TEOLOGIYA MÜƏLLIMI
142
yabrın kitab qoxuyan ilıq nəfəsi yaydan bəri görüş-
məyən tələbə dostlarının üzündə xəfif təbəssümə çevril-
mişdi. Sentyabrdan təzə kitab qoxusu gəldiyini də ona
atası söyləmişdi. Dərs cədvəlini götürəndə isə uşaqlar
arasında pıçhapıç başlamışdı ki, bu dəfə onlara hamı-
nın dad dediyi qorxulu müəllim dərs deyəcək. “Əzazilin
yekəsi, tapşırıq-zad hərləməyən”, “bu vaxta kimi hələ
heç kimə “beş” yazmayan”, kosmetika vuran qızlardan
illah zəhləsi gedən müəllimlə axır ki dördüncü kursda
qarşılaşmışdılar. Hamı bircə sözü əzbərləyib qulağında
sırğa eləmişdi -“çalış qəzəbinə tuş gəlməyəsən”.
Qəliz müəllim bu vaxta kimi onların öyrənmədiyi,
yalnız haqqında elə-belə adda-budda eşitdikləri sehrə
bürünmüş fəndən – teologiyadan dərs deyəcəkdi. Hamı
kimi ona da çox qəribə gəlmişdi. Hamı kimi onun da kür-
künə birə düşmüşdü. Evə gedəndə mütləq qəliz müəllim
haqqında atasından soruşacaqdı. Nə əcəb bu vaxta kimi
onun barəsində bir kəlmə də eşitməyib?
- Nədən dərs deyəcək? Teologiyadan? Birinci dəfədi
eşidirəm – atası çiyinlərini çəkib bir xeyli çənəsini ovuş-
dura-ovuşdura fikirləşdi, -bizim vaxtımızda teologiya fi-
lan keçmirdilər. Bizə “Elmi ateizm”i öyrədiblər. Deyim
sənə, çox mənasız fənn idi. Elə mənasız, qəliz müəllim
də dərs deyirdi. Zorla beynimizə yeritmək istəyirdi ki,
Allah yoxdu. Çox qəliz adamıydı, çox.
- Bəs siz də inanırdınız? İnanırdınız ki, Allah yoxdu?,
– oğlu soruşdu.
143
- Əstəğfürullah! Nə danışırsan? Əlbəttə ki, inanmır-
dıq.
- Bəs bunu qəliz müəllimdən soruşanda nə cavab ve-
rirdi?
- Bunu soruşan kim idi? Öz ürəyimizdə deyirdik
“Allah var”. Dərsdəsə, onun dediklərini təkrarlayırdıq.
Bilirsən, o qəliz adam Allahın yoxluğunu sübut etmək
üçün bizə nə qədər kitablar oxutdurmuşdu, saysız-he-
sabsız, Marks, Engels, Lenin, axırda da Axundov. Yaxşı
ki, indi heç biri də yadımda qalmayıb.
- Ata, nə əcəb bu vaxta kimi onun haqqında danışma-
mısan?
- İnanırsan, onu heç xatırlamaq istəmirəm. Zalım oğ-
lunun qorxusu canımdan çıxmayıb. Dayan görüm, adı
nəydi onun? Deyəsən, Pənah müəllim idi… Hə, Allahsız
Pənah!
- Ha, ha, ha… nə qəribə adı var imiş. Elə belə də de-
yirdiniz, Allahsız Pənah!
- Çox əzazil, qaşqabaqlı adam idi: universitetdə heç
kimi eşitmirdi, o boyda qrupumuzda bir nəfərə də “beş”
yazmadı. Zalım oğlu pomadalı qız görəndə elə bil torba-
da ilan görürdü.
- Bəs sən necə qiymət ala bildin?
- Mənim işim bir az qəliz oldu, əməlli-başlı zülmə
düşdüm, sürüm-sürüm süründürdü məni. Cəncəl işim
olmuşdu. Cəncəl deyəndə ki… Mən də sənin indi otur-
duğun partada qabaq cərgədə otururdum. Bir gün müha-
144
zirənin ortasında Allahsız Pənah asqırdı. Özümdən asılı
olmadı, qayıtdım ki, “Ya haqq Allah”. Kişini elə bil cin
vurdu. Üstümə bağırdı ki, mən bayaqdan deyirəm Allah
yoxdu, sən deyirsən haqq Allah, dur bas bayıra. Düz se-
mestrin axırına kimi dərsə buraxmadı məni.
- Görünür, prinsipial adamıymış.
- Həm də necə! İmtahanda bilirsən neylədi? Saxladı
məni hamıdan axıra, dedi ki, tabaşiri götür, lövhəyə yüz
dəfə yaz ki, “Allah yoxdu”.
- Bu ki lap ağ olub! Bəs neylədin?
- Ağzım nəydi, necə demişdi elə də elədim. O da
eləmədi tənbəllik, eynəyini gözünə taxıb “Allah yox-
du”ların hamısını bir-bir saydı. Axırda qiymət kitabçama
“üç” yazıb üstümə atdı. Tramvay altında qalan “üç”…
Atası danışdıqca beynində bir məsələni çək-çevir
edirdi, nə əcəb bu vaxta kimi bir dəfə də olsun Allah
haqqında düşünməyib. İlk dəfə onun adını babasının ya-
sında eşitmişdi. Molla başa düşmədiyi dildə nəsə avazla
oxuyur, hər cümlə başı da Allahı yada salırdı. Onda çox
uşaq idi. Böyüdü, bığ yeri tərlədi, yenə də Allah haqqın-
da söhbətlərə yas çadırlarından qeyri başqa yerlərdə qu-
laq kəsilə bilmədi. Bir də nəsə şuluq iş görəndə özü də
bilmədən yaxasını təmizə çıxarmaq üçün tez-tez Allaha
and içərdi. Və heç vaxt da fərqində olmazdı ki, niyə belə
edir? Niyə öz canına, lap elə atasının canına and içən-
də onun yalanına inanmırlar, elə ki, Allahın adını çəkdi,
dərhal hamı rəhmə gəlirdi?
145
Bəs ateizm hardan çıxdı? Dinin əksimi, yoxsa alter-
nativi? Bəs Allahsız Pənah kim olub – anti-molla? Tap-
dığı təzə söz özünə də xoş gəldi. Bəs molla və anti-molla
arasında seçim edəndə kimə üstünlük vermək yaxşı olar-
dı? Hər halda sabahkı dərs çox maraqlı olacaqdı.
Yeni dərs ilinin birinci zəngi vuruldu. Auditoriyada
ağız deyəni qulaq eşitmirdi. Müəllimin bir az da gecik-
məsi bəhanə olmuşdu. Yerlərində oturmağa tələsməyən
tələbələr var-gəl edir, zarafatlaşır, deyə-gülə bir-birlə-
rinə nələrisə üyüdüb-tökürdülər. Teologiya müəlliminin
sakitcə içəri girib diqqətlə onlara baxdığını görən kimi
özlərini yığışdırdılar. Deməli, bu o idi – tərs adam. Nə-
dənsə ürəyinə dammışdı ki, hamını öz xofunun cəngində
sıxan, barəsində yalnız naqolay sözlər danışılan bu çətin
adamdan çox şeylər öyrənə biləcəkdi.
Müəllim “bismillah” deyib yerinə keçdi. Köhnəlik-
dən sürtülüb rəngini itirmiş qovluğun arasından bir cən-
gə vərəq çıxarıb masanın üstünə qoydu. Yenə də “bis-
millah” deyib mühazirəyə başladı. “Yazın, “Teologiyaya
giriş: fənnin predmeti və vəzifələri…”, qəflətən nəyisə
yadından çıxarmış adamlar kimi ayağa qalxıb qımışa-qı-
mışa “heç tanış olmadıq axı” -dedi. “Sizə Teologiyadan
dərs deyəcəm. Adım Pənahdı”.
Hansı Pənah? Atamın Pənahımı? Əvvəlcə bunu onun
özündən soruşmaq həvəsi yaransa da, dərhal da fikrin-
dən daşındı. Axı hansı axmaq qəlizdən qəliz müəllimə,
çətindən çətin adama sual verər ki, “bağışlayın, Allahsız
146
Pənah siz deyilsiniz”. Hər kəlməsinin qabağında “bis-
millah” deyən kişidən bunu soruşmaq heç Allahın özünə
də xoş getməzdi. Ağlından keçən o oldu ki, evə çatan
kimi mütləq atasının dəftərini tapıb yazdıqlarını tutuş-
dursun. Auditoriyada yazhayaz başlamışdı. Ac toyuq-
ların qabağına dən səpmişdin, hamı başını aşağı salıb
acgözlüklə, canfəşanlıqla dimdikləməyə çalışırdı. Müəl-
lim də aradabir başını vərəqlərdən qaldırır, qırğı nəzər-
lərini hürkək toyuq-cücənin üzərində gəzdirib, yenidən
yarımçıq qoyduğu sətirdən davam edirdi.
O, qəliz müəllimdən tamamilə başqa rəngdə, başqa
ölçüdə sözlər eşitmək həsrətindəydi. Dərsin ortasında
anlamağa başladı ki, bu sözlər yas çadırında eşitdiklə-
rindən elə də fərqlənmirdi, sadəcə, biri bilmədiyi, biri
başa düşmədiyi dildəydi.
Atasının səliqəylə yığıb saxladığı bütün mühazirə
dəftərlərini dönə-dönə vərəqləmişdi. Nədənsə onların
arasında Allahsız Pənahın yazdırdıqlarına heç vaxt rast
gəlməmişdi. Heç atası da o soruşana kimi bu haqda kəl-
mə də kəsməmişdi.
- Ata, sənin “ateizm” dəftərin hardadı?
- Nə dəftərim?
- Allahsız Pənahın mühazirələrini deyirəm də.
- Nəyinə lazımdı onlar? Elə imtahandan çıxan kimi
tulladım zibil qabına. Özü də tək mən yox, qrupumuzda-
kı bütün uşaqlar. Hamısı cəfəngiyat idi. Mənasız, qəliz
şeylərdi. Heç biri də yadımda qalmayıb. Onsuz da hamı
147
bilir ki, Allah var, təkdi, özü də göydədi.
- Adı da Pənahdı…
- Kimin?
- Bizə Teologiyadan dərs deyən kişinin.
- Pah! Təsadüfə bax.
- Həm də deyirlər çox qəliz adamdı. Yəqin imtahanı-
mız çətin keçəcək.
- Nə qədər çətin olsa da, “ateizm”ə çatmaz. Bir var
qibləsini bilənə imtahan verəsən, bir də var Allahsıza.
Sizin bəxtiniz gətirib…
Həmişə tələbələrlə nəzakətlə davranan yaşlı kitabxa-
naçı qadın da onun sualını eşitcək çox təəccüblənmişdi
“Elmi ateizm”? Nə danışırsan, ay bala? Cavan oğlansan,
əstəğfürullah de, günaha batmayasan”.
“Niyə ki, mənim atam da o kitabı oxuyub. Kitabdı
da, nə var ki?” Onun israr etdiyini görən qadın mızıl-
dana-mızıldana,-“yaxşı sabah yaxınlaş, “redki fonda”
baxaram. Görüm hara tullamışıq?”, -dedi.
Bütün semestr boyu ona ateizm kitabını verən olma-
dı. Kitabxanaçı hətta Allaha and içdi ki, hər yeri ələk-
vələk elədisə də, onu tapa bilməyib. “Təkcə o kitabı yox
e, Marksın, Engelsin əsərləri də yoxa çıxıb. Hələ Lenini
demirəm, ayrı vaxtı gözümüzə girərdi” -qadın onu inan-
dırmaq üçün çox illah eləmişdi – “bilirsən, o kitablar
bir vaxtlar bizim bütün rəflərimizin yaraşığı idi. Qırmı-
zı-qırmızı, kərpiç-kərpiç kitablar. Biz atmamışıq ha, Al-
lah haqqı atmamışıq. Elə özləri yoxa çıxıb”.
148
Ümid qalırdı Pənah müəllimin yazdırdıqlarına.
Amma kursun başa çatmasına az qalsa da, o, hələ ki,
qatmaqarışıq mülahizələrin içindən özünə lazım olan
fikri tapa bilməmişdi. Adına “teologiya” deyilən fənn bir
az din tarixinə, bir az ibtidai icma tarixinə, bir az sosio-
logiyaya, bir az da mollanın yas yerində dediyi sözlərə
oxşayırdı. O, bunu axtarmırdı. Bəlkə də ürəyi istəyəni
heç Allahsızların kitabında da tapa bilməyəcəkdi. Dərk
etmək istədiyi hər şeydə yarımçıqlıq var idi: müəllimin
yazdırdıqlarında, mollanın danışdıqlarında, elə kitabxa-
naçının etiraflarında da nəsə çatışmırdı. Elə imtahan
vaxtı da birinci sualın cavabında belə də yazmışdı: “Te-
ologiya yarımçıq fəndir”. Ondan başqa hamı sevinirdi.
Nəhayət, qəliz müəllimdən canlarını qurtaran tələbələr
qiymət kitabçalarını alar-almaz mühazirə dəftərlərini
hərə bir tərəfə atıb sevinə-sevinə universiteti tərk edir-
dilər. Pəncərələrin qabağı, zibil qabının böyür-başı,
hətta tualetin yan-yörəsi də, əzilmiş, qatlanmış, cırıl-
mış “teologiya dəftərlər”iylə dolu idi. Uşaqların hamısı
“üç” almışdı. Amma qəliz müəllimin beli donqar “üç”ü
o biri müəllimlərin lovğa, qarnıyoğun “beş”indən daha
qiymətli, daha əziz görünürdü. Heç kim etiraz eləmirdi,
hamı sevinirdi, hətta bəziləri “üç də beşin tayıdı” deyib
uçmağa qanad axtarırdı.
Hamı gedəndən sonra lap axırda onu içəri çağırdılar.
Pənah müəllim qalın eynəyini onun yazdıqlarının üzə-
rində gəzdirib, nəsə axtarırdı.
149
- Niyə belə yazmısan? – soruşdu – başa düşməmisən
sual verəydin izah edərdim, sənə kim ixtiyar verib ki,
Teologiyanı yarımçıq hesab edirsən?
- Çox şey qaranlıq qaldı, ona görə…
- Nədir qaranlıq qalan? Ver sualını.
- Atam bu fakültədə oxuyanda ona ateizmdən dərs
keçiblər… Heyf, dəftərini saxlamayıb…
Müəllim baxışlarını hər vəchlə ondan yayındırmaq
istəyən tələbənin qorxaqlığa oxşayan məsumluq çökmüş
çöhrəsini bir xeyli süzdü. Onun sifətində hardasa rast-
laşdığı tanış cizgiləri görəndə heç təəccüblənmədi. İllə-
rin təcrübəsi ona deyirdi ki, zamanın belə dəyişdirməyə
gücü yetmədiyi bu cizgilər genetik yaddaşın izaholun-
maz kodları idi. Araya çökən cansıxıcı səssizliyi Pənah
müəllimin qəfləti asqırmağı pozdu. O da qeyri-ixtiyari
“Ya haqq Allah” pıçıldadı.
- Ay bərəkallah! A bala, Allahın haqq olduğunu bilir-
sən, amma boş şeylərdən danışırsan. Sənə məmnuniy-
yətlə, “iki” verərdim, amma istəmirəm tay-tuşlarından
geri qalasan. Yazığım gəlir sənə. Çıx lövhəyə! Yüz dəfə
yazacaqsan ki “Allah haqdı”. Düz yüz dəfə! Bax, bir-
cə-bircə sayacam ha!
Hər şeyi müəllim söylədiyi kimi elədi. Pənah müəl-
lim qalın eynəyini gözünə taxıb onun yazdıqlarını birər-
birər səbirlə saydı və sonra çoxdan imzaladığı “qiymət
kitabçası”nı ona uzatdı. Artıq universitetin dəhlizlərində
səs-səmir kəsilmişdi. O, pillələrlə sakitcə aşağı düşürdü.
150
Heç auditoriyada unutduğu mühazirə dəftərinə görə də
geri qayıtmadı. Pənah müəllimdən neçə alması da ve-
cinə deyildi. Bircə onu bilirdi ki, indi hər şey atasının
“qiymət kitabçası”nı xatırladırdı.
Sentyabr 2013
151
152
MÜNDƏRICAT
Bizə ürək göndərin .................................................
Tutuquşunun günahı ...............................................
Xəlbir .....................................................................
Kişilər ağlamasın ...................................................
Sevgi məbədində qətl .............................................
Bekketə salam ........................................................
Tiflis yolçuları ........................................................
Şuşa dumanı ...........................................................
Professor və samuraylar .........................................
Teologiya müəllimi ................................................
4
19
35
53
63
76
90
120
130
141
Dostları ilə paylaş: |