Fяxrяddиn mustafayev


Qametlərin təmizliyi qanununa



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə278/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   274   275   276   277   278   279   280   281   ...   284
Qametlərin təmizliyi qanununa görə heteroziqot fərdlərdə irsi yaddaşlar (genlər) 
bir-biri  ilə  qarışmayaraq  cinsiyyət  hüceyrələrinə  yalnız  «təmiz»  vəziyyətdə  verilir. 
Xususi  təsir  göstəə  bilməyən,  lakin  başqa  genlərin  təsirini  gücləndirən,  yaxud 
zəiflədən genlər modifikator genlər, hər hansı bir genin iki və daha artıq əlamətlərə 
təsiri  isə  pleyotropiya  adlanır.  Genlərin  pleyotrop  təsirinə  misal  olaraq  sarı  rəngli 
siçanların geninin təsirindən heteroziqotlarda metabolizmin ləngiməsini, piylənməni, 
skeletin  ölçülərinin  böyüməsini  və  s.  göstərmək  olar.  Ümumiyyətlə,  fərdlərdə 
əlamətlərin formalaşması olduqca mürəkkəb bir proses olmaqla bu prosesdə bir gen 
deyil, fərdin bütün genotipi iştirak edir. 
Ekspressivlik  –  mahiyyət  etibarı  ilə  müəyyən  əlamətin  nəzərə  çarpmasından 
ibarətdir.  Müxtəlif  fərdlərdə  modifikator  genlərin  və  ətraf  mühitin  təsirindən  eyni 
genlər  fenotipik  cəhətdən  fərqli  olur.  Ətraf  mühit  və  modifikator  genlərin  təsirindən 
genin  ekspressiyası  –  əlamətlərin  görünməsi  baş  verir.  Mutant  genlərin  yaranması 
prosesi müxtəlif fərdlərdə tez-tez müşahidə olunur. Mutant əlamətin qohum qrupların 
fərdlərindən birində baş verdiyi halda, digərində bu proses müşahidə olunmur. Həmin 
genin  özü  fenotipik  cəhətdən  fərqli  olur.  Ətraf  mühit  və  modifikator  genlərin 
təsirindən  genin  ekspressiyası  prosesi  baş  verir.  Mutant  genlərin  yaranması  prosesi 
müxtəlif  fərdlərdə  tez-tez  müşahidə  olunur.  Mutant  əlamətin  qohum  qrupların 
fərdlərindən birində baş verdiyi halda, digərində bu proses müşahidə olunmur. Həmin 
genin  özünü  fenotipik  cəhətdən  biruzə  verməsi  xassəsi  penetrantlıq  adlanır. 


 
199 
Penetrantlığa əsasən mutant fenotipə malik populyasiyalarda olan fərdləri təyin etmək 
mümkündür.  Tam  (100%)  penetrantlıq  zamanı  bu  cür  genlərə  malik  olan  mutant 
genlər  hər  bir  fərddə  öz  təsirini  göstərir.  Genlərin    ekspressivlik  və  penetrantlığı 
müəyyən  dərəcədə  modifikator  genlərin  təsirindən  və  fərdin  inkişaf  etdiyi  mühit 
şəraitindən asılı olur. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin