Formal və qeyri-formal qrupların müsbət və mənfi cəhətləri
Formal təşkilati strukturun başlıca üstünlüyü ondan ibarətdir ki, burada kimin kimə görə
cavabdeh olması ilə bağlı sual yaranmır. Formal strukturlar asanlıqla başa düşülür və konkret
norma və qaydalarla qorunub saxlanır. Formal təşkilati struktur yanlış anlaşılmaya səbəb
olan proseslərə və prosedurlara az yer ayırır. Buna baxmayaraq, formal təşkilati strukturun
ən böyük mənfi cəhətlərindən biri ondan ibarətdir ki, bürokratiya təbəqələri qərarların qəbul
edilməsi prosesinə mane ola bilər.
Qeyri-formal təşkilati strukturun ən əsas müsbət cəhəti onun daim inkişafda olması və tez
dəyişən situasiyalara asanlıqla reaksiya verə bilməsindən ibarətdir. Qeyri-formal qruplar üzrə
Amerikalı ekspert Jon Katzenbax deyir: "Təşkilati struktur sxemlərini və birbaşa hesabatları
unudun, öz şəbəkənizdə lazımi adamları (mütəxəssisləri) müəyyən edin". Qeyri-formal
təşkilati strukturların da öz mənfi cəhətləri var. Məsələn, bu strukturlarda qurulan ünsiyyət
adətən düzgün şərh edilmir. Qeyri-formal qrup mentaliteti təşkilat daxilində boş söhbətlərə
(dedi-qoduya) və yanlış anlaşılmanın yayılmasına şərait yaradır. Nəhayət, neqativ korporativ
mədəniyyət daxilində mövcud olan qeyri-formal təşkilati struktur işçilərin zəruri
dəyişikliklərə müqavimət göstərərək özlərini rahat hiss etdikləri bir mühit yarada bilər.
3.4.2. T
ələbələr üçün fəaliyyətlər
Siz hansı problemlərlə rastlaşmısınız? Qrupa təqdim edin, sinifdə
müzakirə aparın.
Problemlərdən biri üzrə rol oyunu hazırlayın. Rol oyununu keçirin və onun nə üçün
problem olması, kimin üçün problem olması və problemin nəticəsi barədə müzakirə
aparın.
Məktəbinizdə və ya sinfinizdə hansı formal və qeyri-formal qruplara malik olduğunuzu
və bunun qrup işinə təsir edib-etməməsini müəyyən edin.
Valideynlərinizdən və digər şəxslərdən formal və qeyri-formal qruplarla necə
rastlaşdıqlarını və bunun qrup işində problemlərə səbəb olub-olmadığını soruşun.
Sinifdə təqdim edin.
Bu sektordakı şirkətdə fəaliyyət göstərən şəxslə sorğu aparın: Onlar qrup işində hansı
problemlərlə rastlaşır? Sinfə təqdim edin.
3.4.3. Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
|