50
95
illiyi
Davud Axundov
1918-2003
FEVRAL
Davud Ağa oğlu Axundov 1918-ci
il fevral ayının 14-də Bakı şəhərində
anadan olmuşdur.
1942-ci ildə Azərbaycan Sənaye
İnstitutunu bitirmişdir.
Beynəlxalq Şərq Akademiyasının
fəxri üzvü olan Davud Axundov tarixi
abidələrin bərpası istiqamətində böyük
işlər görmüşdür. 1942-ci ildən layihəçi-
memar kimi əmək fəaliyyətinə başla-
mış, Bakıda, Sumqayıtda, Ağdamda,
Mingəçevirdə və digər şəhərlərdə bir
sıra yaşayış binalarının müəllifi ol-
muşdur.
1949-1963-cü illərdə onun layihələri
əsasında Bakı Krasnovodsk (indiki
Türkmənbaşı), Mahaçqala, Həştərxan
və s. şəhərlərdə 100-dən artıq çoxmər-
təbəli yaşayış evləri (əsasən Bakıda)
yataqxana, klub, sənaye binaları tikil-
mişdir.
1963-cü ildə Azərbaycan Politex-
nik İnstitutunda çalışmış, 1968-ci ildə
namizədlik, 1980-ci ildə doktorluq
dissertasiyasını müdafiə etmişdir.
1970-2003-cü illərdə Memarlıq
konstruksiyaları kafedrasının müəllimi
olmuşdur. Axundov qədim Azərbaycan
memarlığının nəzəri məsələlərinə dair
bir çox elmi əsərin müəllifidir. Qafqaz
Albaniyasının bütpərəstlik və xristian-
lıq dövrü memarlığının ilk tədqiqatçısı
olan Axundov memarlıqda bu
istiqamətin əsasını qoymuşdur. Onun
“Qədim və orta əsrlər Azərbaycan
memarlığı” (1986, rus dilində) adlı
monoqrafiyasında Qafqaz Albaniyası
dövründə Azərbaycan memarlığının
inkişaf mərhələləri araşdırılmışdır.
Davud Axundov islamaqədərki
və ondan sonrakı dövrün memarlıq
abidələri ilə bağlı elmi araşdırmalar
aparmışdır.
Uzun illər alimlər Qız qalasının
nə məqsədlə tikildiyi və onun tarixi
barədə mübahisələr aparılmışdır. Alim-
arxitektor, professor Davud Axundov
yeni sensasiyaya səbəb olan nəzəriyyə
irəli sürmüşdür. Onun nəzəriyyəsinə
görə Bakının simvolu olan – Qız qa-
lası - əslində zərdüştlük məbədi və
qədim rəsədxanadır. Bu fikir qalanın
əvvəl qəbul olunmuş, tikilmə məqsədi
təsəvvürlərinin tam əksi idi.
Qədim Qafqaz Albaniyasının mədə-
niyyətinə və incəsənətinə aid olan çox-
lu sayda elmi işlərin müəllifi, professor
Davud Axundov kompyuter texnolo-
giyalarının köməyi ilə qalanın tarixi
barədə yeni baxışa nail olmuşdur.
Azərbaycan memarlığının inkişa-
fındakı xidmətlərinə görə 1990-cı ildə
Dövlət mükafatı laureatı olmuş, 2002-
ci ildə “Şöhrət” ordeni ilə təltif edilmiş,
elə həmin ildən Azərbaycan Respubli-
kası Prezidentinin fərdi təqaüdçüsü ol-
muşdur.
Davud Ağa oğlu Axundov 2003-cü
il noyabr ayının 19-da vəfat etmişdir.
Dostları ilə paylaş: