Bərk kosmik şüaların tərkibi Məmmədov Təbriz Rüfət oğlstrreplN



Yüklə 245,79 Kb.
səhifə3/4
tarix27.08.2023
ölçüsü245,79 Kb.
#140709
1   2   3   4
Bərk kosmik şüaların tərkibi

İlkin kosmik şüalanma
Aydındır ki, Yerin səthində kosmik şüaların təsirinə məruz qalmayan nöqtə yoxdur. Sadəcə olaraq, qeyd etdiyimiz kimi, bu təsir müxtəlif yerlərdə müxtəlif olur. Yerin yüklü zərrəcikləri meyl etdirə bilən maqnit sahəsinə malik olması isə onun şimal və cənub qütblərinin, ekvatorla müqayisədə, daha çox radioaktiv şüalar qəbul etməsinə səbəb olur.
Sadə məntiqə əsaslanmaqla deyə bilərik ki, hündürlüyün artması mühafizə ekranı rolunu oynayan hava təbəqəsınin azalmasına və nəticədə şüalanma səviyyəsinin yüksəlməsinə səbəb olmalıdır. Həqiqətən də, əgər dəniz səviyyəsində yaşayan insanlar kosmik şüalanmadan orta hesabla 300 mkZv/saar ‐ a bərabər effektiv ekvivalent doza qəbul edirlərsə, dəniz səviyyəsindən 2000 m ‐ dən çox yüksəklikdə yaşayan insanlar üçün bu rəqəm bir neçə dəfə yüksək olur



Qalaktik kosmik şüalanmanın
modulyasiya əmsalı

Qalaktik kosmik şüalanmanın
maksimal ekvivalent doza gücü,
mkZv/saar

Qalaktik kosmik şüalanmanın 11 il ‐ lik tsiklik variasiyası (I ‐Qalaktik kosmik şüalanmanın modylyasiyası, II ‐ IV – Qalaktik kosmik şüalanmanın, uyğun olaraq, Murmansk, Moskva və Alma ‐ Ata şəhərləri üçün ekvivalent doza gücü).


Təqribi hesablamalara əsasən hər saniyədə Yerin hər kvadrat metr səthinə kosmosdan gələn on mindən çox reliyativistik (işıq sürətinə yaxın sürətlə hərəkət edən) yüklü zərrəcik düşür. Kosmik şüalar adlanan bu şüaların böyük əksəriyyəti, artıq qeyd etdiyimiz kimi, Günəşdə və bizim Qalaktikada vaxtaşırı baş verən möhtəşəm ulduz partlayışları nəticəsində yaranır. Çox yəqin ki, Yerə digər Qalaktikalardan da böyük enerjili zərrəciklərin çata bilməsi ehtimalı kiçik deyildir.


Kosmik şüalanmanın tərkibinin böyük üstünlüklə protonlardan (~ 90%), helium nüvələrindən (protonlardan ~ 10 dəfə az) ibarət olmasına baxmayaraq, bu şüaların tərkibində Mendeleyev cədvəlindəki elementlərin əksəriyyətini qeydə almaq mümkün olmuşdur.
Qeyd etdiyimiz kimi, Yerin səthinə çatan kosmik şüalanmanın intensivliyi, coğrafi en dairəsindən və dəniz səviyyəsindən olan hündürlükdən asılı olaraq, müxtəlif olur. Coğrafi en dairəsindən asılılıq Yerin nəhəng maqnit olması (güclü maqnit sahəsinə malik olması) ilə əlaqədardır. Bu səbəbdən də, kosmik şüalar, yüklü zərrəciklər seli olaraq, Yerin maqnit sahəsinin təsiri altında onun ekvatorundan qütblərinə tərəf meyl edirlər. Həqiqətən də, ekvatorun dəniz səviyyəsində olan hissələrində kosmik şüalanma dozası minimal (~ 0.35 mZv/il tərtibində) olduğu halda, yenə də dəniz səviyyəsində, lakin ekvatordan kənarda (məsələn, 50o en dairəsində) yerləşən coğrafi ərazilərdə ~ 0.5 mZv/il qədər olur. Məsələn, belə yüksək dozanın təsirinə London, Meksika, Nyu‐York kimi şəhərlərin sakinləri məruz qalırlar.
Hava və su buxarından təşkil olunmuş qalın atmosfer təbəqəsi, Yer üçün örtük rolunu oynamaqla, onu kosmosdan gələn şüaların təsirindən mühafizə edir. Aydındır ki, atmosfer təbəqəsinin qalınlığının azalması (yüksəkliyin artması) kosmik şüalanmanı yaradan zərrəciklərin sürətini azaldan və onların çoxlarını tamamilə dayandıran təbəqənin təsirinin azalması kimi qəbul olunmalıdır. Buna görə də yüksəkliyin azalması kosmik şüalanma dozasının artması ilə nəticələnməlidir. Doğrudan da 4500 m yüksəklikdə kosmik şüalanma dozası 3 mZv/il, Everest zirvəsində (8848 m) isə təxminən 8 mZv/il təşkil edir. Yer kürəsi əhalisinin böyük əksəriyyəti okean ‐ dəniz kənarında (dəniz səviyyəsində) yaşadığından belə yüksək şüalanmaya məruz qalanlar azlıq təşkil edirlər. Bu səbəbdən də kosmik şüalanma dozasının orta gücü Yer sakinləri üçün çox da böyük olmayıb, ~ 0.3 mZv/il (0.03 mkZv/saat) ‐ a bərabərdir.
Şəkil 5.5 ‐ də radiasiya fonunun insan orqanizminə təsir edən əsas komponentləri təsvir olunmuşdur
Qeyd edək ki, vaxtaşırı uçuşlar həyata keçirən təyyarə ekipajı və onun sərnişinləri nisbətən qısa müddətli, lakin daha intensiv şüalanmaya məruz qalırlar. Məsələn, 4 km ‐dən 12 km ‐ə qədər qalxan zaman (bu yüksəklik transkontinental avialaynerlərin uçuş yüksəkliyidir) kosmik şüalanma dozası 25 dəfəyə qədər artır. Səsdən iti sürətlə hərəkət edən reaktiv təyyarələrin uçuşlarının həyata keçdiyi 20 km ‐ ə qədər yüksəkliklərdə isə kosmik şüalanma dozası 13 mkZv/saat ‐ a çatır.


Şəkil 5.5. Radiasiya fonunun insan orqanizminə təsir edən əsas komponentlərinin təsviri.




Yüklə 245,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin