Maddə 20. Baytarlıq tədbirləri
20.1. Baytarlıq tədbirləri iki hissədən ibarətdir:
20.1.1. baytarlıq (baytarlıq-sanitariya) sanitariya baxımından sağlam ərazilərdə
heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklər də daxil olmaqla
xəstəliklərin və heyvanların kütləvi zəhərlənmələrinin qarşısını almaq,
heyvanların, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının,
yem və yem əlavələrinin saxlanma şəraitini baytarlıq qanunvericiliyinin
tələblərinə uyğunluğunu təmin etmək məqsədilə aparılan profilaktiki və baytarlıq
(baytarlıq-sanitariya) tədbirləri;
20.1.2. epizootiya ocağında və qeyri-sağlam məntəqədə xüsusi təhlükəli
xəstəliklərin, o cümlədən heyvan və insanlar üçün ümumi olan yoluxucu
xəstəliklərin ləğvi və qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş
karantin və məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla aparılan tədbirlər.
20.2. Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları
müvafiq icra
hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir və hüquqi və fiziki şəxslər tərəfindən bu
qaydaların yerinə yetirilməsi məcburidir.
Dostları ilə paylaş: |