c) Dövlət idarələri bazarı:
Dövlət idarələri bazarı – (federal) hökümətin, yerli orqanların hakimiyyət funksiyalarını yerinəyetirməsi üçün zəruri olan malları olan və ya icarəyə götürən təşkilatlardan ibarətdir.
Dövlət idarələri adından tədarüklər özündə ölkə qarşısında qoyulan məqsədlərə çatmaq üçün zəruri olan ən müxtəlif əmtəələri və xidmətləri birləşdirir.
Məs. – təyarələr, mebel, geyim, yanğınsöndürən avtomobillər, yanacaq tədarükü və s.
Dövlət müəssisəsi tədarük etdiyi istənilən əmtəə barəsində əlavə qərarlar qəbul etməlidir: onu hansı miqdarda, harada və nə qiymətlə almalı və bununla bərabər, hansı xi dmətləri tələb etmək lazımdır. Dövlət tədarükçüləri adətən elan edilmiş şərtlə, ən a.ağı qiymətlə əmtəələr və xidmətlər təklif edən satıcılara üstünlük vürirlər.
Dövlət adından mülki tədarüklərə 7 müxtəlif növ təşkilat məşğul olur:
1)Nazirliklər; 2)idarələr; 3)agentliklər; 4)şuralar; 5)komissiyalar; 6)icraedivci orqanlar; və digər orqanlar.
Idarələrin hərbi tədarükləri Müdafiyə Nazirliyi tərəfindən, müvafiq təşkilatları tərəfindən həyata keçirir.
Dövlət idarələrinin tədarükçülərinə ətraf şəraiti, təşkilatın xüsusiyyətləri, şəxslərarası münasibətlər və şəxsiyyətin fərdi xüsusiyyətlərinin amilləri təsir göstərir.
Hökümət tədarükləri sahəsində qeyri-iqtisadi xarakterli amillərin əhəmiyyəti getdikcə artır. Dövlət tədarükçülərinə azlıq təşkil edən millətlərin nümayəndələrinin müəssisələrinə, xırda firmalara yaxud da iri, cinsi və yaş əlamətlərinə görə ayrı-seçkiliyə yol verməyən firmalara kömək göstərilməsi haqqında xaişləri nəzərə almaq lazım gəlir.
Dövlət idarələri tədarüklər haqqında bu qərarı qəbul edirlər.
Dövlət idarələri öz ehtiyacları və tədarük prosedurasının xüsusiyyətləri haqqında informasiya yaymaqla malgöndərənlərə yardım göstərirlər. Müxtəlif ixtisaslaşdırılmış nəşrlər və peşakar assosiasiyaları, idarələri və başqa hökümət idarələri ilə əlaqəni necə yaratmaq haqqında informasiya verirlər.
Hər bir dövlətdə işgüzar xidmətlər mərkəzləri vardır və onların işçiləri sahibkarlara hökümət idarələrinin etdikləri tədarükün xüsusiyyətlərini və malgöndərənlər tərəfindən yerinə yetirilməsi zəruri olan tədbirlər öyrədirlər.
Dövlət tədarükləri iki əsas yolla: açıq satış metodu və danışıqlar nəticəsində müqavilələr bağlanması metodu ilə yerinə yetirilir.
Açıq satış metodundan istifadə olunduqda, tədarük təşkilatı yüksək ixtisaslı malgöndərənlərdən hərtərəfli təsvir olunmuş əmtəələrlə təkliflər göndərir və müqaviləni adətən ən aşağı qiymət təklif edənlə bağlayır.
Danışıqların nəticələrinə ğörə müqavilə metodundan istifadə olunduqda dövlət təşkilatı bir və ya bir neçə firma ilə işləyir və onlardan biri ilə qarşılıqlı sürətdə razılaşdırılmış şərtlərə müqavilə bağlaması üzrə birbaşa danışıqlar aparır. Bu metod ilk növbədə yüksək risk tələb edən mürəkkəb layihələr üzərində iş aparılarkən, ya da kifayyət dərəcədə rəqabət olmadıqda tətbiq edilir.
Hökümət idarələrinə malgöndərən firmaların çoxu bir sıra səbəblər üzündən öz fəaliyyətlərində marketinq prinsiplərindən istifadə etmirlər. Dövlət xərclərinin ümumi həcmi seçilmiş məmurlar tərəfindən müəyyənləşdirilir. Dövlət orqanlarının tədarük siyasəti diqqətini qiymət problemində cəmləşdirir, bu isə malgöndərənləri istehsal xərclərini aşağı salmaq məqsədi ilə texnologiya sahəsində ən yüksək səy göstərməyə məcbur edir. Əmtəənin xassələri texniki tələblərdə hərtərəfli təsvir edilirsə, deməli, əmtəənin fərqləndirilməsi marketinq amili deyil. Açıq satış üçünsə nə reklam nə də şəxsi satış metodlarının xüsusi bir əhəmiyyəti yoxdur.
Dostları ilə paylaş: |