Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı



Yüklə 445 b.
tarix05.12.2016
ölçüsü445 b.
#876


Bazarların cəlbediciliyi

  • PLAN

  • 2.1. Bazarın mütləq və cari potensialı

  • 2.2. Tələbin və tələbatın həcminin müəyyən edilməsi

  • 2.2.1. İstehlak məhsullarına tələbatın müəyyən edilməsi

  • 2.2.2. İstehsal təyinatlı məhsullara tələbatın müəyyən edilməsi

  • 2.3. Xidmətlərə tələbatın müəyyən edilməsi


Məhsula ilkin tələbat

  • Məhsula ilkin tələb müəyyən iqtisadi və rəqabət mühitində müəyyən müddət ərzində hər hansı bir coğrafi ərazidə müəyyən istehlakçı qrupu tərəfindən satınalmaların ümumi həcmidir



Müəssisənin məhsuluna tələb

  • Müəssisənin məhsuluna tələb müəssisənin və ya onun ticarət markasının ilkin tələbdə payıdır



İlkin tələblə markeinq təsirlərinin ümumu intensivliyi arasındakı asılılıq



Genişlənən tələb

  • Genişlənən tələb miqdarı və ya həcmi sahədə tətbiq edilən marketinq güclərinin təsiri altında çox asanlıqla dəyişə bilən və deməli, elastikliyi yüksək olan tələbdir



Genişlənməyən tələb

  • Genişlənməyən tələb özünün doyma həddinə çatmış və həcmi tətbiq edilə marketinq güclərinin təsir altında dəyişməyən qeyri elastik tələbdir



Bazrın potensialı

  • Bazarın potensialı müəyyən müddət və ya dövr ərzində tələbin yuxarı həddinə bərabərdir



Bazarın cari və mütləq potensialı

  • - Bazarın cari potensialı məlum mühitdə və məlum zaman kəsiyində sonsuzluğa cəhd edən marketinq güclərinin ümumi həcmində ilkin tələbin yaxınlaşdığı yuxarı həddir

  • - Bazarın mütləq potensialı hər bir potensial istifadəçinin optimal tezlikdə və maksimum həcmdə məhsul istehlak etməsi müşahidə olunduğu hallarda satışın ümumi həcminə (natural və ya dəyər ifadəsində) uyğun gəlir



Bazarın mütləq potensialının müəyyənləşdirilməsi

  • Fərz edək ki, diş pastasından istifadə edən ölkə əhalisinin sayı, yəni potensial istifadəçilərin sayı 8,5 mln nəfər təşkil edir və hər bir potensial istifadəçi hər gün 2 dəfə diş pastasından istifadə edir. Onda il ərzində diş pastasından istifadə etmələrin ümumi sayı 6205 mln. dəfə təşkil edəcəkdir. Fərz edək ki, hər dəfə dişlərin təmizlənməsində 25 qram pastadan istifadə edilir. Bu şərtlər daxilində diş pastası bazarının mütləq potensialı 155125 mln. qram və ya hər tupikdə 150 qram pasta olduğunu nəzərə almaqla 1034 tupik təşkil edəcəkdir.



Məişət avadanlıq və cihazları ilə təmin olunmamış ev təsərrüfatları- nın tələbatının həcminin müəyyən edilməsi

  • 2011-ci ildə ölkəmizdə 40 min ev təsərrüfatı mövcud olmuşdur ki, onların da 80%-i soyuducularla təmin olunmuşdur. Bu halda soyuduculara potensial tələbatın həcmi 8 min ədəd [40000x(1-0,8)], yəni soyuducularla təmin olunmamış ev təsərrüfatların sayına bərabər olacaqdır.



Məişət avadanlığı və cihazlarının dəyişdirilməsi nəticəsində yaranan tələbatın həcminin hesablanması

  • Fərz edək ki, istismarda (istifadədə) olan A məişət avadanlığının orta xidmət (istismar) müddəti 10 il, onların ümumi sayı isə 100 min ədəd, o cümlədən 10 il istifadədə olan avadanlqların xüsusi çəkisi 8% və ya 8 min ədəd təşkil edir.



Uzun müddət istifadə edilən məhsulların istismarı ilə əlaqədar olmayan tez sərf edilən istehlak məhsullarına tələbatın həcmi



Uzun müddət istifadə edilən məhsulların istismarı ilə əlaqədar olmayan tez sərf edilən istehlak məhsullarına mütləq tələbatın həcminin hesablanmasına aid misal

  • Fərz edək ki, kərə yağ üzrə orta gündəlik istehlak norması 20 qram təşkil edir. Ölkəmizin əhalisinin, yəni kərə yağın potensial istifadəçilərinin sayının 9 mln. nəfər olduğunu nəzəzrə alsaq, onda kərə yağına mütləq tələbatın həcmi 65,7 min ton təşkil edəcəkdir.



Uzun müddət istifadə edilən məhsulların istismarı ilə əlaqədar olmayan tez sərf edilən istehlak məhsullarına cari tələbatın həcminin hesablanmasına aid misal

  • Fərz edək ki, ölkə əhalisinin yalnız 90%-i və ya 0,9 hissəsi kərə yağından istifadə edir və ya istifadə etmək arzusundadır. Onda kərə yağına potensial tələbin həcmi 59,13 min ton təşkil edəcəkdir



Uzun müddət istifadə edilən məhsulların istismarı ilə əlaqədar olan tez sərf edilən istehlak məhsullarına tələbatın həcmi

  • burada:

  • - uzun müddət istifadə edilən k avadanlığı və ya cihazının sərf etdiyi tez sərf edilən istehlak məhsuluna illik tələbatın həcmi;

  • - tez sərf edilən istehlak məhsulundan istifadə edən k avadanlığı və ya cihazı ilə təmin olunmuş ev təsərrüfatlarının sayı (k avadanlığı və ya cihazı ilə təmin olunmuş ev təsərrüfatları əmsal kimi verildikdə təmin olunmuş ev təsərrüfatlarının sayı həmin əmsalla mövcud ev təsərrüfatlarının sayının hasili kimi müəyyən olunur);

  • - il ərzində tez sərf edilən istehlak məhsulundan istifadə edən k avadanlığı və ya cihazından istifadə etmələrin sayı (bu göstəricini ildəki günləri avadanlığın neçə gündən bir istifadə edilməsinə bölməklə müəyyınləşdirmək olar);

  • - k avadanlığının tez sərf edilən məhsul üzrə orta istehlak norması;

  • k - uzun müddət istifadə edilən avadanlıq və ya cihazın sayı;

  • i - avadanlığının istismarı ilə əlaqədar olan tez sərf edilən məhsulların sayıdır.



Uzun müddət istifadə edilən məhsulların istismarı ilə əlaqədar olan tez sərf edilən istehlak məhsullarına tələbatın həcminin hesablanmasına aid nümunə

  • Fərz edək ki, plan ili üçün qalqona illik tələbatın həcmini müəyyən etmək tələb olunur. Qalqonun istifadə edildiyi paltaryuyan maşınlarlarla təmin olunmuş ev təsərrüfatların sayı 1500, qabyuyan maşınlarlarla təmin edilmiş ev təsərrüfatların sayı isə 500-dür. İl ərzində paltaryuyan maşınlardan 120 dəfə, qabyuyan maşınlardan isə 200 dəfə istifadə edilir. Hər istifadə də qalqonun sərf norması müvafiq olaraq 20 qram və 10 qram təşkil edir. Onda qalqona illik tələbatın həcmi

  • və ya 4,6 ton təşkil edəcəkdir.



Bəzi uzun müddət istifadı edilən məhsullara illik tələbatın həcminin müəyyən edilməsi

  • Burada: :

  • - istifadə tezliyi həddən artıq yüksək olan uzun müddət istifadə edilən k məhsulunun sərf etdiyi tez sərf edilən istehlak məhsuluna illik tələbatın həcmi;

  • - tez sərf edilən istehlak məhsulundan istifadə edən uzun müddət istifadə edilən k məhsulu ilə təmin olunmuş ev təsərrüfatlarının sayı;

  • - k avadanlığının tez sərf edilən məhsul üzrə orta istehlak norması



Bəzi uzun müddət istifadı edilən məhsullara illik tələbatın həcminin müəyyən edilməsinə aid misal

  • Fərz edək ki, minik avtomobilləri ilə təmin olunmuş ev təsərrüfatların sayı 2000 ədəd, motosikletlərlə təmin olunmuş ev təsərrüfatların sayı isə 600 ədəddir. Orta gündəlik benzin sərf həmin məhsullar üzrə müvafiq olaraq 6 litr və 3 litr təşkil edir. Onda benzinə illik tələbatın həcmi

  • təşkil edəcəkdir



İstehsal təyinatlı əsas materiallara təlbatın həcminin müəyyən edilməsi

  • burada:

  • - j məhsulunun istehsalında istifadə edilən i materialına tələbatın ümumi həcmi;

  • - istehsalında i materialından istifadə edilən j məhsulunun nəzərdə tutulan istehsal həcmi;

  • - hər vahid j məhsuluna I materialının məsrəf (istehlak) norması;

  • j – i materialından istifadə edilməklə istehsal edilən məhsulların sayı (j=1-n);

  • i – j məhsulunun istehsalında istifadə edilən materialların sayıdır, (i- 1-m)



İstehsal təyinatlı əsas material- lara tələbatın hesablanmasına aid misal

  • Fərz edək ki, A materialından B, C və D məhsulunun istehsalında istifadə edilir. Plan ilində 2400 ədəd B məhsulu, 3500 ədəd D məhsulu və 3000 ədəd C məhsulu istehsal edilməsi nəzərdə tutlmuş və həmin məhsullara A materialının məsrəf (istehlak) norması müvafiq olaraq 20 kq, 25 kq və 18 kq təşkil edir. Onda A materialına illik tələbatın ümumi həcmi:



İstehsal təyinatlı sərfiyyat materiallarına tələbatın müəyyən edilməsi

  • burada:

  • - j məhsulunun istehsalında istifadə (istehlak) edilən I məhsuluna əlavə edilən k sərfiyyat materialına tələbatın həcmi;- k sərfiyyat materialının əlavə edildiyi və ya qatıldığı

  • - i materalından istifadə etməklə hazırlanan j məhsulunun istehsal proqramı;

  • - j məhsulunun hər vahidinə k sərfiyyat materialının əlavə edildiyi i materialının məsrəfi norması;

  • - j məhsulunun istehsalında istifadə edilən I materialına k sərfiyyat materialının məsrəf normasıdır.



İstehsal təyinatlı sərfiyyat materiallarına tələbatın müəyyən edilməsinə aid misal

  • Fərz edək ki, il ərzində 120 min ədəd istehsal edilməsi nəzərdə tutulan A məhsulunun istehsalında istehlak edilən B və C məhsullarına əlavə edilən D sərfiyyat materialına tələbatın həcmini müəyyən etmə təlb olunur. A məhsulunun hər vahidinə 20 kq B məh- sulu, 18 kq C materiala sərf edilir. B məhsulunun hər vahidinə 0,5 kq, C materialına isə 0,25 kq D sərfiyyat materialı əlavə edilir. Belə olan halda D sərfiyyat materialına ümumi tələbatın həcmi:



Dəstləşdirici məmulatlara tələbatın müəyyən edilməsi

  • burada:

  • - i dəstləşdirici məmulatlara tələbatın ümumi miqdarı;

  • - i dəstləşdirici məmulatının istifadə edildiyi j məhsulunun istehsalının həcmi;

  • - hər vahid j məhsuluna I dəstləşdirici məmulatın sərf norması;

  • j – istehsalında i dəstləşdirici məmulatdan istifadə edilən məhsulların sayı,

  • i – j məhsulun istehsalında istifadə edilən dəstləşdirici məmulatlarının sayıdır,.



Dəstləşdirici məmulatlara tələbatın müəyyən edilməsinə aid misal

  • Fərz edək ki, il ərzində 15000 ədəd A, 18000 ədəd B və 20000 ədəd C məhsularının istehsalında istifadə edilən D dəstləşdirici məmulatına tələbatın həcmini müəyyənləşdirməktələb olunur. A məhsulunun istehsalında 2 ədəd, B məhsulunun istehsalında 1 ədəd, C məhsulunun istehsalında isə 3 ədəd D dəstləşdirici məmulat istifadə edilir. Onda D dəstləşdirici məmulata tələbatın ümumi həcmi:



Sənaye avadanlıqlarına tələbatın həcminin müəyyən edilməsi

  • burada-

  • - k müəssisəsində j işini yerinə yetirən i avadanlığına tələbatın illik ümumi həcmi;

  • - k müəssisəsində i avadanlığında j məhsulunun istehsalına (işinin, əməliyyatının yerinə yetirilməsinə) sərf edilən vaxt (saatla, dəqiqə ilə);

  • - k müəssisəsində j məhsulunun istehsal edilməsində (işin, əməliyyatın yerinə yetirilməsində) istifadə edilən i avadanlığının iş günlərinin sayı;

  • - k müəssisəsində j məhsulunun istehsal edilməsində (işin, əməliyyatın yerinə yetirilməsində) istifadə edilən i avadanlığının növbəlilik əmsalı;

  • - k müəssisəsində j məhsulunun istehsal edilməsində (işin, əməliyyatın yerinə yetirilməsində) istifadə edilən i avadanlığının növbəsinin uzunluğu, (saatla);

  • - k müəssisəsində j məhsulunun istehsal edilməsində (işin, əməliyyatın yerinə yetirilməsində) istifadə edilən i avadanlığından istifadə səviyyəsini (avadanlığn təmirini, nizamlanmasını və bu kimi digər işləri nəzərə almaqla) nəzərə alan əmsal;

  • - k müəssisəsində i avadanlığında j məhsulun istehsalına (işin, əməliyyatın yerinə yetirilməsinə) sərf edilən vaxt normasının yerinə yetirilməsi əmsalı;

  • - k müəssisəsində i avadanlığında j məhsulun istehsalına (işin, əməliyyatın yerinə yetirilməsinə) sərf edilən vaxt normasının yerinə yetirilməsi əmsalı;



Avadanlığa tələbatın hesablanması üçün zəruri olan ilkin məlumatlar



Sənaye avadanlıqlarına tələbatın həcmi



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin