Baza modulu üzrə Təlim Materialı


Peşəkarlığın tarixi inkişafı



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə11/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   7   8   9   10   11   12   13   14   ...   84
Peşə etikası

Peşəkarlığın tarixi inkişafı

Ümumilikdə  peşələrlə  bağlı    ilk  böyük  araşdırmalar  1960-ci  illərdən  başlamışdır.  Bu 

dövrdə  eyni  mənfəəti  güdən  qruplar  olaraq  adlandırılan  peşələr  bütün  cəmiyyət 

səviyyəsində araşdırılmışdır. 1970-ci illərdə peşələr haqqında düşüncələr yenidən yaranmağa 

başlamışdır.  Belə  ki,  bu  dövrdə  daha  əvvəl  aparılmış  araşdırmalar  tənqid  edilmiş,  müxtəlif 

peşə  sahələrinin  tarixi  inkişafı  və  formalaşması  adına  yeni  araşdırmalar  aparılmışdır. 

Peşələrin  sosioloji  araşdırılmasında  onların  xüsusiyyətlərini  quruluşdan  prosesə 

yönəldilməsini  vurğulayan  Fraydson  peşənin  özünü,  cəmiyyətdə  rolunu,  peşəkarların  sahib 

olduqları iqtisadi-siyası gücün də araşdırılmasını təklif etmişdir. 1980-ci illərdən etibarən isə 

tədqiqatlar

 

nəzəri  dəyərləndirmələrdən  daha  çox  tətbiqi  araşdırmaların  nəticələrinə 



yönəlmişdir. Ümumi mənada, peşəkarlıq hər iş və fəaliyyətin daima yenilənməsidir.

 

Struktur-funksional 



nəzəriyyənin 

banisi 


Durkhaym 

peşələrin 

cəmiyyətin 

formalaşmasında  əhəmiyyətli  rolu  olduğunu  vurğulamışdır.  Sənaye  inqilabından  sonra 

yaranan  sosial-iqtisadi  problemlərin  və  əxlaqi  çöküntünün  qarşısının  həmin  dövrdə  sayları 

durmadan  artan  yüksək  səviyyədə  təhsil  almış  peşəkarlar  sayəsində  alınacağını 

vurğulamışdır. Durkhaymın fikrincə, peşələr cəmiyyətdə stabilliyin qorunması üçün dövlət ilə 

fərdlər  arasında  münasibəti  tənzimləyən  vasitəçi  “qurumlardır”.  Nəzəriyyənin  digər 

nümayəndəsi  olan  Parsons,  peşə  daxilində  olan  elm  və  texnologiyanın  cəmiyyətə  nüfuz 

etməsinin sosial xidmətə səbəb olduğunu vurğulamışdır.    

Son  olaraq,  peşəkarlıq  anlayışının  müəyyən  peşə  sahiblərinin  sahib  olacağı  davranış 

və düşüncə forması olduğunu yada salaraq,   T. Brantenin verdiyi təsnifata nəzər yetirək:  

 

Cədvəl 1.1. Peşələrin təsnifatı * 

Sərbəst Peşələr 

Azad şəkildə işləyən müəllim, həkim, hüquqçu, mühəndis, mühasib və s. 

Kapital əsaslı peşələr 

Özəl  müəssisədə  işləyən  müəllim,  həkim,  hüquqçu,  mühəndis,  mühasib  və 

s. 


Siyasi peşələr 

Seçki yoluyla vəzifə tutanlar, dövlət qulluqçuları və s. 

Dövlət rifah peşələri 

Sosial  xidmət  məqsədli  (dövlət  müəssisəsində)  işləyən  müəllim,  həkim, 

mühəndis və s. 

Akademik peşələr 

Alimlər 

T.Brante- Professional Types 






1.1.2.  Tələbələr üçün fəaliyyətlər 

“Peşəkarlıq  nədir?”  Hər  qrup  öz  nümayəndəsini  lövhəyə  göndərsin  və



lövhədə  qeyd  edilmiş  bu  mövzu  haqqında  hər  biriniz  fikirlərinizi  söyləyin.  Bütün 

fikirlər qeyd edilsin və daha sonra verilən ideyalar, fikirlər haqqında qiymətləndirmə 

aparın.  Razı  olub,  olmamanızı,  səbəbləriylə  birgə  açıqlayın.  Sonda  sizə  faydalı  olan 

ideyaları  seçin.  Hər  nümayəndə  qrupu  ilə  birgə  bu  ideyalar  əsasında  təqdimat 

hazırlayın. 

İki  qrupa  bölünün.  Bir  qrup  “Peşəkarlıq  anlayışının  vacibliyi”  mövzusunda  diskusiya



aparsın.  Digər  qrup  isə  izləmə  mövqeyində  diskusiyanın  aparılması  qaydalarına

nəzarət  edərək,  qeydlər  aparsın.  Növbəti  mərhələdə  nəzarətçi  qrup  bu  müzakirəni

qiymətləndirsin (Eyni qaydada qruplar yer dəyişdirsin).

“Peşəkarlıq sözünün termin olaraq mənası nədir?”, “Peşə ilə peşəkarlıq arasında nə



kimi  əlaqə  vardır?”,  “Peşəkarlıq  haqqında  hansı  nəzəriyyəni  deyə  bilərsiniz?”  hər

birində  bir  sualı  yazılı  olan  kağızları  cavablandırın,    sıra  ilə  digər  qruplara  ötürün.

Cavab kağızları lövhəyə asılsın və müzakirə edilsin.

Peşəkar  sözünə,  anlayışına  uyğun  gələn  şəxsləri  (tanınmış  və  ya  ailədən)  sadalayın.



Onlara nə üçün peşəkar deyildiyini səbəbləriylə birgə açıqlayın.

1.1.3. Qiym

ətləndirmə 

Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin