Danışıqlar prosesinin təşkili. Bu qrup göstəricilər beynəlxalq danışıqlarda nümayəndəliklərin formalaşdırılması xarakteri və qəararların qəbulu mexanizmi ilə bağlı, başqa sözlə danışıqların hazırlanması və aparılmasının təşkilati məsələləri ilə əlaqəli xüsusiyyətləri əks etdirir. Bu qrup göstəricilərə, həmçinin, danışıqlarda qərarların qəbulunda nümayəndəlik üzvlərinin müstəqilliyi də aid edilir: situasiyanın kiçicik dəyişməsi halında hər dəfə onlara təlimat istəmək zəruridirmi; bir qayda olaraq, bu təlimatlar sərtdirmi, yoxsa onlar fəaliyyətə kifayət qədər sərbəstlik yaradırmı. Başqa sözlə, mərkəz danışıqların bilavasitə iştirakçılarını qərar qəbul etmək hüququ ilə təmin edir.
Bir çox müəlliflərin qeyd etdiyi kimi, beynəlxalq danışıqlarda amerika nümayəndələri Fransa, Yaponiya, Çin, Rusiya və digər nümayəndələrlə müqayisədə daha çox azaddırlar. Mövqelərin razılaşdırılmasından sonra amerika nümayəndə heyəti üzvləri onun çərçivəsində fəaliyyət göstərməkdə kifayər qədər səlahiyyətlərə malik olur. Nəticədə, danışıqların aparılması sürəti yüksək olur. Çin və ya Yapon nümayəndələrinin qərar qəbulu prosesi fərqli qurulur. Məsələn, Çin tərəfi son qərarı adətən partnyorla danışıqlar masası arxasında deyil, evdə qəbul edir. Mərkəz tərəfindən əldə olunmuş razılaşmanın təqdir edilməsi çinli üçün praktiki olaraq mütləqdir, hətta o, ilkin təlimat çərçivəsində fəaliyyət göstərsə belə. Bütün bunlar çoxlu vaxt ala və danışıqların uzanmasına səbəb ola bilər.
Təşkilati məqamlara, həmçinin, nümayəndəliyin formalaşdırılması, üzvlər arasında öhdəliklərin, ierarxiya dərəcələrinin bölüşdürülməsi, onların rəsmi və qeyri-rəsmi qarşılıqlı münasibətlərin xarakteri üzrə məsələlər də aid edilir. Say tərkibinə görə, məsələn, Çin nümayəndələri seçilir. Bur qayda olaraq, nümayəndəliyə çoxlu ekspertlər, o cümlədən maliyyə məsələləri, texniki və s. üzrə ekspert daxil edilir.
Qarşılıqlı fəaliyyətin təşkili də danışıqların aparılmasının milli üsullarını fərqləndirən mühüm məqamdır. Amerikalı tədqiqatçı M. Harrison fransız üsulunu təsvir edərkən qeyd edir ki, fransızlar adətən partnyorla təkbətək məsələlərin rəsmi müzakirəsindən qaçmağa çalışırlar.
Danışıqlar prosesinin təşkili nöqteyi-nəzərindən ölkə daxilində ilkin razılaşmalar prosesinin nə dərəcədə mürəkkəb olması da çox vacib məsələdir. F.Ç. İkle yazır ki, amerikanlar hər zaman müxtəlif idarələr arasında öz daxili mənafelərini razılaşdırmaq problemini həll edir və bu məqsədlə daxili danışıqlar aparırlar.
Dostları ilə paylaş: |