Baza modulu üzrə Təlim Materialı



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə29/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   25   26   27   28   29   30   31   32   ...   84
Peşə etikası

Mübarizəçi yanaşma

Mübarizəçi yanaşmada fərd ona ayrılan vaxtı tam dəyərləndirmə və işini icra etmə missiyası 

üzərində  özünü  cəmləyir.  Bu  zaman  həm  özünü  qorumaq  məqsədilə,  həm  də  tam  məhsuldar  və 

müstəqil formada işləmək üçün vaxtını heçkimlə bölüşmür. Mübarizəçi yanaşmada fərd aşağıdakı 

addımları atır: 

 Özünü  təcrid  edir  –  başqa  birini  vasitəçi  edərək,  qapılarını  hərkəsə  bağlayır.  Ona

mənasız gələn bütün münasibət və ünsiyyətdən qaçır;

 Təkliyi seçir – narahat edilməmək üçün tək qala biləcəyi yerə gedir;

 Səlahiyyətini  başqasına  verir  –  daha  vacib  işlərə  vaxt  qazanmaq  üçün  başqalarına

öhdəliklər verir.

 Mübarizəçi yanaşmanın: 



Güclü  tərəfləri  –  vaxtın  məsuliyyətini  fərdin  tam  şəkildə  anlaması  bu  yanaşmanın  əsas 

güclü tərəfidir. Məhsuldar və müstəqil işləmək üçün sakit və narahatlıqdan uzaq olmaq 

lazım gəlir. Hərkəs, xüsusən də, son dərəcə vacib və yaradıcı bir işlə məşğul olduqda belə 

yanaşmaya ehtiyac duya bilər.  



Zəif tərəfləri – bu yanaşma işinə mane ola biləcək hərkəsi düşmən kimi görür. Belə ki, bu 

yanaşmada əsas olan fərdin özünün işlərinin vaxtında və ən yaxşı şəkildə getməsidir. Bu 

yanaşmanı  mənimsəmiş  biri  üçün;  insanlara  yox  deməyi  bacarmaq,  ehtiyac  duyduqda 

insanları  otaqdan  çıxarmaq,  telefonla  söhbət  zamanı  istədiyi  bir  vaxtda  (danışığı  yarı 

kəsirsə, belə) söndürmək düzgün addım hesab edilir. Bu yanaşma işi düzgün icra etmək 

üçün  insanların  yoldan  çəkilməsini  əsas  alır.  Lakin  elə  işlər  vardır  ki,  onları  icra  etmək 

üçün qrup şəklində, ya da kimdənsə kömək almaq lazım gəlir. Həm də bu cür yanaşma 

insanların  özünü  təcrid  olunmuş  hiss  etməsinə  gətirib  çıxarır.  Nəticədə,  əks  təsir 

yaradaraq,  onların  əlavə  problemlər  çıxarmasına,  diqqəti  çəkməyə  çalışmalarına,  vaxt 

itkisinə səbəb olacaq davranışlar etmələrinə səbəb ola bilər.   




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin