BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə92/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   88   89   90   91   92   93   94   95   ...   542
171

 

 



 

KƏRİMOV  ELGİZ 

KƏRİM  OĞLU 

 

Elgiz Kərim oğlu Kərimov 1971-ci il 

yanvar ayının 5-də Azərbaycan Respubli-

kasının Bərdə şəhərində anadan olmuşdur. 

1978-ci ildə Bərdə şəhər 4 saylı orta mək-

təbin I sinfinə daxil olub, 1988-ci ildə 

həmin məktəbin X sinfini bitirmişdir. 

1989-1991-ci illərdə Sverdlovsk şəhə-

rində həqiqi hərbi xidmətdə olmuşdur. Ki- 

çik serjant rütbəsində ordudan tərxis olunmuşdur.  

Elgiz Xocalı soyqırımından sonra dözə bilməyib silaha sarılır və 

qeydiyyatdan keçmiş Bərdə özünümüdafiə batalyonunda PDM-ə atıcı tə-

yin olunur. Bir çox döyüşlərdə iştirak edir, əvvəl Tərtər bölgəsində, son-

ralar Əsgəran istiqamətində döyüşə göndərilir. 

2 mart 1992-ci ildə səhər saat 5-ə işləmiş həyəcan siqnalı verilir. 

Düşmən qəfil hücum edərək 17 nəfər döyüşçünü mühasirəyə alır.  

Könüllü olaraq Elgiz Səfiyar Behbudovla birgə PDM-də düşmən 

üzərinə hücuma keçərək, onları böyük itgiylə geri çəkilməyə vadar edib, 

döyüşçülərimizi mühasirədən qurtarırlar. Özləri isə Əsgərana doğru irəli-

ləyirlər. Onlar “Qara qaya” deyilən yerdə düşmənin böyük qüvvəsinə rast 

gəlirlər, lakin geri çəkilməyərək bərabər olmayan döyüşə atılırlar. 

Bu döyüşdə düşmən tərəfi onların PDM-ni vurur. Hər ikisi maşını 

tərk edib döyüşə atılır və Elgiz həlak olur. 

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 

fərmanı ilə göstərdiyi igidlik və şücaətə görə Elgiz Kərimova ölümündən 

sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.  

Məzarı Bərdədəki Şəhidlər qəbiristanlığındadır. 

Bərdə şəhər 4 saylı orta məktəb onun adını daşıyır. 

 

 

 



 

 



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin