140. Əhalisi 4.999–dən çox olan ərazidə müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün neçə seçici imzası toplamalıdır ? a) 30
b) 15
c) 100
d) 50
e) 150
141. Su təsərrüfatı obyektləri üzərində bələdiyyə mülkiyyəti hansı şərtlərlə yaradıla bilər ? 1) Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan su təsərrüfatı obyektlərini bələdiyyə mülkiyyətinə verməklə;
2) Dövlət mülkiyyətində olan su təsərrüfatı obyektlərinin bələdiyyə tərəfindən istifadə etməklə ;
3)Bələdiyyələr tərəfindən yeni su təsərrüfatı obyektləri yaratmaqla;
4) Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan su təsərrüfatı obyektlərini əqdlər əsasında bələdiyyələrin mülkiyyətinə almaqla.
5) Hüquqi şəxslərin mülkiyyətində olan su təsərrüfatı obyektlərini bələdiyyələrin mülkiyyətinə almaqla.
a)1, 3, 4 b) 1, 4, 5 c) 1 ,3 ,5 d) 2, 3, 4 e) 1, 2, 3
142. Hansı torpaqlar xüsusi mülkiyytətə verilə bilməz (biri yanlış cavabdır)? a) Kənd təsərrüfatına az yararlı və yararsız torpaqları
b) Meşə torpaqları
c) Su fondu torpaqları
d) hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı
e) Ümumi istifadədə olan torpaqlar
143. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər (biri yanlış cavabdır)?
a) Meşə və su fondu torpaqları
b) Kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar,
c) Hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların
d) qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar
e) Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar
144. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə kimlərə verilir (biri yanlış cavabdır)? a) Azərbaycan Respublikasının ərazisində yaşayan bütün hüquqi və fiziki şəxslərinə.
b) Fərdi qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına
c) Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.
d) Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.
e) Fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına
145. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri satıldıqda qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla kim tərəfindən müəyyən edilir ? a) Bələdiyyələr
b) Yerli əhali
c) Yerli icra hakimləri
d) Torpaq xəritə çəkmə komitəsi
e) Nazirlər kabineti