Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 1.92 Mb.
səhifə20/23
tarix08.12.2016
ölçüsü1.92 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23

-Özünü ələ al,Qasım, nə dediyini heç başa düşürsənmi?

Qasım ayağa qalxaraq:

-Nə dediyimi çox yaxşı bilirəm.Sən burada xacənin naminə çürümək is-təyirsənsə,bu sənin öz işindir.Mənimsə gəncliyimi puç etmək fikrim yoxdur.Ziya-nın yarısından da qayıtmaq xeyirdir.(Keşikçiyə müraciətlə)Atama xəbər çatdırın, onunla təcili görüşmək istəyirəm.Deyin ki,bərk peşimanam,ondan da,xandan da üzr istəmək istəyirəm.

Keşikçi:


-Baş üstə,ağa.(Gedir.)

Məmməd bəy qalxır, Qasımın yaxasından tutub,onu silkələyir.

-Sənin bu qədər zəif iradəli,qorxaq və xain adam olduğunu bilmirdim.

Bu sözlər Qasımı özündən çıxarır və o Məmməd bəyi özündən kənara itələyərək deyir:

-Bilirəm,cəhənnəmə gedən özünə yoldaş axtarar.Get özünə başqa yoldaş tap.Məndən sənə yoldaş olmaz.Məgər bizim istədiyimiz bu idi?Axı,nə üçün zin-danda çürüməliyik?

Məmməd bəy:

-Bu gündən etibarən mənim sən adlı dostum yoxdur.And olsun Allaha, ətimi tikə-tikə etsələr də,qanımı qaşıqla içsələr də tutduğum yoldan dönməyəcə-yəm.

***


Tiflis valisi İrakli xanın sarayı.İrakli xan patriarx Aleksandr ilə gəzişə-gəzişə söhbət edirlər.Xan deyir:

-Övladlarım arasında hakimiyyət uğrunda dava-dalaş başlamasın deyə,

xanlığımı beş hissəyə bölüb,dördünü onlara verdim.İndi hərəsi bir bölgədə xanlıq edir.Özümə isə Tiflisi saxladım.İndi Tiflisin üstünü qara buludların aldığı,qızılbaş ordusunun hər an üstümüzə yeriyə biləcəyi bir dövrdə oğullarımın yardımına bö-yük ehtiyacım var.Onlara məktub yazıb vəziyyəti anlatdım,fəqət Solomon xandan

başqa heç birindən bir səs də çıxmadı.Yalnız Solomon səsimə səs verdi və kömək üçün 4000 əsgər göndərdi.4000 nəfər əsgər də özümün var.Amma Ağa Məhəmməd şah Qacarın odusunun sayı,İbrahimxəlil xanın dediyinə görə, 85000 nəfərdən artıq-dır.Belə olan halda döyüşə girmək göz görə-görə oda atılmaqdan başqa bir şey de-yil.Sən nə deyirsən,Aleksandr ata?

Patriarx:

-Mən həmişə elə bunu demişəm.Bax,müsəlmanların, əsrlərdir ki,başları müharibələrdən ayrılmır,elə qırıla-qırıla gedirlər,amma bununla yanaşı sayları nə-

inki azalmır,əksinə artır.Çünki onların dini dörd arvad almağa icazə verir,bu üzdən də qadınlar uzun müddət dul qalmır.Hər il bir övlad dünyaya gətirir.Bizdə isə əri ölən arvadların böyük əksəriyyəti ölənə qədər dul qalır və təbii ki,dünyaya uşaq gə-

tirmir.Ona görə də sayımız cox az artır və ya heç artmır.Az olduğumuz üçün də da-im onun-bunun hökmü ilə hesablaşmalı oluruq.Mən indiki halda Ağa Məhəmməd şah Qacara qarşı çıxmağın böyük səhv olacağını,bunun yeni qırğınlara yol açacağı-nı düşünürəm.Məncə,xalqımızı fəlakətin içinə atmaq olmaz və sən fəlakətin qarşı-sını almaq üçün şahın qarşısına duz-çörəklə çıxmalı,milləti qırğına verməməlisən, yəni itaət etməlisən.Əks təqdirdə şah Abbasın Tiflisdə törətmiş olduğu qırğınlar bu

dəfəkinin yanında yalan olacaq...

İrakli gedib taxtına oturur və dərin fikirlərə dalır.Aleksandr ata isə sözünə davam edərək deyir:

-...Mən sənin qoşun toplamaq cəhdlərini təqdir etmirəm.Axı,özün də yax-şı bilirsən ki,oğlanların arasında birlik yoxdur.Birlik olmayan yerdə isə qələbə qa-zanmaq mümkün deyil...

***


Patriarx danışdıqca,ekranda sarayın sütunları bir-birini əvəz edir və ka-mera sonuncu sütunun arxasında gizlənərək əri ilə patriarxın söhbətini dinləyən Dariyanın üzərində durur.Kamera arxasından Aleksandr atanın səsi gəlir:

-...İndi əsas məsələ xalqımızın sayının artmasını təmin etməkdir,bunsuz

gürcü dövləti yaratmaq barədəki arzularımız xəyal olaraq qalacaq.Xanlığın harası-na,hansı bölgəsinə baxırsan-bax,hər yerdə,hətta Tiflisin özündə müsəlmanların sayı

gürcülərin sayından artıqdır...

***

İrakli xan yenidən taxtdan qalxaraq,sarayda var-gəl etməyə başlayır.Alek-



sandr ata sözünə davam edir:

-...Və nə qədər ki bu fərq lehimizə dəyişməyib,arzumuz ürəyimizdə qala-caq.

İrakli xan deyir:

-Mən bir dəfə sənə qulaq asdım,gedib ruslarla müqavilə imzaladım,rusla-ra arxalanıb,Gəncəyə hücuma keçdim.Fəqət Gəncəni ala bilmədim,əvəzində Cavad

xanı özümə düşmən etdim.İndi o,Qacar şahın yanındadır və intiqam üçün fürsət ax-tarır.Ruslar isə çıxıb getdilər və bizi tək qoydular.Bu dəfə də sənə qulaq asıb, Ağa Məhəmməd şahın ayağına gedə bilərəm,amma Cavad xanı necə yola gətirim?Şah onu qoyub mənəmi tərəf olacaq?Nə qədər ki,Cavad xan şahın yanındadır və qulaq-larını doldurmaqla məşğuldur,xəta-bəladan qaçmaq mümkün deyil.Amma 8000-lik

ordu ilə 85000-lik orduya qarşı çıxmağın axmaqlıq olduğunu da bilirəm.Qazaxdan

da üç-dörd min əsgər toplamaq olar.Qazaxlılar döyüşdə aslan kimidirlər.

Patriarx:

-Fikrin Nadir şahın dövrünə getməsin.O dövrdə sən Nadir şahın əmrində

idin və Osmanlıya qarşı savaşırdın.Qazaxlılar da sənin naminə deyil,Nadirin nami-

nə misilsiz qəhrəmanlıqlar göstərdilər.Əgər elə düşünürsənsə ki,onlar qanı qanla-rından,dili dillərindən,dini dinlərindən olan Qacara qarşı səni müdafiə edəcəklər, səhv edirsən.Əgər sən mənə vaxtında qulaq assaydın və Dariyaya qulaq asmayıb müsəlman təbəələrindən din dəyişməyi tələb etməsə idin,bəlkə də içlərində sənə tə-rəf olanlar tapılardı.İndi isə bu,imkansızdır.

Kadr arxasından Dariyanın qəzəb ifadə edən səsi eşidilir:

-Bəsdir,yetər!

***


Sütunların arxasından çıxan Dariya patriarxa yaxınlaşa-yaxınlaşa deyir:

-Nə vaxta qədər Davidin və Tamaranın övladları gah Osmanlıların,gah da

Qızılbaşların köləsi kimi yaşamaq rəzalətinə razı olacaqlar.Nə üçün millətin qəhrə-manlıq ruhunu öldürməyə çalışırsan?Mənim xalqım qəhrəman xalqdır və kölə kimi yaşamaqdansa,ölməyə üstünlük verər.Bizi qul kimi yaşamağa vərdiş etmiş,kişiliyin nə olduğunu bilməyən ermənilərdən fərqləndirən də budur.Odur ki,xacə şahla son damla qanımıza qədər döyüşməli,ya azad olmalı,ya da ölməliyik.Sən təmiz gürcü deyilsən,damarlarında təmiz gürcü qanı axsaydı,belə danışmazdın.Səni belə danış-

dıran erməni nənənin murdar qanıdır.

***

Vaqifin evi.Vaqif,Qızxanım və Qasım birlikdə oturub,yemək yeyirlər.Va-qif yarpaq dolmasını çörəklə birlikdə ağzına qoyub,çeynəyərək udduqdan sonra de-yir:



-Vallah-billah,bütün Qarabağda nə yarpaq dolmasını,nə də plovu səndən daha ləzzətli bişirən yoxdur.

Qızxanım:

-Sağ ol da, heç olmasa,biş-düş məsələsində səndən tərif eşidə bilirik.Yax-şı,bəs,Qasımı xanın yanına üzrxahlığa nə zaman aparacaqsan?

Vaqif:


-Xan Şuşaya qayıdan kimi.

Qızxanım:

-Məgər xan Şuşada deyil?

Vaqif:


-Yox.Əsgəran qalasındadır.İrakli xana döyüşə hazırlığa vaxt qazandırmaq

üçün Əsgəran qalasında Ağa Məhəmmədin qarşısını alıb,ona yol vermir keçsin. Ancaq bunun Irakliyə kömək edə biləcəyini heç zənn etmirəm.

Qızxanım:

-Bəs,sən nə əcəb xanın yanında deyilsən?

Vaqif:

-Məni öz yerinə qoyub.



Qızxanım:

-Demək,üzünə həsrət qalmayacağıq.Yaxşı,bəs,bu Məmməd bəyin axırı necə olacaq,o,nə deyir?Heyifdir,gəncdir.Yadıma düşəndə ürəyim ağramağa baş-layır.

Qasım ağzındakı tikəni çeynəyə-çeynəyə deyir:

-Deyir ki,ətimi tikə-tikə etsələr də,qanımı qaşıqla içsələr də tutduğum yoldan dönməyəcəyəm.

Qızxanım:

-Çöldə-bacada,çarşı-bazarda,hər yerdə hamı onun sözünü danışır,demiş olduğu sözlər dillər əzbəri olub.

Vaqif:

-O nə sözlərdir elə?



Qızxanım:

-Məsələn,deyib ki,Xudafərin körpüləri Azərbaycanın şimalı ilə cənubunu birləşdirirdi,Ağa Məhəmməd şahın bu tərəflərə gəldiyini eşidən İbrahimxəlil xan, Qacarın yolunu kəsmək məqsədi ilə həmin körpüləri topa tutub, dağıtmaqla əslində Vətənin gələcəyini və birliyini topa tutmuşdur.İndi bu sözlər ağızdan ağıza keçir.

Vaqif:

-Başqa?


Qızxanım:

-Deyib ki,tayfa şüuru milli şüurun inkişafına mane olur.Milləti birləşmə-

yə xanların hakimiyyət hərisliyi və öz tayfalarını başqalarından üstün tutması qoy-mur.Bütün xanlar kimi İbrahimxəlil xan da Vətən xainidir.Xanların kökü kəsilmə-dikcə millət xoş gün görməyəcək.

Vaqif:


-Görürəm,sən də onun sözlərini yaxşı-yaxşı əzbərləmisən.

Bu an uzaqdan top səsləri eşidilməyə başlayır.Hər kəs yerində donub qalır.Ortaya sükut çökür.Sükutu Vaqif pozur.O,cəld ayağa qalxaraq“Başladı!”-de-yib,qapıya tərəf yollanır.

Qızxanım onun ardınca səslənərək soruşur:

-Nə başladı?

Vaqif qapıdan çıxhacıxda deyir:

-Qacar Əsgəran qalasını vurmağa başladı.

***

Şuşa şəhərinin bazar meydanı.Meydan insan kütləsi ilə dolub-daşır.Top



atəşi səsləri buradan daha yaxşı eşidilir.İnsanlar qruplar halında baş verənləri mü-zakirə edirlər.Hər kəs həyacanlıdır.

***


Bazar meydanındakı qruplardan biri.Burada beş nəfər öz arasında söhbət edirlər.Sakinlərdən biri deyir:

-Ağa Məhəmməd şah burada bu qədər vaxt qaldı,bir nəfərin burnu qana-madı,nə şəhərə,nə də xalqa bir ziyanı toxunmadı.Çıxıb getdiyi bir zamanda onun yolunu kəsməyə nə ehtiyac vardı,axı?

İkinci sakin:

-İbrahimxəlil xan bu yolla dostu İrakli xana vaxt qazandırır ki,ordu toplaya bilsin.

Birinci sakin:

-Axı,İraklidən bizə nə?Məgər İrakli deyildimi ki,müsəlmanlara demişdi, ya

xaça sitayiş edin,ya da yurdlarınızdan rədd olub gedin?Ağa Məhəmməd şah buna görə onu cəzalandırmağa gedərkən,onun yolu nə üçün kəsilməlidir?

Üşüncü sakin:

-Doğru söyləyirsən,qadan alım,İndi Qacar dönüb Şuşaya hücuma keçsə nə

olacaq?


***

Üç nəfərlik başqa bir qrup.Qoca bir kişi danışır digərləri,dinləyir:

-Nə vaxt,görəsən,bu müsibətlərdən canımız qurtaracaq?Bu qədər də zülm olar?Vallah bu xan heç xalqı düşünmür.

Uzun boylu gənc ona cavab olaraq deyir:

-Xanların hansı xalqı düşünür ki,bu da düşünsün?Məmməd bəy doğru de-yib ki,xanların kökü kəsilmədikcə millət xoş gün görməyəcək.

Qoca:


-Bir az yavaş,oğlum,eşidərlər.Hər tərəf Mirzə Əliməmməd ağanın xəfiy-yələri ilə qaynayıb-daşır.Heyifsən,özünü yazıq edərsən.Mənə baxma,mənim bir ayağım burda, bir ayağım gordadır.

Gənc:


-Cəhənnəmə eşidərlər,qara gora eşidərlər.Bıçaq artıq boğaza dirənib,Məm-məd bəydən artıq deyiləm ki.Nə qədər dözmək olar,axı?Gah gedib Qacara qarşı ka-

fir uruslarla razılaşır,gah da kafir İrakliyə görə milləti təhlükə altına atır.Allah özü

şaha kömək olsun.

***


Uzaq planda Əsgəran qalası,yaxın planda isə qala divarlarını toplardan atə-şə tutan topçular görünür.Ətrafı toz-duman,qara tüstü bürümüşdür.Ara-bir qaladan da top atılır.

***


Şuşa zindanı.Keşikçi qəfəs barmaqlıqlarının qarşısında duraraq barmaqlıq-ların arxasında onunla üzbəüz dayanmış Məmməd bəylə söhbət edir.Burada top səsləri çox zəif eşidilir.Keşikçi deyir:

-İbrahimxəlil xanın bu hərəkəti şəhərdə böyük narazılıq doğurub.Camaat artıq xəfiyyələrin onları eşidə biləcəyindən ehtiyat etmirlər,kim nə istəyir,onu da danışır.Hamı bərk narazıdır.Hər kəs sənin söhbətini edir.Vallah,sən indi Ağa Mə-

həmməd şahdan daha məşhur olmusan.Sözlərin dillər əzbəri olub.

Məmməd bəy:

-Hansı sözlərim?

Keşikçi:


-Məsələn,xanların kökü kəsilməyincə camaat xoş gün görməyəcək.

Məmməd bəy:

-Camaat yox,millət!

Keşikçi:


-Hə,hə,millət.Vallah,mən kəmsavad adamam,adımı güclə yazıram,camaat-la millətin də fərqini bilmirəm.Mənim üçün camaat da,xalq da,millət də eyni şey-dir...Hə,Məmməd bəy,sənə vəzirin oğlundan xəbər verim.Deyilənə görə,camaatın ona o qədər tənəsi olub ki,evdən bayıra çıxmağa utanır.Özü də əməlindən bərk pe-şimandır.

Məmməd bəy:

-Quran ona qənim olsun,Qurana əl basıb,and içmişdi.Yaxşı,Saroşdan nə xəbər?

Keşikçi:


-Saroş səltənətpərəstlərlə birlikdə Qacarın yanındadır.Az qalmışdı yadım-dan çıxsın,axı,sən mənə həbsdə qalan səltənətpərəstlərin sayını öyrənməyi tapşır-mışdın.Səninlə birlikdə cəmi üş nəfər qalmısınız.Qalanlarını buraxıblar.Heç nə sü-but edə bilmədilər.Kimdən soruşublarsa,səltənətpərəst olmadığını,Qacarı sevmə-diyini söyləyib.Yalnız sən və Qasım etiraf etmişdiniz,Qasım da ki, belə...O biri iki nəfəri də bu gün-sabah buraxarlar.Allah sənin də qapını açsın.

Məmməd bəy:

-Mənim məsələm çox müşküldür.Amma təvəkkül Allaha!

Keşikçi:


-Amin,ya Allah!

***


Ekranda yazılır: “DÖRD HƏFTƏ SONRA”

***


Tiflis şəhərinin xan sarayı.İrakli xan taxtda oturub diqtə edir,yerdə oturan mirzəsi dizləri üstündə yazır:

-Ağa Məhəmməd şah Qcarın ordusu Tiflisə sarı irəliləyir. Qarabağ xanı İbrahimxəlil xan bir müddət Əsgəranda ordunu yubadıb.Biz Tiflis şəhərinin əhali-sinə ziyan gəlməsin deyə...(Mirzəyə müraciətlə)Çatdıra bilirsən?

Mirzə:

-Bəli, ağa!



İrakli xan:

Yaz!...Ziyan gəlməsin deyə,düşməni Qazax mahalında qarşılamağı məq-sədəuyğun sayırıq.Ey mənim aslan ürəkli əsgərlərim Qızılbaş ordusunun sayı ol-duqca coxdur...

Xan mirzənin çatdıra bilməsi üçün bir qədər fasilə verir və sonra davam edir:

-...Lakin bizim onlardan bir üstünlüyümüz var ki...

***

Tiflis şəhərinin mərkəzi meydanı.At üstündə oturmuş,əynində zirehli paltar və başında dəbilqə olan bir nəfər onu əhatəyə almış əli qalxan və nizəli,fəqət əyin-lərində çır-çındır olan yüzlərlə piyada əsgərin ortasında uca səslə İrakli xanın mək-tubunu oxuyur:



-...Bir üstünlüyümüz var ki,biz Vətənimizi,arvad,ana,bacı və qızlarımızın

namusunu qoruyuruq.

***

Tiflisin qala divarlarının çöl tərəfi.Burada da çır-cındır içində olan yüzə yaxın tüfəngli,piyada gürcü əsgərlərinin arasında, at üstündə oturmuş şıx geyimli



gürcü zabiti eyni məktubu oxuyur:

-...Bacı vı qızlarımızın namusunu qoruyuruq.Əminəm ki,Rəbbimiz İsa bizə kömək edəcək və biz düşməni məğlub edəcəyik.!

***

Ağa Məhəmməd şah Qacarın qızılbaş ordusu Kür çayının sahili boyunca Tiflis istiqamətində hərəkət edir.Çox sayda süvari dəstələri,içi yük dolu arabalar, arabalara qoşulmuş toplar,Beli zəmburəkli dəvələr,tüfəngli piyadalar və s.gözə də-yir.



***

Şah,Cavad xan,Abbas bəy və Səfərəli bəy at belində yanaşı gedirlər. Qa-car deyir:

-Bu neçə gündən bəri verməkdə olduğunuz sualların cavabını bilməyin vaxtı çatdı.Bilin,mənim Şuşaya hücuma kecib, qardaş qırğını törətmək fikrim ol-mayıb.Olsaydı,şəhəri tam mühasirəyə alar,xalqı acından təslim olmağa məcbur edərdim.Məqsədim Tiflis xanı İraklini qaladan çölə çıxarmaq və gücü barədə mə-

lumat əldə etməkdi,bunu da etdim.Məndə olan məlumata görə,İbrahimxəlil xan iti

gedən çapar vasitəsilə İrakliyə xəbər göndərib ki,Ağa Məhəmməd şah Şuşanı al-maqda aciz qalıb,indi Tiflisin üzərinə yürüyür.Lazımi tədarük gör və onu dəf et.

İrakli də bu xəbəri eşidər-eşitməz,Başıaçıq valisi olan nəvəsi Solomon xana və digər övlad və nəvələrinə xəbər göndərərək,kömək istəyib.Övladları arasında düş-mənçilik olduğundan istədiyi köməyi ala bilməyib.Yalnız Solomon xan 4000 adam

göndərib.İndi İrakli bu adamlarla və öz adamları ilə birlikdə Qazax mahalına gəlib,

döyüşü orada qəbul etmək istəyir.Hazırda İncə çayı sahilində bizi gözləyir.Əsgər-lərini ruhlandırmaq üçün arvadını da özü ilə götürüb.

Abbas bəy:

-Tiflis barədə fikriniz nədir?

Şah:

-Daş üstündə daş qalmayacaq,başıpapaqlıların başı kəsiləcək,Qadınları kə-niz kimi bazarlarda satılacaq,şəhər yeddi gün əsgərlərim tərəfindən qarət ediləcək.



İrakliyə müsəlmanları xaçpərəstliyi qəbul etməyə zorlamağın nə olduğunu göstərə-cəyəm.Uruslara satılması,müsəlmanları xanlıqdan qovmaq istəməsi ona çox baha başa gələcək.

Səfərəli bəy:

-Qərargahımızı harada qurmağı düşünürsünüz?

-Cavad xan buraları yaxşı tanıyır və Soğanlını məsləhət görür.Mən də onun məsləhətinə əməl edəcəyəm.

***

Irakli xanın İncə çayı sahilindəki ordugahı.Ekranda çox sayda çadır,ora-bura var-gəl edən tüfəngli gürcü əsgərləri,bir miqdar top,çay qırağında atlarını su-layan və ya çimizdirən əsgərlər bir-birini əvəz edir.



İrakli xanın çadırı.İrakli xan,Dariya və Aleksandr ata çadırın ortasına sə-rilmiş döşəkçələrin üstündə üzbəüz oturmuşlar.

Dariya:


-Görəsən,bu Şalva harada qaldı?Gözümüzün gözləməkdən kökü saraldı ki.

İrakli xan:

-Harada olsa,indilərdə gəlib çıxar,səbr et,nə özünü nə də bizi darıxdırma.

(Üzünü patriarxa tutur.)Hə,Aleksandr,söylə, görək,əsgərlərin əhval-ruhiyyəsi necə-dir,moizələrinin bir təsiri olur,ya yox?

Aleksandr ata:

-Əsgərlərin əhval –ruhiyyəsi olduqca yaxşıdır.Dariya xanımın burada ol-ması hər kəsi daha da ruhlandırır.Gündə üç dəfə moizə oxuyuram.Əsgərlərə Tama-radan,Qurucu Davuddan,Georgi Saakadzenin qəhrəmanlıqlarından danışıram,Le-onti Mrovellinin “Kartli çarlarının tarixi”kitabından,Şota Rustavalinin “Pələng də-risi geymiş qəhrəman”ından misallar çəkirəm.Birlikdə dua edir,İncil oxuyuruq.Əs-

gərlər döyüşə atılacaqları anı səbirsizliklə gözləyirlər,Vətən,İrakli Batona və(Əli ilə Dariyaya işarə edərək)Deda Valo yolunda son damla qanlarına qədər savaşa-caqlarını söyləyirlər.Bir sözlə ordunun əhval-ruhiyyəsi arzu edəcəyimizdən də yax-

şıdır.


İrakli xan:

-Bu ruhu sona qədər saxlamaq lazımdır.Odur ki,boş oturma,haydı iş başı-na!

Patriarx “Baş üstə!”-deyib,ayağa qalxır və çadırı tərk edir.

Dariya:


-Bu nənəsi erməniyə yaman çox etibar edirsən,ondan gözüm heç su içmir ki,içmir.

İrakli xan:

-Yaxşı,görək!İndi onun günahı nədir ki,anasının anası erməni olub,atası-nın ki qanı təmiz gürcü qanı idi.Bir də axı,erməni olanda nə olar? Onlar da bizim kimi isəvidirlər.

Dariya:


-Allah kəssin belə isəviləri!Özləri kimi satqın,xain və qorxaq ikinci millət yoxdur.Nəfəsləri də yalanla gedib,yalanla gəlir.Qanları da özləri kimi murdardır. Hara qarışsa,o dəqiqə oranı murdarlayır.

İçəri keşikçibaşı girib,təzim edir:

-Şalva gəlib.

İrakli xan:

-De,gəlsin!

Keşikçibaşı “Baş üstə!”-deyib,çadırdan çıxır.İçəri Şalva girir və xanla

arvadına baş əyir:

-İrakli Batona,xəbərlər heç yaxşı deyil.

Ortaya sükut çökür.Sükutu Dariya pozur:

-Söylə,ürəyimizi çəkmə.

Şalva xana baxır,onun gözləri ilə işarəsindən sonra deyir:

-Mirhəsən xandan başqa Qazax Mahalının bütün bəyləri tələblərimizi rədd edərək,adamları ilə birlikdə Ağa Məhəmməd şahın qızılbaşlarına qoşulmuşlar.Mir-həsən xan isə özü ilə cəmi yüz atlı gətirib.Əldə etdiyim məlumata görə, qızılbzşlar Soğanlıda qərarlaşıblar.Bu isə işlərimizi çətinləşdirir.Yəni təcili geri çəkilməsək mühasirəyə düşə bilərik.Deda Valonun da təhlükəsiz bir yerə göndərilməsi lazım-dır.

Dariya:

-Mən heç yerə getməyəcəyəm,sona qədər ərimin və əsgərlərimizin yanın-da olacağam.



İrakli xan:

-Yox,əzizim,get hazırlaş,Tuşetiyə gedirsən.

Dariya:

-Mən...


Xan onun sözünü kəsərək,sərt bir şəkildə və ucadan deyir:

-Dedim,Tuşetiyə gedirsən,vəssəlam!

Dariya əsəbi bir şəkildə ayağa qalxır,nifrətlə Şalvanı süzüb çadırdan çıxır.

İrakli xan:

-Get,de çadırları yığsınlar,geri çəkilirik.

Şalva “Baş üstə!”-deyib,gedir.Xan isə kədərli bir halda başını əllərinin arasına alaraq fikrə gedir.Qulaqlarında Aleksandr atanın sözləri səslənir.Kadr arxa-

sından patriarxın səsi eşidilir:

-Fikrin Nadir şahın dövrünə getməsin.O dövrdə sən Nadir şahın əmrində

idin və Osmanlıya qarşı savaşırdın.Qazaxlılar da sənin naminə deyil,Nadirin nami-nə misilsiz qəhrəmanlıqlar göstərdilər.Əgər elə düşünürsənsə ki,onlar qanı qanla-rından,dili dillərindən,dini dinlərindən olan Qacara qarşı səni müdafiə edəcəklər, səhv edirsən.Əgər sən mənə vaxtında qulaq assaydın və Dariyaya qulaq asmayıb müsəlman təbəələrindən din dəyişməyi tələb etməsə idin,bəlkə də içlərində sənə tə-rəf olanlar tapılardı.İndi isə bu,imkansızdır.

***


Ibrahimxlil xanın sarayının bağçası.Xan,Vaqif,Məlik Şahnəzər və Mirzə Əliməmməd ağa bağçadakı taxtın üstündə əyləşərək qəhvə içə-içə söhbət edirlər. Xan Mirzə Əliməməddən soruşur:

-Şəhərdə nə var,nə yox?Camaat nə danışır,yenə dəmi hər kəs Məmmədin

sözünü edir?

Mirzə Əliməmməd:

-İndi hər kəsi Tiflisdə baş verənlər maraqlandırır.Məmməd bəyi,sanki,ha- mı unudub.

Şahnəzər:

-Madam ki,belədir,bu məsələyə təcili əncam çəkmək lazımdır.

Mirzə Əliməmməd şübhəli nəzərlərlə Şahnəzər Məliyi süzərək soruşur:

-Nə kimi əncam çəkmək lazımdır?

Şahnəzər Məlik:

-Ona artıq xan qərar verməlidir.

Xan:


-Vallah nə qərar verəcəyimi də bilmirəm,yuxarı tüpürürsən bığdır,aşağı tüpürürsən saqqal.Amma mütləq nə isə etmək lazımdır.Amma nə?

Vaqif:


-Məncə,elə etmək lazımdır ki,o da,tərəfdarları da mənən sarsılsınlar və ruhdan düşsünlər.

Xan:


-Yəni necə?

Vaqif:


-Çox sadə.Onu zindandan azad edib, sarayda ev dustağı etmək və belə bir şayiə yaymaq lazımdır ki, guya o da bizim Qasım kimi tab gətirməyib,xandan ba-ğışlanmasını xahiş edib.Bu,bütün səltənətpərəstlərə dəhşətli bir mənəvi zərbə olar.

Xan:


-Vallah,bu baş ki,səndə var,baş deyil,qızıldır,qızıl!Yaxşı,Qasımdan nə xə-bər?

Vaqif:


-Qasım dost-tanışın tənəsindən utandığı üçün çölə çıxa bilmir.O da tam bir

mənəvi sarsıntı içindədir.

Bu an kadra daxil olan nökər deyir:

-Xan sağ olsun,Səfər ağa gəlib,nə isə təcili söz demək istəyir.

Xan:

-De,gəlsin!



Nökər gedir.Mirzə Əliməməd deyir:

-Səfərin təcili xəbəri ancaq o ola bilər ki,xacə Tiflisi tutub.

Kadra Səfər daxil olur və xana təzim edərək:

-Xan,Ağa Məhəmməd şah Qacar Tiflisi tutub.Şəhər odlar içində yanır. Qan su yerinə axır.Qızılbaşlar şəhəri qarət etməklə məşğuldur.İrakli xan canını zorla qurtarıb,on-on beş əsgəri ilə qaçıb dağlarda gizlənib.

***

Dağlıq bir ərazi.Patriarx Aleksandr qayaların arası ilə yıxılmamaq üçün



ehtiyatla,daşlardan tuta-tuta,yavaş-yavaş üzü yuxarı qalxır.Bu an yuxarıdan atılan kəndir açılaraq onun qarşısında sallanmağa başlayır.Kadr arxasından əsgərlərdən birinin səsi gəlir:

-Kəndiri belinizə bağlayın, müqəddəs ata!

Aleksandr ata başını yuxarı qaldırır.

***


Sıldırım qayadan aşağı baxan və əlində kəndir tutan əsgərin başı və başı-nın üstündə göy görünür.Göydə qartallar dövrə vurur.Əsgər qışqırır:

-Qorxmayın və aşağı baxmayın!

***

Patriarx kəndirin ucundaki ilməyi belinə keçirir və ondan bərk-bərk yapı-şaraq,ucadan səslənir:



-Çəkin!

***


Sıldırım qayanın üstü.Üç əsgər ard-arda düzülərək köməkləşib,kəndiri çə-kirlər.Qayanın qırağında növbə ilə Aleksandr atanın əlləri,sonra başı,daha sonra isə bədəni peyda olur.Qayanın üstünə çıxan patriarx paltarlarını qaydaya salır və üstü-nün tozunu çırpır.Əsgərlərdən biri bir ulağı çəkə-çəkə,onun yanına gətirir və deyir:

-Oturun,yolumuz uzaqdır,yorularsınız.

Aleksandr ata ulağa minir:

-Ölmədik bu günü də gırdük.

Əsgər:

-Bir gün əvvəl bu ulaq eyni yolla İrakli Batonanı da belində beləcə daşıyıb.



Aleksandr ata:

-Rəbbimiz İsa da Yerusəlimə ulağın belində daxil olmuşdu.

***

Dağların başında bir mağaranın önü.Əsgərlər ocaqda böyük bir şişə taxıl-mış quşları qızardırlar. Onlar iki nəfərdirlər.Mağaradan çıxan İrakli xan əsnəyə-əs-



nəyə onlara yaxınlaşır.Üz-gözündən indicə yuxudan oyandığı hiss olunur.Əsgərlər-dən biri:

-İrakli Batona, bunlar dağ kəklikləridir.Hamısını özüm vurmuşam.

Xan:

-Afərin sənə!Yaxşı,müqəddəs ata gəlmədi?



İkinci əsgər:

-Onlar axşama tərəf ancaq gələrlər.Yol uzun və çətindir.

***

Şuşa şəhərinin zindanı.Keşikçi ilə Məmməd bəy barmaqlıqların arasından



söhbət edirlər. Keşikçi deyir:

-Vallah,deyilənə görə,Tiflisdə bir nəfər də olsun, başıpapaqlı gürcü qalma-yıb,qızılbaşlar hamısını qılıncdan keçirib.Müsəlmanlar yaşayan məhəllələrdən baş-

qa şəhərin hər tərəfi od içindədir.Daş üstündə daş qalmayıb.Qız,gəlin və uşaqlar da əsir götürülüb.Şah orduya şəhəri yeddi gün qarət etməyə icazə verib.

1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə