Baza modulu üzrə Təlim Materialı


Müəssisə xaricində davranış qaydaları



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə82/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   76   77   78   79   80   81   82   83   84
Peşə etikası

Müəssisə xaricində davranış qaydaları

Hər  bir  müəssisənin  müxtəlif  qruplara  qarşı  öhdəlikləri  vardır.  Müştərilər,  ətraf-mühit,  dövlət 

xarici  qruplara  aiddir.  Müəssisə  ilə  müştərilər  arasında  əsasən müqaviləyə  əsaslanan  münasibət 

vardır. Müəssisənin müştərilərə qarşı dörd əsas öhdəliyi vardır: 

1.Satış  müqaviləsinin  öhdəliklərinə  uyğun  davranmaq.  Yəni  təklif  edilən  xidmətin  və  ya  satılan

məhsulun əvvəlcədən təyin olunan xüsusiyyətləri daşıması, istənilən keyfiyyətdə olmasıdır. Bunun 

göstəriciləri  inam,  xidmətin  müddəti,  xidmətə  verilən  zəmanət  və  istehsalın  düzgün  icrasıdır. 

Xidmətin  müddəti  dedikdə,  satın  alınan  məhsulun  müştərinin  nə  qədər  müddətə  istifadə 

edəcəyini bilməsidir. Zəmanətə alınan məhsul zəmanət müddəti ərzində zərər görərsə, o zaman 

müəssisə tərəfindən təmir edilir, dəyişdirilir, geri götürülür və s. aiddir. İstehsalla bağlı faktor, yəni 

müəssisə satın alınan məhsulun istifadəsindəki riskləri öncədən müştəriyə bildirməlidir. 

2.Məhsulun  xüsusiyyətlərini  daşıması.  Yəni  müqavilə  tərəflər  arasında  müstəqil  şəkildə  icra

olunmalıdır. Satın alınan məhsulun bütün xüsusiyyətləri müştəriyə çatdırılmalıdır. 

3.Yalandan  qaçmaq.  Məhsulun  reklamını  edərkən  yalan  və  çaşdırıcı  məlumatdan  qaçmaq  əsas

şərtdir. 

4.Xarici təsirlərdən yayınmaq.  Müəssisə məhsulun istehsalında, satışında başqa təsirlərdən uzaq

olmalıdır. Heç bir təzyiq onun qərarlarının obyektivliyini dəyişə bilməz. 




58 

Müəssisə  xaricində  etik  qaydalara  əməl  olunmalı  başqa  sahə  ətraf  mühitdir.  Dövrümüzdə  ətraf 

mühitlə  bağlı  problemlərin  həllinə  daha  ciddi  diqqət  ayrılmaqdadır.  Hava,  su  və  torpağın  həyat 

keyfiyyətinə  mənfi  təsir  göstərəcək  şəkildə  çirklənməsi,  təbii  resursların  tükənmə  təhlükəsinin 

artması,  təbii  qida  maddələrin  tərkibinin  dəyişdirilməsi,  zəhərli  qazların  havaya  verdiyi  zərər  və 

başqa  problemlər  dövrümüzün  qlobal  ekoloji  problemləridir.  Bu  baxımdan,  müəssisənin, 

işləyənlərin ətraf-mühitə qarşı öhdəlikləri vardır. Müəssisə üçün tək məqsəd mənfəət qazanmaq 

deyil.Müəssisənin  fəaliyyət  sahəsi,  tikiləcəyi  yer  və  ümumilikdə  istehsal  prosesi  etik  qaydalarla 

tənzimlənməli və müəssisə bunun məsuliyyətini daşımalıdır.  

Müəssisələr xaricində etik qaydalara əməl olunmalı bir digər sahə isə dövlətdir. Müəssisə dövlətlə 

olan  əlaqələrini  daima  möhkəmləndirməlidir.  Bəzən  müəssisələrdə  etik  olmayan  davranışlar 

meydana çıxır. Bu zaman müəssisə dövlətlə birgə uyğun etik normaların formalaşmasında maraqlı 

olmalıdır.  Müəssisənin  işini  qanunlara,  qaydalara  uyğun  şəkildə  qurması  və  icra  etməsi  həmin 

müəssisənin  əsas  öhdəliyidir.  Hər  hansı  müəssisədə  qeyri-etik  addımların  olması,  bunun 

cəmiyyətin narazıçılığına səbəbiyyət verməsi, dövlətin həmin məsələyə müdaxiləsi ilə nəticələnir.  

4.5.2. T

ələbələr üçün fəaliyyətlər 

“Anar Bayramov xidmət sektorunda fəaliyyət göstərən bir şirkətdə kadrlar



şöbəsinin  müdiri  vəzifəsini  icra  edir.  Birgün  həmin  şirkətin  idarə  heyətinin  sədri  ona 

zəng edir və qardaşının həmin vaxt boş olan vəzifəyə göndərdiyi müraciəti qəbul edib 

etmədiyini  soruşur.  Anar  müraciəti  gördüyünü,  lakin  qardaşının  CV-ni  müraciətlərin 

vaxtı  keçdiyi  bir  müddətdə  göndərdiyini  qeyd  edir.  Bu  vəziyyətdə  hirslənən  sədr: 

“savadlı  bir  kadrın  müraciətini,  gec  göndərib  deyə  rədd  edəcəyini  düşünmürəm?!” 

deyir və əlavə edir: “yenə də son qərar sənindir, sənin işinə qarışmaq istəmərəm”. 

Anar dəstəyi asdıqdan sonra nə edəcəyi haqda düşünməyə başlayır. Obyektiv bir qərar 

verməli olduğunu bilir. Bundan əlavə, boş olan mövqe vacib qərarların alındığı vəzifəyə 

aiddir.  

Həmin  gün  baş  vermiş  hadisə  şirkətdə  yayılır  və  hamı  öz  arasında  bu  mövzunu 

müzakirə  etməyə  başlayır.  Anarın  başqa  bir  şöbədə  müdir  olan  yoldaşı  Tunar 

eşitdiklərini  Anara  gəlib  deyir.  “Sədrin  qardaşının  həmin  vəzifəyə  müraciət  etdiyini 

eşitdim.  Hərhalda  onu  işə  götürməyəcəksən?!  Onu  tanıyanlar  problem  çıxaran  biri 

olduğunu söyləyirlər. Həm də  onu müraciətlərin tarixi bitdiyi bir vaxtda işə götürsən, 

böyük  kaosa  səbəb  ola  bilərsən.”  Tunar  kaosdan  zövq  alan  və  işdə  Anarı  qısqanan 

biridir.” 

Tapşırıq: 

1. Anarın yerində olsaydınız nə edərdiniz?

2. Bu hadisədə qeyri-etik davranışların səbəbləri nə ola bilər?

3. Tunarın davranışlarını necə qiymətləndirirsiniz?

Sinfi  qruplara  bölün.  Satış  edənlər  və  müştərilər.  Bir  qrup  müştəriyə  satmaq  üçün



məhsulların  siyahısını  tərtib  etsin.  Digər  qrup  bu  siyahıdakı  məhsulların  açıqlamasını

qeyd  etsin.  Başqa  bir  qrup  isə  həmin  məhsulları  müştəriyə  satmağa  çalışın.  Müştəri

təqdim olunan məhsul haqqında maksimum məlumatı almağa çalışsın. Sonda müştəri

qismində olan qrup satış edən qrupları qiymətləndirsin.

Hərkəs fəaliyyətdə olduğu müddətdə ətraf mühitə zərər vermiş müəssisələri, şirkətləri



araşdırsın. Əldə etdiyi məlumatları sinifdə təqdim etsin.

4.5.2. 

Qiym

ətləndirmə 

Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:  




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin