Marketinqin funksiyaları isə bunlardır:
- marketinq tədqiqatlarının aparılması;
- məhsul çeşidinin planlaşdırılması;
- məhsulların bölüşdürülməsi və satışı;
- reklam və satışın həvəsləndirilməsi;
- qiymətqoyma;
- marketinqin idarə edilməsi.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bazarda öz yerini tapmaq istəyən hər kəsin düşüncələri marketinq elminin məqsədi və əsas prinsiplərinin güclənilməsinə yönəldilməlidir.
Marketoloqlar yaxşı bilirlər ki, bütün rəqiblər həmişə öz mənfəətlərini artırmağa can atır və buna uyğun da fəaliyyətlərini qururlar. Həqiqətən də, şirkətlərin bir qrupu uzun müddətli mənfəət əldə etməyə can atdığı halda, digər qrupları isə, əksinə, qısa müddətli mənfəət götürməyə çalışırlar. Odur ki, bəzi rəqiblər hər şeydən əvvəl bazar imkanlarına uyğun mənfəət götürməyi üstün bilirlər, nəinki maksimal mənfəət əldə etməyi.
Beləliklə, marketoloqlar mənfəət götürməklə əlaqədar rəqiblərin, yalnız məqsədlərinin təhlil edilməsi ilə məhdudlaşmamalıdırlar, çünki hər bir rəqibin əhəmiyyətlilikləri ilə fərqlənən çoxlu sayda məqsədlər kompleksi ola bilər.
Dostları ilə paylaş: |