sair gəlirlər əməliyyatı üzrə 741 №-li “İstehsal olunmuş məhsulların (məmulatların) dəyəri”, 742 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”, 743 №-li “Göstərilmiş xidmətlərin dəyəri” sintetik hesablarının debeti və 122-3 №-li “İstifadə olunmuş materiallar” sintetik hesabının krediti; eyni zamanda, 631 №-li “Digər əməliyyat gəlirləri”, 633 №-li “Maliyyə gəlirləri” hesablarının müvafiq subhesablarının debeti və 741 №-li “İstehsal olunmuş məhsulların (məmulatların) dəyəri”, 742 №-li “Yerinə yetirilmiş işlərin dəyəri”, 743 №-li “Göstərilmiş xidmətlərin dəyəri” sintetik hesablarının krediti.
Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.
“Amоrtizаsiyа xərcləri” maddəsindətəşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə birja və qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirləri üzrə tanınmış amortizasiya xərcləri əks etdirilir. Bu zaman aşağıdakı mühasibat yazılışları verilir: