24
Mədəniyyət.Elm.Maarif
Həmidə xanım Cavanşir-
Məmmədquluzadə
1873-1955
Y
ANV
AR
Həmidə xanım Əhmədbəy qızı
Cavanşir-Məmmədquluzadə 1873-cü
il yanvar ayının 19-da Şuşa qəzasının
Kəhrizli kəndində zəmanəsinin gör-
kəmli maarifçi ziyalısı, tarixçi Əhməd
bəyin ocağında dünyaya gəlmişdi. Ailə
məktəbində təhsil alan Həmidə xanım
hələ yeniyetmə illərində rus dilini səlis
qavrayaraq, o dövrün kənd qızları üçün
səciyyəvi olmayan yüksək intellektə,
geniş dünyagörüşünə malik olmuşdu.
İlk həyat yoldaşı zadəgan nəslindən
olan podpolkovnik İbrahim bəy Da-
vatdarov cəbhədə həlak olandan və
atasını itirəndən sonra Həmidə xanım
Cavanşir Kəhrizlidə ata mülkünü idarə
etmişdi. 1905-ci ildə Tiflisdə tanış ol-
duğu Mirzə Cəlil Məmmədquluzadəyə
iki il sonra ərə gedərkən bu izdivac
çoxlarına xoş getməmiş, nigah onun
əsilzadə nəslinə yaraşdırılmamışdı.
Lakin Həmidə xanım bütün maneələrə
cəsarətlə sinə gərərək, Mirzə Cəlilə
vəfalı və fədakar ömür-gün yoldaşı ol-
maqla yanaşı, həm də ustad sənətkarın
ən yaxın maarifçi silahdaşı, ziyalı
həmdəmi, “Molla Nəsrəddin”in isə
xeyirxah himayədarı olmuşdu. Bü-
tün varidatını, sərvətini həyat yol-
daşının yaradıcılığına böyük ürəklə
sərf edən Həmidə xanım Cavanşir-
Məmmədquluzadə Mirzə Cəlillə 25 il
ömür sürmüşdür.
Tək Kəhrizli kəndinin deyil, cümlə
Qarabağın ona kömək üçün pənah
gətirən insanlarının əlindən tutan bu
xanım həm də o dövrün yardıma ehti-
yacı olan ziyalılarının da problemlərini
həll etmişdir. Həmidə xanımın
M.Ə.Sabirə göstərdiyi qayğı haqqın-
da isə Azərbaycan ziyalılığının baş
tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi
məqalə yazmışdır. Məqalə bu sözlərlə
bitirdi: “Qoy ədəbiyyat tarixinə ya-
zılsın ki, Sabir kimi şairi diriliyində
təqdir edən bir kişi olmadısa da, bir
nəfər arvad oldu ki, şairin iadei-səhhəti
üçün, milyonçu kişilərə rəğmən, öz
varından keçəcək qədər böyük bir
hamiyyət göstərdi”. Bu hadisə Həmidə
xanım Cavanşir-Məmmədquluzadənin
vətəndaş ma-hiyyətini, xeyirxah
əməllərini əks etdirən yüzlərlə faktdan
yalnız biridir.
Həmidə xanım 1912-ci ildə Kəh-
rizlidə öz vəsaiti hesabına məktəb aç-
mış və burada dərs demişdir.
1955-ci il fevral ayının 6-da
vəfat edən Həmidə xanım Cavanşir-
Məmmədquluzadə Fəxri Xiyabanda
Mirzə Cəlilin məzarı yanında dəfn
edilmişdir.
Dostları ilə paylaş: