Beynəlxalq danışıqların aparılmasında milli təcrübə və şəxsiyyət amili


Danışıqların aparılmasında şəxsiyyət amili



Yüklə 29,81 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü29,81 Kb.
#39953
1   2   3   4   5   6
Muhazire 9

Danışıqların aparılmasında şəxsiyyət amili. Beynəlxalq danışıqlarda dövlətlər və təşkilatlar öz məqsəd və mənafelərini öz nümayəndələri vasitəsilə həyata keçirirlər. Bu mənada danışıqların iştirakçıları ikili çıxış edirlər: bir tərəfdən təmsil etdiyi institutun (dövlət, beynəlxalq təşkilat və s.) mənafelərini həyata keçirən bir insan kimi, digər tərəfdən milli-mədəni və fərdi xüsusiyyətlərə sahib şəxsiyyət kimi.

Metodoloji planda danışıqların iştirakçılarının şəxsiyyət xüsusiyyətlərinin öyrənilməsi, milli xüsusiyyətlərin öyrənilməsi ilə müqayisədə, heç də asan deyil. Məlumatların əldə olunması və tədqiqatların aparılması imkanları son dərəcə məhduddur.

Danışıqlarda milli üslubun əhəmiyyəti məsələsində olduğu kimi, şəxsiyyət amilinin rolunun müəyyən olunmasında da təxminən zidd nöqteyi-nəzərlər irəli sürülür. Belə ki, bir sıra müəlliflər qeyd edirlər ki, danışıqlarda şəxsiyyət əvvəllər çox mühüm olub, hazırda isə danışıqların iştirakçıları obyektiv amillərin kifayət qədər sərt çərçivəsində fəaliyyət göstərdiyindən onun şəxsiyyət xüsusiyyətlərinə diqqət ayırmağa dəymir. C. Vinhem, R. Fişer, U. Yuri, L. Censen, D. Laks, P. Hopmann və başqaları bu fikri dəstəkləyirlər.

Danışıqlarda şəxsiyyətin xarakteristikasına bilavasitə danışıqların iştirakçısı olmuş praktiklər böyük əhəmiyyət verirlər. Məsələn, Q. Nikolson yazır ki, müvəffəqiyyətli danışıqların əsasında əxlaqi təsirlər durur - düzgünlük, dəqiqlik, təmkinlik, ciddilik, loyallıq, səbirli və eyni xarakterdə olmaq kimi yeddi xüsusi çomərdlikdə öz əksini tapır.

Macarstanlı Y. Nerqeş danışıqların aparılması üçün zəruri olan növbəti şəxsiyyət xüsusiyyətlərini qeyd edir: güclü xarakter, qətiyyət, məqsədyönlülük, qərar qəbul etməyə hazır, şöhətpərəstlik, vicdanlı olmaq.

F.Ç. İkle siyasi və diplomatik danışıqları təsvir edərkən göstərir ki, danışıqlarda iştirak edən diplomatların təfəkkür tərzi, xarakteri, siyasi və şəxsi ambisiyaları, emosiyaları danışıqların gedişinə güclü təsir göstərə bilər.

Danışıqları müxtəlif cür aparmaq olar: sərt tərzdə (və cənab Yox kimi tanınmaq) və yaxud mülayim tərzdə (cənab Bəli); açıq, dostcasına və ya kifayət qədər qapalı, lakin buna baxmayaraq danışıqların peşəkar iştirakçısı olaraq qalmaq. Tarixdən beynəlxalq danışıqlarda bir-birinə bənzəməyən nümayəndəlik başçıları və ayrı-ayrı iştirakçılara dair çoxlu nümunələr göstərmək olar ki, müxtəflif şəxsiyyət keyfiyyətləri və xüsusiyyətlərin unikal ahəngi sayəsində məhşurlaşmışlar. Bundan əlavə, iştirakçıların xüsusi keyfiyyətləri ilə bağlı hər bir tarixi dövrün özünəməxsus tələbləri olmuş və bunlar müxtəlif cür dəyərləndirilmişdir.

Danışıqların iştirakçılarının şəxsi xarakteristikasının hansı şəraitdə daha əhəmiyyətli olmasını tədqiq etmiş amerikalı alim D. Drakmanın qənaətlərini aşağıdakı kimi qruplaşdırmaq olar.



  • Danışıqlar situasiyasında rollar nə qədər aydın müəyyən olunarsa, danışıqların gedişinə şəxsiyyət amilinin (milli deyil) təsirinin böyük olması ehtimalı bir o qədər azdır;

  • Danışıqlar situasiyası nə qədər birmənalı olmazsa və partnyorun niyyətləri qeyri-müəyyən olarsa, danışıqlar prosesinə şəxsiyyət amillərinin təsiri bir o qədər böyükdür;

  • Mürəkkəb, birmənalı olmayan situasiyalarda məhz danışıqların iştirakçılarının qavrayış prosesinə təsir göstərən və ya asanlıqla interpretasiya oluna bilən parametrlər daha böyük əhəmiyyət kəsb edir.

Münaqişəli situasiyalarda məsələ, ilk növbədə, danışıqların iştirakçılarının danışıqlar həllinə və yaxud birtərəfli addımlar atılmasına oriyentasiya olunacaqlarından ibarətdir.

Danışıqlar prosesinin gedişində təzahür edəcək şəxsiyyət xüsusiyyətlərini, buradakı mövcud göstəriciləri müəyyən edərkən nəzərə almaq lazımdır:



  1. Sırf şəxsiyyət komponentlərini ayırmaq son dərəcə çətindir. Bir qayda olaraq, onlar konkret danışıqlarda bir çox digər xüsusiyyətlərdə cəmləşir;

  2. Şəxsiyyət amilinin təzahürü müxtəlif olub, sövdələşməyə və ya problemin partnyorla birgə təhlilinə oriyentasiya olunmaqla həyata keçirilə bilər.

Şəxsiyyət amilinin əhəmiyyətli təzahürlərindən biri də danışıqların iştirakçılarının göstərişləridir. Onlar iki tipdə - situasiyaya oriyentasiyadan və yaxud şəxsiyyətlərarası qarşılıqlı münasibətlərdən asılı olaraq ola bilər. Başlıca olaraq, situasiyaya oriyentasiya olunmuş danışıqların iştirakçıları partnyorun şəxsiyyət xüsusiyyətlərinə az əhəmiyyət verərək fəaliyyət göstərirlər. Ümumiyyətlə, onlar danışıqlar prosesində obyektiv tərəfləri: qüvələr nisbəti, situasiyanın parametrləri və s. görməyə meyillidirlər. Digərləri isə əksinə, partnyorla şəxsiyyətlərarası münasibətlərə xüsusi əhəmiyyət verirlər. Burada da, öz növbəsində əməkdaşlığa oriyentasiyalı, partnyordan analoji davranışı gözləyənlər (problemin partnyorla birgə təhlilinə üstünlük verənlər) və sövdələşməyə oriyentasiyalı, qarşı tərəflə rəqabətli münasibətlərə üstünlük verənlər fərqləndirilir.

Sonda qeyd olunmalıdır ki, göstərilənlər ehtimal səciyyəsi daşıyıb, bir -birindən asılı olmayaraq birmənalı interpretasiya edilə bilməzlər. Danışıqların gedişində şəxsiyyət amilinin təzahürünün hərtərəfli təhlili mühümdür. Praktik anlamda isə konkret iştirakçıların danışıqları aparması xüsusiyyətlərini bilmək, onların qarşılıqlı fəaliyyətinin ehtimal olunan xarakterini proqnozlaşdırmağa imkan verir.




Yüklə 29,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin