Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə86/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   284
 
 
Hacıyev Hacı Məmmədbağır oğlu  
(1919-1989) 
 
Azərbaycanda  baytarlıq  təbabətinin  təşəkkül  tapmasında,  müstəqil  elm 
sahəsi  kimi  formalaşmasında,  dinamik  inkişafında 
və  bu  bəşəri  əhəmiyyətli  elm  sahəsində  milli 
kadrların  və  alimlər  ordusunun  hazırlanmasında 
baytarlıq  təbabəti  elmləri  doktoru,  professor  Hacı 
Məmmədbağır  oğlu  Hacıyevin  olduqca  böyük  və 
misilsiz 
xidmətləri 
olmuşdur. 
H.Hacıyevin 
tələbələri,  aspirantları  və  elmi-pedaqoji  kollektiv 
onu 
ədəbiyyatçı 
alim, 
yüksək 
erudisiyalı, 
intellektual səviyyəli pedaqoq, həssas, qayğıkeş bir 
insan  və  pedaqoq  kimi  dəyərləndirmiş,  özləri  üçün 
örnək  hesab  etmişlər.  H.Hacıyev  1941-ci  ildə 
ADAU-nun Baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin 
universitetdə  ordinatorluqdan  başlayaraq  qəzet  redaktoru,  kafedra  müdiri,  elmi 
işlər üzrə prorektor vəzifələrində çalışmışdır. Alim çoxsaylı dərslik, dərs vəsaiti, 
monoqrafiya,  elmi  və  publisistik  məqalələrin  müəllifi  olmuşdur.  Ölkəmizin 
əvəzsiz  təbii  sərvəti  sayılan  naftalan  neftinin  baytarlıq  təbabətində  ilk  dəfə 
olaraq geniş tətbiq olunması məhz onun səyi və təşəbbüsü nəticəsində mümkün 
olmuşdur.  O,  1947-ci  ildə  ―Naftalan  neftinin  mədə  önlüklərinin  təqəllüsünə 
təsiri‖  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmiş,  1948-ci  ildə  isə 
dosent elmi adı almış, 1951-ci ildə baytarlıq təbabəti fakültəsinin ―Yoluxmayan 
xəstəliklər və klinik diaqnostika‖ kafedrasına müdir təyin edilmişdir. Alim 1962-
ci  ildə  həmin  kafedranın  nəzdində  ―Naftalan  nefti  problem  laboratoriyası‖ 
yaratmış  və  ona  rəhbərlik  etmişdir.  O,  1967-ci  ildə  doktorluq  dissertasiyası 
müdafiə  etmiş  və  professor  alimlik  rütbəsi  almışdır.  Alim  İlk  dəfə  ―Klinik 
diaqnostika‖ və ―Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri‖ 
fənnindən  Azərbaycan  dilində  dərsliklərin  və  dərs  vəsaitlərinin  müəllifi 
olmuşdur.  H.Hacıyevin  rəhbərliyi  ilə  çoxlu  sayda  elmlər  namizədi 
hazırlanmışdır. 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin