Fяxrяddиn mustafayev


Tutayuk Validə Xaspolad qızı



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə72/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   284
Tutayuk Validə Xaspolad qızı  
(1914-1980) 
 
1934-cü  ildə  Azərbaycan  Dövlət  Aqrar  Univer-
sitetinin    ―Bağçılıq  və  bostançılıq‖  fakültəsini  bitir-
miş,  1949-cu  ildə  doktorluq  dissertasiyası  müdafiə 
edərək  35  yaşında  biologiya  elmləri  doktoru  elmi 
dərəcəsini  alan  ilk  azərbaycanlı  qadın  akademik, 
―Şərəf Nişanı‖, ―Oktyabr İnqilabı‖ ordenli, Əməkdar 
Elm Xadimi Tutayuk Validə Xaspolad qızının Azər-
baycanın  bütün  bölgələrində  təbii  bitki  örtüyünün 
genefondunun, anatomik-morfoloji və genetik xüsu-
siyyətlərinin  öyrənilməsində  misilsiz  xidmətləri  olmuşdur.  O,  1934-cü  ildə 
aspiranturaya  qəbul  olunaraq,  K.A.Timiryazev  adına  Moskva  Kənd  Təsərrüfatı 
Akademiyasına  ezam  edilir,  sonralar  doğma  universitetə    qayıdaraq  1939-cu 
ildən  ADAU-nun  botanika  kafedrasına  başçılıq  edir.  Alim  1957-ci  ildə 
Azərbaycan  EA  Botanika  İnstitutuna  direktor  təyin  olunur.  O,  geniş  profilli 
botanika,  aqronomluq,  bitkiçilik  və  biologiya  elmləri  üzrə  milli  kadrların 
hazırlanması  üçün  Azərbaycan  dilində  ilk  fundamental  dərsliklərin  müəllifidir. 
1968-1972-ci  illərdə  V.Tutayukun  rəhbərliyi  ilə  Azərbaycanın  qış  və  yay 
otlaqlarının  geniş  geobotaniki  və  genetik  tədqiqi  aparılmış  və  bu  sahədə 
müfəssəl  məlumatlar  əldə  edilmişdir.  V.Tutayuk  250-dən  artıq  elmi  əsərin,  o 
cümlədən,  10  ali  məktəb  dərsliyinin,  9  monoqrafiyanın,  çoxlu  sayda  dərs 
vəsaitlərinin  müəllifidir.  Onun  rəhbərliyi  ilə  çoxlu  sayda  elmlər  namizədləri  və 
doktorları hazırlanmışdır. O, Azərbaycan KP MK-nın üzvü olmuşdur. 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin