Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 1.92 Mb.
səhifə18/23
tarix08.12.2016
ölçüsü1.92 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23

-La ilahə illəllah ,Mühəmmədən Rəsulullah!

Ohan bu sözləri deyib gözlərini yumur.Katalikos ilan vurmuş kimi dala sıçrayır.Gözləri bağlı olan Ohan bu dəfə artıq pıçıltı ilə təkrar edir:

-La ilahə illəllah,Mühəmmədən Rəsulullah...

Katalikos əsasının xaç və əjdahalar olan hissəsini var qüvvəsi ilə keşişin

başına çırpır.Əsa sınır və xaç yerə düşür.Ohanın başından axnağa başlayan qan

sınmış xaçın üstünə tökülür.

***


Ohan sözünə davam edir:

-Həmin an sanki,mələklər göydən enib məni kəlmeyi-şəhadət gətirməyə sövq etdilər.Qanımın sınmış xaçın üstünə axmasını görəndə bir yüngüllük hiss et-dim və mənə elə gəldi ki,günahlarım bağışlandı.Sonra huşumu itirdim,daha sonra suyun içində olduğumu hiss etdim.

***

EPİZODUN TƏKRARI



Kadra daxil olan çoban Ohanın kisədən çıxan başını görüb,yoldaşına səslə-nir:

-Təkin!Ay Təkin,tez ol bura gəl!Cinlər yenə də adam öldürüblər.

Kadrın arxasımdan Təkinin səsi gəlir:

-Sənə demədim,gəl o biri yolla gedək.Sənsə...(ağzını əyərək)kəsmə yolla ge-dək...kəsmə yolla gedək...Bu da sənə kəsmə yol!(Kadra daxil olur.)Bu artıq neçən-ci meyiddir bu çaydan tapılır?Allah buranı lənətləyib,ona görə də adına “Cinlər də-rəsi” deyirlər.

Elə bu an birinci coban heyrət və təəccüblə ucadan deyir:

-Aman,Allah!O sağdır,gözlərini açdı.

Ekrana iri planda Ohanın kisədən çıxan başı gəlir.Onun gözləri açıqdır və

zəif bir səslə deyir:

-Kömək edin!

***


Qasımla Məmməd bəy göldə atlarını çimizdirirlər.İkisinin də yuxarıdan qur-şağa qədər,aşağıdan isə dizə qədər bədənləri çılpaqdır.

Qasım:


-Necə bilirsən,Kiçikbəyim xanım Ağa Məhəmməd şah Qcara məktubumuzu çatdıra biləcəkmi?

Məmməd bəy:

-Deyilənə görə,şah Şiraza yürüşə hazırlaşır.Əgər o, şah Tehranı tərk etmə-miş ora yetişərsə,mütləq məktubumuz ünvanına çatacaq.Yetişməzsə ki,heç.

Qasım:


-Görəsən, Vidadidən nə xəbər var?Gəncə xanı ilə söhbətləri necə oldu, Ba-kıya getdimi,getmədimi? Getdisə,orada nəticə əldə edə bildimi,yoxsa yox?

Məmməd bəy:

-Məlumatsızlıq adamı lap sıxır.Görəsən bir vaxt gələcəkmi ki,Bakıda olan-lar barədə Gəncədə,Gəncədə olanlar barədə isə Qarabağda dərhal məlumat olacaq.

Qasım gülür:

-Əgər kimsə nağıllardakı uçan xalça və ya sehirli güzgünü icad edərsə,olar.

Məmməd bəy:

-Mən inanıram ki,bir gün belə bir gün gələ bilər.

Qasım daha bərkdən gülür:

-Sən ki lap xəyalpərəstsən.

Məmməd bəy:

-Vallah xəyallarım olmasa,dərddən,bu cansıxıcı həyatdan ölərəm.Eşitmisən,

Mirzə Əliməmməd ağa İstanbul barədə nələr danışır?

Qasım ciddiləşir:

-Nələr danışır ki?

Məmməd bəy:

-Nələr danışmır ki?Biz burada fil qulağında yatmışıq,fil nəfəs aldıqca özü-müzü cənnətdə hiss edirik.(Onun diqqətini sürətlə onlara tərəf çapmaqda olan Qə-dimi cəlb edir.)Qədimi bura gəlir .Deyəsən, nə isə olub?

Qasım onun işarə etdiyi tərəfə baxır:

-Axır vaxtlar olacaq şeylər tez -tez ürəyimə damır və düz də çıxır.Bax,indi nədənsə ürəyimə damdı ki,Molla Vəli Vidadidən nə isə bir xəbər var.

Bu dəm Qədimi onlara çatır və atdan enmədən deyir:

-Xan hər ikinizi hüzuruna çağırır,Vidadi qayıdır,onun pişvazına çıxmalısınız.

Məmməd bəy təəccüblə Qasıma baxır.

***


Mirzə Əliməmmədlə Ohan at belində Ohanın evinin qapısına yaxınlaşırlar.

Ohan yeni və yaraşıqlı çuxa və əbadadır.Başında buxara papağı var.Belindən xən-

cər asılıb.Ohan atdan enib qapını açır.Atını içəri salır.Mirzə Əliməmməd də atdan

enmədən içəri daxil olur.Ohan tez həyətin əncil ağacı olan küncünə göz atır,oranın

qazılıb,sonra üstünün torpaqlandığını görüb,gülümsəyir.

Əliməmməd atdan düşməyərək əlini Ohana uzadır:


-Yaxşı,sağlıqla qal,sabah dediyim vaxtda,dediyim yerdə səni gözləyirəm.

Ohan xəfiyyəbaşının əlini sıxır:

-Allah etdiyin bütün yaxşılıqlara görə səndən razı olsun.Sən əsil kişisən. Yax-şı yol!

***


Tehranın qala qapıları.Qapıdn Qacarlar imperatoluğunun üzərində aslan və günəş təsvirləri olan üç rəngli bayraqlarını daşıyan iyirmiyə qədər atlı çıxır.Onların

ardınca Ağa Məhəmməd şah Qacar,Xanbaba,Abbas bəy,Səfərəli bəy öz atlarında

görünürlər.Daha sonra yüzlərlə süvari əsgər,ondan da sonra yüzlərlə tüfəngli piya-da şəhəri tərk edirlər.Onları bellərində zəmburəklər olan dəvələr,arxalarına toplar

qoşulmuş,içi yüklə dolu at arabaları əvəz edir.Qala divarlarının başında sıra ilə du-

ran və uzun döyüş zurnaları calan zurnaçılar diqqəti çəkir.

***


Ekranda yazılır: “BİR GÜN SONRA”

***


Eyni qala qapıları.Qapılar taybatay açıqdır.Çöl tərəfdən qapının ağzına əllə-rində xonçalar, güzgü və yanar şamlar tutmuş onlarla alabəzək geyimli qadınlar

yığışıb.Qala divarları boyu düzülmüş qara zurna,balaban,təbil çalan çox sayda

musiqiçi şux toy havası çalır.Qadınların bir çoxu rəqs edir.Şəhərə yaxınlaşan və

göyə atəş açan atlı gınclərin əhatəsində ağ ata minmiş bəy,ardınca gəlinin kəca-vəsini daşıyan ağ dəvə,onun da ardınca yüklü dəvələr və onları müşayiət edən si-lahlı əsgərlər gözə dəyir.Gəlini gətirən dəvənin qarşısında qoyunlar kəsilir.

***

Kəcavənin içi.Kəcavədə oturmuş Kiçikbəyim pərdələrin arasından çölə baxır.



Gəlini görmək üçün içəri boylanan və xoş sözlər söyləyən müxtəlif qadın sifətləri bir-birini əvəz edir:

-Qarabağ gözəli Tehrana xoş gəlib!

-Qədəmlərin uğurlu olsun,ay Kiçikbəyim xanım!

-Toyun mübarək olsun!

-Oğullu-uşaqlı olasınız!

***


Mirzə Əliməmməd,Ohan keşiş və 20-yə yaxım əsgər atlarını çay sahili ilə

ilə sürürlər.Kolluqlar olan yerə çatdıqda, Ohan çobanların onu tapdıqları yeri gös-

tərərək deyir:

-Buradır.

Mirzə Əliməmməd:

-Dayanmayın və ora-bura da boylanmayın.Cinlər dərəsi də, yəqin ki,bu çaydan soldakı dağa qədər olan yerdir,eləmi?

Ohan:

-Hə,elədir.Mənə elə gəlir,buranı axtarmaq lazımdır.Biz,axı,niyə durmuruq?



Mirzə Əliməmməd:

-Ona görə ki,bizi kənardan izləyən ola bilər.Durasaq,onları şübhələndirə bi-lərik.Necə deyirəm,elə də edin.

Atlılar bir qədər irəlilədikdən sonra Mirzə Əliməmməd deyir:

-Durun.


Hər kəs atını əyləyir.

Xəfiyyəbaşından növbəti komanda eşidilir:

-Atlardan enin və iplərini kollara bağlayın.

Hamı onun dediyi kimi edir.Mirzə Əliməmməd Ohana və iki əsgərə deyir:

-Siz atların yanında qalın,gözünüz dörd olsun.Təhlükə şübhəsi yaranan kimi ağına-bozuna baxmadan atın.(Üzünü o biri əsgərlərə tutur.)Ardımca gəlin!

***


Dağ ətəyindəki qayalıqlar.Mirzə Əliməmməd öndə, əsgərlər isə arxada piya-da şəkildə qayaların arasında dolaşırlar.Həmısı əllərindəki tapancaları hazır vəziy-yətdə tutmuşlar.Arxadan gələn əsgər əlini xəfiyyəbaşının çiyninə toxundurur.Mirzə Əliməmməd geri dönəmdə barmağı ilə ona nə isə göstərir.Xəfiyyibaşı işarə edilən tərəfə baxır.Daşların arasımdan sönmüş ocağın tüstüsünü xatırladan çox zəuf tüstü-yə bənzər şeyin çıxdığını görür.Dərhal əlini yuxarı qaldırmaqla əsgərlərə durmaq işarəsi edir.Hər kəs yerində durur.O,ehmalca tüstü çıxan tərəfə gedir və onun mən-bəyinə çatır.Daş üzərində oyulmuş girdə deşik görür.Tüstü oradan çıxır.Deşiyə baxır.

***


Deşikdən sönmüş,fəqət azacıq tüstülənməkdə olan ocaq üzərində böyük bir şişə keçirilmiş və tam qızarmış,bəzi yerləri kömürləşmiş körpə uşaq görünür. Körpəyə qara geyimli adama məxsus iki əl uzanır.Sağ əldə xəncər var.Sol əl körpənin əllərindən birindən yapışır,sağ əl isə xəncərlə onu kəsir...

Gördüklərindən sarsılan,fəqət tez bir zamanda özünü ələ alan Mirzə Əli-məmməd şəhadət barbağını aşağı tutaraq, əlini bir-iki dəfə qaldırıb salmaqla yol-daşlarına axtardıqları şeyin tapıldığını və qayaların altında olduğunu bildirir. Dur-duğu yerdən ətrafa göz gəzdirən xəfiyyəbaşının diqqətini təqribən 25-30 metr aralıdakı qayaların arasındakı sıx kolluq cəlb edir və o kolluqlara tərəf hə-

rəkət edir.

***


Mirzə Əliməmməd qayalar arasında bitmiş sıx kolluğun yanındadır.O, diq-qətlə kolluğu gözdən keçiri və gözü arxadakı taxta qapıya sataşır.Xəfiyyəbaşı hər iki əli ilə əsgərləri yanına çağırır.Əsgrlər ona tərəf gəlməyə başlayırlar...

***


Mirzə Əliməmməd öndə,əsgərlərsə arxasınca tapancalarını hazır tutmuş və-ziyyətdə yavaş- yavaş qayada yonulmuş uzun dəhlizlə səssiz hərəkət edirlər.Çöl qapısı açıq olduğundan düşən işıq onların yolunu aydınladır.Dəhlizin o biri başın-da daha bir taxta qapı görünür.Qapının arxasından katalikosun səsi gəlir:

-Bu it balasının kababı donuz kababından daha ləzzətlidir.

Xəfiyyəbaşı əli ilə əsgərlərə hazırlıq işarəsi verir .

***


Erməni katalikosunun gizli məşvərət yeri.Katalikos və on iki keşiş artıq par-çalayaraq bölüşdürdükləri körpəmim ətini yeyirlər.Onların hamısını üzləri açıqdır. Birdən qapı təpiklə açılır.İçəri sıçrayan Mirzə Əliməmməd yuxarı atəş edərək çığı-rır :

-Hər kəs yerə uzansın!Yoxsa başınızı partladaram.

İçəri doluşan əsgərləri və üstlərinə tuşlanan tapancaları görən ermənilər dər-hal yerə uzanırlar.Əsgərlər onların üzərinə çökərək əl-qollarımı bağlamağa başla-yırlar.

***


Şuşanın açıq qapılarından Mirzə Əliməmməd və Ohan şəhərə daxil olurlar. Onların ardınca əsgərlər və “ Müqəddəs Yəhya”təriqətinin bir-birinə iplə bağlan-mış on üç üzvü girirlər.Mirzə Əliməmməd əsgərlərə səslənir:

-Aparın onları zindana təhvil verin,ondan sonra azadsınız.Sabah günortadan

üç keçənə qədər istirahət edə bilərsiniz.(Üzünü Ohana tutur.)Deməli,bu on üç nə-fərdən yalnız birini tanıya bildin.Adı Samveldir,onu Şahnəzər Məlikgilə elçi gedən

gün Hətəm Məlikgildə görmüsən və deyirsən ki,bu adam Hətəm Məliyin kitabxa-nasını yandırıb qaçan adamdır.Mən heç nəyi səhv salmadım ki?

Ohan:

-Yox,hamısı doğrudur.



Xəfiyyəbaşı:

-Madam ki,hamısı doğrudur,təklif edirəm,gedək bizə,islamı qəbul etməyin münasibəti ilə bir qəhvə qonaqlığı verim sənə.Nə deyirsən?

Ohan:

-And olsun tək olan Allaha,səninlə dünyanın o başına da getməyə hazıram. Gedək.



***

Ekranda iri planda dörd at ayağı canlanır.Ayaqların arasından arxaları ka-meraya tərəf bir top və iki topçu görünür.Ən arxa planda isə Şiraz şəhərinin darva-zası görünür.At ayaqlarının tam yanında yerə üzərinə məktub bərkidilmiş ox sancı-

lır.Süvarinin aşağı enən və oxu yerdən çıxarıb, yuxarı qalxan əli görünür.

***


Ağa Məhəmməd şah Qacarın çadırı. Şahla Xanbaba üzbəüz əyləşib, Şiraz şəhərinin planını gözdən keçirirlər.Şah barmağını planın üstünə qoyaraq deyir:

-Bax,biz indi buradayıq.Bu,Şiraz şəhərinin İsfahan qapılarıdır.Bu Zənd xan-

larının sarayıdır.İsfahan qapılarını seçməkdə məqsədim saraya ən yaxın yolun bu-

radan olmasıdır.Şirazın eşikağasından xəbər gələn kimi toplarla bu qapıları vurub

uçuracağam.Şəhərə məhz buradan girəcəyik.Bu isə qaşqaylar məhəlləsidir, bizimlə eyni anda silahlı qaşqaylar da oradan hücuma keçib yolumuzu təmizləyəcəklər.

Xanbaba:


-Qaşqay türklərindən tam əminsənmi?

Şah dərin fikrə gedir.Xəyalları onu yenə keçmişə aparır.

***

EPİZODUN TƏKRARI


Şirazın dar küçələri ilə iki atlı irəliləyir.Bunlar Kərim xan Zəndin eşika-ğası və gənc Ağa Məhəmməd xandır.Atlılar bir-biri ilə danışmırlar.Onlar evlərin qarşısından keçdikcə,qapılardan çıxan, pəncərələrdən boylanan qadınlar atlıların dalınca su atırlar.Eşikağası sükutu pozaraq:

-Bunca ildən sonra,axır ki,əsir və girov olmaqdan qurtulub azad olur-

san. Bura Şirazın qaşqay türkləri yaşayan məhəlləsidir.Onlar səni,arxanca su ata-raq, uğurlayırlar.Şəhərdə hər kəs başına gətirilən faciədən xəbərdardır və hər kəs də sənin dərdini öz dərdi kimi qəbul edir.

***


Ağa Məhəmməd şah xəyallardan ayrılaraq Xanbabaya cavab verir:

-Tam əminəm. Əmin olmasa idim,söyləməzdim.

Xanbaba:

-Madam ki,buradan hücuma keçəcəyik,nə üçün topların böyük hissəsini

şəhərin əks istiqaməti tərəfdə cəmləmisən?

Şah:


-Kim dedi ki,topları əks tərəfdə cəmləmişəm?

Xanbaba:


-Özüm öz gözlərimlə görmüşəm.

Şah:


-Sənin gördüklərin ağacdan qayırtdığım yalançı toplardır.Doğruçu top-ların çoxu buradadır.Sadəcə,onları çadırlarda gizlətmişəm ki,düşmən də sən dü-şündüyünü düşünsün və qüvvələrinin əsas hissəsini o tərəfə yığsın.Bəs,fikirləşmə-din ki,nə üçün Tehrandan özümlə bu qədər xarrat və dülgər gətirmişəm?Hesabla-mışam ki,şəhərin darvazasını uçurmaq üçün dörd topdan eyni anda vurmaq lazım-dır.Mənsə hər ehtimala qarşı altı topdan atacağam.
Bu dəm içəri Səfərəli bəy girir,şaha təzim edir və ona bir məktub uzada-raq deyir:

-Şəhərdən məktub gəlib.

Ağa Məhəmməd şah Qacar məktubu Xanbabaya verib deyir:

-Oxu!


Xanbaba oxuyur:

-Bismillahirrəhmanirrəhim!

Şahlar şahı Ağa Məhəmməd Qacarın hüzurlarına Şirazın eşikağası Ab-basəli bəy tərəfindən ərz edilir.

Əssəlamu əleyküm!

Xidmətinizə ərz edim ki,Lütfəli xan qurduğumuz hiyləyə uyaraq əsas qüvvələrini cənub tərəfdə cəmləmişdir.Düz gecə yarı Qaşqay məhəlləsi istiqamə-

tindən saray və İsfahan qapıları istiqmətində hücuma başlayacağıq.Siz yalnız bizim

tüfənglərin səsini eşidəndən sonra hücuma başlayın.Amma ləngiməyin.Biz əsgərlə-rin önünü yalnız 20-25 dəqiqə saxlamaq iqtidarındayıq.Onu da ərz edim ki,Lütfəli xan da,ordu rəisləri də böyük təlaş içindədirlər.Əsgərlərə qorxu və inamsızlıq ha-kimdir.

Əssəlamu əleyküm və rəhmətullahi və bərəkətu!

Ağa Məhəmməd şah Qacarla Xanbaba bir-birilərinə baxırlar.Ortaya dərin bir sükut çökür.Sükutu Səfərəli bəy pozur:

-Şahım,əgər məktubda deyilənlər doğrudursa,bəlkə Lütfəli xana təslim ol-

mağı təklif edək və təslimiyyətin əvəzində ona can və mal güvənliyi vəd edək?

Şah:


-Belə etsək,sevinə-sevinə razı olar.Fəqət o da,bu şəhər də mənə od çəkib. Ürəyim intiqam hissi ilə alışıb-yanır.Odur ki,heç kəsə heç nə vəd verməyəcəyəm.

Bu şəhərdə yalnız qaşqayların can və mülkünə toxunulmayacaqdır.Onların dışında isə bir nəfər başı papaqlı qalmayacaq.Şəhər üç gün ərzində əsgərlərim tərəfindən qarət ediləcək.Qadınlar kəniz kimi böyük şəhərlərin bazarlarında satılacaqdır.Bu

mənim əmrimdir və onu hər kəsə çatdır.

***


Şuşa.Səmədağa əminin qahvəxanası.Qəhfəxanada adam çoxdur.Qəhvəçi

və şagirdi müştərilərə qəhfə və qəlyan paylamaq,boş bardaqları daşımaqla məş-

ğuldurlar.Müştərilər arasında şəhərdə gəzən şayiələrlə bağlı fikir mübadiləsi ge-

dir.Müştərilərdən biri deyir:

-Vallah,hərə bir söz deyir.Biri deyir ki,Mirzə Əliməmməd ağa Cinlər dərə-

sində cinlərlə savaşıb,onlardan on üçünü əsir alıb,gətirib şəhərə.Bəziləri deyir,

əsir cinlərin sayı qırxdan çox olub.Başqa biriləri isə deyir ki,əsir alınanlar adam

yeyənmiş,guya başları çaqqal başıdır,bədənləri insan bədənləri.

İkinci müştəri:

-Mən də eşitmişəm ki,adamyeyənlər yarıadam,yarıheyvandırlar.Saylarını

on üç deyirlər.

Üçüncü müştəri:

-Nə boş-boş danışırsınız?Yarıadam,yarıheyvan deyə bir şey yoxdur.Ol-

sa idi,bu barədə Quranda yazılardı.Amma cin var.Quranda cinlərdən danışılır.

Hətta ayrıca “Cin” surəsi də var.

Dördüncü müştəri:

-Amma cini necə tutmaq olar?!

Birinci müştəri:

-Sən,mən tuta bilmərik,amma Mİrzə Əliməmməd ağa tuta bilər.Kişi seyiddir,

Peyğəmbər övladıdır.Damarlarında imam Əli əleyhissalamın qanı axır.Kişi babası

kimi pəhlivandır.

Üçüncü müştəri:

-Cinləri tutmaq olar.Mənim rəhmətlik babam atının üstünə qır sürtüb,hər gecə

onun atını oğurlayıb çapan cini tutmuşdu.

İkinci müştəri:

-Yalan danışma,o cini mənim babam tutmuşdu.

Dördüncü müştəri:

-İkiniz də yalan söyləyirsiniz,cini mənim babam tutmuşdu və bunu Malıbəyli- də bilməyən yoxdur.

İkinci müştəri:

-Bu hadisə Malıbəylidə yox,Kərkidə olub.

Üçüncü:

-Yox,Xankəndində baş verib.



Elə bu an qəhvəxanaya axund girir:

-Əssəlamu əleyküm!

Hər kəs ona cavab verir:

-Və əleykəssəlam!

Birinci müştəri:

-Ay axund,təzə xəbəri eşitmisən də,səhərdən onun müzakirəsi gedir,siz bu

barədə nə fikirləşirsiniz?

Axund:


-Mən Mirzə Əliməmməd ağanın Cinlər dərəsindən tutub gətirdiyi məxluqlar

öz gözümlə görmüşəm.Sayları dəqiq 13 nəfər idi.Hamısı qara geyimdə idi və er-məni keşişlərinə oxşayirdılar.Yəni insan cildində idilər.Amma məlumdur ki,in-

san adam əti yeməz.Ona görə fikirləşirəm ki,yəqin onlar adamları tutub yeyəndə

heyvana çevrilirmişlər,sonra təzədən öz əski hallarına dönürmüşlər.

Dördüncü müştəri:

-Heç adam da dönüb heyvan ola bilər?

Axund:

-Olar!İmamlarımızdan gələn səhih hədislər göstərir ki,insanların heyvana



çevrilməsi mümkündür.Məsələn, mötəbər hədislərdə buyrulur ki,Bəni Üməyyadan

hər bir nəfər ölsə,kiçik kərtənkələyə çevrilir.Yenə əhli-şiənin mötəbər hədislərinin

birində buyrulur ki,birrəngli:ağ,qara,bir də qırmızı itlər cinlərdən çevrilmişdir.Ala-

bula itlər isə cin və insandan cevrilmişlər.Mənə elə gəlir ki,baş verənləri ən doğru

bu hədis izah edir.

Beşinci müştəri:

-Vallah,kişi alimdir də.Biz də burada səhərdən baş sındırırıq.Görürsünüz,bir

mötəbər hədislə məsələni həll elədi.

Səmədağa əmi:

-Dünən Mirzə Əliməmməd ağa Ohan keşişlə burada idilər,amma ağa bu ba-rədə bircə kəlmə də danışmadı.Bəlkə bütün bunlar şayiədir.

***

İbrahimxəlil xanın sarayının önü.Sarayın qarşısında adam əlindən tərpənmə-



yə yer yoxdur.Hər kəs həyacanlıdır.İnsan qalabalığı ilə sarayın arasında əlləri nizə-

qalxanlı əsgərlər bir xətt üzrə düzülərək, təhlükəsizliyi təmin edirlər. Yer-yer səslər

eşidilir:

-Biz xanı eşitmək istəyirik,o,niyə qarşımıza çıxmaq istəmir?!

-Adamyeyənləri bizə verin,biz özümüz onları cəzalandırmaq istəyirik!

-Otuz il öncə ermənilər bu torpaqlara gələndə onlara əlimizdən gələn qədər

yaxşılıq etdik,bu da yaxşılığımızın cavabı.Onları Qarabağdan qovmaq lazımdır. Qoy,rədd olub getsinlər!

***


Şuşanın ətrafı.Uzaqda şəhərin Gəncə qapıları görünür.Ekranda şəhərə ya-xınlaşan dörd atlı canlanır.Bunlar Molla Vəli Vidadi,Məmməd bəy,Qasım vəTur-

qut bəydirlər.Məmməd bəy təəccüblə deyir:

-Çox qəribədir.Xan və vəzir qrşılamağa gəlmədilər.Bu azmış kimi,qapılar da bağlıdır.

Qasım:


-Şəhərdə nə isə baş verir.

Vidadi:


-Narahat olmayın.Bir azdan hər şey məlum olar.İnşallah pis bir şey olmaz.

Məmməd bəy:

-İnşallah!

Qasım:


-İnşallah,olmaz.

Turqut bəy:

-Amin!

Atlılar darvazaya yaxınlaşar-yaxımlaşmaz,qapılar açılır və onlar şəhərə daxil olurlar.Məmməd bəy qarşısına çıxan ilk keşikçidən soruşur:



-Şəhərdə nə baş verir?

Keşikçi:


-Mirzə Əliməmməd ağa cinlər dərəsindən müsəlman uşağı bişirib yeyən on üç nəfər adamyeyən erməni tutub gətirib.Camaat da sarayı və zindanı mühasirəyə

alaraq,həmin erməniləri tələb edirlər.Aləm qarışıb bir-birinə.

Məmməd bəy üzünü Qasıma tutur:

-Sən qonaqlarımızı evinizə apar,mən də saraya gedib,dəqiq bir xəbər öyrə-nim.

***

Şiraz şəhərinin İsfahan darvazası.Darvazanın önündə duran toplardan eyni vaxtda atəş açılır.Səsdən qulaq batır.Aləmi tüstü bürüyür.Darvazanın qapıları ye-rindən qopur.Ardınca atılan tüfənglərin güllələri qapı arxasından görünən iki düş-mən əsgərin yerə sərilməsinə səbəb olur. Eyni aqibət qala divarlarının üstündə da-yanan əsgərlərin bəzilərinin də başına gəlir.Onlardan biri divarın başından yerə dü-



şür.Ardınca yüzlərlə süvari darvazadan içəri şığıyır.

***


Şirazın küçələri.Qan su yerinə axır.Əsgərlər qadın,uşaq və qocalardan başqa hər kəsi qılıncdan keçirir.

İki gənc küçə boyu qaçır.onları təqib edən atlı arxadan yetişib hər ikisinin başına qılınc çalır.Gənclər qan içində yerə sərilir.

***

Üç şirazlı əsgər qılınclarını yerə atıb diz çökür və əllərini boyunlarının ar-



dına qoyur.Fəqət bu,onları xilas etmir.Atlı əsgərlər onları qılıncla vurub öldürür.

***


Dörd kişi düşməndən qaçır.Birinin arxasına sancılan ox onun yıxılmasına,

başqa birinin də ayaqlarının ona dolaşaraq yerə dəyməsinə səbəb olur.Yıxılana yaxınlaşan əsgər nizəni onun sinəsinə soxur.

***

Ağa Məhəmməd şah Qacar əsgərlərinin əhatəsində Şirazın meyid və qan



gölləri ilə dolu kücələrindən biri ilə irəliləyir və birdən atını saxlayaraq ucadan

çığırır:


-Hə,Şiraz necəsən?!Gördünmü səndən və şirazlılardan intiqamımı necə al-

dım!İndi mənə Lütfəli xanın ya ölüsü,ya da dirisi lazımdır!

***

İbrahim xanın sarayının məşvərət otağı.İbrahim xan taxtda oturub.Yanında



Vaqif əyləşib.Kələntər Ağası bəy və Mirzə Əliməmməd ayaq üstə durublar.Vaqif

deyir:


-Hadisələr böyümədən camaatı sakitləşdirmək üçün erməniləri təcili hər kə-

sin qarşısında edam etmək lazımdır.

Mirzə Əliməmməd:

-Qardaş, başa düş, Müqəddəs Yəhya təriqəti çox böyük təriqətdir və müsəl-

man ölkələrində yaşayan bütün xaçpərəstlər arasında çoxlu özəkləri var.İndi adam-

larım onları dindirirlər və sadəcə bircə saat vaxt lazımdır ki,onlar işlərini bitirsin-lər.Biz bilməliyik ki,təriqətin Qarabağda başqa özəyi də var,ya yox.Haradan idarə olunurlar,əlaqələndiriciləri kimdir?

Kələntər Ağası bəy:

-Vəzir də doğru söyləyir,Mirzə Əliməmməd ağa da.Məncə xan camaatın qar-

şısına çıxıb ermənilərin iki saatdan sonra bazar meydanımda edam ediləcəklərini

bəyan etməli,xalqı sakitləşdirməlidir.İki saat Mirzə Əliməmmədin adamlarına, məncə, bəs edər.

Vaqif:

-Yaxşı təklifdir.



Mizə Əliməmməd:

-Mən də razı.

Xan ayağa qalxaraq:

-Onda mən də gedim,etməli olduğumu edim.

Vaqif də ayağa qalxır.

***


Şuşanın bazar meydanı.Meydanda qurulmuş,iki tərəfdən pilləkanları olan taxta meydança.Meydançanın üzərində nizələrə keçirilmiş on üç baş var.Şəhər

əhalisi növbə ilə bir-bir başların yanından keçərək onların üzünə tüpürürləü.Tü-

pürənlər içərisində Ohan da var.Ohan vaxtı ilə onu çarmıxa çəkmiş adamların kə-

silmiş başlarına tərəf tüpürdükdən sonra pilləkənlərdən enir və on-on beş metr irə-

liləyir.O,yüngülcə axsayır.

***


Şuşa məscidlərindən birinin içi.Camaat namaz qılır.Namaz qılanların içində

Ohan diqqəti çəkir.

***

Şiraz. Kərim xanın vəLütfəli xanın keçmiş sarayı.Ağa Məhəmməd şah Qcar



taxtda oturub.Xanbaba yanında əyləşib.Kamaləli bəy,Abbas bəy,Abbasəli bəy,əl-

qolu bağlı Lütfəli xan Zənd qarşısında durmuşlar.

Lütfəli xan:

-Şahım,qrşında günahım çox böyükdür,məni bağışla.

Ağa Məhəmməd şah Qacar:

-Bir vaxtlar sizlərin,yəni Zənd tayfasının əlində olmuş hansı şahəri aldımsa,

hər yerdə xanların,valilərin öz hərəmlərini atıb qaçdığının şahidi oldum.Sizdə heç-

mi“qeyrət”,“namus”adlanan şey yoxdur?Qarşımda durub bağışlanmanı rica edir-sən.Ölümü kişi kimi qəbul etmək və şərəflə ölmək özünü şah elan edən adama da-ha layiq deyilmi? Zəndilər içində Tağı xandan başqa ləyaqətli adam görmədim.O

da, qaynı Əhməd xan Əfqan da axıra qədər kişi kimi savaşıb,ölümü əsil kişi kimi

şərəflə qəbul etdilər.Mən də onları kişinin layiq olduğu bir şəkildə hörmətlə dəfn

etdirdim.Sən də özünü onlar kimi ləyaqətlə aparsaydın səni bağışlardım.Görürəm
ki,əvvəlki Lütfəli xansan ki, qarşımda durmusan.Aparın və onu paza oturdun!Bu

bişərəf ancaq belə rəzalətə layiqdir.

Lütfəli xan:

-Qurbanın olum,ayağının altında ölüm,canıma qıyma!

Əsgərlər Lütfəli xanı sürüyə-sürüyə aparırlar.

***

1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə