B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə38/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   34   35   36   37   38   39   40   41   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Qaz ehtiyatları
Yataqlarda qaz yığımlarına əsasən iki formada rast gəlinir: sərbəst və neftdə həll olunmuş şəkildə. Qaz yığımları strukturda sərbəst formada və ya neft yatağının üst hissələrində yerləşə bilər.
1. Sərbəst qaz ehtiyatlarını hesablamaq üçün əsasən iki üsuldan istifadə edilir: həcm və təzyiq düşgüsü.
a) həcm üsulu. Adından göründüyü kimi üsul qazın hər hansı bir layın həcminin miqdarını göstərir. Lakin burada neftdən fərqli olaraq bəzi spesifik parametrlər nəzərə alınmalıdır. Belə ki, lay həcmində qazın ehtiyatı həmin layın təzyiq və temperaturundan da əsaslı sürətdə asılıdır.
V = S · h · m · f ·(P·α – Pson·αson)·βq · ηq , burada
V – qazın çıxarıla bilən ehtiyatı, m3.
S – yatağın qazlılıq sahəsi, m2.
h – qazlı layın effektiv qalınlığı, m.
m – lay süxurunun məsaməlik əmsalı.
f – layın temperaturu ilə standart (yer üstündə) temperatur fərqlərini nəzərə alan düzəliş əmsalı.
f =
burada T = 2730C, tst = 200C, tlaylay temperaturu, 0C
P – layın (hesablanma tarixinə) orta mütləq təzyiqi , MPa;
Pson – layın işlənilmənin sonunda orta mütləq təzyiqi – MPa (çox hallarda 0,1 MPa bərabər götürülür).

α, αson - qazın PPson təzyiqlərində Boyl-Mariott qanunundan fərqlənmə düzəlişi.
βq – layın qazla doyma əmsalı.
ηq – layın qazvermə əmsalı.
b) təzyiq düşgüsü üsulu. Üsul qaz yatağının bilavasitə işlənilmə prosesində tətbiq olunur, yəni işlənilmənin ilk dövründə (Q1) və bir müddət keçdikdən sonra hasil edilmiş qazın həcmləri (Q2) və bu dövrlərə müvafiq lay təzyiqlərinin (P1 və P2) qiymətlərinin müqayisəsinə istinad edir:
Q =
Belə olduqda yatağın qalıq qaz ehtiyatını hesablamaq olar.
V =
2. Neftdə həll olmuş qaz ehtiyatını hesablamaq üçün yataqda xüsusi təminatlı tədqiqatlar aparılmalıdır. Burada lay təzyiqinin, qaz amilinin və s. göstəricilərinin yatağın işlənilmə illərində fasiləsiz ölçülməsi və alınmış qiymətlərin sistemləşdirilməsi nəzərdə tutulur. Məhz bu məlumatlar əsasında yatağın neftli həcmində həll olmuş qazın miqdarını hesablamaq olar.
V0 = Qb.r0 – Qçıx.b0psonαsonf – Qç.b.(b0-b) psonαsonf – Qç.b. rson
burada
Vo – standart şəraitdə (yer səthində) neftdə həll olmuş qazın çıxarıla bilən ehtiyatı, m3;
Qb– standart şəraitdə neftin balans ehtiyatı, m3;
Qçıx. – həmin şəraitdə neftin çıxarılabilən ehtiyatı, m3;
Qç.b – həmin şəraitdə neftin çıxarıla bilməyən ehtiyatı, m3;
r0 – ilk qaz faktoru m3/m3;
rson – qalıq lay təzyiqində (Pson) neftdən ayrılmayan qazın həcmi, m3;
b0, b - ilk və cari dövrdə lay neftinin həcm əmsalı;
ason - qazın sıxılma əmsalı;
f – lay temperaturuna görə əmsal (M.M.İvanova və b., 1985).

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin