Maraqlar tuş gələndə milli xüsusiyyətlər heç bir rol
oynamır.Danışıqlardakı ziddiyyətlər milli fərqləri qabardır.
K.Yonsson (İsveç tədqiqatçısı)
Danışıqların
milli üslubları
1. Danışıqlarda üşlub probleminə yanaşma prinsip-
ləri
2. Amerikanlar necə danışıq aparırlar?
3. Fransız və Alman üslubu
4. Çin və yapon üslubunun səciyyəvi elementləri
5. Ərəb danışıq üslubu
6. İnsanların tipləri və danışıqlar
7. Kommunikasiya nəzəriyyələri və danışıqlar
Yaşadığımız Yer planetində mövcud olan dövlətlərdə müxtəlif xalqlar (millətlər) yaşayır. Milli müxtəliflik şəraitində danışıqların təbiətini az da olsa öyrənmək arzusunda olan tədqiqatçılar bu istiqamətdə hələ ki, tutarlı bir nəticə qazana bilməyiblər.Sadəcə olaraq hər hər kəs “milli danışıq üslubu” anlayışının milli mədəniyyət, milli xarakter, daha çox müşahidə olunan düşüncə özəlliklərindən, dərketmə və davranış formalarının toplusundan formalaşdığını inkar etmə-məklə kifayətlənib.
Sadaladıqlarımızın danışıqlar prosesinə necə və hansı səviyyədə, nə dərəcədə təsir etməsi isə hələ də nisbi qanunauyğunluqlarla izahlanır.
Danışıqların milli xüsusiyyətlərini öyrənmək istəyində olan tədqiqatçılar əsas üç fərqləndirici cəhət üzərində qərarlaşırlar.
Birinci - nümayəndə heyətlərinin formalaşması
və onların səlahiyyətləri.
Dostları ilə paylaş: |