122
ASLANOV QAÇAY
ALLAHQULU OĞLU
1920-ci il yanvarın 14-də Bərdə rayonunun
Kələntərli kəndində anadan olub. 1929-cu
ildə Uğurbəyli kəndində 1-ci sinfə gedib. İlk
müəllimi Pənah Səmədov olub. 1930-cu ildə
təhsilini doğma kəndi Kələntərlidə keçəl lə-
qəbli Cəmilin evində yaradılmış məktəbdə davam etdirib. 1-ci sinfi qur-
tardıqdan sonra 4-cü sinfə qədər İbişin evində yerləşən məktəbdə, 5-ci
sinfi Salır Muğanlının evindəki məktəbdə oxuyub. 7-ci sinfi isə Kələntər-
lidən xeyli aralıda yerləşən Şirvanlı kəndində başa vurub.
1937-ci ildə Gəncə şəhərində Azərbaycan Xalq Komissarlığının
Tibb Texnikumunun “Feldşerlik” şöbəsinə daxil olub. 1964-cü ildə Gəncə
şəhərində Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib.
1975-ci ildə Respublika hüquq işçilərinin ixtisasartırma kursunda hüquq-
şünas ixtisasına yiyələnib. 1940-52-ci illərdə Yevlax rayonunun Malbinə-
si kəndində tibb məntəqəsində feldşer işləyib. 1941-45-ci illər Böyük Və-
tən müharibəsində iştirak edib.
1947-ci ildə ordudan ehtiyatda olan böyük leytenant rütbəsi ilə
tərxis olunub. 1948-ci ildə Mollalı kənd sovetinin feldşer məntəqəsinin
müdiri işləyib. Həmin ilin sonunda Bərdə rayon partiya komitəsi bürosu-
nun qərarı ilə Bərdə rayon PK katibinin köməkçisi vəzifəsinə təyin olu-
nub.
1952-ci ildə Gəncə Vilayət Partiya Komitəsində partiya kollegiya-
sı üzvünün köməkçisi işləyib. 1953-cü ildə Gəncə Vilayət Partiya kollegi-
yasının ləğvi ilə əlaqədar olaraq Bərdə rayon PK-da kənd təsərrüfatı şöbə-
sinə müdir vəzifəsinə keçirilib. 1956-cı ildə Bərdə rayon PK-da MTS üzrə
katib seçilib. 1959-63-cü illərdə isə Bərdə rayon “Sosializm” kolxozunda
sədr vəzifəsində çalışıb.
1963-1973-cü illərdə Bərdə rayon PK-nın ikinci katibi, 1973-
1986-cı illərdə Bərdə rayon 105 saylı texniki peşə məktəbinin direktoru
işləyib. 1986-cı ildən respublika əhəmiyyətli xüsusi təyinatlı təqaüdçü idi.
1987-ci ildə Azərbaycan SSRi Ali Sovetinin və Azərbaycan SSRİ Nazir-
lər Sovetinin orqanı olan “Kommunist” qəzetinin, 1991-ci ildə “Bərdə”
qəzetinin, 1997-ci ildə Azərbaycan Hüquqşünaslar İttifaqının orqanı olan
“Hüquqşünas” qəzetinin ştatdankənar müxbiri olub.
123
1955-1980-ci illərdə daim kənd və rayon zəhmətkeşləri xalq depu-
tatları sovetinin deputatı seçilmişdir. Otuza yaxın orden, medal, təşəkkür
və mükafatlar almışdır. Təkcə üç dəfə “Qırmızı ulduz” ordeni ilə təltif
olunmuşdur. İstefada olan mayor idi.
İncəsənəti, ədəbiyyatı çox sevirdi. Azərbaycanın Xalq artistləri
Lütfəli Abdullayev, Rübabə Muradova, Şövkət Ələkbərova, Canəli Əkbə-
rov, Ramiz Hacıyevlə, bir çox rəssamlarla, mədəniyyət və incəsənət usta-
ları ilə dostluq edirdi. Özü tarda çox gözəl ifa edirdi. Poeziyanın vurğunu
idi, poema və şeirlər də yazırdı. Füzulini, Nizamini, Puşkini, Yesenini əz-
bər bilirdi. Tarixə xüsusi marağı vardı və hərbi tarixdən məqalələr yazırdı.
Avtomobil idarə etmək xobbisi idi. Ömrünün sonuna qədər şəxsi avtomo-
bilini özü idarə etdi.
Dostları ilə paylaş: |