İcarəçi maliyyə icarəsi üçün aşağıdakı açıqlamaları təqdim etməlidir:
aşağıdakı dövrlərdən hər biri üçün ləğv edilməyən əməliyyat icarəsi üzrə gələcək minimal icarə ödənişlərinin cəmi;
bir ildən artıq olmayan dövr;
bir ildən çox, lakin beş ildən artıq olmayan dövr;
beş ildən artıq olan dövr;
hesabat tarixində ləğv edilməyən subicarə üzrə alınması gözlənilən gələcək minimal subicarə ödənişlərinin cəmi;
minimal icarə ödənişləri və subicarə ödənişləri üçün ayrı-ayrı məbləğləri göstərərək, xərc kimi tanınan icarə və subicarə ödənişləri;
icarəçi tərəfindən bağlanan əhəmiyyətli icarə müqavilələrinin aşağıdakı şəkildə ümumi təsviri;
icarə ödənişlərinin müəyyən edilməsinin əsası;
icarə müqavilələri ilə xalis mənfəət üzrə daxilolmalara, kapital qoyuluşları üzrə daxilolmalara, dividendlərə, əlavə borca, təkrar icarəyə qoyulan məhdudiyyətlər.
İcarəyə verən subyektlər maliyyə icarəsi üçün aşağıdakı açıqlamaları təqdim etməlidir:
aşağıda qeyd edilən dövrlərdən hər biri üçün icarəyə qoyulmuş ümumi investisiyanın və minimal icarə ödənişləri üzrə debitor borclarının hesabat tarixində olan diskontlaşdırılmış dəyərlərini;
bir ildən artıq olmayan dövr;
bir ildən çox, lakin beş ildən artıq olmayan dövr;
beş ildən artıq dövr;
qazanılmamış maliyyə gəlirini;
icarəyə verən subyektin xeyrinə yığılmış zəmanətsiz qalıq dəyərlərini;
minimal icarə ödənişləri üzrə ödənilməyən debitor borclarının təmin edilməsi məqsədilə yaradılan yığılmış ehtiyat fondunu;
maliyyə hesabatlarında xərc kimi tanınan şərti icarə haqlarını;
icarəyə verən subyektin bağladığı əhəmiyyətli icarə müqavilələrinin ümumi təsvirini.
Əməliyyat icarəsi
İcarəyə verən (icarəyə götürən) subyektlər əməliyyat icarəsi üçün aşağıdakı açıqlamaları təqdim etməlidir:
icarəyə verilmiş (götürülmüş) torpaq, tikili və avadanlıqların adı;
icarəyə götürülmüş (verilmiş) torpaq, tikili və avadanlıqların mülkiyyətçilərinin adı;
dövr üzrə müqavilə ilə müəyyən edilmiş minimal icarə haqqı;
dövr üzrə maliyyə fəaliyyətinə dair hesabatda tanınmış ümumi icarə
haqqı;
icarə müqavilələrinin ümumi təsviri;
icarəyə götürülmüş torpaq, tikili və avadanlıqların analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı forma №1Q-də icarədarlar tərəfindən aparılır.
Balans hesabatı tarixindən sonrakı hadisələr:
Balans hesabatı tarixindən sonrakı hadisələr aşağıdakı açıqlamaları tələb
edir:
maliyyə hesabatları fəaliyyətin fasiləsizliyi prinsipi əsasında