Baza modulu üzrə Təlim Materialı


İş yerində əsas psixoloji problemlər



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə73/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   69   70   71   72   73   74   75   76   ...   84
Peşə etikası

İş yerində əsas psixoloji problemlər

İş  hər  bir  şəxs  üçün  vacib  ehtiyaclardan  biridir.  Həm  psixoloji,  həm  sosial,  həm  də  fiziki 

baxımdan  insan  üçün  əhəmiyyət  kəsb  edir.  Fərdin  iş  yerində  qarşılaşa  biləcəyi  psixoloji 

problemlərin bəziləri ilə tanış olmaq iş həyatına daha hazırlıqlı olmasına kömək edə bilər.  



Mobbinq  -

 

Sadə  dildə  desək, mobbing  –  bir  və  ya  bir  neçə  şəxsin  digər  insan üzərində 



tətbiq etdikləri düşməncə, əxlaqa və etikaya uyğun olmayan vasitələrlə həyata keçirilən 

psixoloji  terrordur.  Yəni  iş  yerindəki,  digər  ictimai  birliklərdəki  emosianal  istismardır. 

Psixoloji şiddət, təkləmə, alçatmaq, narahat etmək, iş motivasiyasını, özünəinamı qırmaq 

və kefini pozmaqdır.  

Xüsusilə,  iyerarxik  qruplarda  gücü  əlində  tutan  insanın,  ya  da  qrupun  psixoloji  yollarla 

uzunmüddətli  və  sistemli  hökmranlıq  etməsidir.  Mobbinqin  həyata  keçirilməsindəki 

oxşar ünsürlər aşağıdakılardır: 

 Həddən artıq yoxlayıcı;

 Qorxaq və nevrotik;

 Daima güclü olma istəyi;

 Pis niyyətli, hiləli fəaliyyətlər etməkdən çəkinməyən;

 Düşmənlik etməyi sevmək;

 Kefindən kimisə incitməyə çalışmaq;



53 



Fərdlərarası gərginlik - Ən çox rastlanan problemlərdən biridir. İstər eyni vəzifədən olan 

şəxslərlə, istərsə də, yuxarı, ya da aşağı vəzifədən olan insanların çatışması mümkündür. 

Əsas səbəb duyğu və düşüncələrdəki fərqliliklərdir. Bundan başqa iş yerində insanlararası 

çatışma  olduğu  kimi,  eyni  zamanda  departamentlərarası  çatışmaların    da  olması 

mümkündür.  

Çatışmasın ən böyük səbəbi isə ünsiyyətdə olan problemlərdir. Ünsiyyətdə bacarıqsızlıq 

həm çatışmanın səbəbi, həm də nəticəsidir.  



Öhdəliklərin  qeyri-müəyyənliyi  -  Şəxsin  nə  edəcəyini,  kimlərə  qarşı  hansı  məsuliyyəti 

daşıdığını  bilməməsidir.  Şəxsin  vəzifəsində  öhdəliklərinin  dəqiq  olmaması,  vəzifə 

öhdəliklərini  bilməməsi,  müvəffəqqiyəti  qiymətləndirmə  kriteriyalarında  aydınlıq 

olmaması  qeyri-müəyyənliyə,  stressə  və  işdən  zövq  ala  bilməməyə  səbəb  olur.  Şəxsin 

işdə nəyə səlahiyyətinin çatıb, nəyə çatmadığını bilməməsi, işiylə əlaqədar açıq, dəqiq və 

planlı hədəflərinin olmaması rollarda qeyri-müəyyənliyə səbəb olan əsas amillərdəndir. 



Xroniki stres - iş həyatı hər zaman stressə əlverişli olur. Çalışan şəxslərin şəxsi həyatlarıyla 

əlaqədar  olan  problemlərlə  yanaşı,  peşəylə  bağlı  rolları,  insanlararası  münasibətlərdən 

yaranan  gərginlik,  kariyera  gözləntisi,  işyerində  problemlər,  yetərsiz  qaynaqların  olması 

və s. bunlara səbəb olur.  



4.3.2. 

T

ələbələr üçün fəaliyyətlər 

Təhsil  aldığınız  müəssisənin  etik  davranış  qaydaları  baxımından  inkişafın  hansı



mərhələsində  olduğunu  öyrənin.  Hansı  etik  qaydaların  tətbiq  olunduğunu  və  bunların  təyin 

olunmasında əsas məqsədlərin nə olduğunu izah edin. 

Sinfi  iki  qrupa  bölün.  Bir  qrup  işləyənlərin  və  işə  götürənlərin  hüquqlarını,  digər  qrup  isə



işləyənlərin və işəgötürənlərin öhdəliklərini qeyd etsin. Daha sonra yazılı vərəqləri dəyişdirin. Hər

iki  qrup  eyni  mövzu  ətrafında  qeydlərini  etsin.  Çıxan  nəticələri  qrup  kapitanları    təqdim  etsin.

Təqdimat əsasında müzakirə təşkil edin.

Sinfi iki nəfərlik qruplara bölün. Biri:



“Mənə dünənki iclasda hansı qərarın qəbul edildiyini deməlisən”, “Bu məxfi qərarları heç kimə 

deməyəcəm”  -  mübahisə  mövzusu  təşkil  edərək,  tərəfdaş  tərəfə  müraciət  etsin.  Digər  tərəf 

bunu icra etməyə çalışsın. Daha sonra tərəflər yer dəyişdirsin. Sonda vəziyyəti qiymətləndirin.  

“10 ildir işlədiyiniz müəssisəyə yeni gələn rəhbərin çox yaxın qohumunuz olduğunu öyrənirsiniz.



Boş  olan  vəzifəyə  sizdən  daha  çox  layiq  olan  başqa  birisi  olmasına  baxmayaraq,  sizi  gətirməsi

üçün  rəhbərə  müraciət  etməyi  düşünürsünüz.  Nəticədə,  rəhbər  olan  sizin  qohumunuzdur  və  o

vəzifədə  artıq  sizin  haqqınızdır  deyə  düşünürsünüz.  Rəhbərə  bunu  necə  deyəcəyinizi  izah  edin.

Bu izahınızı digər yoldaşlarınızdan məxfi saxlayın və sonda müəlliməyə təqdim edin” yazısı olan

vərəqləri tələbələrə təqdim edin. İzləyəcəkləri yolu qiymətləndirin. Növbəti dərs həmin vərəqləri

qarışıq şəkildə sinfə paylayın. Bütün sinif ilə mövcud vəziyyəti müzakirə edin.

İki  nəfərlik  qruplar    mobinqlə  bağlı  kiçik  səhnə  hazırlasın.  Hazırlanan  səhnəciyi  rollu  oyunla



təqdim edin.

4.3.3. 

Qiym

ətləndirmə 

Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin