Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Mövzu 6 : Əmtəələrin işlənib hazırlanması:əmtəələr, əmtəə markaları



Yüklə 1,27 Mb.
səhifə62/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   58   59   60   61   62   63   64   65   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Mövzu 6 : Əmtəələrin işlənib hazırlanması:əmtəələr, əmtəə markaları

Plan:

1. Əmtəənin və əsas növ əmtəələrin təsnifatı.

2. Markalardan istifadə olunanması haqqında qərarlar.
I . Əmtəənin və əsas növ əmtəələrin təsnifatı.

Əmtəə vahidi – həcm, qiymət, xarici görünüş və digər aləmət göstəriciləri ilə səciyələndirilən xüsusiləşdirilməş tamlıqdır.

Əmtəəni yaradarkən müəlif ideyanı 3 səviyyədə qavramalıdır.



a) Məna üzrə əmtəə - alıcı nə əldə edəcək? Hər əmtəə öz mahiyyətinə görə hər hansı bir problemin həlli üçün qablaşdırılmış xidmətdir.

b) Real hazırlanmış əmtəə - beş əlamətə malikdir – keyfiyyət səviyyəsi, xassələr məcmusu, özünəxas tərtibat, marka adı, özünəxas qablaşdırma.

c) Qüvvətləndirilmiş əmtəə - əlavə xidmətlərin və faydaların təklif olunması – alıcıya şəxsi diqqət, malın evə gətirilməsi, pulun qaytarılmasına zəmanət və s.

Ayrı-ayrı əmtəələr üzrə marketinq strateqiyası seçərkən, bazar xadiminə bu əmtəəyə xas olan əlamətlər əsasında bir sıra əmtəə təsnifatları işlənib hazırlamaq lazım gəlir.

Özünəxas uzun ömürlülük və maddi duyumunun dərəcəsinə görə əmtəələri aşağıdakı üç qrupa bölmək olar:


  1. uzun müddət istifadə olunan əmtəələr - dəfələrlə istifadə olunmağa tab gətirən məmulatlar. Məs; soyuducu, dəzgahlar, paltar və s.

  2. qısa müddət istifadə olunan əmtəə - bir və ya bir necə dəfə istifadəyə tab gətirən. Sabun, duz, pivə və s.

  3. xidmətlər hərəkətlər, faydalar yaxud ehtiyac ödəmələr şəklində satış obyektləridir. Bərbərxana, ictimai-iaşə obyektləri, atelye və s.

Istehlakçılar saysız-hesabsız miqdarda əmtəələr alırlar. Bu əmtəələrin təsnifləşdirilməyin ən rahat üsullarından biri onların istehlakçıların alıcı adətləri əsasında bölüşdürməkdir. Bu əlamətlərə görə: geniş istehlak malları və sənaye təyinatlı əmtəələrini fərqləndirmək olar.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin