179
QOCAYEV ZAHİD
ADIGÖZƏL OĞLU
1951-ci ildə Bərdə rayonunun Gülgəzli
kəndində anadan olub.
1967-ci il – Bərdə şəhər 1 saylı orta
məktəbi bitirib.
1967-1971-ci illərdə Azərbaycan Döv-
lət Neft və Kimya İnstitutunda təhsil alıb.
1974-1975-ci illərdə Tümen vilayətinin
neft yataqlarında yeni texnikanın tətbiqi
üzrə mühəndis işləyib.
1975-1978-ci illərdə N.E.Bauman adına Moskva Ali Texniki Uni-
versitetin aspirantı olub.
1979-cu il – N.E.Bauman adına
Moskva Ali Texniki Universitetin
elmi işçisi olub.
1979-cu il – N.E.Bauman adına Moskva Ali Texniki Universite-
tində sürətləndirilmiş sınaq metodlarının təkmilləşdirilməsi üzrə texnika
elmləri namizədi dissertasiyasını müdafiə edib.
1979-2002-ci illər – “EATİ” Dövlət elmi-tədqiqat institutunun
baş elmi işçisi, aparıcı elmi işçisi vəzifələrində çalışıb.
1983-84-cü illərdə – konstruksiya materialları üzrə məlumat-
axtarış və konstruksiyaların möhkəmliyi sistemlərinin yaradılması üzrə
SSRİ Avtomobil və Kənd Təsərrüfatı Maşınqayırması Nazirliyinin nəz-
dində yaradıcı qrupun rəhbəri olub.
1994-cü il – texnika elmləri doktoru dissertasiyasını müdafiə edib.
1996-2009-cu illər – əvəzçiliklə, Bauman adına Moskva Ali Tex-
niki Universiteti (“Dinamika və möhkəmlik” kafedrasında), Moskva Av-
tomobil Yolları Universiteti və Moskva Dövlət Açıq Universitetində (“İn-
formatika”, “Tətbiqi riyaziyyat”, “Maşınların detalları” kafedralarında)
pedaqoji fəaliyyətlə məşğul olub.
2001-ci il – Keyfiyyət Problemləri Akademiyasının akademiki
seçilib.
2002-2004-cü illər – Moskva vilayətinin Çexov rayonunda yerlə-
şən Maşınqayırma üzrə Federal elmi-tədqiqat və təcrübə mərkəzinin
Federal Dövlət Unitar Müəssisəsinin baş direktoru vəzifəsində çalışıb.
2004-cü ildən hal-hazıradək Rusiya Federasiyası “Maşınqayırma
üzrə Federal elmi-tədqiqat və təcrübə mərkəzi” ASC-nin (Rusiya Sənaye
180
Energetika Nazirliyi, 2009-cu ildən “Rostexnologiyalar” DK strukturuna
daxildir) baş direktoru vəzifəsində çalışır.
Maşınqayırma konstruksiyalarının etibarlılığı və möhkəmliyinin,
yeni mobil texnikanın nəzəri və təcrübi sınaqları (stend, poliqon və istis-
mar) problemləri, riyazi modellərin və konstruksiyaların kompyuter he-
sablamaları metodlarının tədqiqi, mobil maşınların və onların qüvvə ötür-
mələrinin çətin dinamik sistemlərinin optimallaşdırılması, maşınqayırma
konstruksiyaları üzrə məlumat bazasının yaradılması sahəsində 100-dən
artıq elmi işin, monoqrafiyanın və ixtiraların müəllifidir.
Z.A.Qocayevin rəhbərliyi və bilavasitə iştirakı ilə aparılmış eks-
perimental və nəzəri elmi tədqiqatların nəticələri RF və MDB ölkələrinin
bir çox avtomobil və traktor zavodlarında tətbiq və istifadə edilir. Onun
rəhbərliyi və bilavasitə iştirakı ilə dövlət sifarişi və ya sahə üzrə müəssisə
və təşkilatların sifarişi ilə 60-dan çox elmi-təhqiqat işləri yerinə yetiril-
mişdir.
Onun elmi rəhbərliyi altında, Rusiya Sənaye Energetika Nazirliyi,
Elm Nazirliyi və Kənd Təsərrüfatı Nazirliklərinin sifarişi ilə, bir sıra eks-
permental və nəzəri tədqiqatlar aparılmışdır. O, 2004-2005-ci illərdə
maşınqayırmada nanotexnologiyaların istifadə edilməsi üzrə elmi kons-
truksiya işlərinin rəhbəri olmuşdur.
Onun elmi rəhbərliyi ilə, maşınqayırma konstruksiyalarının və
onların qüvvə ötürücülərinin tədqiqi üzrə bir sıra namizədlik və doktorluq
dissertasiyaları müdafiə olunub. O, həmçinin “Maşın və cihazların dina-
mika və möhkəmliyi” ixtisası üzrə dissertasiyaların müdafiəsi üzrə İxti-
saslaşdırılmış Şuranın üzvü olmaqla, yuxarıda göstərilən istiqamətlər üzrə
dissertasiyaların müdafiəsində tez-tez opponent qismində çıxış edir.
Müxtəlif illərdə tətbiqi riyaziyyat, optimallaşdırma, avtomatlaş-
dırılmış məlumat bazası və informatika üzrə bir sıra tədris-metodik vəsait-
lərin, o cümlədən “Hüquqşünaslar üçün riyaziyyat” və “Proqramlaşdırma-
nın alqoritmik dilləri” vəsaitlərinin müəllifidir. Sevastopol şəhərində ke-
çirilən “Maşın və mexanizmlərin qüvvə ötürücülərinin etibarlılığı və
uzunömürlüyü” adlı illik beynəlxalq elmi konfransın həmsədridir.
Dostları ilə paylaş: |