Balalar-Az. Com Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar. 1908. Ay nənə, bir qırmızı saqqal kişi!



Yüklə 6,25 Kb.
tarix13.04.2017
ölçüsü6,25 Kb.
#13937

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.

1908.
Ay nənə, bir qırmızı saqqal kişi!
Ay nənə, bir qırmızı saqqal kişi!
Ağzu dualı, qoca baqqal kişi!

Zöhdlü, təqvalı, dili şükrli,


Sürməli gözlü, dodağı zikrli,
Əqli kifayətli, dərin fikrli,
Qəlbi məhəbbətli, xoşəhval kişi,
Ağzı dualı, qoca baqqal kişi!

Molla ədalı, sofi kirdarlı,


Mərsiyəxan qanlı, mürid arlı,
Hacı əməlli, məşədi karlı,
Nitqi həqiqətli, sözü fal kişi,
Ağzı dualı, qoca baqqal kişi!

Bir kişidir ki, nə çığır, nə bağır,


Gəzmədə yüngül, danışıqda ağır,
Sir-sifətindən elə bil nur yağır,
Görməmişəm bir buna timsal kişi,
Ağzı dualı, qoca baqqal kişi!

Ta məni görcək olur oğlan kimi,


Gah məni ağuşa basır can kimi,
Qol uzadır, gərnəşir aslan kimi,
Gah durur baxmağa mal-mal kişi,
Ağzı dualı, qoca baqqal kişi!

Söyləyir, ax! ax! nə gözəl çağ idi,


Onda ki, rəhmətlik atan sağ idi!
İşbu dükanda mənə ortaq idi,
Gündə satırdı nə qədər mal, kişi,
Ağzı dualı, qoca baqqal kişi!

İndi sənindir bu dükan sərbəsər,


Gəl, get, otur, dur, ye, iç, ol bəxtəvər,
Qəm yemə, doldur cibinə xüşgəbər,
Ağrını alsın qoca baqqal kişi,
Rüstəmi-dastanə dönən Zal kişi!

Bir belə yaxşı kişi olmaz, nənə,


Gündə verir ləbləbi, kişmiş mənə,
Söyləyir, oğlum, saba tez gəl gənə,
Qoyma qəmindən ola pamal kişi,
Ağzı dualı, qoca baqqal kişi!

Gah başımı, gah gözümü əlləyir,


Gah budumu, gah dizimi əlləyir,
Gah çənəmi, gah üzümü əlləyir,
Bir para söz də deyir ehmal, kişi,
Ağzı dualı, qoca baqqal kişi!..



Balalar-Az.Com

Yüklə 6,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin