Rəqabət subyektinə görə kəskin rəqabət. Bu halda obyekt (rəqib) subyekti öz tərkibinə daxil edir (udur), məhv edir və ya fəaliyyət göstərdiyi bazardan qovur.
İqtisadi ədəbiyyatda rəqabəti onun üsulları, yəni qiymət və qeyri qiymət və ya qiymətə və keyfiyyətə (istehlak dəyərinə) əsaslanan rəqabətə bölmək qəbul edilib.
Qiymət rəqabətində hətta bir adda, çeşiddə və növdə olan məhsullar bazarda ən müxtəlif qiymətlərlə təklif edilən azad bazar rəqabətiniun uzaq ilkin mərhələsinə aiddir. Həmin dövrlərdə qiymətin aşağı endirilməsi vasitəsilə məhsul istehsalçıları və satıcıları öz əmtəəsini təklif edərkən ona alıcıların diqqətini cəlb edərək, satışını təmin edir və son nəticədə, özünə bazarın arzu olunan hissəsini qazanırdı.
Bazarın inhisarlaşdığı şəraitdə öz aparıcı sahələrinin mərkəzi sferalarında açar mövqelərini tutan bir neçə iri firmalar - istehsalçılar çalışırdılar ki, qiyməti mümkün qədər uzun möddət ərzində sabit saxlasınlar ki, məqsədə uyğun maya dəyərinin və marketinqə xərcləri aşağı salaraq, mənfəətlərin artmasını təmin etsinlər. İqtisadçılar tərəfindən aparılmış tədqiqatlar göstərir ki, inhisarlaşdırılmış bazarlarda qiymətlər elastikliyini itirir.
Bu o demək deyil ki, müasir bazarlarda «qiymət müharibəsindən» istifadə edilmir - o mövcuddur, lakin açıq formada, daimi yox.
Dostları ilə paylaş: |