Büdcə xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdir.
Mərkəzləşdirilmiş gəlir – dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlirdir.
Mərkəzləşdirilmiş xərc –büdcə təsnifatına uyğun olaraq, dövlət büdcəsində nəzərdə tutulan müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərdir.
Yerli gəlir – dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlirdir.
Yerli xərc – büdcə təsnifatına uyğun olaraq, maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclərdir.