3
Qarşıdan gələn il yaşadığımız yüz illiyin 13-
cüsüdür. Yaponiyada və digər Şərq ölkələrində
qəbul edilmiş təqvimə əsasən 12 illik dövr
daxilində hər bir il müəyyən heyvan işarəsi altında
keçir. Şərqdə çox məşhur olan bu təqvimə əsasən,
2013-cü il qara su ilanı üstə təhvil olacaq.
Qeyd edək ki, qara su ilanı ağıllılıq, şüurluluq,
məntiqlilik, iradə rəmzidir. İlan qorxu hissi yara-
dır. O, cəld hərəkəti və zəhəri ilə qurbanını hər an
məhv etməyə hazırdır. Unutmaq lazım deyil ki, bu
yalnız ilanın quyruğunu tapdalayan zaman baş ve-
rir.
Ancaq ilan, həm də öz emosiyalarına qapılan,
heç bir şeyə məhəl qoymayan məkrli və kinlidir.
İlan ilində dünyaya gələnlər incə zövqlə, hətta
bir qədər qəribə geyinir, müəyyən dərəcədə moda-
bazdırlar. Qadınlarda zərif bəzək-düzəyə aludəçilik
vardır. Boşboğaz deyillər, çox dərin düşünürlər və
intellektualdırlar. Gözəl intuisiyaları vardır.
İlanlar faktlardan daha çox təəssürata, duyğu-
lara və rəğbət hissinə, özlərinin və başqalarının
təcrübəsinə, mühakimələrə və məsləhətlərə inanır-
lar. Onlarda sanki altıncı bir duyğu vardır.
İlanlar başladıqları işi qətiyyətlə axıra çatdı-
rırlar. Müvəffəqiyyətsizlik onlarda nifrət oyadır.
Təbiətən sakit olsalar da, qərarları tez qəbul edirlər.
Məqsədlərinə çatmaq üçün yeri alt-üst edə bilərlər.
Pis oyunçudurlar.
İlanlar borc verməyi xoşlamasalar da, rəğbət
bəslədikləri adamların köməyinə çata bilərlər.
Nəyinsə əvəzini nadir hallarda pul ilə ödəyir, çox
vaxt özlərini təslim edirlər. Təəssüf ki, həmişə ifra-
ta varırlar, başqalarına kömək etmək arzusu bütün
varlıqlarına hakim kəsilir. Şişirtmək meyli onlara
xasdır. İlanlar kimə isə xidmət göstərirlərsə, hava-
lanır, fayda verməkdən çox əzab verirlər. Deməli,
İlandan kömək istəməzdən əvvəl yaxşı-yaxşı
düşünmək lazımdır. Sonra peşman ola bilərsiniz.
Pul sarıdan İlanların bəxti gətirir. Qocaldıqda
xəsisləşə bilərlər.
İlanlar təhlükə ilə bağlı olmayan hər hansı bir
işi, hətta çox zəhmət tələb etdikdə də görə bilirlər.
Bununla belə İlanlar tənbəldirlər...
İlanların yayda və ya qışda, gecə və ya gündüz
doğulmasından, hətta həmin gün havanın necə
keçməsindən asılı olaraq hər şey dəyişə bilər. İsti
gündə doğulan İlanlar soyuq dekabr gecəsində do-
ğulan İlanlardan daha xoşbəxt olacaqdır.
Dostları ilə paylaş: