sair gəlirlər əməliyyatı üzrə mənfəət əldə edildikdə 631№-li “Digər əməliyyat gəlirləri”, 632 №-li “Fəaliyyətin dayandırılmasından qazanclar”, 633 №- li “Maliyyə gəlirləri” sintetik hesablarının debeti və 801 №-li “ümumi mənfəət (zərər)” sintetik hesabının krediti, zərər əldə edildikdə isə müvafiq olaraq 801 №-li “ümumi mənfəət (zərər)” sintetik hesabının debeti və 631 №-li “Digər əməliyyat gəlirləri”, 632 №-li “Fəaliyyətin dayandırılmasından qazanclar”, 633 №-li “Maliyyə gəlirləri” sintetik hesablarının krediti.
Eyni zamanda ümumi mənfəət aşağıdakı maddələrin cəmindən ibarətdir:
– əmlakın əvəzsiz verilməsindən (alınmasından) itkilər (qazanc) maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əmlakın əvəzsiz verilməsindən və alınmasından əldə etdiyi itkilər və qazanc məbləğlərinin cəmindən müvafiq xərclər çıxılmaqla məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir;