VII mərhələ. Kommersiya istehsalının təşkili.
Bazar şəraitində keçirilən sınaqlar rəhbərliyə yeni əmtəənin buraxılışının məqsədəuyğunluğu haqqında qərar qəbul etmək üçün kifayyət həcmdə informasiya verir.
Yeni əmtəə ilə bazara çıxarkən, firma onu nə vaxt, harada, kimə və necə təklif edəcəyini müəyyənləşdirməlidi.
Firma əmtəəni hansı ərazidə və ya regionda, bir-neçə regionda, ümummili miqyasda və ya beynəlxalq miqyasda bazara buraxılacağını müəyyən edir. Istehlakçı bazarının ən ideal seqmentini seçmək olar: 1)ilkin ardıcıllar bazarı; 2)bu ilkin ardıcıllar fəal olmalıdır; 3)onlar lider olmalı və əmtəə haqqında yaxşı fikirlər söyləməlidirlər. Marketinq kompleksi hər bazar üçün ayrıca hazırlanmalıdır.
Dostları ilə paylaş: |