Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu



Yüklə 1.92 Mb.
səhifə7/23
tarix08.12.2016
ölçüsü1.92 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   23

***
Məmməd bəylə Qasım çay qırağında qaya üstündə oturub tilovla balıq ovlayırlar.yanlarındakı səbətdə hələ də çırpınmaqda olan iki balaca balıq var.Aralı-

da ağaca iki at bağlanmışdır.

Məmməd bəy:

-Əmim qızından və səndən başqa ürəyimi boşaltmağa adam yoxdur. Sə-ninlə danışdıqlarımı Kiçikbəyimə danışa bilmirəm.Danışsam da yəqin ki,anlamaz.

Qasım:

-Mən də elə.Bir dəfə ürəyimi atama açdım,o da mənə bu mövzuda söhbət



etməyi qadağan etdi.Dedi ki,mənim də,özünün də başına iş açarsan.Sanki,Vətənin

dərdlərindən söz açmaq qəbahət imiş.Yəni doğrudanmı bu məmləkətdə xanlar,bəy-lər tərəfindən parça-tikə edilən Azərbaycanın dərdi yalnız sənlə məni düşündürür?

Əlbəttə ki,yox.Yəqin ki,belələri az deyil,amma xanların, bəylərin qorxusundan heç kim cürət edib bir söz deyə bilmir.

Məmməd bəy:

-Ürəyim qan ağlayır.Nadir şah Azərbaycan səltənətini bərpa edərək,sər-

hədlərini Hindistana qədər genişləndirdi.Xanları bir araya gətirdi və xanlar da Mu-ğanda toplanıb qədim türk adətincə şah seçdilər.Babam Pənahəli xan Şəki xanı Ha-

cı Çələbiyə qoşulub ona qarşı çıxdı,Azərbaycanda və bütün səltənətdə birlik və sa-bitliyin bərpasına əllərindən gəldikcə mane olmağa çalışdılar.Dedilər ki,şah,guya

mütləq Səfəvi xənadanından olmalıdır.Əslində bu, bir bəhanə idi.Özləri şah olmaq

istəyirdilər.Nə isə,Nadir şah belə getdi.Sonra Urmiyə xanı Fətəli Əfşar Azərbayca-nı birləşdirməyə çox yaxın idi.Əksər xanlar artıq ona tabe olmuşdular.Babam Pə-nahəli xan ona tabe olmadı,ona qarşı farsların xanı Kərim xan Zəndlə birləşdi.Fətə-li xan Əfşar da belə getdi. Sonra qubalı Fətəli xan bütün xanları toplayıb Azərbay-canı birləşdirmək istədi.Bu dəfə əmim İbrahimxəlil xan Vətən torpaqlarının birləş-məsinə imkan vermədi.Qubalı Fətəli xan da belə getdi.

Qasım:


-Bilmirəm,nə deyəcəksən,mənə elə gəlir ki,bütün ümidlər Ağa Məhəm-məd şah Qacaradır.Deyilənə görə,artıq Tehranı da alıb,özünə paytaxt edib.Belə da-

vam etsə,çox çəkməz ki,Kərim xan Zəndlə haqq-hesabı çürüdər və üzünü Azərbay-

cana tutar.

Məmməd bəy:

-İnşaallah!Mənim də ümüdüm bunadır.Əks təqdirdə Azərbaycan bir öl-kə kimi xəritədən silinəcəkdir.Urus əjdaha kimi ağzını açıb gözləyir.Kərim xan Zənd də Azərbaycanı və türkləri qurduğu İran dövlətinin köləsi etmək istəyir.

***


Qalın meşəlik.Mahmud və Süsən cığır ilə irəliləyirlər.Uzaqdan tökülən

şəlalə səsi gəlir.Süsən ağacdan bir yarpaq dərir:

-Yatıb yuxumda da görə bilməzdim ki,nə zamansa bir müsəlman türkə aşiq ola bilərəm.

Mahmud təəccüblə qızı süzərək:

-Nədir,müsəlmanın buynuzu olur,məgər?

Süsən ucadan gülür:

-Bəlkə də...Gəl,baxım,bəlkə elə sənin də buynuzun var,mənim xəbərim

yoxdur.(Barmaqları ilə Mahmudun saçlarını eşələyir.) Aha,tapdım,bu,biri,bu da ikincisi.

Mahmud:

-Qorxmursan ki, indi səni buynuzlarımla göyə qaldırıb,çırparam yerə?



Süsən gözlənimədən gəncin boynuna sarılıb onu öpür, “Yox,qorxmuram”

-deyib qaçır.Mahmud da onun dalınca qaçmağa baçlayır.

***

Şəlalə axır.Onun gur səsi aləmi başına alıb.İki aşiq gənc gülə-gülə, söhbət



edə-edə şəlaləyə yaxınlaşırlar.Üzlərindən xoşbəxtlik yağır.Şəlalənin səsindən onla-rın nə barədə danışdıqları eşidilmir.Hər ikisi su qırağına yaxınlaşıb soyunmağa başlayırlar.Soyunmaqları ilə suya atılmaları bir olur.

***


Şuşanın qərb darvazası.Qaçaq Səfər başının dəstəsi ilə birlikdə(təqribən 35-40 nəfər) darvazaya yaxınlaşır.Hamısı atlıdır.Çiyinlərində tüfəng var.Bürcdəki əli nizəli iki keşikçidən biri onlara səslənir:

-Durun!Kimsiniz və nə istəyirsiniz?

Qaçaq Səfər:

-Mən qaçaq Səfərəm.Bunlar da qaçaq yoldaşlarımdır.Xana təslim olmağa

gəlmişik.Bu barədə ya xana, ya da Mirzə Əliməmməd ağaya xəbər ver.Muştuluq tələb etməyi də unutma.

Qaçaq Səfərin son sözləri dəstə üzvlərinin gülüşünə səbəb olur.Keşikçi də gülə-gülə cavab verir:

-Unutmaram,amma inanmıram ki,sizə görə kimsə mənə bir qara quruş be-lə versin.Gözləyin!

Saroş gözdən itən keşikçinin ardınca:

-Sən bir yoxla,bəlkə,o qədər verərlər ki,keşikçiliyin daşını birdəfəlik atar-san,mal-mülk sahibi olarsan.(Bu sözlər də gülüşə səbəb olur.)

***


Çay qırağı.Məmməd bəylə Qasım şişə taxdıqları balıqları.ocaqda qızardır-lar.Məmməd bəy balığın bişib-bişmədiyini yoxlamaq üçün ondan bir çimdik qopa-rıb ağzına qoyur,çeynəməyə başlayır.çiy olduğunu hiss edib qızartmağa davam edir və deyir:

-Məndən fərqli olaraq,sən daha çox azadsan,daha çox adamla görüşə,söh-

bət edə bilirsən.gör,dost-tanışdan kimin ağzını yoxlamaq mümkündür,dostlar ara-sında bizim kimi düşünənlər var ya yox.Kimlərə etibar edə,kimlə rabitə qura bilə-

rik.Biz nə isə etməliyik.Göz görə-görə,Vətənin əldən getməsinə yol vermək olmaz.

Qasım balığı yayma çörəyin arasında tutaraq dartıb şişdən çixara-çıxara

deyir:


-Doğru söyləyirsən,vaxt itirmək olmaz.Atamın tələbələrindən ikisinə çox ümidim var.Ağzıbütöv,mərd uşaqlardır.Özləri də eimli,mərifətli,dünyaya açıq göz-lə baxan adamdırlar.İstəyirsən, onlarla bir söhbət edim.

Məmməd bəy də balığı çörəklə tutub şişdən çıxardır və artıq öz balığını iştahla yeməkdə olan olan Qasıma deyir:

-Mütləq söhbət et,amma çox ehtiyatlı ol.Bu gün Qarabağda hər üç nə-

fərdən biri Mirzə Əliməmməd ağanın eşidən qulağı,görən gözüdür.Xanlıqda elə

bir xəfiyyə şəbəkəsi yaradıb ki,hər evdə nə baş versə,ondan da xəbər tutur.Əslində bizə onun kimi bacarıqlı bir adam lazımdır.Çox məharətli təşkilatçıdır.

Artıq ikinci balığı şişə taxıb qızartmaqda olan Qasım gülə-gülə:

-Bəlkə,quracağımız təşkilata xanın özünü də vəziri ilə birlikdə cəlb

edək, nə deyirsən?Bəlkə elə Ohan keşişi də öz tərəfimizə çəkdik...

Məmməd bəy də Qasıma qoşulub gülməyə başlayır.

***


Mahmudla Süsən meşə cığirı ilə gedirlər.Hər ikisi ayaqqabılarını əllərin-də tutublar.İkisinin də ayaqları yalındır. Mahmudun şalvarı topuqdan 15-20 santi-metr yuxarıya qədər çırmalanıb.İkisinin də saçları yaşdır.Şəlalənin səsi zorla eşidi-lir.Əvəzində isə quşların cəh-cəhi aləmi götürüb.Uzaqdan külüng səsi eşidilməyə başlayır.Mahnud qulağını şəkləyərək deyir:

-Eşidirsən?

Süsən ona təəccüblə baxır:

-Nəyi?


Mahmud:

-Sanki, kimsə külüng vurur.Eşitmirsən?

Süsən:

-Hə,eşidirəm,nə olsun ki?



Mahmud cəld ayaqqabılarını geyərək:

-Tez ol,ayaqqabılarını tax ayağına!

Süsən də onun kimi edir və əvvəlkundən daha artıq təəccüblə soruşur:

-Nə olub,axı?Elə danışırsan,adamı lap vahimə bürüyür.

Mahnud qızın əlindən yapışaraq,onu cığırdan meşənin sıx tərəfinə çək-məyə başlayır:

-Gəl!


Süsən əlini gəncin əlindən çəkib çıxarmağa çalışir:

-Yox,mən qorxuram!məni hara çəkirsən?Axı,bir başa sal,görək,nə olub.

Mahmud:

-Qorxma,mən sənin yanındayam da. Nədən qorxursan?Gəl,gəl!



Qız tabe olur və gənclər cığırdan səs gələn tərəfə dönürlər.

***


Mahmud və Süsən budaqları aralaya-aralaya meşənin içi ilə gedirlər. Artıq külüngün səsi daha aydın eşidilir.Süsənin sifətində əvvəlki narahatlıqdan

əsər-əlamət belə yoxdur.Mahmudun gözlərindən isə sonsuz maraq oxunur.Sevgi-

lilər yamaca qalxmağa başlyırlarlar.Qalxdıqca külüng səsi daha da yaxınlaşır və

sanki,bir-neçə metrlikdən gəlir.Mahmud arxasınca gələn Süsənə tərəf dönüb,bar-

mağını dodağına yaxınlaşdırmaqla səs çıxarmamasını əmr edir.

***


Ağacların seyrək bir yerində kimsə böyük bir çala qazıyıb,içində külüng

çalır.Çalanın bir tərəfində qazılıb çıxarılmış torpağın yaratdığı süni təpə,digər tə-

rəfində isə yerə qoyulmuş bel gözə dəyir.Çalanın içindəki adam hər dəfə külüngü

vurmaq üçün yuxarı qaldırdıqda,külünglə birlikdə başının saçları və qulaqları da görünür.

***

Sıx kollarla örtülü təpə.Kolların arxasından Mahmudla Süsənin üzləri görünür.Hər ikisi dərin heyrət və maraq içindədirlər.Gözlərini hadisə yerindən



ayırmayan Mahmuddan fərqli olaraq Süsən ətrafa göz gəzdirir və onun nəzərini

nə isə cəlb edir,əli ilə Mahmudun çiynini ehmalca döyəcləyərək barmağı ilə nə-

yəsə işarə edir.Mahmud onun işarə etdiyi tərəfə baxır.

***


Kənarda ağaca iki eşşək bağlanmışdır.Üstlərində xurcunlar olan heyvan-ların ipinin uzun olması onlara başlarını əyib otlamağa imkan verir.

***


Şuşanın qərb qapısı.Qaçaq Səfər yoldaşları ilə bərabər darvazanın önündə

gözləyirlər.Nəhayət, bürcdən onlara səslənirlər:

-Silahlarınızı qapının yanına atın!

Atlılar əmrə tabe olaraq üç-üç,dörd-dörd yaxınlaşıb tüfənglərini,tapança-

larını və xəncərlərini qapının önünə atırlar.

Bürcdən növbəti əmr gəlir:

-Kənara çəkilib atlardan düşün və atlarınızın yüyənlərini bir-birinə bağla-yın!

Qaçaqlar bu əmrə də tabe olub,bir qədər kənara çəkilir və atlarından enir-lər.

***

Xan sarayının bağçası.İbrahimxəlil xan və qızı Kiçikbəyim hovuzun kə-



narında oturub şahmat oynayırlar.Xan lövhəyə baxaraq fikirləşir.Qələbənin çox yaxın olduğuna əmin olan qızcığaz özündən razı halda gülümsəyir:

-Ata,heç bir xeyri yoxdur,özünü yorma,yaxşısı budur ki,məğlubiyyətlə

barış.Uduzduğunu etiraf elə.

Xan:


-Yaxşı,mənim şeytan qızım,sən deyən olsun.Mən təslim!Bəs,əmin oğlun

haradadır?Nə isə heç gözə dəymir.

Kiçikbəyim:

-Eh,ata,sənə deyirəm,qocalmısan,inanmırsan.Bax,yaddaşın da korlanıb.

Dünən özün ona vəzirin oğlu ilə çaya gedib balıq tutmağa icazə vermədinmi? Məmməd Qasımla balıq tutmağa gedib.

Xan:


-Hə,deyəsən,doğrudan da qocalmışam.Deməli axşam balıq yeyirk?

Kiçikbəyimi gülmək tutur:

-Onun balıqçılığı da elə şətrənc oynaması kimi bir şeydir.Keçən dəfə də

getmişdi,iki dənə əl içi boyda baliq tutmuşdu.Verdim pişiyə,yedi,doymadı.

Bu sözdən sonra at-bala bir-birinə qoşulub gülməyə başlayırlar.

Kadra daxil olan Qədimi:

-Xan,müjdə!İndicə Mirzə Əliməmməd ağanın adamı xəbər gətirdi ki,qa-çaq Səfər başının dəstəsi ilə gəlib təslim olub.

İbrahimxəlil xan əllərini göyə qaldırır:

-İlahi,şükr sənə!

***


Meşənin içindəki seyrək yer.Naməlum adam çalanın içində külüng vur-

maqda davam edir.Nəhayət,o,işinə qısa ara verərək külüngü qırağa atır.Beli götür-mək üçün bir qədər yuxarı qalxır və onun üzü görünür,naməlum adamın Mesrop

olduğu məlum olur.

***


Kolun arxasından baş verənləri izləyən Süsən onu tanıyır və Mahmuda pıçıldayır:

-Mesrop əmi.

Mahmud eyni şəkildə soruşur:

-Sən onu tanıyırsan?

Süsən:

- Hə,o,atamın xidmətçisidir.Xeyli vaxt idi ki,yoxa çıxmışdı.



***

Mesrop beli götürüb qazımağa başlayır.Bu dəm çapan at ayaqlarının sə-

si gəlir.Mesrop cəld çaladan çıxır.Külüngü əlinə götürüb həyacanla səs gələn tərəfə

baxır.Səs isə get-gedə yaxınlaşır və səngiyir.Kolların arasından Ohan keşiş çıxır.

Mesrop təəccüb və qorxu hissi ilə:

-Ohan ağa,bu,sənsən?Bəs,səni asmadılar?!Yoxsa,sən ruhsan?!

O,bu sözləri deyib sərbəst əli ilə xaç çəkir.Sonra isə özünü qorumaq üçün

külüngü başı üzərinə qaldırır.Keşiş qorxub hürkmədən bir-iki addım irəli atır:

-Bilirdim ki,səni burada tapa bilərəm,satqın köpək!(Belindən tapança çı-

xarıb Mesropa sarı tuşlayır.)Söylə,məni Mirzə Əliməmmədə neçəyə satdın?

Mesrop diz üstə düşüb ağlamağa və yalvarmağa baılayır:

-Bağışla məni,ağa, bir qələtdir,eləmişəm

***

Mahmud və Süsən bütün bunları kolun dalından həyacanla izləyirlər.Kadr arxasından keşişin səsi eşidilir:



-Sən nə axmaq adamsan,Mesrop,yəni məni bu qədərmi axmaq hesab et-din? Qızıl küplərini çoxdan buradan çəxardıb evimin həyətində basdırmışam.Bü-

tün ömrü boyu həyatımı təhlükəyə soxaraq bir küp qızıl oğlum,bir küp də qızım

üçün toplamışam.Sən isə istəyirdin,onlara sahib olub balalarımı heç nəsiz qoyasan?

Mesrop kadr arxasından ağlayaraq yalvarmaqda davam edir:

-Qurbanın olum,Ohan ağa,məni balaların Akop və Süsənin başına çevir!

Keç güna...

Atəş səsi Mesropun sözünü yarımçıq kəsir.Gördüklərindən və eşitdiklər-indən dəhşətə gələn Süsən qışqırmaq istəyir.Mahmud cəld əli ilə onun ağzını sıxıb buna imkan vermir.Onlar aşağı sürüşüb kadrdan itirlər.
***

Keşiş tüstülənməkdə olan tapançasının lüləsinə üfürür.Mesrop qazıdığı çalanın yanında uzanıb.Güllə onun düz ürəyindən dəyib.Meyidə yaxınlaşan Ohan

keşiş tapançasını belinə keçirir,sonra isə Mesropun ayaqlarından dartaraq çalaya

itələyir.Keşiş beli götürüb çalanı doldurmağa başlayır.

***

Mirzə Əliməməd və Səfər at belində Şuşanın küçələrindən biri ilə yanaşı



gedirlər.Səfərin dəstəsi onları təqib edir.Hamısı at belindədir,fəqət silahları yoxdur.

Mirzə Əliməmməd:

-Xanın öz sözünə sadiq olduğunu indi görəcəksiniz.O,xanlığın ərazisində

sülh və əmin –amanlığın hakim olmasını istəyir.İstəyir ki,ədavətə son qoysun.Ha-

mının üzü gülsün.

***


Meşə içi cığır.Mahmudla Süsən cığırla irəliləyirlər.Sarsıntı halında olan

Süsən ağlayır.Mahmud onu ovundurmağa çalışır.Qızın çiyinlərini qucaqlayaraq

özünə tərəf sıxır və başını Süsənin başına dayayaraq deyir:

-Özünə gəl,hər şey artıq arxadadır.Sakit ol.Özünü ələ al!

Süsən ağlaya-ağlaya:

-Mənim atam qatildir.Kaş,onu asaydılar,bütün bunlar baş verməyəydi.

İndi mən necə yaşayacağam?O,qızıla görə adam öldürdü.Başqalarını isə Rəbbi-

miz İsa kimi mərhəmətli olmağa çağırır.Özü isə rəhm etmədən insanı elə öldü-

rür ki,qarşısındakı,sanki,insan yox,heyvandır.Ondan iyrənirəm.Onun qızı olmaq-dan utanıram.

Mahmud əyilib Süsənin üzündən öpür:

-Ağlama,olacağa çarə yoxdur.Sən möhkəm olmalısan.Bir də,axı,mən sə-

nin yanındayam və həmişə yanında olacağam.Heç vaxt səni atmayacağam.Mənə

həmişə arxalana bilərsən.Atanla yaşamaq istəmirsən,bir az döz,yeni bir mənzil

kirayələyim,gəl mənimlə yaşa.

Süsən:

-Hə,Mahmud,mən daha o iblislə bir yerdə yaşaya bilmərəm.Mən səninlə



yaşamaq istəyirəm.

Mahmud:


-Mən də səninlə.

Süsən:


-Doğru söylə,sən məni çox sevirsən?

Mahmud:


-Mən səni o qədər çox sevirəm ki,əgər sən məndən canımı istəsən,bircə

an da düşünmədən onu sənə verərəm Sən mənim həyatımsan.

Süsən:

-Sən də mənim həyatımsan.Atam uşaqlıqdan məni inandırmağa çalışır-



dı ki,türklər pis adamlardır.Deyirdi ki,onlar bizim düşmənimizdir.Mən isə həmişə

bunun əksini görmüşəm.Görmüşəm ki,siz dünyada ən doğruçu, ən qorxmaz,ən sə-mimi,ən sədaqətli insanlarsınız.Bilsən, səni nə qədər çox sevirəm.

Mahmud və Süsən elə yolun ortasındaca bir-birilərinə sarmaşıq kimi sarı-lırlar.

***


Çılpaq dağlarla əhatə olunmuş düzənlik sahə.Ağa Məhəmməd şah Qa-carın tüfəngçi və topçu alayları təlim-məşq toplantısı keçirirlər.Yan-yana,bir xətt üzərində, bir-birindən 4 metr aralı səkkiz top düzülmüşdür.Topçular(hər topun yanında iki nəfər olmaqla) öz toplarını silib yağlamaqla məşğuldurlar.Hər topun yanında bir yığın girdə mərmi və topu odlamaq üçün məşəl çubuğu var.

Kadr arxasından eyni vaxtda atılan onlarla güllə səsi və ardınca da ko-manda eşidilir:

-Birinci sıra çök!İkinci sıra qalx!Hədəfi nişan al!Atəş!

Yenə eyni vaxtda atılan onlarla güllə səsi və ardınca komanda :

-İkinci sıra çök! Birinci sıra qalx!Hədəfi nişan al!Atəş!

Yenə eyni vaxta atılan tüfəng güllələrinin səsi qulaq batırır.

***

Ekranda biri öndə, digəri isə arxada iki paralel düz xətt boyunca düzül-müş iki cərgə tüfəngçi canlanır.cərgələr arasında məsafə 2 metr,eyni xətlər üzrə dü-zülmüş əsgərlər ara-sında isə 1 metrdir.İkinci cərgənin əsgərləri sol dizləri üstdə çökmüş vəziyyətdədirlər. Onlar sol əllərində tüfənglərini qundağı yerdə,lüləsi isə yerə nisbətən perpendikulyar olaraq,göyə istiqamətlənmiş vəziyyətdə tutmuşlar. Birinci cərgə isə ayaq üstə duraraq,tüfənglərini irəli doğru tutmuşlar.Birinci cər-gənin əsgərlərinin tüfənglərindən tüstü çıxır.Hər cərgədə əlli tüfəngçi var.At üstün-də olan yüzbaşı komanda verir:



-Birinci sıra çök!...

Komandaya uyğun olaraq sol dizləri üstə çökən birinci sıranın əsgərləri

dərhal tüfənglərini barıt və güllə ilə doldumağa başlayırlar.

-…İkinci sıra qalx!...

İkinci sıranın əsgərləri ayağa qalxırlar.Tüfənglərini sol əlləri ilə sağ əllərinə ötürüb,lüləsi yuxarı vəziyyətdə döşlərinə sıxırlar.

-…Nişan al!...

Əsgərlər tüfənglərini qarşı tərəfdə quraşdırılmış 50 saman müqəvvaya tə-

rəf tuşlayırlar və “Atəş!”komandası səslənən kimi tətiyə basırlar və yenə göy-yer

lərzəyə gəlir.Tüfənglərdən və müqəvvalardan tüstü çıxır.

***


Ekranda tək və iri planda təsvir edilən yüzbaşı əmr verir:

-Tüfəngçilər azaddır!Topçular hazırlaşsın!

***

Ekranda yenə də toplar və topçular canlanır.Topların hər birinin yanında olan iki topçudan biri topdan solda, mərmilərin və barıt kisələrinin yanında,digəri isə sağda durmuşdur.Sağ tərəfdə duranların əllərində məşəllər var.Kadr arxasından



eşidilən “ Barıtı doldur!”komandasından sonra sol tərəf topçuları lüləyə barıt yeri-dirlər. Eyni topçular “Mərmini qoy !”əmrinə uyğun olaraq,lüləyə mərmi qoyurlar.

Daha sonra “Atəş!”əmri eşidilir.Bu dəfə sağ tərəf topçuları işə girişir Və əllərin-dəki məşəllərlə topu odlayırlar.Eyni vaxtda atılan səkkiz top göy gurultusuna bən-zər səs çıxarır.Səslə bərabər lülələrdən çıxan tüstü aləmi dumana bürüyür.Bir –iki

saniyə sonra isə topların tuşlandığı dağ yamacından səkkiz toz-torpaq buludu qal-xır.

Ağa Məhəmməd şah Qacar bir təpənin üstündən təlim-məşq prosesini iz-

ləyir. Ondan bir qədər aralıda və aşağıda Allahverdioğlu,Kamaləli bəy və mühafizə

dəstəsinin əsgərləri durmuşlar.Şah da,onlar da at belindədirlər.Kadr arxasından yüzbaşının səsi gəlir:

-Barıtı doldur!Mərmini qoy!Atəş!

Göy gurultusunu xatırladan atəş səsi aləmi bürüyür.Səsdən atlar hürkü-

şürlər,fəqət atlılar onları vaxtında cilovlaya bilirlər.

Şah dərin fikirlərə qərq olmuşdur.Keçmişin xatirələri ondan əl çəkmir.

***

Şirazın dar küçələri ilə iki atlı irəliləyir.Bunlar Kərim xan Zəndin eşika-ğası və gənc Ağa Məhəmməd xandır.Atlılar bir-biri ilə danışmırlar.Onlar evlərin qarşısından keçdikcə,qapılardan çıxan, pəncərələrdən boylanan qadınlar atlıların dalınca su atırlar.Eşikağası sükutu pozaraq:



-Bunca ildən sonra,axır ki,əsir və girov olmaqdan qurtulub azad olur-

san. Bura Şirazın qaşqay türkləri yaşayan məhəlləsidir.Onlar səni,arxanca su ata-raq, uğurlayırlar.Şəhərdə hər kəs başına gətirilən faciədən xəbərdardır və hər kəs də sənin dərdini öz dərdi kimi qəbul edir.

Ağa Məhəmməd xan:

-Bu tələni mənə kim qurdu?

Eşikağasi:

-Mən bilmirəm.

Ağa Məhəmməd xan:

-Elə”bilmirəm”deməklə də sualıma cavab vermiş oldun.Demək,güma-nımda yanılmamışam,baiskar Kərim xan Zənddir.

Eşikağası:

-Bunu sən söylədin,mən demədim.

***

Şirazın iç tərəfdən qala divarları və darvazası.Darvazanın önündə və qa- lanın keşik qüllələrində əli nizəli keşikçilər durmuşlar.



Eşikağası və Ağa Məhəmməd xan darvazaya yaxınlaşırlar.Eşikağası ke-şikçilərə:

-Darvazaları açın!

Keşikçilər əmrə tabe olaraq darvazaları açırlar.Eşikağası üzünü Ağa Məhəmməd xana tutur:

-Artıq quş kimi azadsan.İstədiyin tərəfə gedə bilərsən,amma hara get-sən,unutma ki,sənin üçün siyasətin və hakimiyyətin qapıları əbədi olaraq qapan-mışdır.Bu səbəbdən də sənə məsləhətim budur ki,bütün ömrünü ibadətə həsr edə-sən.

Ağa Məhəmməd xan:

-Ağlım kəsəndən, bircə gün də olsun,ibadətimdən qalmadım.

Eşikağası:

-Əksəb oğlu Artuqun başına gələnləri eşitmisənmi?

Ağa Məhəmməd xan:

-Bu adı ilk dəfə eşidirəm.

Eşikağası:

-Bu şəxs Səlcuqlu Məlik şahın əmirlərindən olub,Məkkəyə gedib,orada vəfat edib.O da sənin kimi gənc və yaraşiqli idi.Məlik şaha yaxınlığı ilə tanınrdı, böyük mal-dövlət sahibi idi.Şah onun bir sözünü iki etməzdi.Kimin işi Məlik şaha düşsəydi,ona xahiş-minnət edər,o da bu işə bir əncam çəkərdi...

Gedək,səni bir qədər də şəhərdən kənarda ötürüm,əhvalatın ardını da yolda danışım...

Eşikağası və Ağa Məhəmməd xan qala qapısından qirağa çıxırlar.

***

Şiraz şəhərinin qala divarlarının və darvazasının xaricdən görünüşü. Eşikağası və Ağa Məhəmməd xan şəhərdən uzaqlaşırlar.Eşikağası söhbətini davam etdirərk deyir:



-...Bir gün Artuq şahlıq sövdasına düşür və Məlik şaha qarşı üsyan qal-dırır və üsyan sırasında şahın bacısını da qaçırır.Üsyan tezliklə yatızdırılır, Artuq əl-qolu bağlı halda şahın hüzuruna gətirilir.Məlik şah üsyanı ona bağışlasa da,ba-cısına olan münasibəti bağışlamır və cəza olaraq onu xacə etdirir...

Bu sözləri eşidın Ağa Məhəmməd xan atını əyləyərək müsahibinə hirs-li-hirsli deyir:

-Bunları mənə söyləyərək yaramı təzələməkdə məqsədin nədir?

Eşikağası dönüb geriyə boylanır və:

-Heç bir xüsusi məqsədim yoxdur.Mən sadəcə,İran şahının buyuru-ğunu yerinə yetirdim.O,əmr etmişdi ki,bu əhvalatı danışim və səni Məkkəyə ge-dərək həmişəlik orada qalmağa təşviq edim.Bura qədər səninlə gəlməyimin isə

xüsusi məqsədi var.İndi məni diqqətlə dinlə.Söyləyəcəklərimi şəhərdə deyə bil-

məzdim,çünki orda daşın da qulaqları var.Yəni şəhər Kərim xanın xəfiyyələri ilə qaynayıb daşır.

Bax,mən də sənin kimi türkəm,qaşqay türklərindənəm,fəqət sarayda bunu heç kəs bilmir və hər kəs məni bəxtiyari hesab edir.Şəhərin qaşqaylar məhəl-ləsindən keçərkən sənə göstərilən xoş münasibətin özün şahidi oldun.Bunun səbə-bi qaşqayların Qacar elinə bəslədikləri böyük ümidlərlə bağlıdır.Belə hesab edilir ki,məhz Qacarlar, Nadir şahın ölümündən sonra bir-birinə düşmən kəsilmiş türk soy və boylarını, xüsusən də Azərbycan türklərini bir bayraq altında birləşdirmək iqtidarındadır.Qardaşın Hüseynqulu xana şox böyük ümidlər bəslənilir.Bil ki, Qaş-qay elləri Kərim xanın farspərəst və iranpərəst siyasətindən, xüsusən də türklərə və İslama olan münasibətindən bərk narahatdırlar.

Ağa Məhəmməd xan:

-İslama olan münasibəti necədir ki?

Eşikağası:

-Şah üzdə özünü müsəlman kimi göstərsə də, qəlbinin dərinliklərində zərdüştidir.Ülamə arasında söz-söhbət gəzir ki,İslamı aradan aparıb yerinə atəşpə-rəstliyi rəsmiləşdirmək üçün fürsət gözləyir.

Nə isə...Hüseynqulu xana mənim salamlarımı çatdır və de ki,Şiraz sara-yının eşikağası Abbasəli bəy onun sadiq quludur və saraydakı gözü və qulağı ola-caq.İndisə şübhə oyatmamq üçün şəhərə dönməyim lazımdır.Sənə yaxşı yol!

-Sənin simanda sədaqətli dost tapdığıma görə çox şadam.Salamat qal!

Bu sözlərdən sonra atlılar ayrılaraq əks istiqamətlərdə çapdılar.

***


Ağa Məhəmməd xan xəyallardan ayrılır.Onu tər basıbdır.Xatirələrinin ona heç də xoş olmayan həyacanlı anlar yaşatdığı üz-gözündən oxunur.Topçular

72

məşqlərini bitirdikləri üçün daha top səsləri eşidilmir.Əvəzində isə eyni vaxtda qaçan yüz əsgərin ayaq səsləri və yüzbaşının əmrləri eşidilir:



-Tez ol,tez ol!Geriyə qalmayın!

***


Düzənlik sahədə tüfəngli əsgərlər qaçırlar.Atlı yüzbaşı əmrlər verməkdə

davam edir:

-Cəld olun!Yaxşı!Afərin!...

***


Hava qaralıb.Mahmud Səraslanın evinin qapısını döyür.Qapının arxasın-

dan Saroşun “Kimsən?”-deyən səsi eşidilir.Mahmud səsi tanımır:

Mən Mahmudam.Səraslan əmi ilə işim var.Kadr arxasından qapı kilidinin səsi gəlir.Qapı açılır.Qapının arxasındangörünən Saroş:

-Sən bizə xoş gəlmisən,səfa gətirmisən!Gəl içəri!

Mahmud;

-Gözün aydın,ay Saroş!Həmişə evində,eşiyində!



Saroş:

-Çox sağ ol,aydınlıq içində olasan!Gəl,gəl,eşikdə durma!

Mahmud:

-Yox,ay Saroş,tək deyiləm.Səraslan əmini çağır,onunla sözüm var.

1   2   3   4   5   6   7   8   9   10   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə