə alaraq «Riyazül-qüds»ü roman  janrı 
saymaqla yanaşı, ədəbi növ olaraq epik-lirik adlanan ayrıca bir 
ədəbi növə aid etmək məqsədəuyğundur. Qeyd edək ki, xalq 
dastanları da nəsrlə nəzmin növbələşməsi şəklində qurulduğu 
üçün epik-lirik növə aid edilir. 
Beləliklə, «Riyazül-qüds» haqqındakı deyilənlər A.Bakı-
xanovun bu əsərini XIX əsr Azərbaycan ədəbiyyatında 
yaranan məqtəl kitabının ən uğurlu və klassik nümunələrindən 
biri kimi dəyərləndirməyə əsas verir. «Riyazül-qüds» bütövlükdə 
götürdükdə
 tərcümə səciyyəsi daşısa da, əsər klassik məqtəl 
kitabının bütün tələblərinə cavab verir, onun başlıca 
xüsusiyyətlərini daşıyır. A.Bakıxanov «Riyazül-qüds»ü 
qələmə alarkən Məhəmməd Bağır Məclisinin «Cəlaül-üyun» 
əsərini başlıca qaynaq kimi seçsə də, digər məqtəl kitablarından 
da, xüsusilə də 
dahi
 
sələfi
 M.Füzulinin «Hədiqətüs-süəda» 
əsərindən uğurla və yaradıcılıqla bəhrələnərək dəyərli bir 
məqtəl nümunəsi ortaya qoymağa müvəffəq olmuşdur. 
 
 
 
 
 
 
 
 

48 
 
 
 
 
 
 
II FƏSİL 
 
«CƏLAÜL-ÜYUN» VƏ «RİYAZÜL-QÜDS»:  
MƏTNLƏRİN MÜQAYİSƏLİ  TƏHLİLİ 
 
 
 
2.1. Məhəmməd Bağır Məclisi və onun «Cəlaül-üyun» 
əsəri 
haqqında
 
 
Abbasqulu ağa Bakıxanovun «Riyazül-qüds» əsəri üçün 
başlıca qaynaq kimi seçdiyi «Cəlaül-üyun» əsərinin müəllifi 
Məhəmməd Bağır bin Məhəmməd Tağı Məclisi 1037/1627-28-ci 
ildə İsfahanda ruhani ailəsində doğulmuş, 1110/1698-99 və ya 
1111/1699-1700-cü ildə isə elə həmin şəhərdə vəfat etmişdir. 
Onun atası Məhəmməd Tağı (öl. 1070/1659) dövrünün nüfuzlu 
ruhani alimi olmuş və Səfəvilər dövründə - II Şah Abbasın 
(1052/1642-1077/1667) hakimiyyəti zamanı şeyxülislam 
vəzifəsini tutmuşdur. Məhəmməd Bağır atasının yanında 
oxumuş və ərəb dilini, ilahiyyatı mükəmməl öyrənmişdir. 
Atasının vəfatından sonra o, iki Səfəvi hökmdarının: həm Şah 
Süleymanın (1077/1667-1105/1694), həm də Şah Sultan 
Hüseynin (1105/1694-1142/1722) hakimiyyətləri dövründə 
şeyxülislam olmuşdur. Bu faktın özü Məhəmməd Bağır 
Məclisinin fıqh və ilahiyyat sahəsində dövrünün ən nüfuzlu və 
tanınmış bir alimi sayıldığını açıq-aşkar sübut edir. Məclisi həm 
də islamda şiə məzhəbinin ən güclü ideoloqlarından biri hesab 
edilir (bax: 88, II, 581-586).  
Mənbələrdə Məclisinin əsərlərinin ümumi saynın altmışdan 

49 
 
çox olması göstərilir ki, onlardan da çoxu Səfəvilər dövründə 
dövlət səviyyəsinə qaldırılan şiə məzhəbinə və onun təbliğinə 
həsr olunmuşdur (bax: 88, II, 581-586; 107, V-VI, 193). 
M.B.Məclisinin ən məşhur əsərləri hədis toplusu olan 
26 cildlik «Biharül-ənvar» («Nurlar dənizi») və Məhəmməd 
peyğəmbərin (s.), on iki imamın (ə.) həyatından bəhs edən 3 
cildlik «Həyatül-qülub» («Qəlblərin həyatı») əsərləridir. Bu 
əsərlərdən birincisi ərəb dilindədir, ikincisi isə fars dilində 
yazılmışdır. Hər iki əsər şiəlik ruhunda qələmə alınmışdır və 
açıq-aşkar bu məzhəbin təbliğinə xidmət edir. Bu məsələ ilə 
bağlı görkəmli Azərbaycan alimi Mirzə Məhəmmədəli Müdərris 
Təbrizi yazır ki, «əgər şiə dinini  (məzhəb olmalıdır - M.N.) 
Məclisi dini adlandırsaq, yerinə düşər, çünki bu dinə (yenə də 
məzhəb olmalıdır - M.N.) qüdrət və əzəmət verən Məclisi 
olmuşdur» (107, V-VI, 193). 
M.B.Məclisinin fars dilində yazdığı «Cəlaül-üyun» 

Gözlərin
 
parlaqlığı
») əsəri də məşhurdur və çox geniş 
yayılmışdır. «Cəlaül-üyun»  da şiəliyin təbliğinə həsr 
olunmuşdur və məzmun baxımından müəllifin «Həyatül-
qülub» əsərinə yaxındır. Məclisi «Cəlaül-üyun» əsərini 
1089/1678-ci ildə tamamlamış və onu Səfəvi hökmdarı Şah 
Süleymana ithaf etmişdir. Müəllif əsərin əvvəlində bu mövzuda 
yazdığı «Həyatül-qülub» əsərinin də adını çəkir. Bu fakt isə 
sübut edir ki, o, «Həyatül-qülub» kitabını «Cəlaül-üyun» 
əsərindən əvvəl yazmışdır. Müəllif  burada qeyd edir ki, o, 
«Həyatül-qülub» kitabında imamların həyatından bəhs etmişdir, 
lakin bu mövzuda ayrıca bir əsərin əhəmiyyətini nəzərə 
alaraq «Cəlaül-üyun» əsərini yazmaq qərarına gəlmişdir. 
Məclisi burada həmçinin Əhli-beyt üzvləri (ə.), xüsusilə də 
imam Hüseyn (ə.) üçün ağlamağın savabından da söz açır və 
bununla da əsəri nə məqsədlə yazdığını açıqlayır. Göründüyü 
kimi, Məclisi 
bu
 mövzunun - şiəliyin təbliğinin xüsusi 
əhəmiyyətini nəzərə alaraq, ömrünün nisbətən yetkin 
çağlarında məqtəl kitabı olan «Cəlaül-üyun»u yazmışdır. 

50 
 
Ümumiyyətlə, bir sıra müəlliflər məqtəl kitablarını, bir qayda 
olaraq,   ömürlərinin  yetkin çağlarında qələmə almışlar ki, bu 
da mövzunun həm ağırlığı, həm də müəyyən mənada ölümün 
yaxınlaşdığı anlarda savab qazanmaq arzusu ilə bağlıdır. 
Məsələn, Hüseyn Vaiz Kaşifı «Rövzətüş-şühəda»nı ömrünün lap 
sonlarında, vəfatından iki il öncə - 1502-ci ildə yazmışdır. 
Füzuli isə «Hədiqətüs-süəda»nı 1547-ci ildə ərsəyə 
gətirmişdir. Bu baxımdan A.Bakıxanovun «Riyazül-qüds» 
əsəri istisnadır, çünki o, müəllifin ilk qələm təcrübələrindən 
sayılır. 
«Cəlaül-üyun» 14 babdan ibarətdir ki, bu da ilk növbədə 
şiəlikdə «Çəhardəh-mə'sum» («On dörd məsum») adı ilə məşhur 
olan on dörd müqəddəs şəxsiyyətlə - həzrət Məhəmməd 
peyğəmbər (s.), Fatimə (ə.) və on iki imamla (ə.) bağlıdır. Əsərin 
ilk babı Məhəmməd peyğəmbər (s.), ikinci babı o həzrətin qızı 
Fatimə (ə.) haqqındadır. Sonrakı bablar ayrı-ayrılıqda on iki 
imamın (ə.) hər birinin həyatına həsr olunmuşdur. Məclisi 
«Cəlaül-üyun»da özündən əvvəl yazılan məqtəl kitablarından 
(məsələn, «Rövzətüş-şühəda»dan) fərqli olaraq, imam Hüseynin 
(ə.) şəhadəti hissəsini – Kərbəla müsibətini daha ətraflı qələmə 
almaqla yanaşı (bu bab nə az, nə çox 23 fəsildən ibarətdir), digər 
imamların da həyatını ayrıca bir babda nisbətən yığcam və 
müfəssəl şəkildə təsvir etmişdir. Qeyd edək ki, istər «Rövzətüş-
şühəda»da, istərsə də «Hədiqətüs-süəda»da yalnız «Xatimə» 
adlanan sonluqda on bir imamın doğumları, vəfatı və ya şəhadəti 
və övladları haqqında qısaca məlumat verilmişdir. 
Müsəlman Şərqində ənənəvi mövzuda qələmə alınmış 
əsərlərdə müəlliflər, bir qayda olaraq, özlərindən əvvəl yazılmış 
kitablara, mövcud qaynaqlara da üz tutaraq həmin mənbələrdə olan 
bəzi məlumatlara, rəvayət və əhvalatlara da söykənir, bir çox 
hallarda isə onları öz əsərlərinə əlavə edirlər. Məclisi də 
«Cəlaül-üyun»da bu ənənəyə sadiq qalaraq mövzu ilə bağlı 
əsasən ərəb dilində yazılmış qaynaqlardakı rəvayətlərə və 
əhvalatlara geniş yer vermiş, onlardan yetərincə bəhrələnmiş və 

51 
 
bununla da əsərinin mötəbərlik səviyyəsini daha da 
artırmağa səy göstərmişdir. Məsələn, o, Kərbəla müsibəti ilə 
bağlı hadisələri qələmə alarkən bu qanlı faciənin canlı 
şahidi olmuş imam Zeynəlabidinin (ə.) dilindən söylənilmiş 
rəvayətləri və ya digər imamlara (ə.) aid edilən 
əhvalatları
 
verərək əsərini daha canlı şəkildə qurmağa, onun mötəbərliyini 
artırmağa çalışmışdır. Bununla belə, əsərdəki bəzi hadisə və 
rəvayətlər inandırıcı görünmür və uydurma, şişirtmə təsirini 
bağışlayır. Məsələn, «Cəlaül-üyun»un  beşinci babının altıncı 
fəslində Adəm peyğəmbərdən başlayaraq, Nuh, Musa, İsa və s. 
kimi peyğəmbərlərin gələcəkdə baş verəcək Kərbəla 
vaqiəsindən xəbər tutmalarından bəhs edilir. Həmin 
rəvayətlərdən birində təsvir edilir ki, İsa peyğəmbər öz 
həvariləri ilə Kərbəla düzündən keçərkən bir şir qabaqlarını 
kəsərək onlara yol vermir. Peyğəmbər şirdən bu hərəkətinin 
səbəbini soruşduqda o, dil açaraq deyir ki, imam Hüseynin (ə.) 
qatilinə (Yezidə) lənət oxumayınca buradan keçmək olmaz. Elə 
həmin fəsildə Süleyman peyğəmbərin bu xəbəri küləkdən 
eşitməsindən bəhs olunur (104
F
*
F
, 182a-b). 
«Cəlaül-üyun» əsərindəki bu qəbildən olan digər rəvayət 
və əhvalatlar da uydurma təsirini bağışlayır. Böyük mütəfəkkir 
Mirzə Fətəli Axundzadə şiəliyin təbliği, xüsusilə də təziyədarlıqla 
bağlı yazılan bəzi əsərlərdə açıq-aşkar uydurma fıkirlər olduğunu 
tənqid edərək yazırdı ki, bu cür kitabları «hər aqil və həkim 
(ağıllı, müdrik - M.N.) şəxs oxuyanda əti tökülür, ondan ötrü 
ki, əxbari-kazibənin (yalan  xəbərlərin - M.N.) həddi və həsri 
(məhdudiyyəti – M.N.) yoxdur» (7, 260). M.F.
Axundzadənin
 bu 
sözlərini «Cəlaül-üyun» əsərindəki bəzi epizod və məqamlara 
da aid etmək olar. Qeyd edək ki, əsərdəki İsa və Süleyman 
peyğəmbərlə bağlı verilən rəvayətlər eynilə «Riyazül-qüds»də 
də vardır, daha doğrusu, oradan tərcümə edilmişdir. Bununla 
                                                           
*
 «Cəlaül-üyun»dan verilən bütün nümunələr bu mənbədən götürülmüş-
dür. Bundan sonra yalnız nümunə verilən vərəq göstəriləcək. 

52 
 
belə, «Cəlaül-üyun» yazıldığı dövrdən başlayaraq geniş şöhrət 
qazanmış və əsərin əlyazmaları çoxaldılaraq geniş yayılmışdır ki, 
bunu da ilk növbədə şiəliyin təbliği ilə əlaqələndirmək lazım 
gəlir. Əsərin dünya əlyazma kitabxanalarında mövcud olan 
çoxsaylı əlyazmaları bunu əyani şəkildə sübut edir (bax: 88, II, 
581-586). Qeyd edək ki, Azərbaycan Milli Elmlər Aka-
demiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda da «Cəlaül-
üyun»un 20 ədəd əlyazması saxlanılır ki, onlardan biri əsər 
tamamlanan il, yəni 1089/1679-cu ildə köçürülmüş, digərləri isə 
XVIII-XIX yüzilliklərə aiddir (bax: 80, 244-252). 
Məclisinin «Cəlaül-üyun» əsərini Gülşən Əli Ənsari 
1226/1811-ci ildə ixtisar  edərək və məzmununu bir qədər 
dəyişdirərək «Cəlaül-əbsar» («Gözlərin parlaqlığı») adlı bir kitab 
tərtib etmişdir. Seyyid Abdullah bin Məhəmməd Rza Şübbar 
Hüseyni isə 1242/1826-27-ci ildə əsəri ərəb dilinə çevirmişdir. 
A.Bakıxanovun «Riyazül-qüds» əsərinin də bu dövrdə meydana 
çıxmasını nəzərə alaraq, XIX yüzilliyin birinci yarısında «Cəlaül-
üyun»un məşhurluğu və geniş yayıldığı qənaətinə gəlmək olar. 
Bunu elə həmin dövrdə əsərin Tehranda daşbasma şəklində iki 
dəfə çap olunması da sübut  edir (1240/1825 və 1262/1846). 
«Cəlaül-üyun» 1326/1947-48 və 1334/1955-56-cı illərdə Tehranda 
müasir üsulla da nəşr edilmişdir. Əsər Təbriz və Nəcəf 
şəhərlərində də çap olunmuşdur. 
Məhəmməd Bağır Məclisi bütün əsərləri kimi «Cəlaül-
üyun»u da yalnız nəsr şəklində qələmə almışdır. 
 
 
 
2.2. «Riyazül-qüds»: tərcümə, yoxsa orijinal əsər?  
                      Məsələyə A.Bakıxanovun münasibəti 
 
Hər şeydən öncə xatırladaq ki, bu məsələyə irəlidə ötəri 
də olsa toxunmuşuq. Belə ki, əsərin yazılma səbəbini açıqlayarkən 
qeyd etdik ki, A.Bakıxanov «Riyazül-qüds»ün dibaçə hissəsində 

53 
 
əsərin yazılmasını şərtləndirən amillərdən danışarkən onu 
«Cəlaül-üyun»dan tərcümə etdiyini açıq-aşkar şəkildə göstərir. 
Bununla belə, bu məsələ üzərində bir qədər ətraflı dayanmaq 
lazım gəlir, çünki əsərdə A.Bakıxanovun bu barədə vacib və 
əhəmiyyəti digər qeydləri də vardır. 
A.Bakıxanovun «Riyazül-qüds»ün tərcümə, yoxsa 
orijinal əsər olması ilə bağlı ikinci və daha mühüm, əhəmiyyətli 
bir qeydinə də kitabın sonunda, onun «Xatimə» hissəsində rast 
gəlirik. Yeri gəlmişkən qeyd edək ki, əlyazmalarda, bir qayda 
olaraq, müəllif və 
əsər
 haqqındakı   məlumatlar   ya   onların   
əvvəlində, yəni giriş hissəsində («müqəddimə»də və ya 
«dibaçə»də), ya da «Xatimə» adlanan sonluq hissəsində verilir. 
A.Bakıxanov da bu qaydaya tam əməl etmişdir. O, əsərin 
sonunda «Riyazül-qüds»lə bağlı aşağıdakı məlumatı verir: 
«Əgərçi bu nüsxeyi-cansuzi-möhnətxiz və risaleyi-qəmənduzi-
şurəngiz  vəchi-intixab və ixtisar ilə «Cəlaül-üyun» 
kitabından tərcümə olunub (seçdirmə bizimdir - M.N.) təfsiri-
rəvayətə talib olan ərbabi-üqul və tətvili-əhadisi təmənna 
qılan əshabi-qəbul ol kitabi-müstətabə rücu etsin, ta həqiqəti-
müddəası dərəceyi-vüzuhə yetsün» (90b). Yuxarıda qeyd 
etdiyimiz kimi, A.Bakıxanov «Riyazül-qüds»ün əvvəlində bu 
kitabı «Cəlaül-üyun»dan sadəcə olaraq tərcümə etdiyini 
bildirirdisə, burada öz fıkrini bir qədər də dəqiqləşdirir. Bu 
cümlədə seçdirdiyimiz «vəchi-intixab və ixtisar ilə» sözləri ilə 
o, aydınca bildirir ki, «Riyazül-qüds»ü «Cəlaül-üyun»dan 
seçmə və ixtisar yolu ilə tərcümə etmişdir. A.Bakıxanov 
burada onu da əlavə edir ki, 
kitabdakı hadisələr, əhvalat və
 
rəvayətlər haqqında daha geniş məlumat əldə etməyi 
«təmənna qılan» şəxslər o pak kitaba - «Cəlaül-üyun»a müraciət 
etsinlər.  
Beləliklə, A.Bakıxanovun bu qeydindən açıq-aşkar 
aydın olur ki, o, «Cəlaül-üyun»u tam şəkildə deyil, ixtisarla 
tərcümə etmişdir, daha doğrusu, aşağıda görəcəyimiz kimi 
sözügedən kitabdan daha vacib saydığı bəzi yerləri seçərək 

54 
 
sərbəst şəkildə 
ana dilinə çevirmişdir. A.Bakıxanovun 
«Riyazül-qüds»ün daha bir yerində olan kiçik bir qeydi də 
eynilə yuxarıdakı fikirlə səsləşir. Əsərdə imam Zeynəlabidinə 
(ə.) həsr olunmuş altıncı babın sonunda o sözügedən imamın 
anasının «Yəzdcürdi-padşahi-əcəmin (fars padşahının - M.N.) 
qızı»  olduğunu qeyd etdikdən sonra yazır: «Təfsili-hekayətin 
təmənna qılan kimsə kitabi-«Cəlaül-üyun»ə rücu etsün, ta 
keyfiyyəti vüzuhə yetsün» (79a). Deməli, A.Bakıxanov burada 
da söz açdığı məsələ ilə bağlı əlavə məlumat əldə etmək 
istəyən oxucuya tövsiyə edir ki, bu barədə «Cəlaül-üyun» 
kitabına müraciət etsin. Bu fakt da «Riyazül-qüds»lə bağlı iki 
məsələyə aydınlıq gətirir: birincisi, A.Bakıxanovun əsərinin 
farsca qaynağı «Cəlaül-üyun» kitabıdır; ikincisi isə, A.Bakıxanov 
Məclisinin əsərindən yalnız müəyyən hissələri ana dilinə 
çevirmişdir. Əgər belə olmasaydı, A.Bakıxanov bu məsələ ilə 
ətraflı maraqlanan oxuculara məhz «Cəlaül-üyun» kitabına 
müraciət etməyi məsləhət görməzdi. 
«Riyazül-qüds»ün bu hissəsində A.Bakıxanov aşağıdakı şeir 
parçasında da kitabın «Cəlaül-üyun»dan tərcümə olunmasına 
bilavasitə işarə edərək yazır: 
 
Əgərçi mətni-«Cəlaül-üyun» degil bu xəbər,  
Vəleyk sihhəti məlumdur ki, İbn Həcər
F
*
F
  
Yazub «Səvaiqi-mühriq»də
F
**
F
 çün görüb məqbul,  
Əbu Nəimdən
F
***
F
 etmiş rəvayətin mənqul... (79a) 
 
Bu fakt eyni zamanda onu da sübut edir ki, A.Bakıxanov 
«Riyazül-qüds»də yeri gəldikcə mövzu ilə bağlı ərəb və fars 
dillərində olan digər qaynaqlardan da istifadə etmişdir. 
                                                           
*
 İbn Həcər - Şihabəddin Əbülabbas İbn Həcər (907/1501-974/1566). Məşhur 
fiqh alimidir. 
**
 «
Səvaiqi
-mühriq» - İbn Həcərin  şiəliyə həsr olunmuş əsəridir. 
***
 Əbu Nəim - bu adda bir neçə orta əsr müəllifi məlumdur. Burada, cox 
güman  ki, 517/1123-cü ildə vəfat etmiş Əbu Nəim İsfahanidən söhbət gedir.
 

55 
 
A.Bakıxanov «Riyazül-qüds»ün «dibaçə» hissəsindəki 
qeydlərində də onu «Cəlaül-üyun»dan ixtisar yolu ilə tərcümə 
etməsini bir qədər başqa şəkildə bildirir. Bunu A.Bakıxanovun 
«Riyazül-qüds»ü  «bir kitabi-müxtəsəri-müfid» (bir müxtəsər və 
faydalı kitab) adlandırması (4a) sübut edir. O, buradakı 
qeydlərində «Riyazül-qüds»lə bağlı «tərtib etmək» (4a) sözünü 
işlədir ki, bu da əslində onun orijinal yox, tərcümə əsəri olmasını 
sübut edən dəlillərdən biri sayıla bilər, çünki, adətən, müstəqil 
əsər üçün «tərtib» yox,  «təsnif» sözü işlənir. Bununla belə, sırf 
orta çağlarda tərcümə əsərlərinin də «təsnif» kimi qələmə 
verilməsi hallarına rast gəlirik (bax 56, 59) 
«Riyazül-qüds»ün tərcümə əsəri olması ilə bağlı 
A.Bakıxanovun daha bir mühüm qeydi vardır. Belə ki, o, əsərin 
iki yerində özünü «mütərcim» adlandırır. Bu qeydlərdən biri 
«Riyazül-qüds»ün ikinci babının sonundakı ərəb dilində olan üç 
beytlik şeir parçasının əvvəlindədir. A.Bakıxanov dini məzmunlu 
aşağıdaki şeir parçasının qarşısına ərəbcə «li mütərcimihi» 
(mütərcimindir) sözünü yazaraq (13a) bununla həmin 
nümunənin mütərcimə, yəni özünə məxsus olduğunu qeyd 
etmişdir: 
 
Ləənəl-lahü ünasən qətəlü seyyidəhüm,  
Ma rəəv izzətə dinün bəisü min nəimat,  
Əlləzi yəkfürü min xalifini fil-əhkam,  
Keyfə qövmün bədəül-qətli ləhü fizzülümat,  
Leytə qövlən kəburət mən lüinə qültu ləhüm,  
İnnə fi zalikə la yədfə'ü 'annil-həsərat. (13a) 
 
(Öz ağalarını (seyyidlərini) öldürən insanları Allah 
lənətlədi, 
 
Din izzəfinə riayət etməyənlər nemətlərdən uzaq 
olarlar. 
Ehkamlara qarşı çıxan (müxalif olan) kəs küfr 

56 
 
edəndir, 
Qövm necə onu zülmətlərdə öldürməyə başladı?! 
Əgər sözlə lənətlənmiş kəs böyüsəydi, 
Ona deyərdim ki, o ağrı-acıları məndən 
uzaqlaşdıra bilməz.) 
 
Aydınlıq üçün qeyd edək ki, digər klassik nəsr əsərlər 
də, məsələn, XVIII əsr Azərbaycan nəsr abidəsi - Möhsün 
Nəsirinin «Lisanüt-teyr» («Quşların dili») əsərində nəsr 
arasında verilən şeir parçaları müəllifin özünə məxsus olduqda, 
onların qarşısında ərəbcə «li müəllifihi» (müəllifindir) sözü 
yazılmış, digər nəzm nümunələrinin əvvəlində isə ayrı-ayrı 
müəlliflərin adları qeyd olunmuşdur (bax: 50). «Riyazül-qüds»də 
də müxtəlif müəlliflərə aid ərəbcə şeir parçaları vardır ki, onların 
çoxunun əvvəlində müəlliflərin adları göstərilmişdir, məsələn: 
«li Debel» (30a) - Debelindir, «li Bəhaəddin» (1b) - 
Bəhaəddinindir
F
*
F
 və s. Bəzi şeir parçasının əvvəlində isə «la 
ədri» (6a) – “bilmirəm” sözü yazılmışdır ki, A.Bakıxanov (və ya 
katib) bununla həmin şeir parçasının kimə məxsus olduğunu 
bilmədiyini vurğulamışdır. 
A.Bakıxanovun 
«Riyazül-qüds»
də özünü «mütərcim» kimi 
təqdim etdiyi ikinci qeydi isə bilavasitə əsərdəki bir epizodla 
bağlıdır. «Riyazül-qüds»ün beşinci babının üçüncü fəslində 
ərəb şairi Debel Xüzainin imam Rzanın (ə.) yanına getməsi və 
onun məclisində imam Hüseyn (ə.) haqqında yazdığı mərsiyəsini 
oxumasından danışılır (30a). Bu hadisə eynilə «Cəlaül-üyun» 
əsərində də vardır (177a), deməli, oradan tərcümə olunmuşdur. 
Həmin epizoddan sonra isə A.Bakıxanov yazır: «Mütərcim 
(seçdirmə bizimdir –M.N.) deyir: Hərçənd ki, mətni-«Cəlaül-
üyun» dəgil, amma vəchi-tənasüb üzrə (uyğun gəldiyi üçün - 
M.N.) mərqum edirəm (qeyd edirəm, yazıram - M.N.)». 
                                                           
*
 Bəhaəddin – Şeyx Bəhai Amili (953/1546-1031/1622) tanınmış İran şairi 
və alimidir. Dini məzmunlu 88-dən çox əsər yazmışdır. 

57 
 
A.Bakıxanov burada özünü «mütərcim»  adlandıraraq nəzərə 
çatdırmaq istəyir ki, aşağıda yazdıqları «Cəlaül-üyun»un 
mətnində yoxdur, ancaq mətləbə uyğun gəldiyi üçün kitaba əlavə 
edir. «Riyazül-qüds»də bu cümlədən sonra imam Rzanın (ə.) 
şair Debel Xüzaiyə dediyi sözlər verilir. İmamət elmi ilə tezliklə 
şəhid olacağını öncədən bilən imam Rza (ə.) Debelə bu xəbəri 
dedikdən sonra özünün ərəb dilində yazdığı 2 beytlik şeirini 
oxuyur (30a). İki cümləlik bu epizod və şeir «Cəlaül-üyun»da 
yoxdur (bax: 177a). Deməli, A.Bakıxanov bu hissəni «Riyazül-
qüds»ün mətninə özü əlavə etmişdir. Qeyd edək ki, 
A.Bakıxanovun burada özünü «mütərcim»  adlandırması, 
fıkrimizcə, daha bir məsələ ilə bağlı ola bilər. Məclisi «Cəlaül-
üyun»da bir sıra hallarda müxtəlif ərəb mənbələrinə üz tutaraq 
onlardan əxz etdiyi məlumatları verdikdən sonra məsələ ilə bağli 
öz fıkirlərini də açıqlayır və bu zaman tez-tez «moəllef quyəd» 
(müəllif deyir) ifadəsini işlədir. Görünür, A.Bakıxanov da 
Məclisinin yolu ilə gedərək burada «mütərcim deyir» ifadəsini 
işlətmişdir. 
A.Bakıxanovun yuxarıdakı əlavəsi ilə bağlı heç bir 
qeydi
 yoxdur, yəni o, «Riyazül-qüds»ə artırdığı hissəni hansı 
mənbədən götürdüyünü göstərmir. Buna baxmayaraq, gənc 
A.Bakıxanovun «Riyazül-qüds»ü qələmə alarkən digər 
qaynaqlara  da  üz tutması heç bir şübhə doğurmur. Belə 
qaynaqlardan biri A.Bakıxanovun «Riyazül-qüds»ün 
dibaçəsində adını böyük ehtiramla çəkdiyi Füzulinin 
«Hədiqətüs-süəda» əsəridir. 
Beləliklə, «Riyazül-qüds»dəki yuxarıdakı qeydlər 
tam 
aydınlığı ilə sübut edir
 ki, A.Bakıxanovun özü «Riyazül-
qüds»ü açıq-aşkar bir şəkildə Məclisinin «Cəlaül-üyun» 
əsərinin müxtəsər tərcüməsi adlandırmış və mahiyyət etibarilə 
bu məsələdə heç bir şübhə yeri qoymamışdır. Bütün bunları 
nəzərə alaraq, əslində «Riyazül-qüds»ün tərcümə və orijinal 
əsər olması ilə bağlı qaldırdığımız məsələni bağlamaq, necə 
deyərlər, ona nöqtə qoymaq olardı. Bəli, A.Bakıxanov təsdiq 

58 
 
edir ki, «Riyazül-qüds» tərcümə əsəridir - «Cəlaül-
üyun»un müxtəsər tərcüməsidir. Ancaq problem bununla bitmir. 
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə