İkinci- milli dəyərlər, şərh formaları, qərar qəbul etmək xüsusiyyətləri, qarşı tərəfin fikir- lərinə reaksiya. Üçüncü-iştirakçıların davranış tərzi, taktiki ge- dişləri, qeyri-verbal ünsiyyət elementlərinə müna- sibət. Danışıqların milli xüsusilikləri hansısa bir mil-lətin yox, həqiqətdə onun təmsil etdiyi dövlətin üslubu kimi də baxıla bilər. Qeyd edək ki, problemə müasir araşdırmalarda iki baxış bucağı diqqəti çəkir.
1.Bütün hallarda milli xüsusiyyətlər (üslub) da- nışıqların əhəmiyyətsiz tərəflərihdə özünü bi- biruzə verir (U.Zartman., U. Berman). 2.Milli xüsusiyyətlər danışıqlarda vacib rol oyna- masa da,prosesin tərkib elementi kimi danılmaz- dır.(R.Koen.,Q.Fişer). Bütün hallarda danışıqlarda milliliyin öyrənil-məsi müqayisəli metoda əsaslanır.Bu isə uzunmüd-dətli müşahidələrin aparilmasını tələb edir.
Amerikan üslubu Qeyd olunmalıdır ki, danışıqlar prosesinin elmi –nəzəri əsasda öyrənilməsində amerikalı tədqiqatçıla-rın böyük zəhmət payı. var. Ayrı-ayrı bölmələrdə isti-nad etdiyimiz müəlliflərin əksəriyyətinin amerikalı olduğu da bu fikri təsdiqləyir.Amerikan danışıq üslubu-nu şərh etməzdən əvvəl isə britaniyalı tədqiqatçı P.Şarpın qənaətlərinə diqqət yetirək. O yazır ki, ameri-kalılarla danışıqlara qatılan hər kəsin qarşısında üc əsas problem dayanır: maddi, təbliğat və linqvistik. 1)Birinci çətinlik onunla izahlanır ki, amerikanlar özlərini varlı və zəngin dövlətin insanları kimi təkəb-bürlü (yekəxana) aparırlar.
2)İkinci problemə əslində birincinin davamı kimi baxıla bılər. Bütün hallarda amerikanlar özlərinin haqlı olduğunu nümayiş etdirməyə səy edir və bundan həzz alırlar.
3)Üçüncü vacib sayılan odur ki, müasir dövrdə da-nışıqlar birmənalı şəkildə ingilis dilində aparılır və onlar hesab edirlər ki, özlərinin bir başqa ingilis dili var və bu dildə istədikləri qədər sadə, ancaq qarşı tərəf üçün xeyli anlaşıqsız ünsiyyətə qatılırlar. Əslində isə fikirlərini (məqsədlərini) gizlətmək cəhdində olurlar.
Razılaşmalıyıq ki, amerikanların hazırlıq səviyyəsi çox yüksəkdir. Praqmatik düşüncə, sərbəst qərar qəbul etmək imkanları onların inamlı davranışına təminat yaradır. Danışıqlarda amerikanlar əsas mətləbdən uzaq-laşmağı xoşlamırlar.Əsas olanı həll etmək üçün xırda detalları nəzərdən keçirməyi isə zəruri sayırlar.Hər vasi-tə ilə öz istədiklərini qazanmaqı ar bilməyən amerikanlar bəzi məqamlarda hətta kobudluq (aqressivlik) də nümayiş etdirirlər.
Təmtəraqlı müraciət formalarını bir o qədər də sev- mədiklərindən amerikanlarla danışıqlar qeyri-formal məcrada aparılır. Onlar məqsədə çatmağa çox tələsirlər. İnduktiv şərhi seçirlər.
Бязян бюйцк бир халг щаггында тясяввцрлярин формалашмасында да тябяссцм истинад нюгтясиня чев-рилир.Бир вахтлар Америкайа эялян авропалылардан бири-синин (рус йазычысы В.Наэибин) бу юлкя щаггында йаз-дыгларына диггят йетиряк- «...Америкада щяр шей ъязбе-диъидир. Инсанлары вахта щюрмят едян, сон дяряъя дягиг, гялбиачыг адамлардыр. Дцшцнцрсян ки, онларла щяр иши эюрмяк асандыр. Нядянся уъадан гящгящя чякиб эцл-мяк, ян язиз адамыны баьрына бярк-бярк сыхыб кцряйиня тякрар-тякрар дюйяълямяк адятиндян чох-чох узаг-дырлар. Щятта эцлцмсямякдя дя чох гысганъдырлар. Цзляриндя тябяссцм йох кимидир. Билмирсян достдурлар, йохса ....».