“Etika və iş etikası anlayışlarının hansı mənanı ifadə etdiyini nümayiş etdirir”
Etika və iş etikası haqqında məlumatlı olmaq niyə əhəmiyyətlidir?
Etika nədir?
Etika və əxlaq anlayışlarını niyə fərqləndirməliyik?
İş etikası dedikdə nə başa düşürsünüz?
Albert Şvaytzer iş etikasını necə açıqlamışdır?
Etikanın “qızıl qaydası” dedikdə nə başa düşürsünüz?
4.2.1. F
ərdi etik davranışların nə olduğunu izah edir
Fərdi etik davranışların iş həyatında dəyərləndirilməsi
Peşə etikasında analiz olunmalı mövzulardan biri müəssisələrdə fərdi etik
davranışlardır. Çünki fərdlərin etik davranışlarının analiz olunması iş etikasını
təyin etmədə vacib faktordur. Müəssisənin həddən artıq mərkəzləşmiş olması,
vəzifə və öhdəliklərin təyin edilməməsi, müəssisədə şəffaflığın olmaması kimi
xüsusiyyətlər fərdlərin etik davranışlarına mənfi təsir göstərən amillərdəndir.
Fərdlərin etik davranışlarına təsir edən bir digər səbəb isə işləyənlərin xüsusiyyətləridir.
İşləyənlər üç davranış qəlibi çərçivəsində tətqiq edilirlər:
mənfəətyönümlü;
vəzifəyönümlü;
əxlaqyönümlü;
Mənfəətyönümlü davranış qəlibi içində olan işçilər etikanın formalaşmasına mənfi təsir
göstərirlər. Çünki həmin insanlar öz mənfəətlərinə uyğun davranışlar sərgiləyirlər. Misal
olaraq, layihələri öz xeyirlərinə çevirmək, şəxsi qazanc əldə etmək üçün işlərin gedişinə
müdaxilə etmək və s.
Vəzifəyönümlü davranış qəlibi içində olan işçi etikanın formalaşmasında həm müsbət, həm
də mənfi təsirləri vardır. Misal olaraq, qanuna zidd və haqsız fəaliyyətdə olmaması etikanın
formalaşmasında müsbət təsir göstərəcək. Digər tərəfdən, rəhbərinin əmirlərinə, əmir
yerində olmasa belə qarşı çıxmaması mənfi təsirə səbəb olacaq.
Əxlaqyönümlü davranış qəlibi içində olanlar isə iş etikasının formalaşmasına müsbət təsir
göstərir. Əxlaqyönümlü işçinin davranışları aşağıdakı kimidir:
Əxlaq və qanuna zidd olan davranışlar etmir, edilməsinə qarşı çıxır, edənləri
bağışlamır;
İşini ən yaxşı şəkildə icra edir, edənləri dəstəkləyir;
Dürüstlüyü müdafiə edir;
Açıq və doğru ünsiyyət qurur;
Rəhbərin verdiyi qanuna zidd və əxlaqdan kənar əmirlərə qarşı çıxır;
(Dövlət müəssisələrində işləyirsə) Müəssisənin sosial xidmət xarakteri daşıdığını bilir;
İmkanlarından cəmiyyətə xeyirli şəkildə və fərdlərin müstəqilliyinə hörmət edərək,
müəssisənin xeyiri üçün istifadə edir.
Dostları ilə paylaş: |