151
ƏLİYEV ƏLƏSGƏR
MEHDİ OĞLU
İqtisad elmləri namizədi,
dosent
1954-cü ildə Bərdə rayonunun Türkmən
kəndində anadan olmuşdur. İbtidai təhsili-
ni həmin kənddə alıb. 1970-ci ildə Bərdə
şəhər 4 saylı orta məktəbini qızıl medalla
bitirib.
1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “Tikin-
tinin iqtisadiyyatı və təşkili” ixtisasını almışdır. Əmək fəaliyyətinə Dövlət
Plan Komitəsi nəzdində “İqtisadiyyat” institutunda başlamışdır.
1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı institutunda aspiran-
turanı müvəffəqiyyətlə başa vurub, Təhsil Nazirliyinin təyinatı ilə Azər-
baycan İnşaat Mühəndisləri institutuna göndərilmişdir. 1982-ci ildən baş
laborant, assistent, baş müəllim və 1993-cü ildən dosent vəzifəsində çalı-
şır. 1984-cü ildə “Əsaslı vəsait qoyuluşunun planlaşdırılmasının təkmil-
ləşdirilməsi və iqtisadi səmərəliliyinin yüksəldilməsi” mövzusunda nami-
zədlik (08.00.05 – “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ix-
tisası üzrə) dissertasiyasını müdafiə etmişdir.
Ölkəmizdə və bir sıra xarici ölkələrdə nəşr olunmuş 50-dən çox el-
mi məqalənin, 5 metodik vəsaitin və 12 tədris proqramının müəllifidir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti “Tikinti-iqtisad” fa-
kültəsinin elmi şurasının üzvü, o cümlədən elmi katibidir. AzMİU həm-
karlar təşkilatı sədrinin müavinidir.
Dostları ilə paylaş: