Məs. Ana kütlənin orta rəqəminin 120 olması iddiasının testləşdirilməsi
Statistikanın əsas anlayışları
Dəyişənlər (variables)
Dəyişənlər bir maddənin və ya individualın xarakteristikasını göstərir və statistik üsuldan istifadə edilməklə təhlil edilən obyektdir. Məs. ölkənin real və ya nominal ÜDM-i, bankların sayı, bankomkatların sayı, inflyasiya dərəcəsi və s.
Verilənlər (data)
Data bir dəyişənlə əlaqəli müxtəlif dəyərlərdən ibarətdir. Məs. ÜDM üzrə 56500 mln., 53250 mln. və s.
Ana kütlə (population)
Ana kütlə hər hansı nəticənin əldə edilməsi ilə bağlı bütün maddə və individuallardan ibarətdir. Ana kütlə bütöv qrupu göstərir.