Baza modulu üzrə Təlim Materialı


Ünsiyyət vasitələrinin vaxtın səmərəli istifadəsində rolu



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə38/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   34   35   36   37   38   39   40   41   ...   84
Peşə etikası

Ünsiyyət vasitələrinin vaxtın səmərəli istifadəsində rolu

Şəkil 2.3. Elektron ünsiyyət vasitələri 



Ünsiyyət vasitəsi kimi telefon. Telefon fərd üçün ən çox vaxt aparan ünsiyyət vasitələrindən biridir. 

Telefonla  əlaqə  yaratmamışdan  qabaq  atılacaq  illk  addım  həmin  zəngin  vacibliyini 

dəqiqlışdirməkdir.  Bir  çox  mövzu  haqqında  söhbət  edəcəksinizsə,  o  zaman  başlıqları  qeyd 

etmənizdə  fayda  vardır.  Telefon  zənglərinin  müddətini  müəyyən  edən  vaxt təyin  etsəniz,  bu  sizin 

üçün  zəngin  daha  səmərəli  xarakter  almasına  səbəb  olacaqdır.  Mütəmadi  olaraq  zəng  etdiyiniz 

şəxslərin ən uyğun və ən az məşğul olduqları saatların siyahısını tərtib edin. Beləcə, “məşğuldur” və 

ya “ofisdə deyil” cavablarını eşitməyəcəksiniz.  

Telefonu  məlumat mübadiləsi  vasitəsi  kimi  qəbul  etmək  lazımdır.  Zəng  etməmişdən  qabaq 

danışıq üçün vaxtın olub, olmaması dəyərləndirilməlidir. Həm özündən böyük vəzifəli şəxslərə, həm 

də  vəzifəcə  kiçik  şəxslərə  tez-tez  zəng  etməkdən  qaçınılmalıdır.  Zənglər  zamanı  vaxt  itkisi 

yaşamamaq üçün aşağıdakı prinsiplərə əməl etmək tövsiyyə edilir: 




28 

 Nəzakət xarakterli sözlərin qısa olmasına çalışın;

 Cavablarınızın qısa və qəti olmasına diqqət edin;

 Sizə zəng edən şəxsin nə dediyinə diqqətlə qulaq asın. Zəng gəlməzdən əvvəl etdiyiniz iş

və ya düşündüyünüz hər hansı məsələni unutmağa çalışın, bütün diqqətinizi zəng edənə

yönəldin;

 Əgər imkan vardırsa, zənglərə cavab vermə öhdəliyini başqasına verin. Təcili vəziyyətlərdə

gələn zənglər sizin üçün problem təşkil edirsə, səsli mesaj xidmətindən istifadə edin;

 Telefonun yanında mütləq şəkildə kağız və qələm qoyun;

 Sözlərdən  əlavə,  səs  tonuna  da  fikir  verin.  Səs  tonu  sizə  qarşdakı  insanın  duyğuları

haqqında məlumat verir;

 Qarşıdakı şəxsin dediyi hərşeyi eşitdiyinizdən əmin olmaq üçün dəstəyi son olaraq siz asın.



Mobil telefonlar. Ünsiyyət yaratma baxımından insanların işini xeyli asanlaşdıran vasitələrdən 

biri  də  mobil  telefonlardır.  Mobil  telefon  vasitəsilə  dünyanın  harasında  olursunuzsa  olun, 

istədiyiniz şəxslərlə asanlıqla əlaqə yaratmaq, əlaqəli mövzuları sürətli şəkildə müzakirə etmək 

və  nəticədə vaxtdan səmərəli istifadə etmək mümkündür. Demək olar ki, bütün müəssisə  və 

təşkilatlarda  mobil  telefonlar  işlərin  icrasında  əsas  köməkçilərdən  biridir.  Müasir  dövrdə 

təkmilləşmiş  mobil  telefonlar  vasitəsilə  elektron  poçtlara,  istənilən  internet  saytlarına  da 

rahatlıqla çıxış imkanı vardır. Qısacası, mobil telefon hər bir şəxs üçün vaxtı səmərəli və düzgün 

istifadə etməyə şərait yaradır. 



Kompüterlər  və  internet.  Müasir  dünyada  texnologiyanın  yüksək  sürətlə  inkişafı,  kompüter 

sistemlərinin təkmilləşməsi və digər vasitələr müəssisə, təşkilatlarda şəxslərin vaxtına qənaət 

etməsinə səbəb olmuşdur. Müəssisələrdə kompüterlərin faydası lazımi məlumatı əldə etmədə, 

ötürmədə  və  digər  lazımlı  məlumat  mübadilələrin  gerçəkləşməsində  son  dərəcə  önəmlidir. 

Məlumat bankası, elektron poçt, mesajları paylayan file – server tətbiqetmələri vaxt və məkan 

qavramını  unutdurmuşdur.  Kompüter  texnologiyası  məlumatın  saxlanılması,  analizi  və 

emalında  son  dərəcə  faydalı  olmaqla  yanaşı,  internet  texnologiyası  ilə  birgə  yeni  həcm 

qazanaraq  bütün  dünyanı  kiçik  bir  qutuya  sığıdırmışdır.  İstənilən  məlumat,  hesabat,  şəkil, 

qrafik,  cədvəl,  elektron  poçt  ilə  həmin  anda  dünyanın  istənilən  nöqtəsinə  ötürülməkdədir. 

Bütün bunlar vaxtdan səmərəli istifadədə son dərəcə böyük rol oynayır.   




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin