Sehirli vasitə yanaşması
Sehirli vasitə yanaşmasında doğru vasitənin, yəni doğru təqvimin, doğru planlaşdırmanın,
lazımlı kompüter proqramının, düzgün seçilmiş notebookun şəxsə həyat keyfiyyəti qazandıracağı
ehtimalına əsaslanır. Bu vasitələrin işlərin planlaşdırılmasında, əsas məlumata rahatlıqla çatmada
böyük əhəmiyyəti vardır. Sehirli vasitə yanaşmasının:
-
Güclü tərəfləri – Vasitələrin effektiv şəkildə istifadə edilməsi, şübhəsiz, çox vacibdir.
-
Zəif tərəfləri – mükəmməl vasitə belə yaradıcılığın, xarakterin, bacarığın yerini tuta
bilməz. Mükəmməl fotokamera mükəmməl fotoqraf yarada bilməz. Düzgün seçilmiş
vasitə həyat keyfiyyətini, işin məhsuldarlığını artıra bilər, amma bunu insanın adına
etmir. Çünki vasitələr insanın varlığını yox, onun fəaliyyətini dəstəkləyirlər. Bəzən işi
mükəmməlləşdirmək üçün alınan vasitələr iş prosesində heç lazım olmur.
Dostları ilə paylaş: |