Bazar araşdırması



Yüklə 81.76 Kb.
PDF просмотр
tarix22.07.2017
ölçüsü81.76 Kb.

6

16-22 fevral 2017-ci il



(Bazar araşdırması)

Qloballaşma XXI əsrin başlanğıcından 

etibarən dünya ölkələrini yaxınlaşdıra-

raq robot və nano texnologiyaları ya-

ratdı, genetika ve seleksiya sahəsində 

ağlagəlməz inkişafa nail oldu.  Nəhəng 

konsorsiumlar  Marsda  insan  məskən-

ləri qurmaq ideyalarını ortaya atarkən, 

bəzi  ölkələrdə  də  irqçilik,  məzhəbçi-

lik,  etnik  və  milli  zəmində  mühari-

bələr davam etməkdədir. Beləliklə də, 

qlobal iqtisadi böhran fonunda dünya 

iqtisadiyyatında  yeni  risk  faktorları 

yaranır.  Bu  geopolitik  risk  faktorları 

Azərbaycan  iqtisadiyyatına  mənfi  tə-

sir etmədən yan keçə bilməz. Dünyada 

neft  məhsullarının  dəyərdən  düşməsi 

buna sübutdur. Məhz belə zamanlarda 

ölkə iqtisadiyyatının damarlarına yeni 

qan vurulmalıdır ki, böhran minimum 

dərəcədə hiss olunsun. 

İxracat  makroiqtisadi  tarazlığı  qura-

raq  ölkələrə  valyuta  gəlməsini  təmin 

edir.  Firmaların  ixrac  etdiyi  məhsul-

lardan əldə etdiyi gəlirin ölkə büdcə-

sinə də böyük faydası olur. Bir ölkədə 

ixracat yoxdursa, orada həyat dayan-

mış deməkdir. İqtisadiyyatı daxilə he-

sablanmış  ölkələri  araşdırdığımızda 

inkişaf templərinin yüksək olmadığı-

nı  görürük.  Monqolustan  buna  misal 

ola  bilər.  Xarici  ticarətə  önəm  verən 

ölkələrin istehsal və məşğulluq göstə-

riciləri daha yüksəkdir. Dünya iqtisa-

diyyatındakı  ticarət  sövdələşmələrin-

də qəbul edilmiş qızıl standartına görə 

bir ölkənin sərvəti onun sahib olduğu 

qızıl  ehtiyatıdır.  İxracat  ölkəyə  qızıl 

gətirir.  Xaricdə  istehsal  olunan  mal-

ların idxalı ölkədən qızılın çıxmasına 

yol  açır.  Ölkələr  idxalatı  minimuma 

endirərək sahib olduğu qızıl ehtiyatla-

rını qorumalıdır. Ölkəyə valyuta, qızıl 

və rifah gətirən məhsullardan biri də 

markalaşmış,  milli,  bölgəsəl,  coğrafi 

xüsusiyyəti olan maddi sərvətlərdir. 

Dünyada  elə  bir  ölkə  var  ki,  sahibi 

olduğu 193 milli maddi sərvəti sayə-

sində  ildə  6  milyard  avroya  yaxın 

gəlir əldə edir. Başqa bir ölkə də var 

ki, 68 adda məhsulu büdcəsinə hər il 

3,4 milyard avroya yaxın pul qazan-

dırır. Barəsində söz açdığımız ölkələr 

İtaliya və Almaniyadır.  Yerli və bey-

nəlxalq bazarlara milli-maddi sərvət-

lərini  çıxaran  ölkələr  inanılmaz  gəlir 

əldə edirlər.  Bu cür misallar çoxdur. 

Məsələn, Fransa 170 adda məhsuldan 

hər il 6 milyard avro, İngiltərə sadəcə 

33 adda məhsuldan 1 milyard avro, İs-

paniya 128 məhsuldan hər il 870 mil-

yon  avro,  Yunanıstan  86  çeşid  milli 

sərvətindən 753 milyon avro əldə edir 

(2010-cu ilin statistik göstəriciləri).

Bunlar reallaşması mümkün olan biz-

nes layihələridir. İnkişaf etmiş ölkələr 

bu  sahəyə  çox  diqqət  ayırırlar.  Buna 

ən gözəl nümunə Fransa və İtaliyadır. 

Hər iki ölkədə bu işlər birlik və koo-

perativlər tərəfindən həyata keçirilir. 

İtaliyada  Melinda  sortu  alma  yetiş-

diriciləri və Fransada Rokfor pendiri 

istehsalçıları da elə bu məqsədlə bir-

lik  oldular.  Bu  məhsulları  birlikdən 

kənarda yetişdirənlər avtomatik olaraq 

bazardan  çıxarılırlar.  Fransanın  mad-

di  sərvət  siyahısında  daha  çox  şərab, 

likör, pendir növləri, lavanda balı, bal 

konyakı və tərxun var. Fransa təkcə pa-

tentli pendir satışından ildə 1,5 milyard 

avro gəlir əldə edir. Bu rəqəm geridə 

qalmış ölkələrin illik büdcəsi qədərdir.  

Coğrafi xüsusiyyəti olan bu tip məh-

sulların bazarı dünya üzrə 200 milyard 

dolların  üzərindədir.  Sadəcə  Avropa 

İttifaqı  (Aİ)  ölkələrinin  payı  55  mil-

yard avro təşkil edir. Bu məhsulların 

20%-i Amerika, Sinqapur, Çin, Yapo-

niya,  Kanada,  Honkonqa  ixrac  edilir 

ki, onların da ümumi dəyəri təqribən 

12  milyard  avrodur.  Aİ  patentləşdir-

diyi bu cür məhsulların adının, əmtəə 

nişanının,  istehsalının  qorunmasına 

ciddi önəm verir (cədvəl 1). 

Aİ-də 1752 şərab, 1315 qida məh-

sulu,  247  alkoqollu  içki  də  daxil 

olmaqla  3319  adda  coğrafi  xüsu-

siyyətli markalı məhsul var. Ən çox 

məhsul patenti almış ölkələr siya-

hısında  İtaliya,  Fransa,  İspaniya, 

Yunanıstan,  Portuqaliya  və Alma-

niya yer alır. Qeyd edim ki, Aİ-yə 

daxil olmayan ölkələr də ittifaqdan 

patent ala bilirlər. Bu ölkələrin sayı 

27-dir. Siyahıda 10 Çin, 2 Türkiyə 

mənşəli məhsul da var. Bunlar An-

tep paxlavası və Aydın ənciridir. 

Dünyaya  kənd  təsərrüfatı  ixrac 

edən  ölkələrdən  biri  də  Brazili-

yadır. Bu ölkə qəhvə, şəkər, por-

tağal  suyu  konsentratı  istehsalı 

və ixracatında dünyada ilk, soya 

paxlası, tütün, mal və quş əti is-

tehsalında  isə  ikinci  sırada  yer 

alır.  Ümumilikdə  isə  Braziliya 

35  adda  maddi-milli  sərvətə  sa-

hibdir. Hindistanda isə bu rəqəm 

200-ü keçmişdir. Bu ölkəni təmsil 

edən milli məhsulların böyük ək-

səriyyətini ədviyyatlar təşkil edir. 

X-XI  əsrlərdə  Səlcuq  dövləti  ilə 

ticari-iqtisadi  əlaqələri  olan  və 

Cənubi  Azərbaycandan  üzüm 

bəkməzi  ixrac  edən  italiyalılar 

sonradan bu məhsulu qıcqırdaraq 

Balzamik sirkə əldə etdilər. Xalq 

arasında  doşab  kimi  də  tanınan 

bəkməz  müxtəlif  meyvələrdən 

emal  edilir.  İtaliyalılar  bu  məh-

sulu daha da təkmilləşdirərək sü-

but etdilər ki, üzüm bəkməzi hələ son 

məhsul  deyildir.  Bizim  bazarlarda  isə 

bəkməz  hələ  də  10  əsr  əvvəl  olduğu 

kimi  satılır.  Bu  gün  təkcə  İtaliyanın 

Moderna əyaləti İngiltərə kraliçası və 

planetin  zənginləri  də  daxil  olmaqla 

dünya ölkələrinə 12 il palıd çəlləklərdə 

saxlanaraq  tündləşdirilmiş  qatı  balza-

mik sirkə ixrac edərək liderliyi özündə 

saxlayır.  Onu  da  qeyd  edək  ki, Ame-

rika  auksionlarında  25  illik  balzamik 

sirkənin 100 ml-i 400 dollardan satılır.

Qardaş  Türkiyənin  81  vilayətindəki 

Ticarət  Sənaye  Palatalarının  qeydiy-

yatından milli və bölgəsəl nişanlı 191 

coğrafi  xüsusiyyəti  olan  məhsul  ke-

çib  (10.01.2017).  Bu  siyahıda  Ezine 

pendiri,  Bursa  ipəyi,  Afyonkarahisar 

mərməri,  Kütahya  keramikası,  Kızıl-

cahamam  mineral  suyu,  İznik  çinisi, 

Kayseri  basdırması,  Malatya  əriyi, 

Safranbolu zəfəranı, Angora (Ankara) 

tiftik keçisi, tiftik dovşanı və tiftik pi-

şiyi, Ərzurumun Oltu daşı, Tosya dü-

yüsü, İstanbulun Hacı Bekir lokumu, 

Qars  pendiri,  Van  gölü  kefalı,  Urfa 

və Adana kababları, Çorum ləbləbisi, 

Amasya  alması, Aydın  ənciri,  Finike 

portağalı,  Ayvalık  zeytun  yağı,  Taş-

köprü  sarımsağı,  Tire  keçəsi,  Antep 

paxlavası  və  fıstığı,  Tekirdağ  rakısı, 

Dənizli  kəklikotusu,  Kavaklıdərə  şə-

rabları,  Çankırı  qaya  duzu,  Trakya 

kıvırcık qoyunu da var.  300-ə yaxın 

türk emblemli məhsul isə patent alma 

növbəsindədir.  Qeyd  etmək  lazımdır 

ki, bu cür maddi sərvətlər yalnız ye-

yinti  məhsullarından  ibarət  deyildir.  

Bura həmçinin qiymətli daşlar, fayda-

lı qazıntılar, heyvan cinsləri, xalça və 

nadir parça növləri də daxildir.

İnsan  oğlunun  inam  və  bacarığı  üst-

üstə  gəldiyində  müsbət  nəticə  əldə 

edir. Maraqlı bir faktı bölüşmək istə-

yirəm. Hələ 17 il əvvəl Türkiyə əra-

zisindəki çaylarda və dənizlərdə nərə 

balığı yaşamırdı. 2000-ci illərin əvvəl-

lərində Adana vilayətinin Ağzıkaraca 

kəndində  təşəbbüskarlar  tərəfindən 

nərə balığı artırma təsisi quruldu. Onu 

da qeyd edim ki, bu fermer təsərrüfatı 

ilə Aralıq dənizi arasında olan məsafə 

124  km-dir.  Balıqlar  dənizdə  ya  da 

deltada  deyil  yalnız  şirin  suda  yetiş-

dirilirdi.  100.000  nərə  balığı  körpəsi 

alan təsərrüfat 2013-cü ildə ilk balıq 

kürüsünü  əldə  etdi.  Həm  də  balıqlar 

kəsilmədən.  Bu  gün  həmin  kürülər 

«Royal» markası altında yerli və Av-

ropa  bazarlarında  1  kiloqramı  2500 

avroya satılır. Bu markanı Türkiyənin 

coğrafi xüsusiyyətli məhsulu kimi pa-

tentləşdirən  şirkət  rəhbərliyi  Parisdə 

kürü mağazası açmağı düşünür.

Avropada  da  olduğu  kimi  Türkiyə-

də də bu işlər birlik və kooperativlər 

tərəfindən həyata keçirilir və məhz bu 

səbəbdən  coğrafi  xüsusiyyətli  məh-

sullar, digərlərindən fərqli olaraq daha 

yüksək qiymətlə satılır.  Məsələn, An-

talyada vur-tut cəmi 150 min ton məş-

hur  Finike  sortu  portağal  yetişdirilir. 

Bu portağal sortu xalq arasında o qə-

dər populyar olub ki,  2015-ci ilin rəs-

mi rəqəmlərinə görə, İstanbulda guya 

650.000  ton  Finike  portağalı  satılıb. 

Təəssüf ki, hər ölkədə fürsətdən isti-

fadə etmək istəyən “işbazlar” vardır. 

İqtisadi cəhətdən Azərbaycandan qat-

qat  geridə  olan  Gürcüstan  şərabları, 

mineral suları və digər məhsulları ilə 

çoxdan  dünya  bazarlarına  çıxa  bilib. 

Bir neçə qurudulmuş tərəvəz və bitki 

qarışığı olan «Xmeli-suneli»ni bugün 

Avropanın bir çox şəhərlərində almaq 

mümkündür.  Məşhur  Borjomi  şirkəti 

ötən  əsrin  90-cı  illərinin  əvvəllərin-

də VDP Hollandiya Fondu tərəfindən 

IDS  Borjomi  Beverages  şirkətinə  sa-

tıldı.  Şirkət  böyük  sərmayə  cəlb  et-

mək  məqsədilə  1997-ci  ildə  Avropa 

Yenidənqurma  və  İnkişaf  Bankı  və 

ING-Barings  Hollandiya  Fondu  kimi 

güclü investorlar cəlb edə bildi. Bu sə-

bəbdən də Borjomi Avropa bazarına ra-

hat girə bildi. 2007 ci ildə şirkət bazara 

yeni brendini - Likani suyunu çıxartdı. 

Professional markalaşma siyasəti nəti-

cəsində bu brend 4 il ərzində Gürcüsta-

nın mineral su bazarının 30%-nə sahib 

oldu. 2013-cü ildə «Borjomi»ni Rusi-

yanın Alfa Qrupu satın aldı. 

Ortaya belə bir sual çıxa bilər: “Azər-

baycanda bu iş hansı səviyyədədir?”. 

Ucuzlaşan  xam  neft  qiymətləri  fo-

nunda turizm bazarı və ixracat, xüsu-

silə də bu cür markalaşdırılmış məh-

sulların  satışı,  həm  ölkə  büdcəsinə 

gəlir,  həm  də  kiçik  və  orta  biznesin 

inkişafına təkan verə bilər. Gözümü-

zün  önünə  Şəki  paxlavası  və  ipəyi, 

gil  piti  qabları,  Naxçıvan  lavaşı  və 

qaya duzu, Abşeron ənciri və üzüm-

ləri,  Bilgəh  zəfəranı,  Gəncə  tərxu-

nu  və  dovğası,  narşərablar,  Şirvan, 

Qarabağ,  Qazax  qrupu  əl  xalçaları, 

bəkməzlər, Qızıləhmədi alması, qoz 

mürəbbəsi, mineral sular, müalicəvi 

Naftalan nefti, qoyun yunundan yor-

ğanlar, qızılgül ləçəyindən yastıqlar, 

gül suyu, gül yağı, dağ kəklikotusu, 

Bilgəh  zəfəranı,  camış  südündən 

alınmış  məmulatlar,  Kür  çayı  üçün 

endemik  nərə  balığı  növü  və  kürü-

sü,  kəlağayı,  Xari-bülbül  orxideya 

növü  və  s.  gələ  bilər.  Sual  yarana 

bilər: Əgər qeyd olunan bu məhsul-

lara  xarici  ölkələrdə,  doğrudan  da, 

tələb varsa niyə alıcısı yoxdur? Əv-

vəla bazarda tanınmış bir məhsulu-

nuzu  markalaşdırmaq  istəyirsinizsə 

bunu mənfi və müsbət tərəfləri var. 

Alıcılar  bu  məhsulu  sevirsə,  işiniz 

daha rahat olacaq. Mənfi tərəfi odur 

ki, keyfiyyətsizlik səbəbilə məhsula 

tələb yoxdursa, bu məhsulu əvvəlcə 

yenidən təkmilləşdirmək, sonra mar-

kalaşdırmaq lazımdır. Səbəbi? Mar-

kalaşma satışı asanlaşdırır və artırır. 

Markalar  alıcıların  inandıqları  və 

güvəndikləri vədlərdir. Markalar qa-

zancın yolunu açar, alıcının seçimini 

sürətləndirir və işinizin uzunömürlü 

olma  şansını  artırar.  Bu  gün Alma-

niya,  Fransa,  İtaliya,  Hollandiya  və 

s. ölkələrdə elə məhsul görə bilərsi-

niz ki, onun 500 yaşı var. Bu barədə 

etiket  üzərində  də  qeydlər  olur.  Bu 

uzunömürlü ailə bizneslərinin əsrlərlə 

yaşamasının  tək  səbəbi  alıcıların  bu 

məhsullardan  imtina  etməməsidir.  Bu 

da ancaq keyfiyyətin qorunması sayə-

sində ola bilər. Üzərində marka yazılan 

hər məhsul marka demək deyildir.       

Azərbaycanın kənd və şəhər rayonla-

rında sirkəyə və duza qoyulmuş mey-

və  turşuları  satılır.  Əslində  bu  turşu 

çeşidləri  gəlirliliyi  baxımından  mar-

kalaşma  üçün  ən  ideal  məhsullardır, 

çünki bu cür delikateslər çox az ölkə-

də var. Təəssüf ki, Bakı şəhərində sa-

tılan bu cür meyvə turşularının mən-

şəyi bilinmir, qabların üzərində etiketi 

yoxdur ki, bu da həm ölkə vətəndaşla-

rı, həm də turistlər tərəfindən birmə-

nalı qarşılanmır. Bizim Hövsan sortu 

kimi tanıdığımız soğan sortu olan “Alli-

um ascalonicum”un  2000 il əvvəl Misir 

və Yunanıstanda becərildiyi məlumdur. 

Sonralar soğan Avropaya, ispaniyalılar 

tərəfindən isə Amerikaya yayıldı. Fran-

sada  “Cuisse de Poulet du Poitou”, yəni 

“toyuq budu” kimi tanınan bu uzunsov 

sort artıq fransız markası kimi bilinir və 

xalq arasında çox populyardır.  

Xalq arasında sevilən və yalnız kənd 

rayonlarının bazarlarında satılan mil-

li-bölgəsəl məhsulların becərilməsinin 

və  istehsalının  artırılması  vaxtı  gəlib 

çatmamışdırmı?  Bəlkə  də  çox  sayda 

milli-bölgəsəl məhsul hətta respublika 

səviyyəsində tanınmamışdır. Təxmini 

hesablamalarımıza  görə,  Azərbaycan 

sahibkarları  təkcə  bu  milli-bölgəsəl 

məhsulların satışından, dövlət büdcə-

si isə vergilərdən ildə orta hesabla 500 

milyon avro gəlir əldə edə bilər.  

(Bilgi və rəqəmlər TÜİK-dən (Türk 

İstatistik  Kurumu)  götürülmüşdür. 

Yəni,  Avropa-Türkiyə  idxalat-ixra-

cat  qarşılaşdırmalarını,  Aİ-nin  və 

BMT-nin Ərzaq və Kənd Təsərrüfa tı  

Təşkilatının  hesablamalarını  da  bi -

zə  TÜİK  verir.  Azərbaycanla  bağlı 

rə qəmi  finans  bölməmiz  hesab layır. 

Di gər  məlumatlar  Türkiyə  Ti carət-

Sə naye  Palataları  Birliyi,  Türkiyə 

Patent İnstitutu, Türkiyə Gömrük və 

Ticarət  Nazirliyi,  Türk  Sənayeçiləri 

və  İş  Adamları  Dərnəyi  (TÜSİAD), 

eləcə də Ərzaq, Kənd Təsərrüfatı və 

Heyvandarlıq  Nazirliyindən  alınmış-

dır. Təbii ki, 500 milyon avro təxmini 

hesablanmış  ortalama  rəqəmdir  və 

daha da yüksək, ya da aşağı ola bilər. 

An caq  bu  rəqəm  hesablanarkən  bir 

sıra ölkələrin statistik hesabatları və 

bazar qiymətləri nəzərə alınır).

Bunun üçün ilk növbədə coğrafi xüsu-

siyyətli məhsullar haqqında qanun qə-

bul  edilməsi,  qeyri-neft  sektorunun  və 

azad  təşəbbüskarlığın  təşviqi,  nəzarət 

funksiyalı  müvafiq  birlik  və  koope-

rativlərin  yaradılması,  yuxarıda  qeyd 

olunan  məhsulların  markalaşdırılması 

vacib şərtlərdəndir.  Artıq qeyd etdiyim 

kimi,  coğrafi  xüsusiyyətli  məhsullar, 

digərlərindən fərqli olaraq daha yüksək 

qiymətlə satılır. Azərbaycan iqtisadi-ti-

cari  sahədə  əməkdaşlıq  etdiyi  ölkələr-

də  “Azərbaycanın  coğrafi  xüsusiyyətli 

məhsulları”nın satışı təşkil oluna bilər. 

Tam  qətiyyətlə  söyləyə  bilərəm  ki,  bu 

gün əla keyfiyyətli Şəki paxlavası, Av-

ropa bazarında Antep paxlavasına rəqib 

ola  bilər.  Lakin  məh sulların  dünya  və 

Avropa  standartlarına  cavab  verməsi 

üçün təkrar təkmilləşdirilməsi lazımdır.

Avropa  ölkələri  maddi  sərvətlərinin 

qiymətini  bilərək  bu  bazarı  çoxdan 

yaratmışlar.  Bu  sahə  ölkə  iqtisadiy-

yatına  gəlir  gətirməklə  bərabər,  həm 

ətraf mühiti qoruyur, həm də mədəni 

irsin gələcək nəsillərə mirasıdır.

Etibar RƏHİMOV,

AR-GE İNOVASYON LTD

TARIM, YATIRIM, 

MARKALAŞMA UZMANI

(İSTANBUL)

Aİ-də qruplara görə coğrafi xüsusiyyəti məhsulların 

ixracat rəqəmləri (2010-cu ilin statistik göstəriciləri)

Cədvəl 1

Coğrafi xüsusiyyətli 

məhsul qrupu

Coğrafi xüsusiyyətli 

məhsul sayı

İxracat payı ən çox olan

ölkələri

Təzə ət

110


Fransa          (530 milyon avro)

İngiltərə       (490 milyon avro)

İspaniya       (162 milyon avro)

Portuqaliya  ( 11 milyon avro)                                                                                                           

Ət məhsulları

98

İtaliya          (1,8 milyard avro)



Almaniya     (705 milyon avro)

Fransa          (356 milyon avro)

İspaniya       (165 milyon avro)

Pendirlər 

176


İtaliya          (3,4 milyard avro)

Fransa          (1,5 milyard avro)

İspaniya       (186 milyon avro)

Hollandiya   (90 milyon avro)

Avstriya       (89 milyon avro)

Duru və qatı yağlar 

106


Fransa         (129 milyon avro)

İtaliya          (72,5 milyon avro)

İspaniya      (72,4 milyon avro)

Yunanıstan  (42 milyon avro)



Meyvə, tərəvəz və 

digər ərzaq 

məhsulları

215


İtaliya          (320 milyon avro)

Fransa          (190 milyon avro)

İspaniya       (158 milyon avro)

Almaniya     (36 milyon avro)

Yunanıstan   (31 milyon avro)

Azərbaycanda  gənclərin  peşəkar 

və  fərdi  inkişafına  daim  dəstək 

olan  Azercell  Telekom  MMC  bu 

qəbildən  növbəti  təşəbbüsə  qo-

şuldu. Belə ki, Təhsil Nazirliyində 

Azercell  Telekom  MMC-nin  də 

rəsmi  tərəfdaşı  olduğu  SABAH 

Karyera  Akademiyasının  təqdi-

matı baş tutdu. 

SABAH  Karyera  Akademiyası 

proqramı ilk SABAH məzunlarının 

gələcək  peşəkar  inkişaf  istiqamət-

lərinin müəyyənləşdirilməsi və bu 

sahədə  tələbələrə  dəstək  verilmə-

si  məqsədilə  hazırlanıb.  Proqram 

çərçivəsində  Təhsil  Nazirliyi  və 

Azercell istedadlı tələbələrin nəzə-

ri  və  praktiki  baxımdan  hərtərəfli 

hazırlığı məqsədilə birgə fəaliyyət 

göstərirlər. 

Təqdimat mərasimində çıxış edən 

Azercell Telekom MMC preziden-

ti  Vahid  Mürsəliyev  bildirib  ki, 

təmsil  etdiyi  şirkət Azərbaycanın 

təhsil  sistemindəki  yenilənməni, 

inkişaf  tendensiyalarını  davam-

lı  olaraq  izləyir:  “Lakin  biz  mü-

şahidəçi olmaqla kifayətlənməyib, 

öz  yardımımızı,  dəstəyimizi  də 

əsirgəmirik.  Azercell  hər  zaman 

təhsilə  dəstək  fəaliyyətini  sosial 

məsuliyyət  strategiyasının  əsas 

sahəsi olaraq görüb. İstər paytaxt-

da,  istərsə  də  regionlarda  Azər-

baycanın  bir  çox  qabaqcıl  univer-

sitetləri, məktəbləri ilə əməkdaşlıq 

edən şirkətimiz yüzlərlə tələbəyə iş 

imkanı yaradıb. Azercell 20 ildir ki, 

Azərbaycanın ən la yiqli işəgötürə-

ni siyahısında  ön sıralardadır”. 

V.Mürsəliyev  qeyd  edib  ki,  Azer-

cell-in SABAH qrupu ilə əməkdaşlığa 

qərar  verməsi  təsadüfi  deyil.  Çünki 

bu layihə Azərbaycan təhsilinə yeni 

ba xış, yeni yanaşma, yeni ruh gə tirib: 

«Biz bunu dəyərləndir mə yə bilməz-

dik  və bu gün me  morandum im-

zalamaqla bu əməkdaşlığı daha çox 

sistemləşdiririk».

Qeyd  olunub  ki,  17-20  fevral 

tarix lərində Qubada SABAH Kar-

yera Qış Məktəbi təşkil olunacaq. 

Bu  tədbirdə  də Azercell  Telekom 

MMC  əməkdaşları  tələbələrə  gə-

ləcək karyeralarını qurmaqda fay-

dalı ola biləcək sessiyalar təqdim 

edəcəklər. 

Azercell Telekom MMC öz abunə-

çiləri üçün daha bir xidməti təkmil-

ləşdirərək, onların ixtiyarına verib. 

Belə ki, artıq Azercell abunəçilərinə 

Zvooq  xidmətinin  premium  ver-

siyası  vasitəsilə  istənilən  musiqini 

dinləmək və yeni musiqi parçaları 

əlavə  edərək  öz  play  listini  yarat-

maq  imkanı  verir.  Xidmətə  qoşul-

maq  üçün  Google  Play  və  ya  Ap-

pStore-dan mobil tətbiqi yükləmək, 

qeydiyyat  üçün  sadəcə  tətbiqdə 

mobil nömrəni daxil edib, əvəzində 

SMS  vasitəsilə  gələn  unikal  kodu 

təkrarən  mobil  tətbiq  üzərindən 

əlavə etmək lazımdır. 

Qeyd edək ki, xidmət 10.02.2017-ci 

il tarixindən etibarən bütün abunə-

çilərin  istifadəsinə  təqdim  olunub. 

Həmin tarixdən xidmətə qoşulanlar 

ilk aylıq (30 günlük) istifadə müd-

dəti  ərzində  Zvooq    xidmətindən 

ödənişsiz yararlana bilirlər. Bu (30 

günlük)  müddət  bitdikdən  sonra, 

həmçinin 10.03.2017-ci il tarixindən 

etibarən  xidmətə  qoşulanlar,  4,5 

AZN  xidmət  haqqı  ödəməklə  xid-

mətdən 30 günlük istifadə edəcək-

lər. Aylıq abunə haqqı müqabilində 

xidmətə qoşulma hər ay avtomatik 

yenilənir. 

Zvooq xidməti abunəçinin istifadə 

etdiyi  internet  paketin  trafikindən 

hesablanacaq. 



WhatsApp təhlükəsizliyi gücləndirir

İlk olaraq  ötən il tətbiqin Beta versi-

yasında qarşımıza çıxan ikimərhələ-

li  autentifikasiya  funksiyası    artıq  1 

milyarddan çox  WhatsApp istifadə-

çisinə təqdim edilib. Bu yenilik həm 

Android, həm də iOS üçün istifadəyə 

verilib.


Belə ki, tətbiqin “Hesab” bölməsində 

istifadəsi mümkün olan bu funksiya-

nı  aktivləşdirmək  üçün  istifadəçidən 

6 rəqəmli şifrə istənilir.

İki  addımlı  doğrulama  xüsusiyyət 

isə yeni bir telefona keçid müddə-

tində və ya tətbiqi telefonunuzdan 

silib  təkrar  yüklədiyinizdə  ortaya 



çıxır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə