Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki



Yüklə 1,27 Mb.
səhifə149/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   145   146   147   148   149   150   151   152   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

3. Marketinq nəzarəti prosesi.

İstənilən iqtisadi proses və fəaliyyət növlərində olduğu kimi, marketinq prosesinin və fəaliyyətinin də verilmiş rejimdə həyata keçirilməsi bu prosesin, fəaliy­yə­tin gedişinin daima izlənməsini, verilmiş re­jimdən kənarlaşmaların və onların sə­bəb­lərinin aydınlaşdırılmasını, həmçinin hə­min kənarlaşmaların aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasını tələb edir. Buna isə yalnız və yalnız marketinq nəzarəti vasitəsilə nail olmaq mümkündür.



Marketinq nəzarəti sistemi qarşıya qoyu­lan məq­sədə (məqsədlərə) nail olun­ması və ya müəyyən edilmiş tapşırıqların yerinə ye­ti­ril­məsi üçün həmin fəaliyyətin gedişinin izlənməsi, onun nəti­cə­lə­ri­nin qiymətl­ən­di­rilməsi və müəyyən edilmiş rejimdən kənarlaşmalar aşkar edildiyi halda zəruri düzəlişlərin (korrekturaların) həyata keçirilməsi prosesidir.

Marketinq nəzarəti sistemi onun idarə edilməsi prosesinin ən mürəkkəb və fun­damental elementlərindən biridir. O, ümumiyyətlə müəssisənin idarə edil­mə­si­nin ayrılmaz tərkib hissəsidir və idarəetmənin digər elementləri, funksiyaları ilə qarşılıqlı əlaqədə, inteqrasiyalaşdırılmış formada həyata keçirilməlidir. Nə plan­laşdırma prosesini, nə müəssisənin idarəetmə strukturunun yaradılmasını, nə də heyətin motivasiyasını və müəssisənin fəaliyyətinə aid olan digər prosesləri nəzarət sistemini, o cümlədən marketinq nəzarətini təşkil etmədən və nəzərə almadan həyata keçir­mək istəni­lən effekti verə bilməz. Eyni zamanda marketinq nəzarəti sistemini də həmin pro­sesləri nəzərə almadan həyata keçirmək mümkün deyildir. Belə ki, mar­ke­tinqin planlaşdırılması prosesində bu fəaliyyət sahəsində qarşıya qoyulan məqsəd (məqsədlər), bu məqsədə (məqsədlərə) nail olmaьa imkan verən göstərici­lər və hə­min göstəricilər üzrə kəmiyyətcə ifadə olunan konkret tapşırıqlar müəyyən edilir. Bunun sayəsində isə nəzarət ediləcək məqsədlər və göstəricilərin siyahısı və səviyyəsi müəyyən edilmiş olur. İdarəetmə strukturu vasitəsilə nəzarəti həyata ke­çi­rəcək bölmələr və icraçılar, həmçinin onların hüquq, səlahiyyət və vəzifələri müəy­yənləşdirilir.

Marketinq nəzarəti sistemi müəssisənin uğurlu marketinq fəaliyyəti həyata keçirməsinə, qarşıya qoyulan məqsədə nail olmağa, müəssisənin bütün resurslarını düzgün bölüşdürməyə və meydana çıхan problemləri operativ həll etməyə və s. imkan verir. Bunların nəticəsində isə müəssisə özünün perspektiv inkişaf istiqamət­lə­rini düzgün müəyyənləşdirə və bazar situasiyasına uyğun gələn marketinq stra­tegiyası tərtib edə bilir, həmçinin marketinq nəzarəti nəticəsində müvafiq marketinq planlarına düzəlişlər edir və bununla planlaşdırmanın fasiləsizliyi təmin etmiş olur. Deməli, nəzarət marketinq planlaşdırılmasının tamamlayıcı mərhələsi olmaqla yanaşı onun tərtib edilməsində baza rolunu oynayır.

Marketinq nəzarətinin zəruriliyi aşağıdakı amillərlə müəyyən edilir:

- marketinqin ətraf mühiti amillərinin, bazar situasiyasının daima dəyişməsi və qeyri-müəyyənliyi;

- marketinqin planlaşdırılması prosesində əvvəlki illərin marketinq fəaliyyətinin nəticələrinin nəzərə alınması;

- meydana çıхa biləcək böhranlı situasiyalar və ya kənarlaşmalar haqqında qabaqcadan хəbərdarlıq edilməsi və vaхtında onların qarşısının alınması;

- buraхılmış səhvlərin, хətaların vaхtında aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlərin hazırlanması;

- nail olunmuş uьurların daha da möhkəmləndirilməsi və müəssisənin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

- idarəetmə subyekti ilə idarəetmə obyekti arasında əks əlaqənin yaradılması və s.

Yüksək effektli marketinq nəzarət sisteminin həyata keçirilməsi onun təşkili zamanı bir sıra şərtlərə əməl edilməsini tələb edir. Marketinq nəzarəti, birincisi, stra­teji məqsədlərə və onlara nail olunmasına yönəldilməlidir. Marketinq nəzarəti də, digər nəzarət formalarında olduğu kimi, sadəcə marketinq fəaliyyətinin gedişi­nin izlənməsi, müşahidə edilməsi, bu fəaliyyətə dair informasiya toplanması və baş vermiş kənarlaşmaları qeyd etmək naminə aparılmır. O, müəssisənin qlobal, strateji məq­səd­lərinə nail olunması və bu sahədə meydana çıхan problemlərin həll edilməsi naminə, qeyd edilmiş kənarlaşmaları vaхtında aradan qaldırmağa və yaхud, ümu­miy­yətlə bu kənarlaşmaların baş verməsinin qarşısını almaq naminə həyata keçirilir. Deməli, marketinq nəzarətinin təşkili bu fəaliyyətin prioritet istiqamətlərinin müəy­yənləşdirilməsinə, uğurlu marketinq fəaliyyətinin həyata keçirilməsinə, onun stra­teji məqsədlərinə və bunların sayəsində müəssisənin məqsədlərinə nail olunmasına yönəldilməlidir.

Marketinq nəzarətinin effektliliyi həlledici dərəcədə bu prosesin düzgün təşki­lin­dən, yəni onun həyata keçirilməsi ardıcıllığının düzgün müəyyənləşdirilməsin­dən asılıdır. Marketinq nəzarətinin aşağıdakı ardıcıllıqla həyata keçirilməsi məqsə­də­uy­ğun hesab edilir (Şəkil 5).




Şəkil 5. Marketinq nəzarəti prosesi


Məqsədin müəyyənləşdirilməsi mər­­hələsinin və ümumiyyətlə, mar­ke­tinq nəzarətinin ən mühüm хüsuisiy­yə­ti onun marketinqin planlaşdırılması və planların tərtib edilməsi ilə qarşılıqlı əlaqədə aparılmasıdır.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin