Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 1.92 Mb.
səhifə5/23
tarix08.12.2016
ölçüsü1.92 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23


açıq-aydın eşidilir və burada da insanlar səs gələn tərəfə hərəkət edir.Dükan sahibləri dükanlarını bağlayırlar.

***


Bazarın mərkəzi meydanı.Meydanın tam ortasında taxtadan estradaya bənzər bir şey qurulmuşdur.Onun üstündə təbilçi,carçı və əlində yaşıl,ağ qırmizı

zolaqlı bayraq tutmuş bir nəfər var.Bayrağın üzərində günəş fonunda,əlində qılınc

tutmuş aslan təsvir edilmişdir.Ətrafda nizə- qalxanlı əsgərlər durmuşlar.Bazar meydanında iynə atmağa yer yoxdur.Nəhayət,təbilçi təbilini döyməyə ara verir və

carçı çığıra-çığıra deyir:

-Şahlar şahı Ağa Məhəmməd şah Qacarın əmridir!Eşitdik-eşitmədik de-məyin! Bu gündən etibarən Tehran şəhəri Qacarlar səltənətinin taxt şəhəridir.

Bu xəbər kütlə tərəfindən sevinclə qarşılanır.Əllər yuxarı qalxır və sevinc nidaları eşidilir.Səs-küyə təbil son verir.Təbil üç dəfə vurulur və carçı yenə car çə-kir:

-Sahlar şahı Ağa Məhəmməd şah Qacarın əmridir!Eşitdik-eşitmədik de-

məyin! Bu gündən etibarən əhalidən suya görə pul alınmayacaq!

Bu xəbər daha böyük coşğu ilə qarşılanır.

Yenə üç dəfə təbil vurulur və carcı car çəkir:

-Şahlar şahı Ağa Məhəmməd şah Qacarın əmridir!Eşitdik-eşitmədik de-

məyin.Bu gündən etibarən sarayda və dövlət idarələrində türkcə danışmaq yasağı aradan qaldırılır!

Xalq bu xəbərə də eyni reaksiyanı verir.

Yenə təbil vurulur və carçı davam edir:

-Şahlar şahı Ağa Məhəmməd şah Qacarın əmridir!Eşitdik-eşitmədik de-məyin! Bu gündən etibarən Səlcuqlu Məlik şahın bu sancağı(əli ilə bayrağa işarə

edir) Qacarlar səltənətinin sancağı elan edilir və o,sarayın,bütün dövlət idarələrinin

ən yüksək yerlərinə vəQala divarlarına sancılacaqdır! Sancağa hörmətsizlik edən şəxs şaha və səltənətə hörmətsizlik etmiş hesab edilərək edam ediləcəkdir!

***


Tehranın qala bürcü.İki nəfər yeni bayrağı bürcə bərkidir.Onlardan biri

digərindən soruşur:

-Baba,bu şirlə günəş nəmənədir?

O birisi cavab verir:

-Deyilənə görə,Səlcuqlu Məlik şahın zövcələrindən biri gözəllikdə tayı-bərabəri olmayan bir gürcü qızı idi.Məlik şah onu o qədər çox sevirmiş ki, bir gün

istəyir kəsdirdiyi qızıl sikkələrə özünün və onun rəsmlərini həkk etdirsin.Vəzir- və-kili ilə məsləhət edir,ona deyirlər ki,belə şey caiz deyildir,amma əgər şah arzu edərsə,onun özünü aslan,xanımını isə günəş timsalında təsvir etmək olar.İndi bu şir

Məlik şahdır,günəş isə o gürcü qızıdır.

***


Ağa Məhəmməd şah Qacar at belində,mühafizə dəstəsinin əhatəsində şə-

hərərin uca bir yerindən bürcün üzərində dalğalanan bayrağa tamaşa edir.Gözləri

önündə yenidən keçmişin xatirələri canlanır.

***


Kərim xan Zəndin sarayı.Kərim xan taxtda əyləşib.Dərin fikrə gedib.

Hər iki tərəfində duran zənci qullar onu yelpikləyir.Eşikağası şahın qarşısında

əmrə müntəzir halda durub.

Kərim xan bir qədər sükutdan sonra başını ağır-ağır qaldıraraq eşikağasına buyurur:

-Ağa Məhəmməd xanı və Səbzəli bəyi hüzuruma gətir.

Eşikağası məkanı tərk edir.Şah taxtdan enib saryda var-gəl etməyə baş-layır,onu yelpikləməyə davam etmək üçün ardınca gəlmək istəyən qullara:

-İstəməz,yerlərinizdə qalın!

Bu dəm Səbzəli bəy içəri daxil olaraq hökmdara təzim edir.

Şah:

-Hə,Səbzəli,mən qərarımı artıq verdim və sən onu bir azdan eşidəcək-



sən.

Səbzəli bəy:

-Böyük şəhriyara itaət borcumuzdur.Siz canımı istəsəniz belə,bircə an

düşünmədən və tərəddüd etmədən onu yolunuzda fəda edərəm.

Şah:

-Gerçəkdənmi şahına bu qədər sədaqətlisən? Bəlkə,sözlərinin doğrulu- ğunu yoxlayaq?



Bunu eşidən Səbzəli bəyin dili-ağzı quruyur,rəngi- ruhu qaçır.Onun bu halına tamaşa edən Kərim xan Zənd şaqqanaq çəkərək gülür və deyir:

-Yaltaqlıqda və gopda tayın-bərabərin yoxdur.Sənin kimi türkə ömrüm- də rast gəlmədim.Mən türkləri sevmərəm,amma hər kəs kimi mən də etiraf edirəm ki,düzlükdə,kişilikdə,comərdlikdə,şücaətdə və sədaqətdə bu xalqa tay yoxdur.

Bu sözlərdən Səbzəli bərk pərt olur,canına vəlvələ düşür.Nə söyləyəcə-

yini bilmir.Onu bu vəziyyətdən eşikağasının ardınca əl- qolu bağlı Ağa Məhəm-

məd xanın və onu müşaiyət edən keşikçilərin içəri girməsi xilas edir.

Keşikçilər əsirin saçlarından dartaraq onu zorla təzim etdirməyə çalışır-

lar.

Kərim xan Zənd:



-Onu rahat buraxın!Əl-qolunu da açın.

Eşikağası etiraz etmək istəyir:

-Şahım...

Şah onun sözünü kəsir:

-Sən sus!

Keşikçilər Ağa Məhəmməd xanın əl-qolunu açırlar.

Kərim xan Zənd qarşısındakı Ağa Məhəmməd xana müraciətlə:

-Bir qiyamçı tutulanda onun ya başını kəsirlər,ya da gözlərini çıxardıb

dünya işığına həsrət qoyurlar.Amma mən belə etməyəcəyəm.

Anan Ceyran xatun mənə bir namə yollayıb,rica edir ki,sənə xətər yetir-məyim.Əvəzində qarət etdiyiniz pulları qaytaracağına,Qacar elinin Aşağıbaş tay-fasının bir də heç vaxt qiyam etməyəcəyinə,İran şahına tabe olacaqlarina söz verir. Mən də səni əfv etməyə qərar verdim.Üstəlik də qardaşın Hüseynqulu xanı Dam-ğan şəhərinin hakimi təyin edirəm.

Ağa Məhəmməd xan :

-Sizə bu lütfkarlığınıza görə son dərəcə minnətdaram.Siz gerçəkdən də

böyük hökmdarsınız.

O,bu sözlərdən sonra ilk dəfə şaha təzim edir.

-Demək sən də mənim şahlığımın məşruluğunu tanıdın.Ananın,qarda-

şının və tayfanızın sözlərındən dönməməsi üçün sən sarayda girov kimi yaşaya- caqsan.Gündə üç dəfə yeməklə,ayda bir dəfə yeni libaslarla və digər zəruri şeylər- lə təmin ediləcəksən.Saraydan və saray bağçasından kənara çıxa bilməyəcəksən.

Əgər özünü yaxşı aparsan,sənə bir miqdar maaş təyin edəcək,keşikçilərin nəzarə-tində dükan-bazara getmənə icazə verəcəyəm.

Ağa Məhəmməd xan:

-İtaət borcumdur.

Sonra Kərim xan Zənd üzünü Səbzəli bəyə tutub deyir :

-Sənin istəyinə gəlincə,bu,mümkün deyil.Əvvəla Astarabad hakimi Də-

vəlu Qacar uzun müddətdir ki,mənə sədaqətlə xidmət edir,vəzifəsini güsursuz ye-

rinə yetirir.İkincisi isə,sən öz tayfana xəyanət etmisən və sabah mənə də xəyanət

etməyəcəyinə heç bir zəmanət yoxdur.

Səbzəli bəy:

-Atam türk olsa da,anam fars qızı idi.Mən onun südü və laylası ilə bö-yümüş,onun tərbiyəsini almışam...

Kərim xan:

-Sözlərindən elə çıxır ki,xəyanətkarlıq qanına fars qızının südü, layla-

sı və tərbiyəsi ilə süzülmüşdür.Eləmi?!

-Məni düz anlamadınız.Dediyim budur ki,mən türklərə xəyanət yox,

farsların hökmdarına,xidmət etməyə çalışmışam.

Kərim xan:

-Mən səni düz anladım,sən məni düz başa düşmədin. ”Şahnamə”ni oxu-musanmı?

Səbzəli bəy:

-Uşaqlığımda anam tez-tez oxuyar,mən də dinləyərdim.

Kərim xan:

-Demək,Rüstəm və Söhrabın əhvalatından da xəbərin olmamış deyil.

İranın ən böyük qəhrəmanı Rüstəm tanımadığı oğlunu-Turan qəhrəmanı Söhrabı

hiylə və xəyanətkarlıqla öldürür...Səndə günah yoxdur.Məsələ əmdiyimiz süddə-dir. Nə isə...Keçək əsas məsələyə.Başqa istəyin varsa,söylə.

Səbzəli bəy:

-Şah sağ olsun,mənim Astarabadda gizli bir xəzinəm var.Ona yetişə

bilsəm,özümə də,nəvə-nəticəmə də artıqlaması ilə bəsdir.O şəhərin hakimi olma-

ğı da bu səbəbdən istəyirdim.Rica edirəm,imkan yaradın,xətərsiz-ətərsiz xəzinəmi

Şiraza gətirə bilim.

Kərim xan Zənd:

-Bu arzun yerinə yetiriləcək.

Səbzəli bəy:

-Sizə təklikdə daha bir sözüm var.

Kərim xan Zənd:

-Hər kəs buranı tərk etsin!

İçəridəkilər gedirlər,şah və Səbzəli tək qalırlar.

Səbzəli bəy:

-Ağa Məhəmməd xanı nədən öldürtmədiyinizi başa düşdüm,amma onun gələcəkdə İran taxt-tacı üçün təhlükəyə çevrilə biləcəyindən qorxuram.Siz onun nə qədər şücaətli,tədbirli və ağıllı olduğunu bilmirsiniz.

Kərim xan Zənd:

-Onu sənin qədər yaxından tanımasam da,təhlükəni mən də hiss edirəm. Odur ki,onu bir bəhanə ilə xədim etməyi düşünürəm.Xacədən nəinki şah,heç bəy də olmaz.
***
İbrahimxəlil xanın məşvərət otağı.Xanla Mirzə Əliməmməd üz-üzə otu-rublar.

Xan:


-Başqa nə demək istəyirsən?

Xəfiyyəbaşı:

-Qaçaq Səfərin adamlarından birini ələ keçirmişəm.Gecə gizlicə şəhərə giribmiş ki,Xanməmməddən niyə heç bir xəbər olmadığını öyrənsin.Qaçaq Səfər,

demə,şəhərlə göyərçinlər vasitəsi ilə əlaqə saxlayırmış.Bunu keşikçilərdən birinin sayıqlığı nəticəsində öyrəndim.Quşlardan birini tutduq.(Əlindəki kağız parçasını xana uzadır.).Bu da Səfərin Xanməmmədə göndərdiyi məktub...

Xan məktubu oxuyur:

-Deməli,Xanməmməd qaçaqları silah-sursat və barıtla təmin edirmiş.Mək-

tubdan belə anlaşılır ki,indi nə güllələri var,nə də barıtları.Üstlərinə əsgər göndərib

hamısını məhv etmək lazımdır.

Mirzə Əliməmməd:

-Məhv etmək üçün öncə yerlərini bilmək lazımdır.

Xan:

-İndiyə qədər öyrənə bilməmisən?



-Öyrənmək asandır,amma bizim əsgərlər dağ şəraitinə uyğunlaşmayıblar. hiylə işlədib qaçaq Səfəri bura gətirtmək,burada işini bitirmək lazımdır.

-Bunu necə etməyi düşünürsən?

Xəfiyyəbaşı:

-Bu,çox asan məsələdir.Sizin ona məktub yazaraq onu əfv etdiyinizi və

yüzbaşı təyin etmək istədiyinizi bildirməyiniz lazımdır.

İbrahimxəlil xan ayağa qalxaraq fikirli-fikirli otaqda var-gəl edir. (xəfiy-yəbaşı da ayağa durur.) Xan bir qədər susduqdan sonra deyir:


-Yaxşı-yaxşı düşünmək lazımdır.Keşiş və Xanməmməd barədə fikrin nədir?

Mirzə Əliməmməd:

-Keşişi ələ ala bilsəm,onu azad etmək lazım olacaq ki,urusların bütün sonrakı addımları barədə əvvəlcədən xəbər tuta bilək.

Xan yenə də var-gəl edir,dərin fikirlərə qərq olur və, nəhayət,deyir:

-Yaxşı...Bəs,Xanməmməd?

Mirzə Əliməmməd:

-Onun barədə hər nə qərar çıxartsanız qəbulumdur.

Xan:


-Onu da,Miryəhyanı da,Mirhüseyni də bazar meydanından asdıracağam ki,hamıya körk olsun.Bu, birinci qərarımdır.Bundan sonra Qarabağa heç bir kənar

erməni daxil ola bilməyəcək və xanlığın ərazisində məskunlaşa bilməyəcək.Bu,

ikinci qərarımdır.Bu gündən etibarən xanlıqda müvəqqəti siğələr ləğv edilir və

bunu edənlərin başı kəsilərək nizəyə taxılacaqdır.Bu da üçüncü qərarımdır.Sən

azadsan.

Xəfiyyəbaşı baş əyib otağı tərk edir.


***
Zindan.Səraslan Saroşun qəfəsinin qarşısında oğlu ilə üz-üzə durub.Saroş

barmaqlıqların o biri tərəfindədir.

Səraslan kövrək bir səslə:

-Bu nə iş idi,başımıza gətirdin?Sən yoxa çıxan gündən ananın gözlərinin yaşı bir an belə qurumadı, “Oğul,oğul”deməkdən dili qabar oldu.İndi mən ona necə

deyim ki,balamız zindandadır.Necə deyim ki,oğlumuz yol kəsən,karvan soyandır, quldurdur.Bu qoca vaxtımızda bizi və qardaş-bacıların kimin ümidünə qoyursan?...

Açılan çöl qapılarının və zəncirlərin səsi onun sözünü yarıda qoyur.

İçəri keşikçibaşı və iki əsgər girir.Əsgərlər nizə-qalxanlıdırlar.Keşikçibaşı

Xanməmmədin qəfəsinəyaxınlaşır, üzünü Mahmuda tərəf tutaraq deyir:

-Aç!

Mahmud divardan asılmış açarları götürüb ikinci qəfəsə yaxınlaşaraq onu açır.Ekrana Xanməmmədin ağappaq olmuş üzü gəlir.Əsgərlər içəri girib onun əl-qolunu bağlayırlar.O,müqavimət göstərmir.Xanməmmədi aparanda dönüb keşiş tərəfə tüpürür.Yenidən qapı və zəncirin tükürpədici səsi eşidilir.Əl-ayağı tir-tir əsən Ohan keşiş Mahmuda deyir:



Qurbanın olum,oğlum,mənə bir bardaq su ver.Mahmud ona su gətirir. Keşiş suyu içib deyir:

-Bala,mənim vur-tut bircə qızım var.Yəqin ki,məndən indi bərk narahat- dır. Xahiş edirəm,növbən bitəndən sonra bizə get,ona mənim sağ-salamat olduğu-mu çatdır və de ki,narahat olmasın.Bunu mənim üçün edərsənmi?

Mahmud:

-Hə,sən mənə ancaq evinin yerini söylə.


***
Axşam tərəfidir.Hava qaralmağa doğru gedir.Səraslan və Mahmud növbə-lərini başa vurub dar bir küçə ilə addımlayırlar.Yaşlı keşikçi kədərli-kədərli:

-Mən indi nə edim,başıma haranın külünü töküm?Uşaqların anasına nə deyim,necə deyim?

Mahmud:

-Allah böyükdür,Allahdan ümüd kəsilməz.



Səraslan:

-Doğru deyirsən.İndi mən gərək bol-bol dua edim.

İki yoldaş döngəni dönüb bazar meydanına çıxır. Meydanın tam ortasında üç nəfər asılmışdır.Adamlar müxtəlif tərəflərdə üç-üç,dörd-dörd yığışaraq cəsədlərə baxır,öz aralarınd nə isə söhbət edirlər.İki əsgər ora-bura gəzişərək me-

yidlərin keşiyini çəkirlər.

Səraslan və Mahmud meydanın mərkəzinə doğru irəliləyərək Xanməmmə-din asıldığı dar ağacına yaxınlaşırlar,bir –neçə saat öncə hələ sağ olan Xanməmmə-din cəsədinə baxırlar.Səraslan hönkür-hönkür ağlamağa başlayır.Əsgərlər Mahmu-da yaxınlaşıb təəccüblə soruşurlar:

-Ölən onun nəyidir?

Mahmud pıçıltı ilə cavab verir:

-Heç nəyi.Ola bisin ki,sabahda-birigündə onun da oğlunu assınlar.Ona gö-rə ağlayır.


***
Vaqif təkbaşına atla qəbristanlığa gəlir.Hava ala-qaranlıqdır.O,atdan

enib ipini ağaca bağlayır.Xurcundan bir dəstə bənövşə çıxarıb, kimsəsiz məzarla-rın arasından keçərək bir qəbrə yaxınlaşır.Qəbrin baş daşında ərəb hərfləri ilə “Sə-

nəm İbrahimxəlil qızı”yazılmışdır.

Molla Pənah əyilərək baş daşını öpür,sonra bənövşə dəstəsini sinə daşının üstünə qoyaraq deyir:

-Sənəmim mənim,ad günün mübarək.Sənə sevdiyin bənövşələrdən gə-tirmişəm.

Şair ayağa qalxıb dərin fikrə gedir.Gözləri önündə keçmiş günlərin xə-yalları canlanır.


***
Vaqifin əvvəlki kasıbyana evi.Gənc şair evin bağçasında susəpəndən gül-lərini sulayır.Həyət qapısından əlində xonça tutan bir oğlan uşağı girib soruşur:

-Molla Pənah Vaqifim evi buradır?

Vaqif:

-Hə,buradır.Necə məgər?



Uşaq gülərək:

-Vaqif sizsiz?

Vaqif:

-Hə, mənəm.



Uşaq:

-Bu xonçanı sizə xan qızı Sənəm xanım göndərdi.


***
Bu dəm söhbəti evin pəncərəsindən izləyən şairin qoca anasının heyrət

dolu səsi eşidilir:

-Vay ,başımıza xeyir!

Molla Pənah xonçanı uşaqdan alıb evə keçir


***
Evin içi.Yerə palaz döşənmişdir Palazın üstünə oturmaq üçün döşəklər

düzülüb.Sol küncdə yan-yana bir-birinə bitişik iki sandıq qoyulub.Sandıqların üs-tünə yorğan-döşək və yastıqlr düzülüb.Sağ tərəfdə taxçaya düzülmüş kitablar,qa-laq-qalaq kağız,mürəkkəbqabı və qələm diqqəti cəlb edir.

Vaqif yerə oturub xonçanı açır.Anası başının üstündə durub. Xonçanın

içindən qızıl nimçəyə qoyulmuş iki ədəd şaftalı çıxır.Şair gülümsəyərək anasına baxır.Qoca qarı deyir:

-Bala, Sənəm xanım sənə sovqat göndərib,nimçəni boş qaytarmaq ol-maz.Ora nə qoyaq ki,xan qızının yanında xəcalətli qalmayaq.Nə isə elə bir şey

qoymaq lazımdır ki,ona layiq olsun.

Vaqif:

-Ana,sən narahat olma.Mən nə qoymaq lazım olduğumunu yaxşı bili-



rəm.

Şair ayağa qalxıb taxçaya yaxınlaşır, oradan kağız,qələm və mürəkkəb-qabını götürür,yerinə qayıdıb qələmi mürəkkəbə batırır və yazmağa başlayır.


***
Sənəm saray baxçasında,hovuzun qırağinda oturub Vaqifin məktubunu oxuyur.Kadr arxasından şairin səsi eşidilir:

-Çox-çox əcəb qılıb Xosrovu şahım,

Bir cüt bizə ləbi-şirin göndərmiş.

Gözəllər bağında meyvə bəslənib,

Onun bizə xoş nübarın göndərmiş.

Məndən salam olsun,yetir Yəmənə,

Sinəsi büllurə sədr cəhanə,

Sanasan xoş gəldi nə qədər mənə,

Yer üzünün simu-zərin göndərmiş.

Ya Rəbb ola o canənə kim demiş:

Filanı xəstədir,meyvə diləmiş.

O ki,bizə yemiş ənam eyləmiş,

Vaqif ona peşkəş sərin göndərmiş.
***
Molla Pənah bir daha əyilərək sinə daşını öpür.Gözləri dolmuşdur:

-Bilsəydin sənsiz nə qədər yalqızam.Niyə məni belə tez tərk edib getdin, Sənəmim!

Şair yenə də şirin xəyallara dalaraq Sənəmli günlərini xatırlayır.Xatirə-lər gözləri önündən kino lenti kimi keçir.
***
Vaqiflə Sənəm at belində çay qırağı ilə yanaşı gedirlər...İki sevgili qı-zılgül kollarının arxasında çəməndə uzanıb qol-boyun olurlar.Şair qızı öpüşlərə qərq edir...

***


Hava ala qaranlıqdır.Mahmud ehmalca Ohan keşişin həyət darvazasının qapısını döyür.Qapı arxasından keşişin qızı Süsənin səsi eşidilir:

-Kimsən?


Mahmud:

-Mənə Süsən xanım lazımdır,atasından xəbər gətirmişəm.

Cəftə şaqqıltısı eşidilir və qapı açılır.Qapının arxasında Süsən görünür.

Onun başı açıqdır.Qara saçları sinəsinə tökülüb.Yaxasıaçıq donu sinəsini tam ört-mədiyindən ağ,dolu döşlərini bir-birindən ayıran yarıq aydın görünür.Bu gözlənil-məz görüntülərdən sarsılan Mahmud nə üçün gəldiyini bir anlığa unudur və dili-

ağzı quruyur.

Süsən:


-Süsən mənəm.Doğru dediyini necə isbat edə bilərsən?

Mahmud,sanki,yuxudan ayılan kimi olur.Cəld əlini cibinə salıb, qalın gü-müş zəncirə pərçimlənmiş gümüş xaçı qıza uzadır Və deyir:

-Mən zindanın keşikçilərindən biriyəm.Adım Mahmuddur.

Süsən zənciri və xaçı əlində ora-bura çevirir:

-Hə,atamın gümüş xaçıdır,yalan söyləmirsən.Gəl içəri.(Mahmudun tərəd-düd etdiyini görür.)Gəl,gəl,utanma.

Mahmud:


-Amma ,xanım...Bu yaxşı olmaz,axı...Mən...

Süsən onun əlindən tutub, içəri çəkərək qapını bağlayır:

-Darvaznın önündə,qonşuların,yol keçənlərin gözü qarşısında söhbət et-mək dahamı yaxşıdır?

Mahmud:


-Mən, sadəcə,bir-iki kəlmə deyib gedəcəkdim.

Süsən:


-Gəl,o bir-iki kəlməni evdə de.Evdə demək olmaz?

Mahmud:


-Amma mən sözümü deyib getməliyəm...

Qız onun əlindən tutaraq “ 10-15 dəqiqə yubansan,bir fincan qəhvəmizi içsən dünya qopmaz.” –deyir və onu həyətdən evin içinə dartıb salır.Süsən Mah-muda yerdə döşək üstündə yer göstərir.Mahmud naəlac qalıb oturur.Qız “Mən

indi gəlirəm”-deyib,o biri otağa keçir.Gənc müxtəlif tərəflərdə yanan şamların yax-şıca işıqlandırdığı otaqda tək qalır.O,hər tərəfə göz gəzdirir,Gözünə ağ suvaqla su-

vanmış çılpaq divarlardan,o biri otağın girişinin üst tərəfinə bərkidilmiş xaçdan,xa-

çın üzərindəki çarmıxa çəkilmiş İsa təsvirindən və girişdən asılmış güllü pərdədən

başqa bir şey dəymir.Elə bu an pərdənin arxasından çıxan Süsən yaxınlaşaraq əlindəki iki fincanı yerə qoyur və düz Mahmudun qarşısında oturur:

-Yəmən qəhvəsidir.Atam zindana salınmamışdan qabaq xanın vəziri ona pay vermişdi.Deyilənə görə,Təbrizdən gətiribmiş.

Mahmud qəhfədən bir qurtum içir:

-Çox ləzzətli qəhvədir.

Süsən:


-Hə,deyirdin atamdan xəbər gətirmisən,söylə,səni dinləyirəm.

Gənc daha bir qurtum içir:

-Ohan keşiş xahiş etdi ki,sənə onun sağ-salamat olduğunu çatdırım və de-yim ki,narahat olmayasan.Zəncirli xaçı da verdi ki,onun yanından gəldiyimə inana-san.İndi isə icazə ver,gedim,artıq gecdir.

Qız:


-Xahiş edirəm bir az mənimlə otur.Atam həbs ediləndən sonra evimizə heç kəs gəlib-getmir.Bəziləri hətta salam da vermirlər.İki-üç gün bundan əvvələ-dək atamın başına fır-fır fırlananlar,ona yaxın olmaq üçün mənə yaltaqlananlar bu gün özlərini elə aparırlar,guya məni heç tanımırlar.Çox yalqız və tənhayam.

Mahmud:


-Bəs,sənin anan,bacı- qardaşın yoxdur?

Süsən:


-Mən atamla anamın tək övladıyam.Əslində anam var.Amma o bizi

atıb,bir türk mehtərə qoşulub qaçıb.

Mahmud:

-Mən də bu şəhərdə tənha və yalqızam.Valideynlərim,bacı-qardaşlarım hamısı Təbrizdədir.



Süsən:

-Bəs,sən tək-tənha qərib bir şəhərdə nə edirsən?

Mahmud ayağa qalxaraq:

-Bu cox uzun söhbətdir,qalsın başqa vaxta.Artıq çox gecdir.Mən getmə-liyəm.

Süsən də ayağa durur və gəncin əllərindən tutur:

-Nə olar,getmə.Onsuz da gözləyənin yoxdur .Bilsən,tək necə darıxıram.

Gənc oğlan və qız bir-birinin gözlərinə baxıb susurlar və birdən Süsən başını Mah-mudun sinəsinə qoyur.Mahmud da qızı bərk-bərk qucaqlayıb özünə tərəf sıxır.

***


Vaqıfın evinin yataq otağı.Şamın zəif işığı yerə sərilmiş iki nəfərlik

yatağın və onun üstündə dizlərini qucaqlayaraq oturmuş və başını dizləri üstə qoy-muş Qızxanımın üstünə düşür.O,gecə köynəyindədir.Ətrafa qaranlıq və sükut ha-kimdir.Sükutu ilk xoruz banının səsi pozur.Ardınca at ayaqlarının səsi gəlir.Taxta pilləkanlarla qalxan adam ayaqlarının tappıltısını açılan qapının cırıltısı,onu isə qələmkar pərdələrin səsi əvəz edir.O biri otaqda yandırılan şamın işığı az da ol-sa,yataq otağına da düşür.Və yenicə yandırılmış şamın işığı get-gedə daha aydın hiss edilməyə başlayır.Nəhayət, əlində şam tutmuş Vaqif içəri girir:

-Yatmamısan?

Qızxanımdan səs çıxmır.

Şair:

-Bağışla,işim var idi.



Qızxanım başını qaldırır:

-Xan Məzarlığına getmişdin?

Vaqif:

-Hə.


***

Hava qaranlıqdır.Xoruz səsləri eşidilir.Ayın işığı Ohan keşişin evinin həyət darvazasını çöl tərəfdən işıqlandırır.Darvazanın qapısı ehmalca açılır. Mah-mud çölə çıxır.Qapının arxasında Süsən görünür.O,gecə paltarındadır.

Mahmud:

-Bu gecə yenə gələcəyəm.



Süsən:

-Gözləyəcəyəm.

***

Zindan.Mahmudla Ohan keşiş.- biri barmaqlıqların bu,digəri isə o biri tərəfində,-üz-üzə durmuşlar.Mahmud iki əli ilə barmaqliqlardan tutaraq:



-Qızını gördüm,dediklərini sözbəsöz çatdırdım.Narahat olma o,yaxşıdır.

Heç bir maddi çətinliyi yoxdur.Sənə salam söylədi,xahiş etdi,çatdırım ki,Mesrop yoxa çıxıb.Mirzə Yusifdən məktub gəlib.Səndən icazəsiz açıb oxumaq istəmədi-yindən məzmunundan xəbəri yoxdur.Dedi ki,hər nə sözün,istəyin olsa,mənimlə göndərə bilərsən.

Keşiş:

-Çox sağ ol.Bilmirəm sənin bu yaxşılığının əvəzindən çıxmaq mənə nə-sib olacaq,ya yox.Sən doğrudanmı bundan sonra da söyləyəcəklərimi qızıma çatdıra bilərsən?



Mahmud:

-Hə,əlbəttə.

Keşiş:

-Təşəkkür edirəm.Bilmirsən,Xanməmmədin axırı nə oldu?



Mahmud:

-Onu daha iki nəfərlə birlikdə bazar meydanında dar ağacına çəkiblər.

Hələ də orada sallanır.

Keşişin rəngi-ruhu qaçır.

***

Üçüncü qəfəsin önü.Səraslan oğlu ilə üzbəüz durub.O,cibindən bir şəkər-bura çıxarıb barmaqlıqların arasından Saroşa uzadır:



-Ye,oğlum,bunu bura gizlicə keçirmişəm.Anan bişirib.Şəkərburadır.

Saroş nə isə demək istəyir,fəqət açılmaqda olan qapının və zəncirlərin

səsi onun sözünü ağzında qoyur.O.cəld şəkərburanı atasına qaytarır.Səraslan da eyni cəldliklə onu cibində gizlədir.İçəri keşikçibaşı və Mirzə Əliməmməd daxil

olurlar.Keşikçibaşı Səraslana Saroşun qəfəsini göstərərək əmr edir:

-Aç bu qəfəsi!

Səraslan divardan açarları götürüb əli titrəyə-titrəyə qəfəsin qapısını açır.Saroş keşikçibaşının əl işarəsinə əməl edib qəfəsdən qırağa çıxır.

Səraslan:

-Ağa, onu hara aparacaqsız?

Keşikçibaşı:

-Qoca,sən kimsən ki,belə sual verirsən?

Səraslan:

-Başına dönüm,ağa ,o,mənim oğlumdur.

Keşikçibaşı:

-Oğlundur?

Bayaqdan baş verənləri diqqət və təəccüblə izləyən Mirzə Əliməmməd:

-Deməli,Saroş sənin oğlundur...Narahat olma.Görürsən ki,yanımızda əs-

gər-filan yoxdur,əl- qolunu da bağlamadıq.Sənin oğlunu elə bu gün sərbəst buraxa-

cağıma sənə söz verirəm.Ağlı olsa,bir həftəyə qayıdıb gələr evinizə.

Səraslan göz yaşlarında boğula-boğula:

-Ayaqlarının altında ölüm,ağa!Allah səndən razı olsun!

Mirzə Əliməmmədin əlinin işarəsi ilə keşikçibaşı və Saroş qapıya tərəf

yollanırlar.Xəfiyyəbaşı isə Ohan keşişin qəfəsinə yaxınlaşır:

-Hə Ohan,necəsən?Rəbbin İsaya səni buradan qurtarması barədə dua edir-sən ya yox?

Ohan keşiş:

-İsanın kəraməti olsaydı,elə özünü çarmıxdandan qurtarardı da!

Mirzə Əliməmməd şaqqanaq çəkərək gülür:

-Elə həmin lotu Ohansan ki,qarşımda durmusan.Yenə də zarafatından qal-mırsan.Zindan da səni dəyişə bilmədi.Sabah səninlə bir söhbətim olacaq.Gələcək taleyin bu söhbətdən asılı olacaq.

***


Mirzə Əliməmməd və Saroş at belində bazar meydanında qurulmuş dar ağaclarımdan asılmış cənazələr tərəfə yaxınlaşırlar.Meydanda 40-50adam var.On-lar meydana səpələnmiş vəziyyətdə,iki-iki,üç-üç yığışaraq baş vermiş hadisəni mü-zakirə edirlər.Atlılar Mirhüseynin cəsədinin yanına gəlirlər.Milçəklərin əlindən hərəkət etmək olmur.Saroş burnunu tutur.Xəfiyyəbaşı heç bir şey olmamış kimi deyir:

-Bu,sizin Səfərin qan düşməni Mirhüseyn ağadır.Onun üzündən Səfər qaçaq düşmüşdür.Artıq o,bu dünyada yoxdur,intiqama daha yer qalmır.Dostun xəncəri tiyəsinə qədər onun ürəyinə saplamışdı.Amma Mirhüseyn çox möhkəm

1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə