Bərk ciSİMLƏRDƏ defektləR



Yüklə 19,61 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü19,61 Kb.
#38983
1   2   3   4   5
MÜHAZİRƏ DEFEKTLƏR

Kristallarda dislokasiya

Dislokasiya məhvumunu bərk cisimlərdə ilk dəfə 1934-cü ildə Teylor Orovan işlətmişdir.Dislokasiya quruluş defektin bir növüdür.Əgər kristal əmələ gələrkən kristala müəyyən həddən artıq gərginlik düşərsə ,onda kristal ya dağılır və atomlar bir-birinə nisbətən yerini dəyişir.Ancaq səthə düşən qüvvə heç vaxt eyni olmur,bir səth digər səthə nisbətən yerini tez dəyişir.Bu dislokasiya kimi qəbul olunur və dislokasiya kristal qəfəsin yerdəyişməsini sürətləndirir.Kristallarda dislokasiyalar kristal quruluşunun pozulması nəticəsində yaranan xətti sürüşmələr və atom laylarının sürüşmələridir.

Dislokasiyanın iki əsas növü var : xətti və vintvari.Xətti dislokasiya –nizamlı quruluşun müəyyən istiqamətdə pozulmasıdır.Belə defektlərin en kəsiyi bir və ya bir neçə atomlar arası məsafəni keçmir,uzunluğu isə kristalın ölçüsü qədər ola bilər.Xətti dislokasiyada əlavə atom nüvəsi yaranır.Dislokasiyanın hərəkəti az gərginlikdə (105 dn/sm2) başlayır.Atomların yerini dəyişməsi ətraf atomların cəzb etməsinə və itələməsinə məruz qalır.Müxtəlif kristallarda dislokasiyanın miqdarı 102-1012 sm-2 həddində dəyişir.Əgər germanium monokristalında dislokasiyanın miqdarı 105-106 sm-2 çatarsa,onda həmin monokristal cihaz istehsalına yaramır.

Kristalın böyümə prosesində vacib rol oynayan ikinci növ dislokasiyaya vintəbənzər dislokasiya deyilir.Kristalların əmələ gəlmə prosesində onun bir hissəsində atomun yerdəyişməsi kristalın o biri hissəsində olan atomların yerdəyişməsinə nisbətən vintvarı formada müəyyən bucaq altında səth əmələ gətirir (vintvarı termini də oradan götürülmüşdür).

Kristal əmələ gələrkən deformasiyaya uğrayır və oda dislokasiyanın yaranmasına səbəb olur.Vintvari dislokasiya kristalın daxilində baş verir.Real dislokasiya xətti və vintvarı dislokasiyaların kombinasiyalarından ibarət olur.Beləliklə kristallarda müxtəlif tip dislokasiyaların yaranması onların fiziki-kimyəvi xassələrinə kəskin təsir edir.


Yüklə 19,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin