416
10
illiyi
Prezid
ent Kitabxanası
2003
2013
2003-cü ildə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin
təşəbbüsü ilə Bakı şəhərinin iki ən
qədim kitabxanasının - Mərkəzi Şəhər
kitabxanası (keçmiş Lenin adına kitab-
xana) və Azərbaycan Respublikası Pre-
zidenti İşlər İdarəsi Təsərrüfat şöbəsinin
nəzdində olan kitabxananın (keçmiş
Siyasi Maarif Evinin kitabxanası) ba-
zasında yaradılmışdır. Azərbaycan
Respublikası Prezidentinin 22 iyul
2009-cu il tarixli Sərəncamı ilə Prezi-
dent Kitabxanasına Azərbaycan Res-
publikası Prezidentinin İşlər İdarəsinin
şöbəsi statusu verilmişdir. Kitabxana 5
şöbə, 7 bölmə, 5 zal vasitəsilə fəaliyyət
göstərir.
Kitabxananın fondunda XVI - XIX
əsrlərdə və XX əsrin əvvəllərində nəşr
olunmuş müxtəlif dillərdə olan na-
dir ədəbiyyat nümunələri saxlanılır.
Fondda iqtisadiyyata, siyasətə, dövlət
quruculuğuna, hüquqa, fəlsəfəyə, sta-
tistikaya, tarixə, ədəbiyyatşünaslığa və
dilçiliyə dair ədəbiyyat üstünlük təşkil
edir. Kitabxananın dövri mətbuat fondu-
na respublikamızda və digər ölkələrdə
çap edilən 250 adda jurnal, qəzet və
digər dövri nəşrlər daxil olur. Hazırda
Kitabxanada fondun elektron nəşrlərlə
komplektləşdirilməsi sahəsinə xüsusi
diqqət yetirilir.
Kitabxanada müasir informasiya
texnologiyalarının tətbiqinə xüsusi
önəm verilir. Kitabxanada lokal kom-
püter şəbəkəsi yaradılmış, İnternetə
çıxış təmin edilmişdir. Kitabxanada
İRBİS Kitabxana Avtomatlaşdırılma
Sisteminin son versiyasının (İRBİS 64)
tam komplekti tətbiq edilmişdir. Bu
sistem fondun komplektləşməsindən
tutmuş, kitab verilişinədək bütün kitab-
xana proseslərinin avtomatlaşdırılma-
sını təmin edir. Sistem həm də oxucu-
lara kitabxanada hazırlanmış tammətnli
verilənlər bazasından istifadə etməyə
imkan verir. Bundan əlavə, hər bir İn-
ternet istifadəçisi Kitabxananın Web
səhifəsi vasitəsi ilə onun Elektron kata-
loqundan və digər elektron resursların-
dan istifadə edə bilər.
Kitabxanada Azərbaycan, rus və
digər dillərdə olan ədəbiyyatı əks
etdirən əlifba və sistemli kataloq tərtib
edilmişdir. 2003-cü ildən etibarən Ki-
tabxananın aldığı bütün kitablar haq-
qında məlumat Elektron kataloqa
(EK) daxil edilir. 2004-cü ildən isə
fonda daxil olan dövri nəşrlərdəki ən
əhəmiyyətli materialların biblioqrafik
təsvirləri də EK-nın tərkibindəki ayrı
bir verilənlər bazasına daxil edilir. Ki-
tabxanada müxtəlif təyinatlı biblioqra-
fik vəsaitlər də tərtib və nəşr edilir. EK-
dan və biblioqrafik vəsaitlərin elektron
variantlarından həm də Kitabxana-
nın Web səhifəsi ilə də istifadə etmək
olar. Kitabxana öz istifadəçilərinə tam
həcmdə soraq-biblioqrafiya və bibli-
oqrafik informasiya xidməti göstərir.
Xüsusi oxucu qruplarına elektron poçt
(E-mail) vasitəsilə də biblioqrafik in-
formasiya xidməti göstərilir.
Kitabxanada ənənəvi kitabxana-
biblioqrafiya xidmətləri ilə yana-
şı, İnternetdən istifadə, müxtəlif
təqdimatlar və mətbuat konfranslarının
keçirilməsi, skaner, surətçıxarma, la-
minasiya və s. əlavə xidmətlərdən də
istifadə edilir
.
Dostları ilə paylaş: