Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 1.92 Mb.
səhifə15/23
tarix08.12.2016
ölçüsü1.92 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

Kərim xan onun söylədiklərinə heç bir əhəmiyyət verməyrək Ağa Mə-həmməd xana yaxınlaşır və onu yuxarıdan aşağıya süzür. Gözlər bir- birinə dikilir və ortaya uzun sürən bir sükut çökür.

***


Ekranda(iri planda) növbə ilə Kərim xanın və Ağa Məhəmməd xanın sima-ları canlanır...

Ağa Məhəmməd xanın gözlərindən yorğunluq qarışmış bir məğrurluq və cəsarət,Kərim xanınkindən isə çaşqınlıq və təəccüb oxunur.Çaşqınlıq və təəccüb

ətrafdakıların da simalarına hakim kəsilmişdir.

Şah qarşısındakı yeniyetmınin baxışlarına tab gətirə bilməyərək öncə göz-lərini döyməyə başlayır, sonra isə gözlərini Ağa Məhəmmədin gözlərindən çəkir, fəqət baxışların döyüşündən məğlub ayrıldığını kimsənin anlaya bilmə-məsi üçün onun ətrafında bir neçə dəfə dövrə vurub üzünü Səbzəli bəyə tutur:

-Bunun ki bığ yeri təzəcə tərləyib. Bu ki hələ uşaqdır! Cəmi üç min nəfər türk ilə mənim fars, kürd, lor və bəxtiyarilərin say-seçmə oğullarından ibarət qırx minlik ordumu bu yeniyetməmi darmadağın etmişdir?!Bu qurd oğlu qurdmu bütün Xorasanın bir illik xəracını ələ keçirməyə cürət etmişdir?!

Səbzəli bəy:

-Qibleyi-aləm sağ olsun , Şah İsmayıl Səfəvi Azərbaycan səltənətinin taxt-

tacına sahib olanda...

Kərim xan onun sözünü kəsərək kinayə ilə:

-Səfvilər!...Azərbaycan səltənəti!... Bu gün nə Səfəvilər var, nə də Azər-baycan səltənəti!!! Bu gün yalnız mən varam-Kərim xan Zənd!!!Nadir şahın ölümü ilə Azərbaycan səltənəti də, turanlıların fars elləri və İran üzərində yüzilliklər bo-yu sürən hakimiyyətləri də artıq tarixə qarışmışdır.İndi mənim fars ellərini , kürd, lor, bəxtiyari tayfalarını birləşdirərək bərpa etdiyim böyük İran səltənəti var. Artıq ulu Zərdüştün, Sasani şahlarının, böyük Firdovsinin ruhları şad ola bilər.

Budur, bir vaxtlar turanlı Ərdəban böyük İran şahı Ərdəşirin qarşısında əli-qolu bağlı halda durduğu kimi,Məhəmməd Həsən xanın böyük oğlu da qarşım-dadır,istəsəm başını kəsər,istəsəm gözlərini çıxarar ya da dərisini soyduraram.

Bu sözlərdən sonra Kərim xan qəh-qəhə çəkib gülür,sonra isə üzünü Səbzəli bəyə tutaraq:

-Deyirsən,Məhəmməd xan Savadkuhidən məktub da gətirmisən.Ver baxim.

Səbzəli bəy yaxasındkı məktubu çıxarib İran şahına verir. Kərim xan Zənd məktubu oxuyur və deyir:

-Deməli, düşmənimin bu gün əsir qismində qarşımda durmuş olması sənin xidmətindir.Söylə,bunun əvəzində məndən nə istəyəcəksən?

Səbzəli bəy:

-Şah sağ olsun,məlumunuz olduğu kimi, mən Nadir şahın dövründə As-tarabadın hakimi idim , əgər müsaidəniz olarsa,həmin məqama yenidən bərpa ol-maq istərdim.

Kərim xan:

-Bu barədə düşünmək lazımdır.Qərarımı sənə üç günə bildirərəm.

Sonra o,üzünü Ağa Məhəmməd xana tutur:

-Bəs,səninlə nə edək?

Ağa Məhəmməd xan susur.

Iran şahı eşikağasına müraciətlə:

-Aparın hamama çimsin.Həkim yaralarına məlhəm qoysun.Ən ləziz ye- məklərdən verin,yesin.Sonra isə salın zindana, amma incitməyin. Düşünüb qərar

verəcəyəm.

Eşikağası “Baş üstə” deyib gözətçilərə işarə edir və onlar əsiri aparırlar.

***

Ağa Məhəmməd şah Qacar xəyallardan ayrılaraq deyir:



-Açın onların əl- qolunu!

Əsgərlər əsirlərin əl-qolunu açırlar.

Şah ata və oğula müraciətlə:

-Qalxın ayağa!(Üzünü Toğrula tutur.)Adın nədir?

Əli xan və oğlu ayağa qalxırlar.

Toğrul:


-Toğrul.

Şah:


-Mənim yanımda qalıb,mənə oğulluq etmək istəyirsənmi?

Toğrul susaraq atasına baxır. Onun yerinə Əli xan Əfşar cavab verir:

-Allah səndən razı olsun,şah!bir səhv idi,etdik.Qul xətərsiz olmaz,Ağa kərəmsiz.Bağışla bizi!

Şah:


-Mən, özünün və övladının canını xilas etmək üçün əsgərlərinin canına qıymadığını eşidən an səni bağışladım.Sən də bir-iki gün qonağım olacaqsan.Son-

ra qayıdarsan Xəmsəyə və mənim valim olarsan.

Əli xan:

-Allah səndən razı olsun!

Şah:

-Biz hər ikimiz türkük,demək qardaşıq.(Üzünü Abbas bəyə tutur.)Aparın



onları hamama,ən gözəl libaslar geydirin,ən gözəl yüməklər verin və ən gözəl otaq-

lara yerləşdirin.Onlar mənim əziz qonaqlarımdırlar.(Üzünü Toğrua tutur.)Sənsə bu

gündən əziz balam və vəliəhdin kiçik qardaşısan.

Toğrul:


-Allah sizdən razı olsun,kölgənizi üstümüzdən əskik etməsin.

Ata və oğul şaha təzim edirlər.

***

Şuşanın Qərb darvazasının önündəki kiçik meydan.Xan,vəzir,Kələntər Ağası bəy,şəhərin qazisi,Qasım, əyan-əşrəf,eləcə də,şəhər sakinləri Vaqifin oxu-maq üçün İstanbula yola düşən 6 tələbəsini,o cümlədən Camal və Cavidi,eləcə də İstanbulda təhsil alan oğlunu görmək üçün bu şəhərə yollanan Mirzə Əliməmmədi



yola salmaq üçün bura yığışmışlar.Kənarda mıxa 7 at bağlanmışdır.Onları şəhərdən

kənarda müşayiət edəcək əsgərlər də hazır dayanmışlar.Musiqiçilər dəstəsi də öz növbəsini gözləyir.Xan gənclərə müraciətlə deyir:

-Xanlığımızın və bütün Azərbaycanın sizlərə böyük ehtiyacı var.İnşallah,

sağ-salamat gedin,sağ-salamat dərsinizi başa vurun və Vətənə yetkin bir mühəndis,

həkim,müəllim kimi qayıdın.Sizə yaxşı yol!(Üzünü Mirzə Əliməmmədə tutur.) Yolda uşaqlardan muğayat ol,özün də oğlunla görüşəndən sonra çox yubanma,tez

geri dön,sənsiz işlərimiz axsaya bilər.Haydı,yolçu yolda gərək,sənə də yaxşı yol!

Xan sözünü qurtarar-qurtarmaz,musiqiçilər çalmağa başlayırlar.Xan başda

olmaqla,hər kəs gənclərlə və Mirzə Əliməmmədlə görüşüb-öpüşür.Gənclər və xə-fiyyə başı atlarına minib,əsgərlərin müşayəti ilə şəhər darvazasından çıxırlar.Qasım da onlarla çıxır.

***

Səfər at üstündə çay qırağı ilə gedr.Qarşı tərəfdə qız-gəlin paltar yuyur.Sə-fərin diqqətini islanmaması üçün donunun ətəklərini dizdən yuxarı qaldırmış,ağ,



dolu baldırları və dizləri çöldə qalan göyçək bir qız cəlb edir.Gənc gözünü ondan

ayıra bilmir.Qız Səfərin onu müştəri nəzərləri ilə süzdüyünü görür və dərhal palta-

rının ətəklərini aşağı endirir.Səfər də atını çaparaq ortadan itir.Yaxınlıqda yuduğu

paltarları sıxaraq ləyənə yığan qadın gülərək,qıza deyir:

-Deyəsən,yüzbaşı Səfərin sənə gözü düşdü,axı,ay Gülnar.

Bu sözlər ətrafdakı qadınların da gülüşünə səbəb olur.Utandığından qıpqır-

mızı kəsilən Gülnar yuyb qurtardığı paltarları sıxmadan, yaş-yaş,suyu axa-axa,lə-yənə yığıb caydan sürətlə aralanır.Yaxındakı evlərə çatmamış Səfər onun qarşısını kəsir və atdan enmədən deyir:

-Demək, adın Gülnardır.Kimin qızısan?

Gülnar gözlərini yerə dikərək,utana-utana cavab verir:

-Şərbaf Kazımın.

İstədiyini öyrənən Səfər atını sürüb gedir.Qız da yoluna davam edir.

***


Səfər atını şəhərin küçələrindən biri ilə sürə-sürə gedir.Qarşı tərəfdən bay-ram libasına bürünmüş əli xonçalı ona yaxın qadın gəlib keçir.Gənc bir qədər də

getdikdən sonra təsadüfən qarşı tərəfdən at üstündə gələn Saroşla qarşılaşır.Dost-

lar atdan enmədən əl verib görüşürlər.

Saroş:


-Xeyir ola,ay Səfər,hardan gəlib,hara gedirsən?

Səfər:


-Çay qırağından gəlirəm,sizə gedirdim,sənlə işim var.

Bu dəm daha bir neçə bayram libaslı,əli xonçalı qadın gəlib keçir,Səfər on-

lara işarə edərək soruşur:

-Kimin toyudur belə?

Saroş:

-Eşitməmisən,xan təzə arvad alır.Yaxşı, madam ki,mənimlə işin var,gəl ge-dək qəhvəxanaya,həm qəhvə içək,həm də sözünü deyərsən.



Dostlar birlikdə hərkət edərək yaxındakı döngədən dönüb gözdən itirlər.

***


Səmədağa əminin qəhvəxanası.Səfər və Saroş taxtlardan birinin üstündə

oturub,qəhvə içə-içə söhbət edirlər.Qəhvəxanada onlardan başqa heç kəs görün-mür. Səfər deyir:

-Qardaş,xan bu yaxınlarda Hacı Kərimin qızını almadımı?Görəsən nə xə-

bərdi,qaçaqaç-zaddır,məgər?!

Saroş gülümsəyərək:

-Birinə üç arvad bəs etmir,dördüncüsünü də alır,o birisi isə bir arvad üzü-

nə həsrətdir.Qardaş,varlığa nə darlıq.Mənim də pulum olsaydı,dörd arvad alardım.

Yaxşı,de görək,nəolub-nə olmayıb.

Səfər:

-Saroş,sən şərbaf Kazım adlı adam tanıyırsan,ya yox?



Saroş:

-Tanıyıram,özü də çox yaxşı.Niyə soruşursan ki?

Səfər:

-Onun Gülnar adlı bir qızı var,gözüm onu yaman tutub.



Saroş:

-Rəhmətliyin oğlu,de ki,sənlə bacanaq oluruq da!

Səfər təəccüblə dostunu süzür:

-Necə yəni bacanaq oluruq?

Saroş:

-Gülnar şərbaf Kazımın kiçik qızıdır.Böyük qızı Gülnaz isə mənim deyik-limdir.



Səfər:

-Balə de,deməli,qaçaqlıq dövrümüzdə “sevgilim”-deyib,ah-zar etdiyin qız

həmin bu Kazımın qızıymış.Bir az anlad,görüm, kimdir bu şərbaf Kazım.

Saroş qəhvənin bitdiyini görüb qəhvəçini səsləyir:

-Ay Səmədağa əmi,bura bir zəhmət çək!

Kadr arxasından qəhvəçinin səsi eşidilir:

-Bir-iki dəqiqə səbr et,indi gəlirəm.

Saroş sözünə davam edir:

-Özü Qazağın Saatlı elindəndir.Xanımızın vəziri ilə bir məktəbdə oxuyub.

Vəzirlə möhkəm dostdurlar.Deyilənə görə,gəncliyində Nadir şahın əsgərlərindən

olub və böyük qəhrəmanlıqlar edib.Gözəl şərbafdır və bu sənəti kamil bildiyi üçün

vəzirin məsləhət və maddi dəstəyi ilə bir şərbaf karxanası qurmuşdur.Bundan öncə

acından ölənin biriymiş,indi isə xanlığın ən pullu adamlarından biridir.

Səfər:


-Necə pulludur ki,xadimə əvəzinə çay qırağına pal-paltar yumağa qızı ge-

dir?


Saroş:

-Məsələ də elə bundadır da!Çox pulludur,yüzdən artıq işçisi var,amma heç

deməzsən. Çox sadə və zarafatcıldır.Nə düşünürsə,dilində də odur.Ömrü boyu əs-

gərlik etdiyindən bir az kobuddur.Amma ürəyi xalis qızıldır.

Bu dəm qəhvəçi əlində iki bardaq qəhvə ilə daxil olub,bardaqları gənclə-

rin qarşısına qoyur, içilmiş bardaqları götürüb gedir.

***

Tehranın küçələrindən biri Ağa Məhəmməd şah Qacar və Allahverdioğlu



əsgərlərin müşayiəti ilə küçə boyu irəliləyirlər.Şah deyir:

-Artıq Dərbənddən Xəlicə,Osmanlı sınırından özbək xanının məmləkətinə

qədər bizimlə kəllə-kəlləyə gəlmək qüdrətində olan kimsə yoxdur.İnşallah Şirazı aldıqdan,Farsı,Xuzistan və Loristanı ram etdikdən sonra Azərbaycan xanları ilə məşğul olacağam.

Allahverdioğlu:

-İçlərində yalnız biri,yəqin ki,başımızı ağrada bilər.Qarabağ xanı İbrahim-

xəlili deyirəm.O da,açıq söyləməsə də,padşahlıq arzusundadır və hökmü Təbrizdən

Dərbəndə kimi,Osmanlı sınırından Xəzərə kimi keçir.

Şah:


-Deyirlər,onun çox gözəl bir qızı var.Bəlkə,onu oğluna istəyəsən.Burada işlərimizi qaydaya qoyunca,ortada bir güvən şəraiti hökm sürsün.

Allahverdioğlu:

-Yaxşı məsləhətdi.Onun böyük qızı da Zənd xanlarını hakimiyyəti dövrün-də Tehran bəylərbəyisinin arvadı olmuşdu.

Şah:


-Mən də elə bu səbəbdən bu işi məhz sənin oğlun üçün rəva görürəm.

Birdən Ağa Məhəmməd Şahın nəzərini küncdə oturub dilənən bir kor di-lənçi cəlb edir və diqqətlə onu süzməyə başlayır.Şah atını əyləyir və hər kəs belə

edir.Şah dilənçini süzməkdə davam edir,cırcındır və kir-pas içində olan kor dilən-çinin Səbzəli bəy olduğunu tanıyır.Atdan enib kora yaxınlaşır və ona öz adıyla səs-

lənir:


-Səbzəli bəy!

Səbzəli kiminsə onu tanımasından və ona “bəy”deyə müraciət etməsindən

həyacanlanır və həyacanla soruşur:

-Qadan alım,kimsən?!Səsin mənə çox tanış gəldi.

Şah dərin fikrə gedir və yenidən gözləri önündə keçmişin acı xatirıləri can-lanır...

***


EPİZODUN TƏKRARI

Kərim xan Zəndin sarayı.Kərim xan Səbzəli bəydən soruşur:

-Gerçəkdənmi şahına bu qədər sədaqətlisən? Bəlkə,sözlərinin doğruluğu-nu yoxlayaq?

Bunu eşidən Səbzəli bəyin dili-ağzı quruyur,rəngi- ruhu qaçır.Onun bu halına tamaşa edən Kərim xan Zənd şaqqanaq çəkərək gülür və deyir:

-Yaltaqlıqda və gopda tayın-bərabərin yoxdur.Sənin kimi türkə ömrüm- də rast gəlmədim.Mən türkləri sevmərəm,amma hər kəs kimi mən də etiraf edirəm ki,düzlükdə,kişilikdə,comərdlikdə,şücaətdə və sədaqətdə bu xalqa tay yoxdur.

Bu sözlərdən Səbzəli bərk pərt olur,canına vəlvələ düşür.Nə söyləyəcə-

yini bilmir.Onu bu vəziyyətdən eşikağasının ardınca əl- qolu bağlı Ağa Məhəm-

məd xanın və onu müşaiyət edən keşikçilərin içəri girməsi xilas edir.

Keşikçilər əsirin saçlarından dartaraq onu zorla təzim etdirməyə çalışır-

lar.


Kərim xan Zənd:

-Onu rahat buraxın!Əl-qolunu da açın.

Eşikağası etiraz etmək istəyir:

-Şahım...

Şah onun sözünü kəsir:

-Sən sus!

Keşikçilər Ağa Məhəmməd xanın əl-qolunu açırlar.

Kərim xan Zənd qarşısındakı Ağa Məhəmməd xana müraciətlə:

-Bir qiyamçı tutulanda onun ya başını kəsirlər,ya da gözlərini çıxardıb

dünya işığına həsrət qoyurlar.Amma mən belə etməyəcəyəm.

Anan Ceyran xatun mənə bir namə yollayıb,rica edir ki,sənə xətər yetir-məyim.Əvəzində qarət etdiyiniz pulları qaytaracağına,Qacar elinin Aşağıbaş tay-fasının bir də heç vaxt qiyam etməyəcəyinə,İran şahına tabe olacaqlarina söz verir. Mən də səni əfv etməyə qərar verdim.Üstəlik də qardaşın Hüseynqulu xanı Dam-ğan şəhərinin hakimi təyin edirəm.

Ağa Məhəmməd xan :

-Sizə bu lütfkarlığınıza görə son dərəcə minnətdaram.Siz gerçəkdən də

böyük hökmdarsınız.

O,bu sözlərdən sonra ilk dəfə şaha təzim edir.

-Demək sən də mənim şahlığımın məşruluğunu tanıdın.Ananın,qarda-

şının və tayfanızın sözlərındən dönməməsi üçün sən sarayda girov kimi yaşaya- caqsan.Gündə üç dəfə yeməklə,ayda bir dəfə yeni libaslarla və digər zəruri şeylər- lə təmin ediləcəksən.Saraydan və saray bağçasından kənara çıxa bilməyəcəksən.

Əgər özünü yaxşı aparsan,sənə bir miqdar maaş təyin edəcək,keşikçilərin nəzarə-tində dükan-bazara getmənə icazə verəcəyəm.

Ağa Məhəmməd xan:

-İtaət borcumdur.

Sonra Kərim xan Zənd üzünü Səbzəli bəyə tutub deyir :

-Sənin istəyinə gəlincə,bu,mümkün deyil.Əvvəla Astarabad hakimi Də-

vəlu Qacar uzun müddətdir ki,mənə sədaqətlə xidmət edir,vəzifəsini güsursuz ye-

rinə yetirir.İkincisi isə,sən öz tayfana xəyanət etmisən və sabah mənə də xəyanət

etməyəcəyinə heç bir zəmanət yoxdur.

Səbzəli bəy:

-Atam türk olsa da,anam fars qızı idi.Mən onun südü və laylası ilə bö-yümüş,onun tərbiyəsini almışam...

Kərim xan:

-Sözlərindən elə çıxır ki,xəyanətkarlıq qanına fars qızının südü, layla-

sı və tərbiyəsi ilə süzülmüşdür.Eləmi?!

-Məni düz anlamadınız.Dediyim budur ki,mən türklərə xəyanət yox,

farsların hökmdarına,xidmət etməyə çalışmışam.

Kərim xan:

-Mən səni düz anladım,sən məni düz başa düşmədin. ”Şahnamə”ni oxu-musanmı?

Səbzəli bəy:

-Uşaqlığımda anam tez-tez oxuyar,mən də dinləyərdim.

Kərim xan:

-Demək,Rüstəm və Söhrabın əhvalatından da xəbərin olmamış deyil.

İranın ən böyük qəhrəmanı Rüstəm tanımadığı oğlunu-Turan qəhrəmanı Söhrabı

hiylə və xəyanətkarlıqla öldürür...Səndə günah yoxdur.Məsələ əmdiyimiz süddə-dir. Nə isə...Keçək əsas məsələyə.Başqa istəyin varsa,söylə.

Səbzəli bəy:

-Şah sağ olsun,mənim Astarabadda gizli bir xəzinəm var.Ona yetişə

bilsəm,özümə də,nəvə-nəticəmə də artıqlaması ilə bəsdir.O şəhərin hakimi olma-

ğı da bu səbəbdən istəyirdim.Rica edirəm,imkan yaradın,xətərsiz-ətərsiz xəzinəmi

Şiraza gətirə bilim.

Kərim xan Zənd:

-Bu arzun yerinə yetiriləcək.

Səbzəli bəy:

-Sizə təklikdə daha bir sözüm var.

Kərim xan Zənd:

-Hər kəs buranı tərk etsin!

İçəridəkilər gedirlər,şah və Səbzəli tək qalırlar.

Səbzəli bəy:

-Ağa Məhəmməd xanı nədən öldürtmədiyinizi başa düşdüm,amma onun gələcəkdə İran taxt-tacı üçün təhlükəyə çevrilə biləcəyindən qorxuram.Siz onun nə qədər şücaətli,tədbirli və ağıllı olduğunu bilmirsiniz.

Kərim xan Zənd:

-Onu sənin qədər yaxından tanımasam da,təhlükəni mən də hiss edirəm. Odur ki,onu bir bəhanə ilə xədim etməyi düşünürəm.Xacədən nəinki şah,heç bəy də olmaz.


***

Ağa Məhəmməd şah Qacar xəyallardan ayrılaraq,üzünü əsgərlərin başında duran onbaşıya tutur:

-Bunu göndər saraya,qoy,hamama aparsınlar,yeni libas geyindirib,qarnını doydursunlar.

Onbaşı:


-Baş üstə!

Səbzəli:


-Şah!!!Səni tanıdım,Sən Ağa Məhəmməd Şah Qacarsan...

***


Şuşa.Çay qırağında daşlı-qayalı bir yer.Böük daşların və qaya parçaları-nın üstünə qurumaq üçün müxtəlif rənlərdə parçalar sərilib.Qayaların yanında ocaq

üstündə ona qədər boyük qazan qaynayır. Qazanların hər birinin suyu müxtəlif rəngdədir.Boyaqçılar Ağ parçaları qazanların içinə salıb müxtəlif rənglərə boyayır-lar.Bir qədər aralıda uzun,bir mərtəbəli bir bina var.Uzaqda iki atlı görünür.Atlılar yaxınlaşdıqca,üzləri daha aydın görünür və bunların Səfərlə Saroş olduğu məlum

olur.Səfər və Saroş boyaqçılardan birinə yaxınlaşaraq salamlaşır və soruşur:

-Sabahşnız xeyir! Kazım ağa haradadır?

Boyaqçı:

-Aqibətiniz xeyir!(Əli ilə binanı göstərir.)İçəri keçdi.

Atlılar enərək, atlarını qapının yanındakı atın yanına bağlayırlar və içəri

keçirlər.Burada bir-birinə raralel olaraq, iki çox uzun masaların başında iyirmidən artıq adam bəzək qəliblərini rəngə salıb, qarşılarındakı parçaların üzərinə basaraq bəzək vurmaqla məşğuldurlar. Fəqət Kazım ağa gözə dəymir.Gənclər masaların arası ilə irəliləyirlər. Saroş bəzəkçilərin birindən soruşur:

-Ağan haradadır.

Bəzəkçi o biri qapını göstərərək cavab verir:

-O qapıdan çıxdı.

Saroş və Səfər o biri qapıya tərəf yönəlirlər.

***

Binanın o biri tərəfi.Burada yerə çox sayda taxta dirəklər basdırılmış, dirək-lər arasında iplər çəkilmiş və həmin iplərdən artıq bəzəkləri vurulmuş parçalar asıl-mışdır.İşçilərdən bəzisi yeni parçalar asmaqla,digərləri artıq qurumuş hazır məhsu-lu səliqə ilə bükərək kisələrə yığmaqla,başqa biriləri isə dolu kisələri at arabasına



yükləməklə məşğuldurlar. Kazım ağa tam ortada durub ucadan deyir:

-Cəld olun!Tələsin!

Kazım ağanın gözü karxana binasının içindən çıxan Səfərlə Saroşa sataşır.

O onların yaxınlaşmasını gözləmədən,uzaqdan-uzağa Saroşa səslənir:

-Ə kürəkən,nə var,nə yox?

Saroş da elə uzaqdan-uzağa onun kimi ucadan cavab verir:

-Allah var,şəriki yox!

Kazım ağa:

-Afərin sənə!Bax,elə bu mərifətin sahibi olduğun üçün,lüt olmağına baxma-yaraq,qızımı sənə verməyə razı olmuşam.

Gənclər Kazıma yaxınlaşırlar.Saroş onun əlindən,o isə gəncin alnından öpür.

Səfərsə ədəblə salam verir:

Əssəlamu əleyküm!

Kazım:

-Və əleykəssəlam.Xoş gəlmisən!



Səfər:

-Xoş gününüz olsun!

Saroş dostuna işarə edərək:

-Kazım dayı,bu mənim ən yaxım dostumdur.Yaxından keçirdik,dedim,bir si-

zi görüm,əlinizi öpüm.

Kazım:


-Əl öpənin çox olsun!Deyirsən,dostundur.Bəs,dostunun adı –filanı yoxdur?

Səfər:


-Adım Səfərdir.Bəziləri yüzbaşı Səfər,başqaları isə Qaçaq Səfər deyirlər mə-

nə.


Kazım ağa “Qaçaq Səfər”adını eşidər-eşitməz,onu yuxarıdan aşağı süzür və

deyir:


-Düz deyiblər ki,igidin adını eşit,özünü görmə.Tanımayan sənin adı Qarabağ-

dan İrəvan və Bakıya qədər dillər əzbəri olan Səfər olduğuna heç vaxt inanmaz..

(Üzünü Saroşa tərəf çevirir.)Amma yalandan demə ki,Səfər ya məni, ya da ki kar-

xanamı görməyə gəlib.Bilirsən ki,mənim uzunçuluqla aram yoxdur.Odur ki,düzü-

nü söylə,məsələ nədir?

Saroş:


-Dostum istəyir sizə elçi göndərsin...

Kazım onun sözünü yarıda kəsir:

-Sən onun vəkilisən,məgər?

Səfər:


-Arzum sizin kimi gözəl bir insanın kürəkəni olmaq şərəfinə nail olmaqdır.

Əgər etiraz etməsəniz,sabah axşam elçilərimi göndərərdim.

Kazım qəh-qəhə çəkir və sonra da deyir:

-Atalar necə deyib,qız ağacı,qoz ağacı,hər yetən bir daş atar.Sən elçilərini

göndərməkdə ol,dalısına baxarıq.O ki qaldı,şərəf məsələsinə,mən Nadir şahın əs-

gərlərindən olmuşam və igid adamları sevirəm.Mənim üçün də sizin kimi igidlərin

qaynatası olmaq böyük şərəfdir.Sən adamlarını göndər,dalısı ilə işin yoxdur.Bəl-

kə toylarınızı da bir gündə etdik.

Gənclərin hər ikisi Kazımın əlini,o isə onların alınlarını öpürlər.

***


Ağa Məhəmməd şah Qacar sarayın eyvanında ayaq üstə duraraq dağları seyr

edir.Eşikağası eyvana daxil olaraq deyir:

-Şirazdan bir nəfər gəlib,deyir ki,onu Şiraz sarayının eşikağası Abbasəli bəy göndərib, şaha çox məxfi və təcili bir xəbərim var.

Şahı,sanki,ildırım vurur.Dərin fikrə gedir və yenə də gözləri önündə keçmi-şin xatirələri canlanır.

***

EPİZODUN TƏKRARI



Şiraz şəhərinin qala divarlarının və darvazasının xaricdən görünüşü. Eşikağası və Ağa Məhəmməd xan şəhərdən uzaqlaşırlar.Eşikağası söhbətini davam etdirərk deyir:

-...Bir gün Artuq şahlıq sövdasına düşür və Məlik şaha qarşı üsyan qaldırır və üsyan sırasında şahın bacısını da qaçırır.Üsyan tezliklə yatızdırılır, Artuq əl-qo-lu bağlı halda şahın hüzuruna gətirilir.Məlik şah üsyanı ona bağışlasa da,bacısına olan münasibəti bağışlamır və cəza olaraq onu xacə etdirir...

Bu sözləri eşidın Ağa Məhəmməd xan atını əyləyərək müsahibinə hirs-li-hirsli deyir:

-Bunları mənə söyləyərək yaramı təzələməkdə məqsədin nədir?

Eşikağası dönüb geriyə boylanır və:

-Heç bir xüsusi məqsədim yoxdur.Mən sadəcə,İran şahının buyuru-ğunu yerinə yetirdim.O,əmr etmişdi ki,bu əhvalatı danışim və səni Məkkəyə ge-dərək həmişəlik orada qalmağa təşviq edim.Bura qədər səninlə gəlməyimin isə

xüsusi məqsədi var.İndi məni diqqətlə dinlə.Söyləyəcəklərimi şəhərdə deyə bil-

məzdim,çünki orda daşın da qulaqları var.Yəni şəhər Kərim xanın xəfiyyələri ilə qaynayıb daşır.

Bax,mən də sənin kimi türkəm,qaşqay türklərindənəm,fəqət sarayda bunu heç kəs bilmir və hər kəs məni bəxtiyari hesab edir.Şəhərin qaşqaylar məhəl-ləsindən keçərkən sənə göstərilən xoş münasibətin özün şahidi oldun.Bunun səbə-bi qaşqayların Qacar elinə bəslədikləri böyük ümidlərlə bağlıdır.Belə hesab edilir ki,məhz Qacarlar, Nadir şahın ölümündən sonra bir-birinə düşmən kəsilmiş türk soy və boylarını, xüsusən də Azərbycan türklərini bir bayraq altında birləşdirmək iqtidarındadır.Qardaşın Hüseynqulu xana şox böyük ümidlər bəslənilir.Bil ki, Qaş-qay elləri Kərim xanın farspərəst və iranpərəst siyasətindən, xüsusən də türklərə və İslama olan münasibətindən bərk narahatdırlar.

Ağa Məhəmməd xan:

-İslama olan münasibəti necədir ki?

Eşikağası:

-Şah üzdə özünü müsəlman kimi göstərsə də, qəlbinin dərinliklərində zərdüştidir.Ülamə arasında söz-söhbət gəzir ki,İslamı aradan aparıb yerinə atəşpə-rəstliyi rəsmiləşdirmək üçün fürsət gözləyir.

Nə isə...Hüseynqulu xana mənim salamlarımı çatdır və de ki,Şiraz sara-yının eşikağası Abbasəli bəy onun sadiq quludur və saraydakı gözü və qulağı ola-caq.İndisə şübhə oyatmamq üçün şəhərə dönməyim lazımdır.Sənə yaxşı yol!

-Sənin simanda sədaqətli dost tapdığıma görə çox şadam.Salamat qal!

Bu sözlərdən sonra atlılar ayrılaraq əks istiqamətlərdə çapdılar.

***

Ağa Məhəmməd şah Qacar xəyallardan ayrılaraq,eyvanı tərk edir.



***

Ağa Məhəmməd şah Qacar taxtda əyləşib.Xanbaba da yanındadır.Qarşı-sında qasid dayanıb.Qasid deyir:

-Abbasəli bəy mənə buyurdu,sizə çatdırım ki,Şirazda tam bir hərc-mərc-lik hakimdir və hər kəs sizin gələcəyiniz günü gözləyir.Düşmənləriniz dəhşətli bir

qorxu ,dostlarımız isə səbirsizlik içindədir.Lütfəli xan xəzinəni Tehrandan çıxara bilmədiyi üçün ordu saxlamağa pulu yoxdur.Vergiləri iki qatına çıxartdığından ca-maatın nifrətini qazanıb.Hər an üsyan ola bilər.Abbasəli bəyə məlum olub ki,sən demə,Kərim xanın gizli xəzinəsi də Tehrandaymış və o,Cümə məscidinin döşəmə-sinin altındaki gizli zirzəmidədir.Abbasəli bəy həmin zirzəminin olduğu yerin nəq-şəsini mənim kürəyimə döyüb.

Bu sözlərdən sonra qasid əbasını və köynəyini çıxarıb arxasını şaha tərəf

1   ...   11   12   13   14   15   16   17   18   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə